İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə65/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   61   62   63   64   65   66   67   68   ...   86

139 
 
mümkün olmasın. Əlbəttə ki, qlobal məsələlər var. Elə məsələlər var ki, o, qlobal xarakter daşıyır. Təkcə ölkə-
nin imkanlarından asılı olmur. Amma Azərbaycanda belə  məsələlər çox deyildir. Azərbaycanın bütün 
problemləri öz həllini tapa bilər, o cümlədən bu sahənin problemləri.  Əziz dostlarım,  əgər Azərbaycan xalqı 
mənə etimad göstərərsə, şahidi olacaqsınız ki, bu sahədə də Heydər Əliyevin siyasətinə sadiq qalacağam. 
Son iki ay mənim həyatımda qeyri-adi bir dövr idi. Çox çətin aylar idi. İlk növbədə, məni mənəvi cəhətdən 
sarsıdan cənab Prezidentin xəstəliyi olubdur. Əlbəttə ki, bütün Azərbaycan xalqı cənab Prezidentə şəfa diləyir. 
Məlumat vermək istəyirəm ki, biləsiniz, mən mütəmadi olaraq onunla telefon əlaqəsi saxlayıram. Bu günün 
özündə də cənab Prezidentlə danışmışam. O, Azərbaycanda gedən bütün prosesləri izləyir. Yaxşı ki, bizim özəl 
kanallarımız artıq internetə çıxıblar və internet vasitəsilə bütün verilişlərə baxır. Azərbaycanda gedən proseslərə 
münasibəti çox müsbətdir. 
Mən  əminəm ki, o yaxın gələcəkdə öz sağlamlığını tam bərpa edib Vətənə dönəcək və yenidən bizimlə 
olacaqdır. 
Əlbəttə ki, cənab Prezident seçki prosesini də çox maraqla izləyir. Ümumiyyətlə, biz hamımız deyə bilərik ki, bu 
seçki kampaniyası çox müsbət istiqamətdə gedir. Bütün namizədlərə eyni şərait yaradılıbdır. Kampaniya çox şəffaf, 
açıq şəkildə aparılır. Bütün namizədlər görüşlər keçirir, dövlət televiziyası vasitəsilə birbaşa təmaslar yaradılır. Bunun 
əsas səbəbi odur ki, Azərbaycanda bu seçkilər yeni qəbul olunmuş, beynəlxalq təşkilatlardan müsbət rəy almış Seçki 
Məcəlləsi əsasında keçirilir. Mən əminəm ki, bu Məcəllənin bütün maddələrinə əməl ediləcək, Azərbaycanda seçkilər 
tam şəffaf, demokratik şəkildə keçiriləcəkdir. Bu bizim ölkəmiz üçün lazımdır. 
Mən inanmaq istərdim ki, seçkilərdən sonra Azərbaycanda demokratik proseslər daha da sürətlə gedəcəkdir. Bu 
proseslər indiyədək də getmişdir. Azərbaycan artıq üç ildir ki, Avropa Şurasının üzvüdür və öz qanunvericiliyində də 
Avropa ölkələrində mövcud olan prinsipləri  əks etdirir. Azərbaycanda yeni qanunlar qəbul olunur. Bu proseslər 
davam edəcəkdir.  
Çox istərdik ki, Azərbaycanda müxtəlif siyasi partiyalar arasında olan ədavət, düşmənçilik aradan 
götürülsün. Baxmayaraq ki, o partiyaların liderləri Azərbaycanı 1992–1993-cü illərdə faktiki olaraq 
dağıtmışdılar, böhrana salmışdılar, parçalamışdılar. Vətəndaş müharibəsinə başlamışdılar, özləri də bundan 
qorxaraq gizlənmişdilər. Amma Heydər  Əliyev onlara da şərait yaratdı. Onları yenidən siyasətə  dəvət etdi. 
Baxmayaraq ki, onlar Azərbaycan xalqı qarşısında böyük cinayətlər törətmişdilər.  İndi də onlar gecə-gündüz 
dövlət başçısına, iqtidarın digər nümayəndələrinə olmazın təhqirlər söyləyirlər, yalan, böhtan atırlar. Bütün 
bünlara baxmayaraq, yenə  də inanmaq istəyirəm ki, onların tərəfindən də dialoqa meylli olanlar ortaya 
çıxacaqdır. Düzdür, iqtidar olaraq bunsuz da yaşaya bilərik. Biz Azərbaycanda hökm sürən ab-havanı çox yaxşı 
hiss edirik, duyuruq. Görürük ki, Azərbaycan xalqı demək olar ki, öz seçimini edibdir və Heydər  Əliyevin 
siyasətini dəstəkləyir. Mənim bölgələrdə keçirdiyim bütün görüşlər bir daha onu təsdiqləyir ki, Azərbaycan 
xalqı oktyabrın 15-də Heydər Əliyevin siyasətinə səs verəcəkdir. Bu baxımdan dediyim təkliflər bizə o qədər 
lazım deyildir. Amma sülh naminə, barışıq naminə, Azərbaycanda vətəndaş cəmiyyəti yaradılması naminə mən 
hələ  də ümidvaram ki, düşmənçilik mövqeyində dayanan bütün siyasi partiyalar tərəfindən bu istiqamətdə 
addımlar atılacaqdır. Yenə deyirəm, baxmayaraq ki, vaxtilə onlar Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, 
ümumiyyətlə, Azərbaycanın varlığına xəyanət etmişdilər. 
Onların bugünkü fəaliyyətləri də iqtidara qarşı deyil, əslində, Azərbaycanın müstəqilliyinə qarşı fəaliyyətdir. Əgər 
müxalifət Bakı–Ceyhanın uğurla inşa olunmasından məyus olursa, müxalifət idmançılarımızın beynəlxalq yarışlarda, 
Olimpiya oyunlarında qızıl medallar qazanmasından peşman olursa, bunu başqa cür necə qiymətləndirmək olar? Bu, 
Azərbaycanın milli maraqlarına zidd olan siyasətdir! Bütün bunlara baxmayaraq, yenə də bizim ürəyimiz geniş olmalı-
dır. Biz bütün bu yalanlara, böhtanlara baxmayaraq Azərbaycanın gələcəyinə xidmət edərək, onun müstəqilliyini 
möhkəmləndirərək, yenə  də çalışmalıyıq ki, ölkədə  fəaliyyət göstərən siyasi qüvvələr arasında münasibətlər siyasi 
müstəvidə qurulsun. 
Əziz dostlar! 
Mən bir daha sizə öz minnətdarlığımı bildirmək istəyirəm ki, bu görüşə gəldiniz, öz ürək sözlərinizi dediniz, 
mənə  dəstək verdiniz. Mən avqustun 2-də Ankarada cənab Prezidentin yanında olarkən, o mənim Baş nazir 
vəzifəsinə  təyin olunmağımla  əlaqədar Milli Məclisə  məktub yazmışdı. O, məktubu imzalayandan sonra ona 
dedim ki, darıxma, mən sənin etimadını doğruldacağam. 
Əgər oktyabrın 15-də  mənə etimad göstərilərsə, bu etimadı  mən doğruldacaq, Azərbaycan xalqına xidmət 
edəcək, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. 
Sağ olun. 


140 
 
 
15 OKTYABR PREZİDENT SEÇKİLƏRİ İLƏ  
ƏLAQƏDAR XARİCİ ÖLKƏLƏRİN  
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ ÜÇÜN  
MƏTBUAT KONFRANSINDA  
SUALLARA CAVAB 
 
13 oktyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli mətbuat nümayəndələri!  
Mən sizin hamınızı salamlayıram, Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm. Siz Azərbaycanda keçiriləcək 
prezident seçkilərini müşahidə edəcəksiniz. Məlumat vermək istəyirəm ki, bu seçkilər yeni qəbul olunmuş Seçki 
Məcəlləsi  əsasında keçiriləcəkdir. Məcəllə çox demokratik sənəddir və beynəlxalq təşkilatların müsbət rəyini 
almışdır.  
Seçki kampaniyası çox uğurla davam edir və artıq başa çatmaq üzrədir. Bütün namizədlər eyni şəraitə, eyni 
hüquqlara malikdir. Hər bir namizədin öz fikirləri, siyasi platforması haqqında seçicilərə  məlumat verməyə 
geniş imkanı var idi. Həm dövlət televiziyası vasitəsilə onlara geniş  şərait yaradılmışdır, həm də bölgələrdə 
keçirilmiş görüşlərdə bunun üçün böyük imkanlar var idi. Ona görə də mən əminəm ki, bu seçkilər demokratik 
şəkildə,  şəffaf və azad keçiriləcəkdir. Seçkilərdən sonra Azərbaycanda gedən demokratik proseslər daha da 
inkişaf edəcəkdir. 
Mən vaxtınızı çox almaq istəmirəm, bilirəm ki, sizin mənə suallarınız vardır. Bu suallara cavab verməyə 
hazıram. 
S u a l:  Hörmətli cənab Baş nazir İlham Heydəroviç, mən Yaponiya teleşirkətini təmsil edirəm. 
Ölkənin inkişafına dair strategiyanız necədir? Siz indicə demokratik inkişaf məsələsinə toxundunuz. Siz 
prezident seçilsəniz bu istiqamətdə  nə kimi addımlar atacaqsınız?  İkinci sualım var. Atanız Heydər 
Əliyev, əlbəttə, böyük siyasətçidir. Siz onun prezidentliyini necə qiymətləndirirsiniz? Axı yeni prezidentin 
qarşısında yeni vəzifələr durur. Sizin yoxsulluq və  cəmiyyətin parçalanması problemlərinin aradan 
qaldırılmasına dair planlarınız varmı?  
C a v a b: Prezident Heydər  Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar siyasətinə Azərbaycan 
qətiyyətlə  əməl edir. Ölkəmizdə çox qanunlar qəbul olunub və onlar demokratiyanı bu sözün əsl mənasında, 
inkişaf etdirməyə imkan verir. Artıq üç ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür və qanunvericiliyimizi 
Avropa standartlarına uyğunlaşdırmaq işi,  əslində, başa çatmaqdadır.  Əminəm ki, seçkilərdən sonra ölkəmiz 
azad cəmiyyətin, demokratiyanın inkişafı üzrə öz xəttini davam etdirəcəkdir. Bu, ilk növbədə, Azərbaycan xalqı 
üçün və ölkəmizin uğurla inkişafı üçün vacibdir. Bu yolda bütün lazımi tədbirlər görüləcəkdir.  Əminəm ki, 
demokratik və  ədalətli seçkilər keçirilməsi demokratiyanın inkişafı  işinə böyük töhfə olacaqdır. Biz bu xəttə, 
Azərbaycanın Dünya Birliyinə inteqrasiyasına sadiqik. Biz bu yolda böyük uğurlar qazanmışıq və o xətti davam 
etdirəcəyik. 
Heydər  Əliyev Azərbaycan xalqının lideridir. Ölkədə siyasi ab-havanın necəliyindən asılı olmayaraq, o, 
bütün ömrünü Azərbaycana xidmətə həsr etmişdir. Bu, Azərbaycan Sovet İttifaqının bir hissəsi olduğu illərdə 
də, onun rəhbərliyi ilə Azərbaycanın müstəqil, azad dövlət kimi formalaşdığı 10 il ərzində də belə olmuşdur. 
Sovet  İttifaqı dövründə  də, müstəqillik dövründə  də Heydər  Əliyev Azərbaycan xalqına vicdanla, sədaqətlə, 
fədakarlıqla xidmət etmişdir. Onun xidmətləri olduqca böyükdür, bugünkü müstəqil Azərbaycan onun əsəridir. 
1993-cü ildə o, xalqın iradəsi ilə Bakıya qayıtmasaydı və prezident seçilməsəydi, şübhəsiz, Azərbaycan bu gün 
yenidən hakimiyyət iddiasında olan əvvəlki rəhbərlərin o vaxtlar ölkədə apardıqları  məsuliyyətsiz və  zərərli 
siyasətin fəlakətli çətinlikləri və nəticələri ilə üzləşəcəkdi.  
Heydər Əliyev tarixi şəxsiyyətdir. Onun rəhbərliyi ilə Azərbaycanda nə kimi işlər görüldüyü barədə saatlarla 
danışmaq olar. Əminəm ki, Azərbaycan xalqı ölkəmizin inkişafı işinə Heydər Əliyevin verdiyi misilsiz töhfəni 
layiqincə qiymətləndirib və bundan sonra da qiymətləndirəcəkdir. Onun xətti davam etdirilməlidir. 
Azərbaycanda başqa alternativ yoxdur. Son iki həftə ərzində seçicilərlə görüşlərim, gündəlik ünsiyyətlərim məni 
bir daha inandırdı ki, Azərbaycan xalqı Heydər Əliyevin siyasətinə sadiqdir və bütün istiqamətlərdə, o cümlədən 
əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələsində onun xəttini davam etdirəcəkdir. 
S u a l:  Mən "Röyter" informasiya agentliyini təmsil edirəm. Bəzi adamlar deyirlər ki, onlar yeni 
iqtisadi siyasətə ehtiyac duyurlar. Siz isə dediniz ki, atanızın siyasətini davam etdirəcəksiniz. 
C a v a b: Əgər siz maraqlanıb öyrənsəydiniz ki, son 7 ildə ölkəmizdə ümumi daxili məhsulun artımı hər il 
10 faiz olmuşdur, hakim partiyanın qələbəsinə sizdə  şübhə oyanmazdı.  Əgər siz 1993-cü ildə ölkədə indiki 
müxalifətin rəhbərliyi ilə nələr baş verdiyinin şahidi olsaydınız, tamam başqa sual verərdiniz.  
Azərbaycan xalqı o vaxtların qayıtmasından qorxur, çünki indi müxalifətdə olanların rəhbərliyi ilə ölkə 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə