İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə79/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   75   76   77   78   79   80   81   82   ...   86

168 
 
şəxsən onun əsəridir. Onun iradəsi, cəsarəti olmasaydı, o çətin dövrdə, bizə hər tərəfdən təzyiq olan dövrdə əgər 
öz qətiyyətini göstərməsəydi, bəlkə  də bu layihə  əfsanə kimi qalacaqdı. Ancaq o bunu əfsanədən reallığa, 
gerçəkliyə çevirdi. Onun xidmətləri çox böyükdür, misilsizdir.  
Ümumiyyətlə, müasir Azərbaycan Heydər  Əliyevin  əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı  gərək 
bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı  gələcəyə aparaq. 
Mən  əminəm ki, biz hamımız buna müvəffəq olacağıq, Azərbaycanı daha zəngin, daha qüdrətli dövlətə 
çevirəcəyik.  
 


169 
 
 
AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ  
HEYKİ TALVİTYENİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
30 oktyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli cənab Talvitye, hörmətli qonaqlar! 
Mən sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi 
nümayəndəsinin təyin edilməsi çox müsbət haldır və biz bunu yüksək qiymətləndiririk. Bu onu göstərir ki, 
Avropa İttifaqı bizim regiona böyük diqqət göstərir. Əlbəttə ki, biz Azərbaycanla Avropa İttifaqı arasında olan 
münasibətlərin genişlənməsi və inkişaf etməsini istəyirik. Eyni zamanda, fürsətdən istifadə edərək Azərbaycana 
göstərilmiş yardımlara görə Avropa İttifaqına öz təşəkkürümü bildirirəm.  İstərdik ki, gələcəkdə  də bizim 
münasibətlərimiz genişlənsin, müxtəlif sahələrdə mövcud olan əməkdaşlığımız, xüsusilə enerji sektorunda olan 
işbirliyimiz yeni pilləyə qalxsın.  
Eyni zamanda, ümidvaram ki, Avropa İttifaqının Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də 
diqqəti artırılacaq və bu təşkilat problemin ədalətli həllinə öz töhfəsini verəcəkdir. Bu münaqişə beynəlxalq 
hüquq normaları  əsasında öz həllini tapa bilər.  İşğal olunmuş torpaqlar azad edilməli, bir milyon qaçqın və 
köçkün öz doğma yurdlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Təbii ki, bu münaqişə 
həll olunmayanadək Ermənistanla Azərbaycan arasında hər hansı bir iqtisadi əməkdaşlıqdan söhbət gedə 
bilməz. 
Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu bu məsələnin həlli ilə bağlı  fəaliyyət göstərir. Ancaq mən hesab 
edirəm ki, Avropa İttifaqının bu məsələyə diqqətinin artırılması müsbət nəticələr verə bilər. Bir daha sizi 
salamlayıram.  Əminəm ki, Azərbaycanda keçirəcəyiniz bütün görüşlər ölkəmiz haqqında sizdə daha dolğun 
təəssürat yaradacaqdır.  
H e y k i   T a l v i t y e: Cənab yeni seçilmiş Prezident, xoş sözlərinizə görə Sizə təşəkkürümü bildirirəm. 
Fürsətdən istifadə edərək Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik 
edirəm. Sabah Sizin andiçmə mərasimində iştirak etməyimiz bizim üçün çox xoş bir fürsətdir və biz bundan çox 
məmnuniyyətlə istifadə edəcəyik.  
Zənnimcə, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər çox gözəl inkişaf edir. Avropa İttifaqının 
Cənubi Qafqazda xüsusi nümayəndəsinin təyin edilməsi bu təşkilatın sizin regionda daha çox və daha vacib rol 
oynaması üçün zəmin yaradır. Mənim yanımda oturan cənab Devris də Avropa İttifaqının Azərbaycan üzrə 
xüsusi elçisi təyin olunmuşdur və Azərbaycanda Avropa Komissiyasını  təmsil edir. İnanıram ki, onun təyinatı 
yaxın vaxtlarda öz konkret nəticələrini verəcəkdir.  
Biz bilirik ki, daha geniş Avropa təşəbbüsünün qarşısında müəyyən problemlər vardır. Bizə yaxşı məlumdur 
ki, bütün Cənubi Qafqaz dövlətləri Avropa İttifaqının üzvü olmaq niyyətindədirlər və bunda israrlıdırlar. 
Əlbəttə, hər bir ölkə Avropa İttifaqının üzvü olaraq ümumi dəyərlərə  və ümumi standartlara əməl etməklə 
yanaşı, öz milli xüsusiyyətlərini də saxlayır.  
Seçkilərə  gəldikdə, deməliyəm ki, müsbət hallarla yanaşı, bəzi problemlər də olmuşdur. Sizin qarşınızda 
Azərbaycanın demokratik yolla inkişafı sahəsində böyük vəzifələr durur. Avropa İttifaqı ilə inteqrasiyanın 
davam etdirilməsi barədə biz Sizinlə müzakirələr aparacağıq. Biz Sizinlə işləməyə hazırıq və bunda israrlıyıq.  
İ l h a m   Ə l i y e v: Siz çox düzgün qeyd etdiniz ki, Azərbaycan Avropa strukturlarına inteqrasiya yolu ilə 
gedəcəkdir. Bu bizim strateji xəttimizdir. Eyni zamanda, mən hesab edirəm ki, Azərbaycan da Avropa İttifaqı 
üçün çox cəlbedici və mühüm bir ölkədir. Ölkəmizin coğrafi-siyasi vəziyyəti, iqtisadi potensialı  və siyasi 
mövqeləri Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə hesab edirəm ki, aramızdakı 
münasibətlər qarşılıqlı olmalıdır. 
15 oktyabrda Azərbaycanda keçirilmiş seçkilər ölkədə demokratiyanın inkişafı istiqamətində mühüm bir 
addım olmuşdur. 
Hesab edirəm ki, Avropa İttifaqının da bu seçkilərə münasibəti  ədalətlidir. Seçkiləri müşahidə edən bütün 
qurumlar və  şəxslər seçkilərin nəticələrinin Azərbaycanda real vəziyyəti  əks etdirdiyi fikrindədirlər. Mənim 
üçün ən önəmlisi odur ki, Azərbaycan xalqı seçkilərin nəticələrinin reallığı əks etdirdiyinə əmindir. Göstərilən 
bu etimad, əlbəttə ki, mənim üzərimə çox yüksək məsuliyyət qoyur və çalışacağam ki, bu etimadı  ləyaqətlə 
doğruldum. 
Əminəm ki, Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlər növbəti beş ildə daha da güclənəcək və 
hər iki tərəfə böyük fayda verəcəkdir. 
Bir daha sizə təşəkkürümü bildirirəm. 


170 
 
 
İTALİYANIN AZƏRBAYCANDAKI  
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ  
XANIM MARQARİTA KOSTA İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
30 oktyabr 2003-cü il 
 
M a r q a r i t a   K o s t a: Cənab Baş nazir, icazə verin  Sizin Azərbaycan Respublikasının Prezidenti 
seçilməyiniz ilə  əlaqədar  İtaliya Respublikasının prezidenti Karlo Adzelyo Çampinin təbrik məktubunu Sizə 
təqdim edim. 
İ l h a m   Ə l i y e v: Xahiş edirəm cənab Prezidentin məktubuna görə, təbriklərinə görə ona təşəkkürümü 
yetirin. Çox xoşdur ki, ölkələrimiz arasında yaxşı münasibətlər vardır. Bu münasibətlər bütün müstəvilərdə – 
iqtisadiyyatda da, siyasətdə  də, mədəni həyatda da inkişaf edir. Bu bizi çox sevindirir. Biz sizin ölkənizlə 
münasibətləri inkişaf etdirməyi çox istəyirik. Bilirsiniz ki, bu yaxınlarda Prezidentimiz İtaliyaya səfir təyin 
olunması haqqında qərar qəbul etmişdir. Biz bunu çox gözləyirdik. Düşünürəm ki, Azərbaycanın səfirliyi 
ölkənizdə fəaliyyətə başlayandan sonra əlaqələrimiz daha çox olacaqdır. Bu isə ölkələrimiz arasında münasibətlə-
rin daha da möhkəmlənməsinə təkan verəcəkdir.  
Həmçinin, xahiş edirəm ki, mənim ən xoş arzularımı cənab Baş nazirə yetirəsiniz. Xatirimdədir, mən Baş nazir 
təyin olunanda, o məni təbrik etmişdi və  mən də ona cavab məktubu göndərmişdim.  İtaliyaya, italyan xalqına 
uğurlar diləmək və Azərbaycanda fəaliyyətinizə görə sizə şəxsən təşəkkür etmək istəyirəm. Bilirəm, siz ölkəmizə 
çox səmimi münasibət bəsləyirsiniz, çox gözəl tədbirlər keçirirsiniz. Əlbəttə, bütün bunlar ölkələrimizin yaxınlaş-
masına daha da kömək edir. Mən yeni vəzifəmdə ölkələrimizin bundan sonra da yaxınlaşmasına çalışacağam və 
prezidentimiz Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.  
M a r q a r i t a   K o s t a: Xoş sözlərə görə Sizə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, Azərbaycanla 
İtaliyanın bir böyük ailə olması üçün ikitərəfli münasibətləri daha da inkişaf etdirmək məqsədilə birlikdə 
işləyəcəyik. Bu mənim arzumdur, çünki mənə həmişə deyiblər ki, ölkələrimiz arasında oxşar cəhətlər çoxdur. 
Əminəm ki, Siz çox yaxşı,  əla prezident olacaqsınız. Atanız sizin gözəl ölkənizin inkişafı üçün çox işlər 
görmüşdür. Hesab edirəm ki, Siz onun işinin layiqli davamçısı olacaqsınız. Ümidvaram ki, atanızı çox tezliklə 
görəcəyəm. İstəyirəm ki, filarmoniyanın açılışında biz onunla birlikdə iştirak edək.  
Ölkənizə uğurlar, ailənizə xoşbəxtlik arzulayıram.  
İ l h a m   Ə l i y e v: Onu biz də çox səbirsizliklə gözləyirik. Zənnimcə, tezliklə gələcəkdir. Bilirsiniz ki, o 
Sizə çox hörmət edir. Bu gün görüşdüyümüzü ona çatdıracağam. O çox şad olacaqdır.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə