İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə80/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   76   77   78   79   80   81   82   83   ...   86

171 
 
 
Q E Y D L Ə R 
 
          
1. Heydər Əliyev,  H e y d ə r   Ə l i r z a   o ğ l u (1923-2003) – görkəmli siyasi və dövlət xadimi, Azərbaycan 
Respublikasının Prezidenti (1993-2003), SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, iki dəfə 
Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 
1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci 
ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. 
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  iyul (1969) plenumunda Heydər Əliyev MK-nın büro 
üzvü, Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir.  
H.Əliyevin respublikaya rəhbərlik etdiyi ilk  illərdən əhatəli iqtisadi konsepsiya hazırlanmış, yeni istehsal sahələri 
yaradılmış, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. H.Əliyevin respublikaya bilavasitə rəhbərlik etdiyi dövrdə 
(1969-82-ci illər) idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsinə,  əmək və ictimai-siyasi fəallığın 
artırılmasına, kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edilməsinə, azərbaycançılıq məfkurəsinin, milli 
ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli işlər 
görülmüşdür. 
H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası  Mərkəzi Komitəsinin  üzvü, 1976-cı ilin martında 
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş  və eyni 
zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci  müavini təyin edilmişdir. 
H.Əliyev Moskvada işlədiyi vaxtlarda da həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma 
respublikanın dünyada tanıdılması üçün əlindən gələni etmişdir. 
H.Əliyev  1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəni qətiyyətlə pisləmiş  və 
Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etmişdir. 
H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış,  əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamışdır. O, 
1991-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr 
müavini olmuş, Ali Sovetin sessiyalarında  fəal iştirak etmiş, Azərbaycanda mövcud ictimai-siyasi  vəziyyəti həmişə 
obyektiv təhlil etmiş, mühüm prinsipial fikirlər söyləmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara çıxarmış 
və  təqsirkarların dəqiq ünvanını göstərmişdir. Azərbaycan xalqı 1993-cü ilin may-iyununda dövlət böhranının, 
hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin 
itirilməsi təhlükəsi yarandıqda H.Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın o zamankı  
dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin 
sədri seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata 
keçirməyə başladı.  
1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Respublikasının Prezidenti 
seçildi. H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni 
həyatında, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətimizin xarici 
siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə 
inkişaf etməyə    başladı. Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi, cəbhə  xəttində atəşkəs elan 
edilməsinə nail olundu. H. Əliyevin fəal diplomatiyası  nəticəsində ATƏT-in Lissabon sammitində (1996) bu 
beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın 
mənafeyinə uyğun  prinsipləri açıq şəkildə müdafiə etdi. 
1994-cü ilin sentyabrında Bakıda «Əsrin müqaviləsi» adı almış neft müqaviləsi bağlandı. 
1999-cu ilin aprelində GUÖAM birliyinin geniş bir məkanda yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur. 
H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» fərmanları Azərbaycanın dünyaya və 
Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. Məhz bunun nəticəsində Azərbaycan 
1996-cı ilin iyunundan Avropa Şurasına  «Xüsusi qonaq» statusu almış, 2001-ci il yanvarın 25-də isə onun 
tamhüquqlu üzvü olmuşdur. 
H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın  yüksək siyasi fəallığı  şəraitində keçirilən seçkilərdə yekdilliklə 
yenidən Prezident seçildi. 
H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən, Beynəlxalq Atatürk  Sülh Mükafatına, müxtəlif ölkə 
universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. Heydər Əliyev müasir 
Azərbaycan dövlətinin qurucusudur. – 5-11,12,15,18,20,21,28,29,30,31,34,39,46, 47, 48, 50,51,52,53,54, 55, 
57,59,60,62,63,65,108, 111,112,116, 
118,124,125,133,136,140,141,143,144,145,146,147,157,158, 159, 160,166,167,169,170,173,183,184,188,194,199, 
202,204,205, 207, 208,209,212,215,216,217,219,220,221,222,223,224,225,227,229,  230,231,232,233,234,235, 
236,237,243,244,245,246,247,248,249, 250,251,252,257,261,264,265,266,267,268,269,271,273,274,281, 282,284, 


172 
 
285,286,289,290,291,292,294,298,299,300,301,302,303, 304,305,306,307,308,311,318,319,320,322,331,334,335, 
337,340,341,334,335,337,340,341,344,345,350,357,359,369.  
 
2.    Dağlıq Qarabağ Muxtar Vilayəti – Azərbaycan Respublikası  ərazisində muxtar vilayət. 1923-cü il 
iyulun 7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayırdı. Ərazisi 4 min  km
2
-
dir. Mərkəzi Xankəndidir.  
1988-ci ildə Qarabağ separatçıları və millətçiləri Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşayan 
azərbaycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq Qarabağı işğal etdilər. BMT-nin 822,853,874,884 saylı 
qətnamələrinə görə, erməni işğalçıları Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etməlidirlər. Ancaq 
Azərbaycan torpaqları  hələ  də erməni tapdağı altındadır. – 7,12,26,44,59,66,75,80,81,82,99, 
107,128,131,136,148,157,160,188,192,211,219,225,239,244, 269,300,313,353,354,370. 
 
3. Yeni Azərbaycan Partiyası (YAP) – Azərbaycanda  ən kütləvi-siyasi partiya. YAP 1992-ci il noyabrın 
21-də Naxçıvan şəhərində təsis edilib. 81 rayon və 5 minə yaxın ilk partiya təşkilatında birləşən 180 min üzvü 
var. Partiyada Gənclər Birliyi və Qadın Şurası fəaliyyət göstərir. Parlamentdə 73 deputatla təmsil olunur. YAP 
Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizdə demokratik, hüquqi və 
dünyəvi dövlət qurulmasında və iqtisadi-siyasi islahatların həyata keçirilməsində  fəal iştirak edir. YAP 
ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvədir. YAP-ın təsis konfransında (1992) mərhum prezidentimiz 
Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdi. 2005-ci il mart ayından isə YAP-ın sədri prezident İlham 
Əliyevdir. – 10,87,100,262. 
 
4. Murtuz Ələsgərov, M u r t u z   N ə c ə f  o ğ l u (d.1928) – Azərbaycanın dövlət xadimi, hüquq elmləri 
doktoru, professor. Respublikanın  əməkdar hüquqşünası. Yeni Azərbaycan Partiyasının sədr müavini və 
partiyanın Siyasi Şurasının üzvüdür. 1993-cü ildə Bakı Dövlət Universitetinin rektoru olub. 1995-ci ildə 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1996-2005-ci illərdə  Azərbaycan Respublikası Milli 
Məclisinin sədri olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. – 12,141,142. 
 
5.  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) – Respublikada neft və qazın kəşfiyyatına, 
çıxarılmasına və emal edilməsinə rəhbərlik edən qurum. 1991-ci ildə təşkil edilmişdir. Şirkət neft və qaz qu-
yularının qazılması və istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra ölkələrinin iri neft 
şirkətləri ilə sazişlər, müqavilələr bağlamışdır. – 13,15,17,25,34,49,51,61,63,146,270,284. 
 
6. Ramiz Mehdiyev,   R a m i z    Ə n v ə r   o ğ l u (d.1938) – Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, 
fəlsəfə elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. 1978-80-ci illərdə rayon 
partiya komitəsinin birinci katibi, 1980-81-ci illərdə Azərbaycan KP MK-da elm və təhsil şöbəsinin müdiri, 1981-83-cü 
illərdə Azərbaycan KP MK-da partiya təşkilat işi şöbəsinin  müdiri, 1983-88-ci illərdə Azərbaycan KP MK-da katib, 
1988-94-cü illərdə Azərbaycan Respublikası MEA-nın  İctimai-Siyasi Tədqiqatlar və  İnformasiya  İnstitutunda  şöbə 
müdiri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının  şöbə müdiri, 1995-ci ildən Azərbaycan 
Respublikası Prezidentinin İcra Aparatının rəhbəridir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin 
deputatı olmuşdur. Müasir siyasi problemlərə, dövlət quruculuğuna aid bir çox kitab və monoqrafiyaların müəllifidir. 
Azərbaycan Respublikasının «İstiqlal», Rusiya Federasiyasının «Dostluq»  ordenləri ilə  təltif edilmişdir. Beynəlxalq 
Nyu-York Akademiyasının və Türk Dünyası Araşdırmalar Uluslararası Elmlər Akademiyasının  üzvü.  – 
15,18,250,253. 
 
7. Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) – 2004-cü ildə təşkil olunmuşdur. AŞ PA-da 25 Avropa 
ölkəsinin 732 deputatı fəaliyyət göstərir. – 15,39,53,88,99,150-152. 
 
8. Avropa Şurası (AŞ) – Avropada hökumətlərarası təşkilat. 1949-cu ildə yaradılmışdır. Qərargahı Fransa-
nın Strasburq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi Avropada sülhü və təhlükəsizliyi qorumaq, seçki siste-
mində çoxpartiyalılığa riayət etmək, demokratiyanı  və insan hüquqlarını müdafiə etmək, möhkəmləndirmək
Avropa ölkələrinin mədəniyyətlərinin yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları Nazirlər 
Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin Müşavirəsi və Katiblikdir. Azərbaycan 2001-ci ildən 
AŞ-nın üzvüdür. – 12,13,39,56,63,79,86, 87,100,110,134,150,151,166,167,181,195,221,312,234,245, 
304,307,316,329,354. 
 
9. Artur Rasizadə, A r t u r   T a h i r   o ğ l u (d.1935) – Azərbaycanın dövlət xadimi. SSRİ Dövlət mükafatı 
laureatı. 1986-92-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində işləyib. 1996-cı ildən 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə