İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


kimi daxil olmaq Sizi düşündürmürmü? İkinci sual: bu günlərdə Sizin açdığınız taekvondo mərkəzindən



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə69/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   65   66   67   68   69   70   71   72   ...   86

145 
 
kimi daxil olmaq Sizi düşündürmürmü? İkinci sual: bu günlərdə Sizin açdığınız taekvondo mərkəzindən 
200 metr aralıqda qaçqınlar ağır şəraitdə yaşayırlar. Onların həyatını yüngülləşdirmək üçün Siz konkret 
nə etmək fikrindəsiniz? 
C a v a b: Kadr dəyişikliklərinə gəldikdə, parlament tərəfindən Baş nazir vəzifəsinə təsdiq olunanda, mən bu 
barədə dedim. Dedim ki, Heydər  Əliyev komandasının üzvüyəm və bu komandada ləyaqətli adamlar təmsil 
olunmuşlar, mən də bu adamlarla əməkdaşlıq etmək fikrindəyəm. 
Ona görə  də heç bir dəyişiklikdən söhbət belə gedə bilməz. Heydər  Əliyev ilə  işləmiş adamlar layiqli 
insanlardır, Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının inkişafı işinə öz töhfələrini vermişlər. Odur ki, hər hansı 
köklü dəyişikliklərdən danışmağın heç bir mənası yoxdur. Zənnimcə, insan tarixə necə düşəcəyi barədə  ən 
axırda fikirləşməlidir. Mən həmişə bunu əsas tutmuşam ki, gərək üzərinə düşən vəzifələri dəqiq yerinə 
yetirəsən. Digər tərəfdən, tarixə düşməkdən danışmalı olsaq, məncə, bu tarixə bir yenilikçi, novator kimi yox, 
məhz Heydər Əliyevin xəttinin davamçısı kimi düşmək daha şərəflidir. Biz "novatorları" Azərbaycanda 1992-ci 
ildə görmüşük.  İndi müxalifətdə olan bu "novatorlar" uzun illər  ərzində yaradılmış  məktəbləri bağlayırdılar. 
Bax, bu "novatorlar" hakimiyyətdə bir il qaldıqdan sonra Azərbaycan xalqı onlara qapını göstərdi, özü də 
kifayət qədər birmənalı  şəkildə. Ona görə  də ölkəmizin rifahı üçün, müstəqilliyin və suverenliyin 
möhkəmlənməsi naminə, iqtisadi inkişaf naminə Heydər  Əliyev xətti, nəyin bahasına olursa-olsun, davam 
etdirilməlidir. Bu mənim qəti əqidəmdir.  
Dediyim kimi, üzərimə düşən bütün vəzifələrə  məsuliyyətlə yanaşıram, o cümlədən də idmanın inkişafı 
məsələsində. Azərbaycanda haradasa problem varsa, o demək deyil ki, yeni idman qurğuları tikilməməlidir. 
Mən belə yanaşmanı tamamilə səhv və Azərbaycanın mənafeləri baxımından yersiz hesab edirəm. Ölkəmizin bir 
çox bölgələrində  hər cür şərait yaradılmışdır ki, gənclər küçələrdə avara gəzib-dolaşmasınlar, narkotiklərə 
qurşanmasınlar,  əksinə, idmanla məşğul olsunlar. Bu çox yaxşıdır. Azərbaycan xalqı üçün çox yaxşıdır. 
Olimpiya Komitəsinin bu gün gördüyü işləri indiyədək başa düşməyənlər 5–10 ildən sonra başa düşəcəklər. La-
kin başa düşməyənlər azdır.  
Azərbaycanda qaçqın-köçkünlərin yaşayışını yaxşılaşdırmaq problemi həll edilir. Ölkə özünün neft 
sahəsindəki fəaliyyətindən ilk mənfəəti götürən kimi, neft fondundan ilk pulları – 70 milyon dolları onların 
həyat şəraitinin yaxşılaşdırılmasına yönəltmişdir. 
Mən bu yaxınlarda Biləsuvar rayonunda olarkən yeni qəsəbənin açılışında iştirak etdim. Çadır düşərgəsindən 
2600 ailə, – bu isə 10 mindən çox adam deməkdir, – hər cür rahatlığı, suyu, işığı, torpaq sahəsi olan müasir 
evlərə köçmüşdür. Onlar maddi yardım da aldılar. Bu proses davam etdiriləcəkdir. Azərbaycanda bir dənə də 
çadır  şəhərciyi qalmamalıdır.  Şükürlər olsun ki, indi bizdə buna imkanlar yaranır və onları, ilk növbədə, bu 
məqsədlərə yönəldirik. Bu adamlar ən ağır şəraitdə yaşayırlar. Ona görə də hökumətin vəzifəsi onlara kömək 
etməkdir. Bu kömək bundan sonra da göstəriləcəkdir. 
S u a l: "Çikaqo tribyun" qəzeti. Korrupsiya ilə mübarizə barəsində nə deyə bilərsiniz? 
C a v a b:  Təəssüf ki, inkişaf etmiş ölkələr də daxil olmaqla, korrupsiya bütün dünyada var. Zəngin 
demokratiya ənənələri olan ölkələrdə də korrupsiya ilə bağlı zaman-zaman qalmaqallar baş verir. Bu o deməkdir 
ki, korrupsiya nəinki keçid dövrünü yaşayan ölkələrə, cəmiyyətin demokratik inkişafı sahəsində böyük 
təcrübəyə malik dövlətlərə də xas olan haldır. Lakin keçid dövrünü yaşayan ölkələr bundan daha çox əziyyət 
çəkir, ona görə də hökumət korrupsiya ilə mübarizədə böyük səylər göstərməlidir. Amma bu mübarizədə təkcə 
inzibati tədbirlərlə uğur qazanmaq mümkün deyildir. Korrupsiyanın səviyyəsini aşağı salmaq üçün, ilk növbədə, 
özəlləşdirmə aparmaq lazımdır, sahibkarlar sinfi yaradılması çox vacibdir. Bu amillər korrupsiya ilə mübarizədə 
kömək edərdi. Onlar inzibati tədbirlərdən daha səmərəlidir. Azərbaycan özəlləşdirmə sahəsində böyük uğurlar 
qazanmışdır. İndi ümumi daxili məhsulun təxminən 75 faizi özəl sektorun payına düşür. Ölkədə bazar iqtisadiy-
yatı inkişaf edir. Azərbaycanda korrupsiya halları mövcuddur və indi ölkənin hüdudlarından kənarda yaşayan 
müxalifət liderlərinin bunda xeyli dərəcədə  əli var. Onlar oğurladıqları pullar hesabına beynəlxalq mətbuatda 
Azərbaycan əleyhinə məqalələr yazdırırlar. Ancaq deməliyəm ki, hökumət tərəfindən ölkənin nə daxilində, nə 
də xaricində indiyədək bir dənə də belə korrupsiya hadisəsi qeydə alınmayıbdır.  
S u a l:  "Rossiyskaya qazeta". Cənab Baş nazir, mənim üç sualım var. Siz prezident seçilsəniz, 
iqtisadiyyat sahəsində Rusiya ilə hansı önəmli məsələni həll edəcəksiniz?  İkinci sual: Siz prezident 
seçilsəniz, indiki prezident Heydər Əliyev həyatınızda nə kimi rol oynayacaqdır? Üçüncü sual: beynəlxalq 
terrorizmlə mübarizədə Azərbaycanın rolu necədir? Cənab Prezidentin şəxsi mühafizə  rəisinin həbs 
edilməsi barədə şayiəni təkzib edə bilərsinizmi?  
C a v a b: Bax, görürsünüzmü, yenə də şayiələr. Təəssüf ki, bizdə hər şey barəsində şayiələr yayırlar. 
Rusiya ilə bizim çox yüksək səviyyədə iqtisadi əməkdaşlığımız var. Biz elə layihələr həyata keçiririk ki, 
onları keçmişdə təsəvvürə belə gətirmək çətin olardı. Bütün bunlar ölkələrimizin rəhbərliyinin, iki prezidentin –  
Vladimir Putinin və Heydər Əliyevin möhkəm iradəsi sayəsində mümkün olmuşdur.  
Aramızdakı əlaqələr, qarşılıqlı anlaşma, siyasi müstəvidə münasibətlərin yaxşılaşması energetika sahəsində 


146 
 
və digər sahələrdə yaxşı iqtisadi nəticələrə  gətirib çıxarmışdır. Biz bundan sonra da Rusiya ilə  əməkdaşlığa 
böyük əhəmiyyət verəcəyik və bu əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirməyə hazırıq. 
Mənim həyatımda Heydər  Əliyevin rolu mənim statusum və yaxud vəzifəmlə müəyyən edilmir. Bu rol 
mənim formalaşmağımda həlledici olmuşdur. Mən taleyimə minnətdaram ki, belə ailədə doğulmuş  və 
böyümüşəm. Onun Prezident kimi fəaliyyəti çoxlarına məlumdur. Lakin onun mərdliyi, cəsarətliliyi, səmimiliyi 
və  ədalətliliyi kimi şəxsi keyfiyyətlərini çox az adam bilir. Heydər  Əliyev  ən çətin  şəraitlərdə  həmişə, ilk 
növbədə, mərd adam, insan kimi qalmışdır. Buna görə də mənim həyatımda onun rolunu qiymətləndirmək çox 
çətindir. Mən bütün həyatım boyu ona oxşamağa çalışmışam və çalışacağam. Azərbaycan beynəlxalq 
terrorizmlə mübarizədə  fəal iştirak edir. Biz özümüz beynəlxalq erməni terrorizmindən  əziyyət çəkmişik. 
Erməni terror təşkilatları Azərbaycanda 32 terror aktı törətmiş, metro, avtobuslar, bərələr, qatarlar 
partladılmışdır. Bu 32 terror aktı nəticəsində Azərbaycanın 2 min günahsız vətəndaşı – qadınlar, uşaqlar, qocalar 
həlak olmuşdur. Bütün bunlar erməni terrorçuları  tərəfindən törədilmişdir, amma, nədənsə, beynəlxalq birlik 
tərəfindən pislənməmişdir.  
Hansısa həbslər barədə şayiələrə gəldikdə isə, bütün bunlar cəfəngiyatdır. Prezidentin mühafizəsinin bütün 
işçiləri öz funksiyalarını yerinə yetirirlər, onların bir hissəsi prezidentin yanındadır, bir hissəsi isə Bakıdadır. 
Heç kim həbs olunmamışdır. Mən müxalifət qəzetlərində deyilənlərə, onların uydurmalarına inanmamağı 
məsləhət görürəm. 
S u a l: Cənab Baş nazir, Neft Fondunun şəffaflığının təmin edilməsinə dair hansısa tədbirlər görməyi, 
qanunvericilikdə dəyişikliklər etməyi planlaşdırırsınızmı? 
C a v a b: Biz Azərbaycanın Neft Fondunun inkişafından çox razıyıq. Mən 9 ildir ki, bilavasitə neft 
layihələri ilə bağlı məsələlərlə məşğul olmuşam. Neft sektoruna 5-6 milyard dollardan artıq vəsait qoyulmuşdur. 
Yaxın 3 il ərzində 9 milyard dollar da qoyulacaqdır. Yeni yataqlardan neft hasil olunur, Bakı–Tbilisi–Ceyhan 
boru kəməri tikilir. Bu kəmər yaxın gələcəkdə  işə salınacaq və 50 milyon ton neft nəql etməyə imkan 
verəcəkdir. Odur ki, hər  şey çox uğurludur, sərmayədarlar qanunvericiliklə qorunur, hər bir neft müqaviləsi 
parlamentdə təsdiqlənir və qanun qüvvəsi alır. Şəffaflıq barədə deyə bilərəm ki, Azərbaycanın Neft Fondu bu 
şəffaflığın  ən parlaq nümunəsidir, bu sektorda şəffaflıq birbaşa öz əksini tapmışdır. Hər il Neft Fondunun 
beynəlxalq  auditi keçirilir, Neft fondunun gəlir və xərcləri barədə bütün informasiya mətbuatda dərc olunur. 
Valyuta Fondu, Dünya Bankı kimi beynəlxalq maliyyə təşkilatları Neft Fondunun məhz şəffaflığını çox yüksək 
qiymətləndirirlər. 
Azərbaycan Böyük Britaniyanın Baş naziri Toni Bleyrin hasilat sahələrində şəffaflıq haqqında təşəbbüsünə 
qoşulmuş ilk ölkələrdən biridir və  mən özüm şəxsən bu il Londonda bu barədə konfransda iştirak etmişəm. 
Bizim üçün bu, əsas məsələdir. Biz istəyirik ki, neft sərvətləri ədalətlə bölüşdürülsün. Belə bir acı həqiqət də 
vardır ki, neft hasil edən bir çox ölkələrdə külli miqdarda neft çıxarılması  nəinki iqtisadi vəziyyəti 
yaxşılaşdırmamış, əksinə, pisləşdirmişdir. Biz dünyada mövcud olan bütün neft fondlarının fəaliyyətini öyrəni-
rik və Norveçdəki fondu model kimi seçmişik. Çünki həmin fond daha şəffafdır, neft hasil edən ölkələr arasında 
ən müsbət nəticələr məhz orada əldə edilmişdir. Buna görə də heç kimdə heç bir şübhə olmamalıdır. Azərbaycan 
Neft Fondunun şəffaf olmasında, ölkənin bütün vətəndaşlarının ondan bəhrələnməsində, ilk növbədə, özü 
maraqlıdır. Çox sağ olun. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə