İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə82/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   78   79   80   81   82   83   84   85   86

175 
 
şəklində bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. – 
51,59,208,215,218,300. 
 
33.  T ü r k    P e t r o l l a r ı, TRAO,– 1954-cü ildə Türkiyənin neft və qaz sənayesinin inkişafı üçün 
yaradılmışdır. Karbohidrogen istehsalı və emalı sahəsində Türkiyənin ən böyük şirkətidir. TPAO hazırda MDB, 
Şimali Afrika və Orta Şərqdə fəaliyyət göstərir. Azərbaycana gələn ilk xarici neft şirkətlərindəndir. – 52. 
 
34. Yaponiya – Sakit okeanın  Şərqi Asiya  sahilləri yaxınlığındakı adalarda dövlət. Sahəsi 372 min km
2
,  
əhalisi 126 milyon nəfərdir. İnzibati cəhətdən 47 prefekturaya bölünür. Yaponiya konstitusiyalı monarxiyadır. 
Paytaxtı Tokio şəhəridir. –53-57,140-142,235. 
 
35. ATƏT-in Minsk qrupu – 1992-ci il martın 24-də yaradılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə 
aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, 
Türkiyə, Danimarka və  İsveç. 1994-cü ilin dekabrından Minsk qrupuna iki sədr – Rusiya və İtaliya rəhbərlik edirdi. 
1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ  və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan–Azər-
baycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll 
edilməsinə bilavasitə kömək etməkdir. – 59,76,101, 102,110-114,137,149,192,193,244,314,353,355,370. 
 
36. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1991-ci il dekabrın 8-də Belorusiya, Rusiya və Ukrayna dövlət 
başçılarının imzaladıqları saziş əsasında SSRİ dağıldıqdan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır. 
Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə keçmiş SSRİ-nin 12 müttəfiq 
respublikası – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, 
Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna daxildir. MDB-nin 1993-cü ildə qəbul edilmiş nizamnaməsində 
aşağıdakı birgə  fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici 
siyasi fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat sisteminin və 
rabitənin inkişafında  əməkdaşlıq;  əhalinin sağlamlığının və  ətraf mühitin mühafizəsi; sosial və mühacirət 
məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə; müdafiə siyasətində  və    sərhədlərin qorunmasında 
əməkdaşlıq. 
MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət başçıları Şurası; Xarici işlər nazirləri Şurası; 
Dövlətlərarası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s. MDB-nin 
daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən  Əlaqələndirmə  Məsləhət Komitəsidir. – 
62,110,116,169,206,215,220,249,268,278,284, 299,317,337-341. 
 
37.  ATƏT – Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Təşkilatı.  Əsası 1975-ci il iyulun 3–9-da Helsinkidə 
qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi. 
ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni 
Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri 
rəqiblik və münaqişə yolundan əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını 
icra edir. 
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından ATƏT-in zirvə görüşlərində  
Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. – 76,113,195,325,318, 353-357. 
 
39. Assoşieyted Press – ABŞ-ın ən iri informasiya agentliklərindən biri. 1848-ci ildə Nyu-Yorkda yaradılmış-
dır. Amerika qəzet naşirlərinin xüsusi mülkiyyəti olan A.p. agentliyi ABŞ-da bütün informasiya işinə  nəzarət 
edir. – 7-90 
40.  Avropa Birliyi (AB) – 1951-57-ci illərdə yaranmış üç Qərbi Avropa inteqrasiya təşkilatının ümumi 
adı Avropa İqtisadi Birliyi - AİB, Avropa Kömür və Polad Birliyi – AKPB, Avropada Atom Energetika 
Birliyi – AAEB. AB ümumi prinsiplərin müəyyən edilməsindən birgə  fəaliyyətə  qədər bir neçə  mərhələ 
(Avropa İnvestisiya Bankının, Avropa Regional İnkişaf Fondunun – vahid valyuta qəbul etməsi) keçmişdir. 
Mühüm mərhələ Vahid Avropa Aktının (1986-1987-ci ildən qüvvəyə minmişdir) qəbul edilməsi olmuşdur. 
1967-ci ildə rəhbər orqanların birləşməsindən sonra – AİB, AKPB və AAEB – Avropa Birliyi – 1993-cü ildə 
isə Avropa Şurası yarandı. – 79,134,373,354,357. 
 
41. Azərbaycan Xalq Cəbhəsi (AXC) – ictimai-siyasi təşkilat. 1989-cu ildə təsis konfransı keçirilmiş, Proq-
ram və Nizamnaməsi qəbul olunmuşdur. 1999-cu il iyulun 25-də keçirilmiş qurultayının qərarı ilə Azərbaycan 
Xalq Cəbhəsi Partiyası adlandırılmışdır. – 79,340. 
 


176 
 
42. «Sülh naminə tərəfdaşlıq» proqramı – NATO ilə Şərqi Avropa və keçmiş SSRİ ölkələri arasında siyasi 
və hərbi sahələrdə əməkdaşlıq sənədi, 1994-cü il yanvarın 10-11-də NATO Şurasının dövlət və hökumət başçıları 
səviyyəsində Brüsseldə keçirilən görüşdə ABŞ tərəfindən təklif edilmişdir. 
Azərbaycan Prezidenti Heydər  Əliyev 1994-cü il mayın 4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında 
Azərbaycanın «Sülh naminə  tərəfdaşlıq» proqramına qoşulması haqqında sənədi imzalamışdır. 1996-cı ilin 
aprelində Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO-nun Baş katibi Xavyer Solana ilə 
görüşündə Azərbaycan Respublikasının təqdimat sənədini ona vermişdir. Həmin sənəd  əsasında Azərbaycanın 
NATO ilə tərəfdaşlığının fərdi proqramı hazırlanmışdır. – 79.  
 
43. Texas – ABŞ-ın cənubunda ştat. Sahəsi 691,2 min km
2
, əhalisi 19 milyon nəfərdir. Texas sənaye-aqrar 
ştatıdır. İnzibati mərkəzi Ostin şəhəridir. – 42,82,83,93,96.  
44. Qazaxıstan Respublikası  – Avroasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2724,9 min km
2
,  əhalisi 
16 679 min nəfərdir. Paytaxtı Astana şəhəridir.  Dövlət başçısı – prezident, qanunvericilik orqanı birpalatalı Ali 
Sovetdir. – 84, 105-106,116,173. 
 
45.  İran,  İran  İslam Respublikası – Cənub–Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km
2
,  əhalisi 62,2 
milyon nəfərdir. Paytaxtı Tehran şəhəridir.  İnzibati cəhətdən 24 ostana bölünür.  Ali qanunverici hakimiyyət 
orqanı 4 il müddətinə seçilən Xalq Şurası  Məclisidir. Hökuməti Baş nazir təşkil, prezident isə  təsdiq edir. – 
84,85,187,188,311. 
 
46. Riçard Armitac – R.Reyqanın prezidentliyi dövründə (1980-1988) müdafiə nazirinin beynəlxalq 
təhlükəsizlik üzrə müşaviri olmuşdur. Corc Buşun (ata) prezidentliyi dövründə (1988-1992) xüsusi tapşırıqlar 
üzrə  səfir işləyərkən yeni müstəqil dövlətlərə yardım göstərmək proqramının müəlliflərindən biri olmuşdur. 
Həmin vaxtdan 907-ci düzəlişin  əleyhinə  çıxır. Amerika–Azərbaycan Ticarət Palatası Direktorlar Şurasının 
üzvüdür. «Armitac Assoşieyts El Si» şirkətinin sahiblərindən biridir. – 90-91.  
 
47. Dövlət Departamenti – ABŞ-da 1789-cu ildən Xarici İşlər Nazirliyi funksiyasını  həyata keçirən  əsas 
xarici siyasət idarəsi. Dövlət katibi başçılıq edir, prezidentin və Konqresin hazırladığı xarici siyasi xətti həyata 
keçirir. – 90. 
 
48. ABŞ Konqresi, A m e r i k a B i r l ə ş m i ş  Ş t a t l a r ı K o n q r e s i – ali qanunverici hakimiyyət 
orqanı. İki palatadan – Senatdan və Nümayəndələr palatasından ibarətdir. 
Senatın 100 nəfər üzvü var. Ölkənin hər ştatından Senata iki senator seçilir. Nümayəndələr palatasının 435 
üzvü var. Bu palatanın üzvləri hər seçki dairəsində yaşayan əhalinin sayına görə seçilir. Qanun layihələri hər iki 
palatada müzakirə olunur. Konqres tərəfindən qəbul olunan qanunları ABŞ prezidenti təsdiq edir. – 92-100.  
49. Nyu-York – Şimal-Şərqi ABŞ-da ştat. Sahəsi 137,3 min km
2
, əhalisi 8 milyon nəfərdir. İnzibati mərkəzi  
– Trenton. – 93,187.  
 
50. Pensilvaniya – Şimal–Şərqi ABŞ-da ştat. Sahəsi 118,5 min km
2
, əhalisi 12,1 milyon nəfərdir. İnzibati 
mərkəzi – Xarzisberq. – 93. 
 
51.  R u s i y a  D ö v l ə t   D u m a s ı – 1906-cı ildə Rusiyada yaradılan nümayəndəli qanunvericilik 
müəssisəsi. 17 oktyabr Manifesti əsasında yaradılmışdır. Burada qanunlar müzakirə edilərək Dövlət  Şurasına 
təqdim edilir və çar tərəfindən təsdiq edilirdi. Duma 1917-ci il 6 oktyabra qədər fasilələrlə  fəaliyyət göstərdi. 
1993-cü il Rusiya Federasiyasının Konstitusiyasına əsasən Duma təzədən bərpa olundu. – 94. 
 
52. Ukrayna Ali RADA-sı – Ukraynanın  ali qanunverici hakimiyyət (Sovet–Şura, Xalq Deputatları RADA-
sı) orqanı – 94. 
 
53. Yaponiya Parlamenti – ali qanunverici hakimiyyət orqanı. Parlament Nümayəndələr Palatası  və 
Müşavirlər Palatasından ibarətdir. Parlament maliyyə işlərinin idarə olunmasına, hökumətin fəaliyyətinə nəzarət 
edir. – 94. 
 
54. Almaniya Bundestaqı – Almaniyada parlamentin aşağı palatası. –  
 
55. İsrail Knesseti – İsrail parlamentinin  adı. – 94. 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə