İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə83/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   78   79   80   81   82   83   84   85   86

177 
 
56. Demokratlar Partiyası – ABŞ-ın iki əsas partiyasından biri. Əsası 1828-ci ildə qoyulmuşdur. XIX əsrin 
birinci yarısında Cənub plantasiyaçılarının və bankirlərin mənafeyini müdafiə edirdi. 1829-41, 1845-49, 1853-
61, 1885-89, 1893-97, 1913-21, 1933-53, 1961-69, 1977-81,1993-2001-ci illərdə hakimiyyətdə olmuşlar. – 96. 
 
57. Çin Xalq Respublikası, ÇXR – Mərkəzi və Şərqi Asiyada dövlət. Sahəsi 9,6 milyon km
2
, əhalisi 1219 
milyon nəfərdir.  İnzibati cəhətdən 22 əyalətə (Tayvansiz), 5 muxtar rayona və  mərkəz tabeliyində olan 3 
şəhərə (Pekin, Şanxay, Tyantszın) bölünür. Ali dövlət hakimiyyəti orqanı Ümumçin Xalq Nümayəndələri 
Məclisidir. Dövlət başçısı – Çin Xalq Respublikasının sədridir. Paytaxtı Pekindir. – 96,122-126,173. 
 
58. «907-ci maddə» – ABŞ Konqresinin 1992-ci il oktyabrın 24-də erməni lobbisinin təzyiqi ilə  qəbul etdiyi 
«Rusiyanın və yeni müstəqillik qazanmış dövlətlərin azadlığını müdafiə aktı»na 907-ci düzəliş nəzərdə tutulur. 
Düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə yardımını qadağan edir. Buna baxmayaraq, istər Bill 
Klinton, istərsə də ondan sonra ABŞ prezidenti seçilən Corc Buş administrasiyası bu düzəlişin reallığı nəzərə 
almadığını  təsdiq edərək onun ləğv edilməsi təklifini müdafiə etmişlər. C.Buş hökuməti 2002-ci ildə bu 
düzəlişin fəaliyyətdən düşdüyünü qərara almışdır. – 98. 
 
59. Fransa, F r a n s a   R e s p u b l i k a s ı – Qərbi Avropada dövlət. Sahəsi 551 min km
2
, əhalisi 58,4 
milyon nəfərdir. İnzibati cəhətdən 95 departamentə bölünür. Qanunverici hakimiyyəti iki palatadan (Milli Məc-
lis və Senat) ibarət parlament həyata keçirir. İcra hakimiyyəti prezident və Nazirlər  Şurasına məxsusdur. 
Paytaxtı Paris şəhəridir. – 101-104,137,151. 
 
60. Fransa Senatı – Qanunverici hakimiyyət orqanı. – 101-104. 
 
61. Gülər Əhmədova, G ü l ə r   M i k a y ı l   q ı z ı (d.1965) – psixologiya elmləri namizədi. Heydər 
Əliyev tərəfindən yaradılmış Respublika Uşaq Təşkilatının (1996) sədridir. 2000-ci ildən Azərbaycan 
Respublikası Milli Məclisinin deputatıdır. – 102.  
 
62.  Jak  Şirak (d.1932) – Fransanın görkəmli siyasi və dövlət xadimi. 1974-76 və 1986-88-ci illərdə 
Fransanın Baş naziri, 1977-95-ci illərdə Paris şəhərinin meri,  1995-2007-ci illərdə Fransa Respublikasının 
prezidenti. «Heydər Əliyev» ordeni ilə təltif olunmuşdur. – 102. 
 
63. Natiq Əliyev,  N a t i q  A g a ə l i   o ğ l u  (d.1947) – 1993-2006-cı illər Azərbaycan Respublikası Dövlət 
Neft Şirkətinin prezidenti olmuşdur. Hazırda Azərbaycan Respublikası Sənaye və Energetika naziridir. Azərbaycan 
Respublikasının «Şöhrət»  ordeni ilə təltif edilmişdir. – 106. 
 
64. Merzlyakov Yuri (d.1949) – Rusiya Federasiyasının fövqəladə  və  səlahiyyətli səfiri. 2003-cü ildən 
ATƏT-in Minsk qrupunda Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə həmsədrlərindən biri. – 110-114.  
 
65. Sergey Mironov, S e r g e y   M i x a y l o v i ç (d.1953) – Rusiya dövlət xadimi, mühəndis-geofizik. 
1994-2001-ci illərdə Sankt-Peterburq Qanunverici məclisinin üzvü, 2001-ci ildə Rusiya Federasiyası Federal 
Şurasının üzvü, 2001-ci ilin dekabrından Federal Şuranın sədridir. – 113. 
 
66. Əziz Əliyev, Ə z i z   M ə m m ə d k ə r i m   o ğ l u (1897-1962) – görkəmli dövlət və siyasi xadimi
səhiyyə  təşkilatçısı. Tibb elmləri doktoru, professor. Əziz  Əliyev müxtəlif illərdə Azərbaycan Klinik 
İnstitutunun direktoru, Bakı  Səhiyyə  Şöbəsinin müdiri, Azərbaycan Xalq Səhiyyə Komissarının müavini və 
Xalq Səhiyyə Komissarı, Azərbaycan Dövlət Tibb İnstitutunun və  Azərbaycan Dövlət Universitetinin rektoru
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan KR MK-nın katibi, Dağıstan MSSR Vilayət 
Komitəsinin birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, Azərbaycan Elmi-
Tədqiqat Ortopediya və  Bərpa Cərrahiyyə  İnstitutunun direktoru, Azərbaycan Həkimləri Təkmilləşdirmə 
İnstitutunun direktoru vəzifəsində çalışmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı 
olmuşdur. – 115-121,287. 
 
67.  Niyazi, T a ğ ı z a d ə –  H a c ı b ə y o v  N i y a z i   Z ü l -f ü q a r  o ğ l u (1912-1984) – görkəmli Azərbaycan 
dirijoru, bəstəkar. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması, inkişafı Niyazinin adı ilə bağlıdır. SSRİ xalq artis-
ti, Sosialist Əməyi Qəhrəmanı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı idi. –115. 
 
68. Bakı–Supsa neft kəməri – 1994-cü ilin sentyabrında Azərbaycan hökumətinin xarici neft şirkətləri ilə 
imzaladığı  «Əsrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir vəsiləsi Bakı–Supsa  neft kəməridir. 


178 
 
Kəmərin uzunluğu 830 km, gündəlik maksimum ötürmə gücü 115 min barreldir. Supsada hər birinin tutumu 
250 min barrel olan dörd terminal tikilmişdir. 
 1999-cu il aprelin 17-də Supsada ilkin Xəzər neftinin Qərb istiqamətində  nəqli üçün Bakı–Supsa ixrac 
boru kəmərinin və Supsa yerüstü terminalının təntənəli rəsmi açılış  mərasimi olmuşdur. – 116,216. 
 
69. Bakı–Novorossiysk neft kəməri – 1994-cü ilin sentyabrında Azərbaycan Respublikası hökumətinin xarici 
neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir hissəsi Bakı–Novorossiysk 
neft kəməridir. Bu kəmər 1997-ci ilin noyabrında istifadəyə verilmişdir. – 
 
70. Nazim Hüseynov, N a z i m   Q a l i b   o ğ l u  (d.1969) – Azərbaycan cüdoçusu, azərbaycanlı ilk  Olimpiya 
çempionu (1992), 2 qat Avropa çempionu (1992-93). Dünya çempionatının gümüş və bürünc mükafatçısı. 1992-ci ildə 
bütün çəkilərdə Avropanın ən güclü cüdoçusu adına layiq görülmüşdür. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə 
təltif edilmişdir.  –  119,120. 
 
71. Li Pen (d.1928) – Çinin siyasi və dövlət xadimi. 1979-98-ci illərdə bir sıra məsul vəzifələrdə 
çalışmışdır. 1998-ci ildən ÇXR Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədridir. – 124.  
 
72. Abdullah Gül (d.1950) – Türkiyə dövlət və siyasi xadimi, iqtisad elmləri doktoru, professor. 1983-91-
ci illərdə  İslam  İnkişaf Bankında Türkiyə  təmsilçisi olmuşdur. 1991-ci ildə TBMM-nın üzvü seçilmişdir. 
Abdullah Gül Rəcəb Ərdoğanla Ədalət və İnkişaf Partiyasının  (Adelet və Kalkinma Partisi) yaradıcılarından 
biridir. 2002-ci il seçkilərində AKP qalib gəlir və A.Gül Baş nazir vəzifəsini tutur. 2003-cü ildə Rəcəb Tayyib 
Ərdoğan Baş nazir, Abdullah  Gül isə Baş nazirin müavini olur. 2007-ci il avqust ayının 28-də Abdullah Gül 
Türkiyənin 11-ci prezidenti seçildi. – 127,138,187. 
 
73. Əhməd Necdət Sezər (d.1941) – 2000-2007-ci illərdə Türkiyə prezidenti. 1962-83-cü illərdə bir sıra 
məsul vəzifələrdə çalışmışdır. 1993-cü ildə Türkiyə Kassasiya Məhkəməsinin, 1988-ci ildə isə Türkiyə 
Konstitusiya Məhkəməsinin üzvü seçilib. 1998-2000-ci illərdə Türkiyə Konstitusiya Məhkəməsinin sədri 
olmuşdur. – 127,138. 
 
74. Müşavirlər Palatası – Yaponiya ali qanunverici orqanının iki palatasından biri. – 141. 
 
75. İpək yolu, b ö y ü k   İ p ə k   y o l u – beynəlxalq tarixi tranzit-ticarət yolu; eramızdan əvvəl II əsrin 
sonlarından eramızın XVI əsrinədək fəaliyyət göstərmiş, Çindən  Şimali Afrika və  İspaniyaya qədər uzanaraq, 
ayrı-ayrı qolları ilə o zaman dünyanın,  demək olar ki, bütün ölkələrini birləşdirmişdir.  
Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin maddi sərvətlərə malik olması sayəsində Azərbaycan qədim 
zamanlardan dünya ölkələri arasında iqtisadi və mədəni əlaqələrdə mühüm yer tutmuşdur. 
XX  əsrin sonunda Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin böyük İpək yolunun yenidən 
dirçəldilməsi ideyasını irəli sürməsi bütün dünyada, xüsusilə  də böyük İpək yolu üstündə yerləşən ölkələrdə 
ciddi maraqla qarşılandı. Bu məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33 dövlətin və Avropa Birliyinin iştirakı 
ilə beynəlxalq konfrans keçirildi; TRASEKA proqramı  çərçivəsində  nəzərdə tutulan Asiya–Qafqaz–Avropa 
ticarət dəhlizinin – böyük İpək yolunun bərpasının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi 
qeyd olundu. – 142.  
 
76. Xaçmaz – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv 
edilərək  ərazisi Quba və Qusar rayonlarına verilmiş, 1965-ci ildə yenidən müstəqil  rayon olmuşdur. Sahəsi 
1045 km
2
, əhalisi 111,6 min nəfərdir. – 143-149,203,218,226. 
 
77. Voloşin Aleksandr Stalyeviç (d.1956) – inşaatçı-mühəndis. 1992-95-ci illərdə AO «ESTA Korp» 
prezidenti. 1997-98-ci illərdə Rusiya Federasiyası Prezidentinin İcra Aparatı rəhbərinin müavini, 1999-cu ildən 
isə rəhbəri olmuşdur. – 152-154. 
 
78.  İkinci dünya müharibəsi (1939-45) – Almaniya, İtaliya və Yaponiya tərəfindən başlanmış böyük 
müharibə.  İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya girməsi ilə başlandı. 
Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-cı ilin ortalarından alman 
qoşunları Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, sonra isə Fransanı işğal etdi.  
1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə elan etdi. 1942-43-cü illərdə sovet ordusunun 
Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyanı qəti surətdə sarsıtdı.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə