İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə63/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   59   60   61   62   63   64   65   66   ...   86

136 
 
qoyulmalıdır. Biz ümidlərimizi hələ  kəsməmişik. Ümid edirik ki, danışıqlar prosesi nəticə verəcək və 
Azərbaycanın torpaqları azad olunacaqdır. Mən bunu dəfələrlə demişəm və indi də demək istəyirəm ki, bu 
münaqişənin həlli yalnız beynəlxalq hüquq normalarına  əsaslanmalıdır. Azərbaycanın  ərazi bütövlüyü bərpa 
olunmalıdır, işğal altındakı bütün torpaqlar azad edilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. 
Beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi dəstəklənir, danışıqlar prosesində Azərbaycanın mövqeyi güc-
lənir. Əlbəttə ki, Azərbaycanın iqtisadiyyatı da güclü olmalıdır ki, bu məsələdə də biz istədiyimiz nailiyyətləri 
əldə edə bilək.  
Bu gün burada yenidən açdığımız bu gözəl müəssisə də onu göstərir ki, Azərbaycan iqtisadiyyatı güclənir, 
güclü iqtisadi potensial yaranır.   
Təkcə bu zavod ildə 100 min tondan çox yüksək keyfiyyətli alüminium istehsal edəcək və bu məhsul ixrac 
olunacaqdır. Mən bu gün sexlərə baxış keçirərkən maraqlandım ki, sovet vaxtındakı istehsal gücü nə qədər idi? 
Mənə dedilər ki, ildə 50 min ton istehsal edilirdi. İndi isə, hələlik 30 min ton təşkil edir və yaxın gələcəkdə 100 
min ton və ondan sonra 175 min ton olacaqdır. Bəziləri daim müqayisə edirlər. O vaxt həyat səviyyəsi necə idi
indi necədir. Əlbəttə ki, o vaxt işsizlik də yox idi, başqa problemlər də yox idi, Azərbaycanın ərazi problemi də 
yox idi. Amma bununla yanaşı, biz müstəqil dövlət də deyildik. Bütün çətinliklərə baxmayaraq, bütün 
böhranlara baxmayaraq, ən böyük nailiyyət Azərbaycanın müstəqil bir ölkə olmasıdır. Biz bu müstəqilliyi 
bundan sonra da qorumalıyıq, Azərbaycanın dövlətçiliyini qorumalıyıq. Mən  əminəm ki, müstəqilliyimiz 
gücləndikcə, iqtisadiyyatımız da güclənəcək və belə zavod və fabriklərin sayı çoxalacaqdır. 
Sumqayıtda, Gəncədə, Bakıda və Azərbaycanın bütün bölgələrində yeni iş yerlərinin açılması istiqamətində 
bundan sonra da tədbirlər görəcəyik və Heydər Əliyevin siyasətinə daim sadiq qalacağıq. Bu siyasət Azərbaycana 
lazımdır, Azərbaycan xalqı bu siyasəti dəstəkləyir və mən əminəm ki, qarşıdan gələn prezident seçkilərində də öz 
sözünü deyəcəkdir. 
Əziz dostlar, bu müəssisənin fəaliyyətinin bərpa edilməsi münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, 
sizə uğurlar arzulayıram. Sağ olun.

 
 
                                                 

 Görüşdən xatirə olaraq, Baş nazirə üzərində  "İlhamla irəli"  və "Azəralüminium" sözləri yazılmış alüminium külçəsi 
hədiyyə edildi. 


137 
 
 
AZƏRBAYCAN ZİYALILARI İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ 
NAZİRİ İLHAM ƏLİYEVİN ÇIXIŞI 
 
12 oktyabr 2003-cü il 
 
Hörmətli xanımlar və cənablar!  
Əziz dostlar! 
Mən, ilk növbədə, sizin hamınızı salamlamaq və bu görüşə  gəldiyinizə görə sizə öz minnətdarlığımı 
bildirmək istəyirəm. Bu gün mənim ünvanıma çox dəyərli, xoş sözlər deyildi. Bu mənim üçün çox xoşdur, sizin 
verdiyiniz qiymət mənim üçün çox dəyərlidir. Gələcək fəaliyyətimdə çalışacağam ki, bu qiymətə görə, 
bəslənilən ümidlərə görə peşmançılıq çəkməyəsiniz. 
Bu gün burada qeyd olundu, mən bir daha demək istəyirəm, biz hamımız, bütün Azərbaycan xalqı istəyirdik 
ki, möhtərəm cənab Prezident Heydər Əliyev bu seçkilərdə iştirak etsin. Bəlkə də bunu ən çox istəyən mən idim. 
Çünki bu belə də olmalı idi. Müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Heydər Əliyev o şəxsiyyətdir ki, 30 
ildən artıq Azərbaycana rəhbərlik edib və bütün dövrlərdə – sovet dövründə, müstəqillik dövründə, sözün əsl 
mənasında, xalqın, millətin lideri olubdur. Əlbəttə ki, o, gərək iştirak edəydi və mən əminəm ki, xalqın böyük 
əksəriyyəti ona səs verərdi. Ancaq onun səhhətində yaranmış problemlər buna imkan vermədi. Aprelin 21-də 
baş verən hadisə onun səhhətinə çox böyük zərbə vurdu. Əfsuslar olsun ki, mən həmin günü Respublika 
sarayında yox idim. Ondan sonra fikirləşdim ki, mən orada olsaydım, onu ikinci dəfə, üçüncü dəfə  səhnəyə 
buraxmazdım. Amma sonra düşündüm ki, yox, bunu etmək mənə nəsib olmazdı, çünki Heydər Əliyev haqlı idi. 
O, kursantların, zabitlərin qarşısında çıxış edirdi. O, Ali Baş Komandan kimi çıxış edirdi və bütün hallarda 
səhnəyə çıxacaqdı. Çünki o Heydər Əliyevdir, çünki o Ali Baş Komandandır. 
İndi, belə olan halda, seçkilərdə mən iştirak edəsi oldum və bütün keçirdiyim görüşlərdə, bölgələrdə olarkən 
birmənalı  şəkildə  bəyan etmişəm ki, Heydər  Əliyevin siyasi xəttinə sadiq olacağam.  Əgər xalq mənə etimad 
göstərərsə, onun siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycan xalqı üçün lazımdır, Azərbaycanın 
müstəqilliyi üçün lazımdır. Heydər  Əliyevin siyasətinə Azərbaycanda alternativ yoxdur. Bu  siyasət 
Azərbaycanı anarxiyadan, xaosdan sabitliyə, inkişafa gətirdi. 
Bu gün burada 1990-cı illərin əvvəli xatırlandı və biz hamımız o çətin günləri yaşamışıq. Heç kim istəməz ki, 
o günlər qayıtsın, Azərbaycanın rəhbərliyinə savadı, biliyi olmayan, səriştəsiz şəxslər gəlsin. Azərbaycan inkişaf 
edir. Azərbaycan böyük uğurlar əldə edir və əlbəttə ki, Azərbaycan xalqı son on il ərzində yaxşını pisdən ayıra 
bilib. Heydər  Əliyevin siyasəti nəticəsində Azərbaycanda böyük dəyişikliklər baş veribdir. Bu dəyişikliklər 
özünü bütün sahələrdə açıq-aydın göstərir. İqtisadi sahədə inkişaf göz qabağındadır. Bu barədə  mən dəfələrlə 
demişəm. Həmin iqtisadi göstəricilərlə sizi yormaq istəmirəm. 
Bütün beynəlxalq maliyyə qurumları etiraf edir ki, MDB ölkələri arasında Azərbaycan iqtisadi inkişaf 
sürətinə görə birinci yeri tutur. Azərbaycan dünyada özünə layiq yerini tuta bilibdir. Bu gün Azərbaycanla 
hesablaşırlar, Azərbaycana hörmət edirlər. Mən  şəxsən son iki ay ərzində etdiyim səfərlər zamanı bunu 
görürdüm. Görüşdüyüm dövlət başçıları ilə danışıqlarda bir daha əmin oldum ki, Azərbaycan Dünya Birliyində 
çox dəyərli bir ölkəyə çevrilibdir. Regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə  həyata keçirilmir.  
Azərbaycan bütün qonşuları ilə çox mehriban, işgüzar münasibətlər qura bilibdir. Baxmayaraq ki, regionumuz o 
qədər də sabit deyildir. 
Sosial sahədə  də nailiyyətlər göz qabağındadır.  Əlbəttə ki, bütün bu tədbirləri həyata keçirmək üçün, ilk 
növbədə, Azərbaycanda gərək iqtisadiyyat güclü olaydı. Bu məqsədlə 1994-cü ildə çox çətin və ağır vəziyyətdə 
Heydər Əliyevin şəxsi təşəbbüsü ilə «Əsrin müqaviləsi» imzalandı. Bu müqavilə haqqında çoxlu mübahisələr 
olubdur. Mən  bunları çox yaxşı xatırlayıram. Ölkədə  bəzi qüvvələr tərəfindən  əks-təbliğat aparılırdı ki, 
Azərbaycanın milli sərvətləri xarici şirkətlərə verilir, dağıdılır və sair. Amma kimin haqlı olduğunu həyat 
göstərdi. Məhz bu müqavilənin həyata keçirilməsi nəticəsində Azərbaycanın iqtisadiyyatı dirçəldi. Azərbaycan 
iqtisadi cəhətdən çox güclü addımlar ata bilibdir. 
Azərbaycanda Neft Fondu yaradılıbdır və bu fondda artıq 1 milyard 400 milyon dollar vəsait toplanıbdır. 
Əgər bütün bunlar olmasaydı, əlbəttə ki, sosial problemlərin həllinə də diqqət göstərmək çətin olardı.  
Bizim  problemlərimizin  ən çətini,  ən ağrılısı Dağlıq Qarabağ problemidir, Ermənistan–Azərbaycan 
münaqişəsidir. Bu münaqişə  nəticəsində yaranmış bir milyona yaxın qaçqın-köçkünlərin çətin vəziyyətdə 
yaşamasıdır. Onların vəziyyətini yaxşılaşdırmaq istiqamətində işlər görülür. Onların həyat səviyyəsi yaxşılaşır. 
Prezidentin fərmanları ilə ayrılan vəsaitin hesabına yeni qəsəbələr,  şəhərciklər salınır. Mən bu yaxınlarda 
Biləsuvarda yeni salınmış qəsəbənin açılışında iştirak etmişdim. 
Mən orada söz verdim ki, çalışacağam. Azərbaycanda heç bir çadır düşərgəsi olmasın. Çətin vəziyyətdə 
yaşayan bütün qaçqınlar, məcburi köçkünlər müasir evlərə köçürülsünlər. Amma, əlbəttə ki, bu, problemin bir 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə