İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə73/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   69   70   71   72   73   74   75   76   ...   86

154 
 
prezidenti Zurab Seretelinin üçcildlik əsərini Sizə təqdim etmək istəyirəm. Bu əsərləri atanıza, bizim ən hörmətli 
adamımıza – əməkdaşlığımızın möhkəmlənməsi üçün çox işlər görmüş  və  əminəm, hələ çox işlər görəcək 
insana çatdırmağı Seretelinin özü xahiş etmişdir. 
İ l h a m   Ə l i y e v: Xoş sözlərə görə,  sizin verdiyiniz qiymətə görə və mənim üçün çox əziz hədiyyəyə 
görə sağ olun. Sizi əmin edirəm ki, MDB-nin üzvü olan dövlətlərin daha sıx birliyinə kömək göstərmək üçün 
var qüvvəmlə çalışacağam. Azərbaycan ölkələrimizin və xalqlarımızın yaxınlaşmasında  əvvəlkitək fəal rol 
oynayacaqdır.  
Siz dediniz ki, seçkilər yeniliklərlə keçirildi. Bizim Seçki Məcəlləsi çox demokratikdir, indiki seçkilərə 
monitorinqi həyata keçirmiş, demək olar, bütün beynəlxalq təşkilatların kifayət qədər yüksək qiymətini almışdır. 
Buraya şəffaf qutular da, zərflər də daxildir. Həmçinin deyə bilərəm ki, səsvermənin nəticələrinə dair məlumat 
internet vasitəsilə dərhal yayılır, habelə məntəqələrdə divardan asılırdı. Görülən tədbirlərdən məqsəd bu idi ki, 
maksimum şəffaflıq, ədalətlilik təmin edilsin, heç kimdə şübhə yaranmasın. 
Seçkilərin nəticələri bizim üçün gözlənilməz deyildi. Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsi aydındır. Xalq 
öz sözünü hələ 1993-cü ildə, bir tərəfdən xaos və anarxiya, digər tərəfdən isə sülh və əmin-amanlıq arasında seçim 
etməli olanda demişdir. Ölkəmizin prezidenti Heydər  Əliyevin rəhbərliyi ilə keçdiyi onillik yol xalqın seçiminin 
düzgün olduğunu göstərdi.  İndiki seçkilərdə  də Azərbaycan xalqı sülhə,  əmin-amanlığa, sabitliyə  və inkişafa səs 
verdi. Bu seçimin nə qədər düzgün olduğunu, təəssüf ki, dünənki hadisələr – 1992–1993-cü illərdə Xalq Cəbhəsi və 
Müsavatın dəhşətli hakimiyyət illərini bizə xatırladan kütləvi iğtişaşlar da göstərdi. 
Siz İvanovkadakı kolxozdan danışdınız. Bu, Azərbaycanda yeganə kolxozdur. Heydər Əliyev orada hər şeyin 
olduğu kimi saxlanması barədə müvafiq fərman vermişdir. Yəni, orada həmin kəndin sakinlərinin istədiyi şərait 
yaradılmışdır. O dəhşətli vaxtlarda həmin bu İsa Qəmbərin göstərişi ilə Azərbaycanda rus məktəbləri bağlanırdı, 
hətta Elmlər Akademiyasının da bağlanmaq təhlükəsi var idi. Yaradıcılıq ittifaqları da bağlanırdı. Xalqımız 
bütün bunları yaxşı xatırlayır. Keçmiş üzvləri dünən iğtişaşlar törətməyə çalışan həmin hökumətin xalqımızın 
başına nə kimi müsibətlər gətirdiyini də xatırlayırıq. Lakin Azərbaycan indi qüdrətli dövlətdir. Biz özümüzü də, 
dövlətçiliyimizi də qorumaq iqtidarındayıq. Qayda-qanun bərpa edilmişdir və biz heç kimə qanunsuz hərəkətlər 
etməyə imkan verməyəcəyik. Cinayət törədənlər xalq qarşısında, qanun qarşısında cavab verməli olacaqlar.  
Mən çox şadam ki, siz və müşahidəçiləriniz seçki prosesini izləyə bilmisiniz. Mən Qərbi Avropa 
ölkələrindən olan müşahidəçilərin nümayəndəsi ilə görüşdüm. Mənə demişdilər ki, bu adam səslərin 
hesablanmasında iştirak etmişdir. O dedi: "Mən gördüm ki, seçicilərin 80 faizi Sizə səs vermişdir". Bu mənim 
üçün çox xoş idi və  mən bunu, ilk növbədə, Heydər  Əliyevin Azərbaycandakı siyasətinin təntənəsi kimi 
qiymətləndirirəm. Bu onu göstərir ki, Azərbaycan xalqı onun siyasi xəttinə sadiqdir. Mən onun siyasətini bütün 
istiqamətlərdə, o cümlədən MDB-nin fəaliyyəti çərçivəsində davam etdirmək üçün var qüvvəmlə çalışacağam.  
Fürsətdən istifadə edib, mənə Yaltada  göstərilən səmimi qəbula görə Sizə təşəkkürümü bildirmək istəyirəm. 
Bildiyiniz kimi, bu, sammitdə mənim ilk iştirakım idi. Adətən, ilk iştirak həmişə həyəcanlandırıcı olur. Lakin 
məhz Sizin münasibətiniz, diqqətiniz, mehribanlığınız elə bir şərait yaratmışdı ki, mən özümü köhnə 
tanışlarımın əhatəsində hiss edirdim.  
Şəxsən Sizə, təşkilata, MDB İcraiyyə Komitəsinə Birlik ölkələrinin bütün xalqlarının tərəqqisi naminə çox 
vacib fəaliyyətinizdə uğurlar arzulamaq istəyirəm.  


155 
 
 
RUSİYANIN AZƏRBAYCANDAKI  
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ NİKOLAY RYABOV İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
17  oktyabr 2003-cü il 
 
N i k o l a y  R y a b o v: Sizinlə, Azərbaycan Respublikasının yeni seçilmiş Prezidenti ilə görüşmək imkanına 
görə çox minnətdaram. Sizi xalqın bu çox yüksək etimadı münasibətilə təbrik etmək və belə bir faktı vurğulamaq 
istəyirəm ki, Ukraynanı  çıxmaq  şərti ilə, MDB məkanında ilk dəfə olaraq hakimiyyətin bir prezidentdən digərinə 
verilməsi demokratik prosedur əsasında, ölkənin Konstitusiyasına və Seçki Məcəlləsinə müvafiq surətdə  həyata 
keçirilmişdir. Bu  əla ənənədir və heç şübhəsiz ki, Azərbaycanı dünyanın demokratik dövlətləri sırasına çıxarır. Bu 
münasibətlə mən Sizi və xalqınızı təbrik etmək istəyirəm. 
Hörmətli İlham Heydəroviç, dünən Rusiya Federasiyasının Prezidenti ilə telefon söhbətiniz oldu. Bilirsiniz ki, o, 
Moskvada deyil, dünyanın o biri başında – Malayziyadadır. Ona görə də çox xoşdur ki, Rusiya dövlətinin başçısı bu 
dialoqu aparmağa belə imkan tapmışdır. 
Mən fəxri tapşırıq – ölkənin Prezidenti seçilməyiniz münasibətilə Rusiya Federasiyası Prezidentinin təbrikini 
Sizə şəxsən yetirmək tapşırığı almışam. Burada bizim Xarici İşlər nazirinin təbriki də var. Öz tərəfimdən demək 
istərdim ki, dünən televiziya ilə  çıxış edərkən belə bir ifadə  işlətdim ki, indi Azərbaycanda cavan və gözəl 
prezident var. Düşünürəm ki, Siz bu ifadəyə görə inciməyəcəksiniz. Onu da əlavə etmək istərdim ki, Sizin 
seçkiqabağı kampaniyanın məharətlə aparmağınıza heyran qaldım. Sizin çox az vaxtınız var idi, hes kəs, hətta 
təcrübəli siyasətçi də bu çox gərgin siyasi kampaniyaya belə üzvi surətdə və belə ustalıqla daxil ola bilməzdi. 
Bu, bir siyasətçi kimi, Sizin kamilliyinizdən xəbər verir. Sözün düzü, bu bizi yaxşı mənada çox təəccübləndirdi. 
Yeri gəlmişkən, bu Sizin siyasi təcrübənizə şübhə edənlərə də cavab oldu. Prezident olmaq üçün təhsil almırlar, 
belə  təhsil müəssisəsi yoxdur. Lakin Sizin məhz bu vəzifəyə doğru yolunuz çox zəngin siyasi baqajı  və 
bütünlüklə, belə parlaq şəkildə nümayiş etdirdiyiniz təcrübəni formalaşdırmışdır. 
Onu da demək istəyirəm ki, mən Sizin seçkiqabağı  çıxışlarınızı diqqətlə oxuyurdum, onlar təmkinliliyi, 
aydınlılığı, ardıcıllığı ilə Rusiyada xoş  təsir bağışlayır. Biz əminik ki, – Rusiya Federasiyasının Prezidenti də 
Sizə müraciət edərək bu barədə yazır və deyir, – bu xətt davam etdiriləcəkdir, qarşıda bizi bütün istiqamətlərdə 
konstruktiv, səmərəli dialoq və  əməkdaşlıq gözləyir. Mən ikitərəfli münasibətlərimizdən,  əlaqələrimizdən çox 
danışa bilərəm, lakin bir qədər, Sizin öz xalqınız qarşısında and içəcəyiniz vaxtadək gözləmək lazımdır. Bu, 
tezliklə olacaq və Siz prezident vəzifəsinə rəsmən başlayacaqsınız. Biz o anı səbirsizliklə gözləyirik. 
İ l h a m   Ə l i y e v: Hörmətli cənab səfir Nikolay Timofeyeviç, sağ olun. Rusiya prezidenti Vladimir Vladi-
miroviç Putinin axşam mənə  zəng vurması  və Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyim 
münasibətilə təbrik etməsi mənim üçün çox xoş idi. Qeyd etdiyimiz kimi, o, Moskvada deyildir, Malayziyadadır 
və  iş  cədvəlinin gərgin olmasına baxmayaraq, – dünən onun çıxışlarını və dövlət başçıları ilə çoxsaylı görüşlərini 
Rusiyanın televiziya kanalları ilə izləməyə imkanımız oldu – belə gərgin vaxtda o, imkan tapdı və məni təbrik etdi. 
Bu mənim üçün çox qiymətli,  əhəmiyyətlidir. Fürsətdən istifadə edərək, həm telefon zənginə görə, həm də Sizin 
mənə çatdırdığınız təbriklərə görə mənim ən dərin təşəkkürümü ona yetirməyinizi xahiş edirəm. Ölkələrimiz arasında 
münasibətlər uğurla inkişaf edir. Bu münasibətlərimizin müasir mərhələsinin bünövrəsini prezidentlərimiz – Heydər 
Əlirza oğlu Əliyev və Vladimir Vladimiroviç Putin qoymuşlar. Rusiya Azərbaycan üçün strateji tərəfdaşdır. Rusiya 
ilə münasibətlər bizim üçün öncül xarakter daşıyır. Biz bu münasibətlərin bütün səviyyələrdə – iqtisadi əməkdaşlıq 
sahəsində  də, siyasi müstəvidə  də, mədəniyyət sahəsində  də daha da inkişaf etdirilməsində çox maraqlıyıq. Bu, 
Rusiya vətəndaşları üçün də, Azərbaycan vətəndaşları üçün də böyük nemət olacaqdır.  Əlbəttə, Azərbaycanda 
Heydər Əliyevin rəhbərliyi ilə aparılmış və xalqlarımızın, ölkələrimizin yaxınlaşmasına yönəldilmiş siyasət davam 
etdiriləcəkdir. Buna heç kimdə şübhə olmamalıdır. Rusiya yaxın dostumuzdur və biz rus xalqına ən səmimi rəğbət 
hissləri bəsləyirik. Azərbaycan öz dostları ilə – qonşuları, ilk növbədə, Rusiya ilə mehriban qonşuluq münasibətlərinə 
sadiqliyini son on ildə  əməli surətdə sübuta yetirmiş ölkədir.  Əminəm ki, əlaqələrimiz bütün səviyyələrdə davam 
etdiriləcəkdir. Vladimir Vladimiroviç Putinin MDB dövlət başçılarının zirvə toplantısı  çərçivəsində görüşlərimiz 
zamanı  mənə yetirdiyi diqqəti bir daha qeyd etmək mənim üçün çox xoşdur. Çoxtərəfli görüşlər çərçivəsində  də, 
ikitərəfli  əsasda da biz bir çox mühüm məsələləri müzakirə etdik və münasibətlərimizin inkişafına gələcəkdə  də 
kömək etmək niyyətində olduğumuzu bildirdik. 
İndi Azərbaycan xalqı mənə etimad göstərib səs çoxluğu ilə namizədliyimi dəstəkləməklə Azərbaycanda həyata 
keçirilmiş və bundan sonra da keçiriləcək xarici siyasətə səs vermişdir. Biz  öz tərəfimizdən ölkələrimizin gələcəkdə 
ikitərəfli əsasda və regional miqyasda sıx əməkdaşlıq etməsi üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, beynəlxalq 
məsələlərin həllində beynəlxalq miqyasda birgə  fəaliyyətimiz ölkələrimizin rifahına və xeyrinə xidmət edəcəkdir. 
Son 2–3 ildə ölkələrimiz arasında siyasi münasibətlərin möhkəmlənməsinin müsbət nəticələrini biz artıq təcrübədə 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə