İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə84/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   78   79   80   81   82   83   84   85   86

179 
 
1945-ci il mayın 2-də sovet ordusu  Berlini  aldı. Mayın 8-də Karlsxorstda (Berlin yaxınlığında) 
Almaniyanın danışıqsız təslim olması haqqında akt imzalandı. 
Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. Bununla İkinci dünya 
müharibəsi qurtardı. İkinci dünya müharibəsində 72 ölkə iştirak etmişdir. Müharibədə iştirak edən ölkələrin 
silahlı qüvvələrinə 110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə 
şəhər, qəsəbə və kənd dağılmışdı. – 152,160,287.  
 
79. Ukrayna, U k r a y n a  R e s p u b l i k a s ı – Cənub–Şərqi Avropada dövlət. Ərazisi 603,7 min km
2

əhalisi 51,3 milyon nəfərdir. Ukraynanın tərkibinə 24 vilayət və Krım Respublikası daxildir. Dövlət başçısı 
prezident, qanunverici orqanı – Ali RADA-dır. Paytaxtı Kiyev şəhəridir. – 155-162. 
 
80. GUÖAM – Avropada adi silahların azaldılması haqqında müqavilənin cinah sənədi müzakirə olunduqdan sonra 
həmin sənədi bəyənən ölkələrdən – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət qeyri-rəsmi «dördlər 
qrupu» yaradıldı. Sonralar bu quruma Özbəkistan da qatıldı (10 oktyabr 1997). 2005-ci ildə isə Özbəkistan bu qurumu 
tərk etdi. – 155. 
 
81.  Əli Nağıyev, Ə l i   T e y m u r   o ğ l u  (d.1954) –1996-2006-cı illərdə  Azərbaycan Respublikasının 
Əmək və  Əhalinin Sosial Müdafiəsi naziri,  2006-cı ilin mayında Azərbaycan Respublikasının Belarus 
Respublikasında fövqəladə  və  səlahiyyətli səfiri təyin edilmişdir. I çağırış Azərbaycan Respublikası Milli 
Məclisinin deputatı olmuşdur. – 156,160, 161,273,274. 
 
82. Yanukoviç Viktor Fyodoroviç (d.1950) – mühəndis-mexanik. 2003 və 2007-2008-ci illərdə Ukrayna 
Respublikasının Baş naziri olmuşdur. Hal-hazırda Regionlar Partiyasının rəhbəridir. – 156.  
 
83. Leonid Daniloviç Kuçma (d.1938) – Ukraynanın siyasi və dövlət xadimi. 1994-2005-ci illərdə Ukrayna 
Respublikasının prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə  təltif olunmuşdur.  – 
156,158. 
 
84. Böyük Vətən müharibəsi  – bax: İkinci dünya müharibəsi. 
 
85. Avstriya, A v s t r i y a   R e s p u b l i k a s ı  – Mərkəzi Avropada, Dunay hövzəsində dövlət. Sahəsi 
83,8 min km
2
, əhalisi 8,1 milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı parlamentdir. 
Paytaxtı Vyanadır. – 166-168.  
 
86. Lyudmila Aleksandrovna Putina – Rusiya Federasiyasının ikinci prezidenti Vladimir Putinin  həyat yoldaşı. – 
169-186. 
 
87. İqnatenko Vitali Nikitiç (d.1941) – jurnalist. 1991-ci ildən İTAR-TASS agentliyinin baş direktorudur. – 
169-186. 
 
88. Bakı Slavyan Universiteti – 2000-ci ildə prezident Heydər  Əliyevin fərmanı ilə M.F.Axundov adına 
Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunun bazası əsasında yaradılmışdır. İnstitutun beş fakültəsi var. Burada rus
bolqar, polyak, çex, yunan, ukrayna dilləri, roman–alman filologiyası öyrənilir. Universitetdə  40-dan çox  elmlər 
doktoru, 200-ə yaxın elmlər namizədi fəaliyyət göstərir, üç min tələbə isə təhsil alır. – 173,174,177,179, 180. 
 
89.   «Bakinski raboçi» – ilk nömrəsi rus dilində 1906-cı ilin mayında  Bakıda gizli nəşr olunmuşdur. 
«Bakinski raboçi» Sovetlər Birliyində Azərbaycan KP, Azərbaycan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı 
olmuşdur. 
1993-cü ildən isə «Bakinski raboçi»nin təsisçiləri Prezident işlər idarəsinin və  qəzetin redaksiya heyətidir. – 
173,176.  
 
90.  İTAR – TASS – Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə  SİTA-nın bazası  əsasında 
yaradılmışdır. – 173,309. 
 
91. Qusman Mixail Solomonoviç (d.1950) – jurnalist. İTAR-TASS informasiya agentliyi Baş direktorunun 
müavini. Rusiya Federasiyası Dövlət mükafatı laureatı. – 174,184. 
 
92.  Səməd  Vurğun,  S ə m ə d   Y u s i f    o ğ l u   V ə k i- l o v (1906-1956) – böyük Azərbaycan şairi
ictimai xadim. Azərbaycanın xalq şairi. S.Vurğunun yaradıcılığı XX əsr Azərbaycan şeirinin inkişafında mühüm rol 
oynamışdır. S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, sədri, Azərbaycanın Xarici Ölkələrlə Mədəni 


180 
 
Əlaqə Cəmiyyətinin sədri, Azərbaycan MEA-nın vitse-prezidenti olmuşdur, iki dəfə SSRİ Dövlət mükafatı laureatı 
adına layiq görülmüşdür. – 174. 
 
93. KİV – Kütləvi İnformasiya Vasitələri. – 174,183. 
 
94. RTR, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Kompaniyası (ÜDTRVK) – 1990-cı ildə 
yaradılmışdır, Rusiya Federasiyası ərazisində  televiziya və radio verilişləri təşkil edir. 1998-ci il bazasında yara-
dılmış ÜDTRVK dövlət media holdinqı federal «Rossiya» və «Kultura» telekanalları, «Radio Rossii», «Mayak», 
«Orfey», «Yunost», «Qolos Rossii» radiostansiyalarını  və 92 regional dövlət teleradiokompaniyalarını, Ostankino 
televiziya və Rusiya informasiya texniki mərkəzini, «Vesti» agentliyini əhatə edir. – 175. 
 
95. «Exo» – Azərbaycanda buraxılan gündəlik ictimai-siyasi qəzet. 2001-ci ildən Bakıda nəşr edilir. 
Gündəlik tirajı 6 min nüsxədir. – 175. 
 
96. «Zerkalo»  – ictimai-siyasi qəzet. 1990-cı ildən nəşrə başlayıb.  1999-cu ildən «Zerkalo» gündəlik çıxır.  
–  175. 
 
97. Hüseyn Bağırov,  H ü s e y n q u l u   S e y i d  o ğ l u    (d.1955) – iqtisadçı. 1993-cü ildən Qərb 
Universitetinin təsisçisi, prezidenti və rektorudur. 2000-ci ildə  Azərbaycan Respublikası Ticarət naziri, 2001-ci 
ilin may ayından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziridir. H.Bağırov bir sıra beynəlxalq 
akademiyaların və assosiasiyaların həqiqi üzvüdür. – 175. 
 
98. «Vışka» – gündəlik qəzet. 1928-ci ilin martından Bakıda rus dilində nəşr edilir. – 176. 
99.  Lujkov Yuri Mixayloviç (d.1936) – Rusiyanın dövlət xadimi. 1987-ci ildə  Moskva Soveti  İcraiyyə  
Komitəsinin 1-ci müavini, 1990-cı ildə sədri olmuşdur. 1991-ci ildə Moskva şəhərinin vitse-meri, 1992-ci ildən 
isə meri və Moskva hökumətinin başçısıdır. SSRİ  və Rusiya Federasiyasının Dövlət mükafatları laureatıdır. – 
178,179.  
 
100. Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı – 1992-ci ildə İstanbul zirvə görüşündə yaradıl-
mışdır. Buraya Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbi-
ya, Xorvatiya, Türkiyə, Ukrayna və Yunanıstan daxildir. Bu təşkilat ancaq iqtisadi əməkdaşlıq maraqları 
əsasında qurulmuş təşkilatdır. İqamətgahı İstanbuldadır. – 179. 
 
101. İsrail – Yaxın Şərqdə dövlət. Sahəsi 20,8 min km
2
, əhalisi 5,5 milyon nəfərdir. İsrail dövləti BMT-nin 
Baş  Məclisinin 1947-ci il 29 noyabr tarixli  qərarına  əsasən yaradılmışdır.  İsrail inzibati cəhətdən 6  mahala 
bölünür. Dövlət başçısı prezidentdir, onu birpalatalı parlament (knesset) seçir. Hökumətə  geniş səlahiyyəti olan 
Baş nazir başçılıq edir. – 181,182,365-366. 
 
102.  Birləşmiş Millətlər Təşkilatının Baş  Məclisi – BMT-nin əsas orqanlarından biri. BMT üzvü olan 
bütün dövlətlərdən ibarətdir. BMT üzvlərinə və ya BMT Təhlükəsizlik Şurasına hər cür məsələlərə və işlərə 
tövsiyələr vermək səlahiyyəti var. 
Baş Məslisin qərarları  tövsiyə xarakteri daşıyır, yəni hüquqi cəhətdən üzv dövlətlər üçün məcburi deyil. 
Məclisin hər il növbəti sessiyası olur. Baş Məclisin nəzdində onun funksiyalarını həyata keçirmək üçün 7 əsas  
komitə var. – 187-196. 
 
103.  Kofi Annan (d.1938) – 1997-2006-cı illərdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi olmuşdur. 
Nobel mükafatı laureatı. – 190.  
 
104. Stipe Mesiç (d.1934) – hüquqşünas. 2000-2008-ci illərdə Xorvatiya Respublikasının prezidenti. – 187. 
 
105. Xərrazi  Seyid  Kamal (d.1945) – İranın siyasi və dövlət xadimi, pedaqoji elmləri doktoru, professor. 
1998-2005-ci illərdə İran İslam Respublikasının xarici işlər naziri olmuşdur. Hazırda İran İslam Respublikasının 
Ali Məsləhət Şurasının üzvü və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəridir. – 187,188. 
 
106. Birləşmiş  Millətlər  Təşkilatı (BMT) – müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı 
Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər 
arasında  əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko 
konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Ha-
zırda BMT-yə 198 dövlət daxildir. 
 BMT-nin  əsas orqanları Baş  Məclis, Təhlükəsizlik  Şurası,  İqtisadi və  İctimai  Şura, Qəyyumluq  Şurası, 
Beynəlxalq Məhkəmə və Katiblikdir. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə