İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə85/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   78   79   80   81   82   83   84   85   86

181 
 
Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. – 188-189,200,234,245,301,347-348. 
 
107. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTŞ) – BMT-nin daimi fəaliyyət göstərən 
mühüm orqanı. BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və  təhlükəsizliyin qorunmasında  əsas 
məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddəti-
nə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs ver-
dikdə qəbul olunmuş sayılır. – 190. 
 
108.  Kəmaləddin  Heydərov,   K ə m a l ə d d i n   F ə t - t a h   o ğ l u (d.1961) – gömrük xidməti 
general –polkovniki. 1995-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri olmuşdur. 
2006-cı ildən Azərbaycan Respublikası Fövqəladə Hallar  naziridir. – 198. 
 
109. Füzuli (1959-cu ilədək Qaryagin rayonu) – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə 
təşkil olunmuşdur. Sahəsi 1386 km
2
, 80,2 min nəfərdir. 1993-cü  ildə erməni hərbi qüvvələri tərəfindən işğal 
edilmişdir. – 209,242.  
 
108. Əli Həsənov, Ə l i   Ş a m i l   o ğ l u (d.1948) – 1998-ci ildən Azərbaycan Respublikası Baş Nazirinin 
müavini, Qaçqınların və  Məcburi Köçkünlərin  İşləri Üzrə Dövlət Komitəsinin sədridir. 1995-2000-ci illərdə 
Milli Məclisin üzvü olmuşdur. – 209.  
 
109. Cəbrayıl — Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil olunmuşdur. Sahəsi 1050 
km
2
, əhalisi 45,8 min nəfər idi. 1993-cü ildə erməni silahlı qüvvələri  tərəfindən işğal edilmişdir. – 212. 
 
110. «EUPES–Azərbaycan» Almaniya–Azərbaycan birgə müəssisəsi. Bu qurum 2002-ci il iyunun 19-da 
Almaniyanın tanınmış "Eupec Pipe Coatings" və Azərbaycanın "Azpetrol"  
neft  şirkəti tərəfindən yaradılmışdır. Müəssisənin yaradılmasında  əsas məqsəd regionda karbohidrogen 
ehtiyatlarının işlənilməsi ilə bağlı irimiqyaslı layihələrin həyata keçirilməsi zamanı inşa olunacaq neft və qaz 
kəmərləri üçün boruların örtüklənməsi işlərinin yerinə yetirilməsi olmuşdur. Birgə işlərin ilkin mərhələsində 25 
hektarlıq sahədə qısa müddət ərzində dünya standartlarına cavab verən müasir zavod inşa olunmuşdur.  
Korroziyaya qarşı və betonlaşdırma əməliyyatları üçün avadanlıq Almaniyada və ABŞ-da sifariş olunmuş, 
onların quraşdırılması alman, ABŞ və Kanada mütəxəssislərinin nəzarəti altında yerinə yetirilmişdir. – 215-218. 
 
111. Nizami Gəncəvi,   İ l y a s  Y u s i f  o ğ l u (1141-1209) – dahi Azərbaycan şairi və mütəfəkkiri. Dünya 
ədəbiyyatı tarixinə  məsnəvi formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə» müəllifi kimi daxil 
olmuşdur. Nizami Gəncəvinin ilkin Şərq Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist
ümumbəşəri ictimai-siyasi, sosial və  mənəvi-əxlaqi idealları parlaq bədii  əksini tapmışdır. Nizami Gəncəvi 
Yaxın  Şərq  ədəbiyyatında mənzum roman janrının  əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır. Nizami 
Gəncəvi həm də dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində şəxsiyyət azadlığı, insanın 
mənəvi azadlığı tərənnüm olunur. – 227. 
 
112. Gəncə  – Azərbaycan Respublikasında  şəhər. Sahəsi 107 km
2
,  əhalisinin sayına görə Bakıdan sonra 
ikinci şəhərdir. Gəncə Azərbaycanın qədim şəhərlərindəndir. Gəncənin salındığı tarix dəqiq məlum deyil. Bəzi 
müəlliflər Gəncənin Makedoniyalı İsgəndərin dövründə (e.ə.336-323) salındığını qeyd etmişlər. – 227-234,297. 
 
113. Şah Abbas məscidi – G ə n c ə   c ü m ə   m ə s c i d i. – Azərbaycan memarlıq abidəsi. 1606-cı ildə 
Azərbaycan alim və memarı Şeyx Bəhaəddin tərəfindən inşa edilmişdir. Məscid minbərinin üzərində oyma bəzəkləri 
olan ağac şəbəkələri  şəbəkəçilik sənətinin nadir nümunələrindəndir. – 233. 
 
114. Cavad xan (  - 1804) – Gəncə xanı (1785-1804), Ziyadoğluları  nəslindən idi. Cavad xan dövründə 
Qazax, Borçalı,  Şəmsəddil,  Şamxor və s. yerlər Gəncə xanlığına daxil idi. Gürcüstan Rusiyaya birləşdikdə 
(1801) Cavad xan Şəmsəddilə qoşun göndərib 29 kəndi Gəncə xanlığı  ərazisinə qatdı. Rusiya Cavad xana 
narazılığını bildirdi və  Şəmsəddildən  əl çəkməsini tələb etdi. 1803-cü ilin noyabrında  çar generalı 
P.D.Sisianovun komandanlığı ilə  Gəncəyə qoşun göndərildi.  P.D.Sisianovun tabe olmaq tələbini rədd edən 
Cavad xan döyüşdə qəhrəmancasına həlak oldu. – 233. 
 
115. «Qaradağ–Digah–Şimal Dres»yüksək təzyiqli qaz kəməri və müvafiq kompressor stansiyası
Layihənin əsas niyyət və məqsədi Azərbaycanda elektrik güclərinin artırılması, Abşeron yarımadasının elektrik 
enerjisi və  təbii qazla sabit təmin edilməsidir. Belə ki, yeni tikilmiş kompressor stansiyası  və qaz kəməri 
Abşeron yarımadasında yerləşən sənaye, kommunal-məişət obyektlərini və əhalini təbii qazla təchiz edəcəkdir. 
– 235-239. 


182 
 
 
116. Bərdə – Azərbaycan Respublikasında  şəhər. Bərdə Azərbaycanın  ən qədim  şəhərlərindəndir.  Ərəb 
tarixçisi Bəlazuri (XI əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (488-531), İran tarixçisi Həmdullah Qəzvini 
(XIV əsr) isə Makedoniyalı İsgəndərin dövründə (e.ə.336-23) salındığını göstərmişdir. – 240-248,264.  
 
117. Ağdam şəhəri – Azərbaycan Respublikasında şəhər. Ağdam rayonunun mərkəzi 1993-cü ildə erməni 
işğalçıları tərəfindən işğal edilmişdir. – 243. 
 
118. Kəlbəcər – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə  təşkil edilmişdir. Sahəsi 1936 
km
2
, əhalisi 58 min nəfərdir. 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. – 247. 
 
119. Ruşaylo Vladimir Borisoviç (d.1953) – 1972-ci ildən  SSRİ Daxili İşlər Nazirliyində müxtəlif məsul 
vəzifələrdə işləmişdir. 1998-ci ildən Rusiya Daxili İşlər nazirinin müavini, 1999-cu ildən isə nazir, 2001-ci ildə isə  
MDB ölkələri üzrə Kollektiv Təhlükəsizlik Şurasının sədri, 2003-cü ildə isə Rusiya Təhlükəsizlik Şurasının katibi 
olmuşdur. – 249-254,260. 
 
120. Zemfira Meftahəddinova (d.1963) – stend atıcısı. 1986-88,1990,1993,1997-ci illərdə Avropa 
çempionu, 1995-ci ildə dünya çempionu, 2000-ci ildə Sidney Olimpiya oyunlarının çempionu, Qahirədə XXI 
əsrin ilk dünya çempionatında birinci yeri tutmuşdur. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə  təltif 
olunmuşdur. – 255,258. 
 
121. Sankt-Peterburq – Əsası 1703-cü ildə I Pyotr tərəfindən qoyulmuşdur. 1918-ci ilə kimi Rusiyanın 
paytaxtı idi. Rusiya Federasiyasının ən böyük sənaye, mədəniyyət və elm mərkəzidir. – 260. 
122. Lənkəran — Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə  təşkil edilmişdir. Sahəsi 661 
km
2
, əhalisi 146,9 min nəfərdir. – 261-272. 
 
123. Etibar Məmmədov,  E t i b a r  S a l i d a r  o ğ l u  (d.1955) – Azərbaycan Milli İstiqlal Partiyasının sədri. 
1990-2000-ci illərdə Milli Məclisin deputatı olmuşdur. – 268 
 
124.  Həzi Aslanov, H ə z i   Ə h ə d   o ğ l u (1910-1945) – tank qoşunları qvardiya general-mayoru, iki dəfə 
Sovet İttifaqı Qəhrəmanı. Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən H.Aslanov Stalinqrad 
vuruşmasında, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi 
məharət göstərmişdir. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını 
azad etmək uğrundakı vuruşmalarda xüsusilə  fərqlənmişdi. H.Aslanov Mitağa  şəhəri yaxınlığındakı vuruşmada 
qəhrəmancasına həlak olmuşdur. – 271. 
 
125.  Uşaq Bərpa Mərkəzi – Cənubi Qafqazda fəaliyyət göstərən yeganə tibb müəssisəsidir. Yaponiyanın 
"İtoçu"  şirkəti Mərkəzi  ən müasir standartlara cavab verən avadanlıqla təchiz etmişdir. Burada çalışan  
həkimlərin  əksəriyyəti Yaponiyada hazırlıq kurslarında olmuşdur. Bundan əlavə, Tokiodan gəlmiş ixtisaslı 
həkimlərin iştirakı ilə Azərbaycanda təşkil olunmuş kurslarda xüsusi təlimlər keçmişlər. 42 çarpayılıq stasionar 
da ambulator müalicəsi də aparılacaqdır. – 273-274. 
 
126. Dağıstan, D a ğ ı s t a n   R e s p u b l i k a s ı – Rusiya Federasiyasında respublika. Sahəsi 50,3 min 
km
2
, əhalisi 2094,6 min nəfərdir. Paytaxtı Mahaçqala şəhəridir. Dağıstan ərazisi bizim eradan əvvəl 1-ci min-
nilliyin axırlarına qədər Qafqaz Albaniyası tərkibində olmuşdur. 1813-cü ildə Gülüstan müqaviləsinə əsasən çar 
Rusiyasına birləşdirilmişdir. – 287,288,292. 
 
127. Sumqayıt – Azərbaycanda şəhər. Bakıdan 35 km şimal–qərbdə, Xəzər dənizinin qərb sahilində yerləşir. 
Sahəsi 83 km
2
, əhalisi 231,1 min nəfərdir. Əvvəllər kiçik yaşayış məntəqəsi olan Sumqayıt, 1938-ci ildə Bakı 
neft sənayesini elektrik enerjisi ilə təmin edəcək İstilik Elektrik Stansiyasının tikintisi ilə şəhər tipli qəsəbəyə 
çevrildi və get-gedə Bakıdan sonra  ölkəmizin ikinci sənaye  şəhərinə çevrildi. Sənayesində    kimya  və 
metallurgiya sahələri əsas yet tutur. – 294-297.  
 
128. «Röyter» – İngiltərənin xarici informasiya agentliyi. 1851-ci ildə Londonda yaradılmışdır. Pöyter 
B.Britaniyanın rəsmi teleqraf agentliyidir. – 308 
 
129. 1993-cü il iyun hadisələri – Azərbaycanı  vətəndaş müharibəsi həddinə  gətirmiş  Gəncə hadisələri, 
Bakıda Ali Sovetin binası qarşısında keçirilən çoxsaylı mitinqlər, Heydər Əliyevin xalqın tələbilə Naxçıvandan 
Bakıya gəlməsi, Ali Sovetin sədri seçilməsi, o zamankı respublika prezidenti Ə.Əliyevin (Elçibəyin) Kələki 
kəndinə getməsi, Ali Sovetin sədri Heydər  Əliyevin respublika prezidenti vəzifəsini icra etməyə başlaması 
nəzərdə tutulur. – 308,340,349. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə