İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə81/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   78   79   80   81   82   83   84   85   86

173 
 
Azərbaycan Respublikasının Baş naziridir. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə  təltif olunmuşdur. – 
17,28. 
 
10. Klivlend – ABŞ-da şəhər. Klivlend ABŞ-ın sənaye, maliyyə-ticarət və mədəni mərkəzlərindən biri kimi 
tanınır. – 23,29,31,47,54,61,89,133,189. 
 
11.  Türkiyə Cümhuriyyəti – Qərbi Asiyada və Avropanın cənub–şərq kənarında  dövlət. Sahəsi 780,6 
min km
2
, əhalisi 78 mln. nəfərdir. İnzibati cəhətdən 67 ilə (vilayətə) bölünür. Paytaxtı Ankara şəhəridir. Döv-
lət başçısı prezident, Ali qanunvericilik orqanı Türkiyə Böyük Millət Məclisidir. – 
23,27,28,51,52,82,114,127-139,148,151,187,314, 318,328,330,334-336,363,367-369. 
 
12.  Ərdoğan Rəcəb Tayyib (d.1954) – Türkiyə ictimai, siyasi və dövlət xadimi. P.T.Ərdoğan 1980-ci 
ildən siyasi fəaliyyətə qoşulmuşdur. 1983-cü ildən siyasi fəaliyyətini Rifah partiyasında davam etdirir. 1994-
cü ilin martında keçirilən bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilir. Bu arada 
Rifah Partiyası bağlanır və onun bazasında Fəzilət Partiyası yaradılır. Buna görə  də  Ərdoğanı  dəstəkləyən 
partiya üzvləri Fəzilət Partiyasından ayrılaraq  Ədalət və  İnkişaf Partiyasını qurdular və onu özlərinə lider 
seçdilər. 
2002-ci ildə keçirilən  növbədənkənar seçkilər nəticəsində AKP təkbaşına hakimiyyətə  gəlmək imkanı 
əldə etdi və Ərdoğan TBMM-də Türkiyənin Baş naziri seçildi. – 23, 127-139,318,330,334,335,362,368. 
 
13. BP,  «B r i t i ş   P e t r o l e u m»,  – dünyanın ən iri neft şirkətlərindən biri. 1909-cu ildən bir çox 
ölkələrdə neftin kəşfiyyatı, çıxarılması, emalı və satışı ilə məşğuldur. BP 1994-cü ildən Azərbaycanda fəaliyyət 
göstərir. Hazırda ABƏŞ-in əsas operatorudur. – 25,50,108.  
 
14. Bakı–Tbilisi–Ceyhan – 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, 
Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən 
«Ankara bəyannaməsini» imzalamışlar. Uzunluğu 1695 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-cı ildə 
istifadəyə verilmişdir. – 25,42, 48-52,55,59,105,116,119,128,129,131,135,139,145,146,204,209, 
211,216,223,232,237,243,268,269,284,294,323,348,367,369. 
 
15. Atəşkəs rejimi – 1994-cü il mayın 12-də Moskvada Ermənistan–Azərbaycan arasında atəşin müvəqqəti 
dayandırılması (atəşkəs) haqqında müqavilə imzalandı. Müqaviləyə görə, müharibə aparan tərəflər sülh müqavi-
ləsi bağlanana qədər atəşin dayandırılması haqqında razılığa gəldilər. – 27, 68,111. 
 
16. Rusiya, R u s i y a F e d e r a s i y a s ı – Avropanın şərqində, Asiyanın şimalında dövlət. Ərazisi 17075,4 
min km
2
, əhalisi 146,3 milyon nəfərdir. Rusiya Federasiyasına 21 respublika, 6 diyar, 49 vilayət, federal əhə-
miyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 10 muxtar vilayət və mahal daxildir. 
Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı – Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı 
Moskva  şəhəridir. – 29,30,51,55,56,60-72,82,84,110-114,137,148,152- 154,163,165,169-186,233,236,246,249-
254,260,287,322,342-346. 
 
17. Putin,  V l a d i m i r  V l a d i m i r o v i ç (d.1952) – 2000-2008-ci illərdə Rusiya Federasiyasının 
prezidenti. 1975-97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır.  1998-ci ildə Rusiya Federasiyası prezidenti 
administrasiyasının rəhbəri, 1998-99-cu illərdə MTİ-in direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin 
başçısı, 2008-ci ilin mayında Rusiya Federasiyasının Baş naziri təyin edilmişdir.  – 30,55,56,64, 111,113,163-
165,169,170,171,249,251,252,253,254 
 
18. Amerika Birləşmiş Ştatları (ABŞ) – Şimali Amerikada dövlət. Şimaldan Kanada, cənubdan Meksika, 
şərqdən Atlantik okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon km
2
, əhalisi 280 milyon 
nəfərə yaxındır.  İnzibati cəhətdən 50 ştata  bölünür. Ali qanunvericilik orqanı iki palatalı (Nümayəndələr 
palatası  və Senat) ABŞ Konqresidir. Dövlət başçısı prezidentdir. Paytaxtı Vaşinqton  şəhəridir. – 31-
44,47,54,55,58-59,77-89,90-91,92-100,113,114, 132,137,187,200.  
 
19. «Vaşinqton post» – ABŞ-da gündəlik qəzet. Əsası 1877-ci ildə qoyulmuşdur. Tirajı təxminən 500 min 
nüsxədir. – 31-44. 
 
20. Sovet İttifaqı, bax: SSRİ 
 


174 
 
21.  SSRİ,   S o v e t   S o s i a l i s t   R e s p u b l i k a l a r ı   İ t- t i f a q ı – 1922-1991-ci  illərdə dünyanın ən böyük və 
qüdrətli dövlətlərindən biri. Tərkibində 15 müttəfiq respublika, 20 muxtar respublika, 8 muxtar vilayət olmuşdur. – 
32,36,37,39,68,85,282.  
 
22. İsa Qəmbərov, İ s a Y u n i s   o ğ l u (d.1957) –1990-95-ci illərdə Milli Məclisin deputatı, 1992-93-cü 
illərdə parlamentin sədri olub. 1992-ci ildən Müsavat Partiyasının başqanıdır. – 36,231,232,244,268,340,351. 
 
23.  Naxçıvan – Azərbaycan Respublikasında  şəhər. Naxçıvan Muxtar Respublikasının paytaxtı.  Ərazisi  
0,013 min  km
2
,  əhalisi 67 min nəfərdən çoxdur. Naxçıvan Azərbaycanın  ən qədim  şəhərlərindəndir. Müasir 
Naxçıvan qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. 
Naxçıvan  e.ə. IX-VI əsrlərdə qədim Manna və Midiyanın, eramızın əvvəllərində isə Albaniyanın, IV əsrdən 
isə  Sasanilərin tərkibində olmuşdur. 654-cü ildə isə Naxçıvanı  ərəblər işğal edirlər. 1828-ci il Türkmənçay 
müqaviləsinə  qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz dairəsində olur. Məhz bu ildən Naxçıvan Rusiya 
imperiyasına birləşdirildi və qəza mərkəzinə çevrildi. Naxçıvan şəhəri 1924-cü il fevralın 9-da Naxçıvan MSSR 
təşkil edilərkən respublikanın paytaxtı oldu. – 36,68,117.  
 
24. Böyük  Britaniya,   B ö y ü k   B r i t a n i y a   v ə   Ş i -m a l i  İ r l a n d i y a  B i r l ə ş m i ş   K r a l l ı ğ ı   
– Qərbi Avropada dövlət. B.Britaniya  adası,  İrlandiya adasının  şimal–şərq hissəsi, Anqlsi, Uayt, Normand, 
Orkney, Hebrid, Şetlend adaları və  bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min km
2
, əhalisi 58,8 milyon 
nəfərdir.  İnzibati cəhətdən qraflıqlara və qraflıq hüququnda  olan şəhərlərə bölünür. Böyük London xüsusi inzibati 
vahiddir. B.Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir. – 38,107-109,323, 363-364. 
 
25. Neft Fondu – 1999-cu ildə yaradılmışdır. Əsas fəaliyyəti Azərbaycanın neft strategiyasından əldə edilən gəlirlərin 
idarə edilməsidir. – 38,146,159,205,208,210,243,245,268,300,323,324,348. 
 
26.  Beynəlxalq Valyuta Fondu – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta 
təşkilatı. 1945-ci ildə yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır. İdarə heyəti Vaşinqtondadır. Dünyanın 
130-a yaxın ölkəsi fondun üzvüdür. Nizamnaməsinə görə, məqsədi beynəlxalq valyuta əməkdaşlığına yardım et-
mək, ölkələr arasında valyuta-hesablaşma münasibətlərini nizama salmaq, fonda daxil olan ölkələrin ödəmə 
balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini tənzimləməkdən ibarətdir. 1992-ci ildə Azərbaycan Respub-
likası Beynəlxalq Valyuta Fonduna qəbul olunmuşdur. – 38,205,323. 
 
27. Dünya Bankı – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton–Vuds 
çərçivəsi sistemində yaradılmışdır. İdarə heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi 
və sosial dirçəlişinə kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və  iştirakçıları yalnız Beynəlxalq 
Valyuta Fondunun üzvləridir. Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası 
Dünya Bankının üzvüdür. – 38,205,323. 
 
28.  Toni Bleyr, E n t o n i  Ç a r l z  L i n t o n (d.1953) – B.Britaniyanın siyasi və dövlət xadimi. 
Hüquqşünas. 1983-cü ildən parlamentə deputat, 1994-cü ildən Leyboristlər partiyasının sədri seçilmişdir. 
1997-2007-ci illərdə B.Britaniyanın Baş naziri olmuşdur. 2007-ci ildən BMT-nin İsrail ilə  Fələstin 
probleminin dinc vasitələrlə  həll edilməsinə bilavasitə kömək etmək üçün vasitəçi təyin edilmişdir.  – 
38,323,363. 
 
29. Çeyni Riçard (Dik) (d.1941) – Amerikanın  siyasi xadimi. 1989-1992-ci illərdə ABŞ-ın müdafiə naziri 
olmuşdur. 1993-cü ildən Amerikada Sahibkarlıq  İnstitutunun direktorudur. «Hallibörtn» korporasiyasının 
prezidenti, Amerika–Azərbaycan Ticarət Palatasının fəxri üzvüdür. Hal-hazırda ABŞ-ın vitse-prezidentidir. – 41. 
 
30. Corc Buş  (d.1946)    – ABŞ-ın 43-cü prezidenti (2000-ci ildən). ABŞ-ın 41-ci prezidenti Corc Herbert 
Buşun oğludur. 1968-ci ildə Yel universitetini (incəsənət, tarix bakalavrı), 1975-ci ildə isə Harvard universitetini 
(incəsənət magistri) bitirmişdir. «Speaktrum-7 Enerci Korporeyşn» firmasının yaradıcısıdır. 1994-cü ildən Texas 
ştatının qubernatoru olmuşdur. Respublikaçıdır. – 42,82,83,132,187. 
 
31. Hyüston – ABŞ-ın cənubunda  şəhər və port. Texas ştatındadır.  Əhalisi təqribən 2 milyon nəfərdir. 
Hyüston ABŞ-ın neft biznesinin mərkəzidir. – 42,84,112. 
 
32. «Əsrin müqaviləsi» – 1994-cü ilin sentyabrın 20-də Bakıda «Xəzər dənizinin Azərbaycan sektorunda 
«Azəri», «Çıraq»  yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə  işlənilməsi  və  hasil olunan neftin pay 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə