İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


SİYƏZƏNDƏ KƏRPİC ZAVODUNUN



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə59/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   55   56   57   58   59   60   61   62   ...   86

129 
 
 
SİYƏZƏNDƏ KƏRPİC ZAVODUNUN  
İSTİFADƏYƏ VERİLMƏSİNƏ  
HƏSR OLUNMUŞ MƏRASİMDƏ ÇIXIŞ 
 
11 oktyabr 2003-cü il 
 
Əziz siyəzənlilər! 
Əziz bacılar və qardaşlar!  
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl zavodun açılışı münasibətilə ürəkdən təbrik 
edirəm. 
Siyəzəndə bu zavodun yaranması  həm rayonun, həm də Azərbaycanın  gələcək iqtisadi inkişafı üçün çox 
mühüm bir hadisədir. Son illər ərzində Heydər Əliyevin apardığı iqtisadi siyasət burada da öz əksini tapıbdır. 
Bu siyasət çoxşaxəlidir, bir neçə istiqamətdən ibarətdir. Bütün bu istiqamətlər bu zavodun yaranmasında öz 
əksini tapır. Buraya həm sərmayə qoyulubdur, həm yeni iş yerləri açılıbdır, yerli istehsal sahələri yaradılıbdır. 
Eyni zamanda rayonun inkişafı da təmin olunur. Heydər Əliyevin iqtisadi siyasəti məhz bu amillərə söykənir. 
Son illər ərzində aparılan işlər nəticəsində Azərbaycanın bir neçə bölgəsində belə gözəl, müasir standartlara 
cavab verən müəssisələr yaranır. Çox sevindirici haldır ki, bu müəssisədə  də yeni iş yerləri açılır.  İlkin 
mərhələdə 170 nəfər işlə təmin edilibdir. Gələcəkdə isə burada iş yerlərinin sayı 300-dən yuxarı olacaqdır. Bu 
bizim siyasətimizin  əsas istiqamətlərindən biridir. Azərbaycanın hər bir bölgəsində, hər bir yerində yeni iş 
yerlərinin açılması zəruridir və bu istiqamətdə tədbirlər davam edir. Mən bu barədə dəfələrlə demişəm. Bir daha 
demək istəyirəm ki, gələcək hökumətin də siyasətinin öncül istiqaməti məhz iş yerlərinin açılması ilə bağlı 
olacaqdır.  
Zavod bütün beynəlxalq standartlara cavab verir. Müasir avadanlıqla təchiz olunubdur. Eşitdiyimə görə, bu 
zavodun inşasında da yerli şirkətlər iştirak ediblər. Bu da bizi çox sevindirir. Çünki, əgər xatırlayırsınızsa, 
keçmişdə, 7-8 il bundan əvvəl Azərbaycanda tikilən binaların, obyektlərin inşasında xarici şirkətlər iştirak 
edirdi. Yerli şirkətlərdə belə bir təcrübə yox idi. Amma bu illər  ərzində Azərbaycan hərtərəfli inkişaf edir, o 
cümlədən inşaat sektoru da. Bu inkişafın nəticəsində bizim yerli şirkətlərimiz gözəl binalar, müasir zavodlar 
tikirlər.  
Siyəzənin gələcək inkişafında bu müəssisə mühüm rol oynayacaqdır. Mən bilirəm ki, rayonda son illər 
ərzində böyük quruculuq, abadlıq işləri aparılıbdır. Bu da çox sevindirici haldır. Azərbaycanın hər bir bölgəsi, 
rayonu gərək abadlaşsın, orada quruculuq işləri aparılsın. Bunu etmək üçün imkan da, niyyət də var. Mən çox 
sevinirəm ki, Siyəzəndə də bu proses uğurla davam edir. 
Siyəzən rayonunun iqtisadi inkişafı üçün digər tədbirlər də görülübdür. Uzun illər fəaliyyəti dayanmış 
Siyəzən broyler fabriki öz fəaliyyətini bərpa edibdir. İndi mənə verilən məlumata görə, fabrikdə 1300 nəfər 
işləyir. Bu bir daha onu göstərir ki, Azərbaycanda son illər ərzində aparılan siyasət, Heydər Əliyevin siyasəti öz 
gözəl nəticələrini verməkdədir.  
Ötən  əsrin 80-ci illərində bu fabrik məhz Heydər  Əliyevin təşəbbüsü ilə yaranmışdır. Mən o günləri çox 
yaxşı xatırlayıram. O vaxt Heydər  Əliyev Macarıstanda olarkən, buna bənzər fabriklə tanış olmuşdu. Ondan 
sonra, Bakıya qayıdarkən mərkəzi hökumətə, SSRİ-nin o vaxtkı rəhbərliyinə müraciət etmişdi ki, belə bir fabrik 
alınsın və Azərbaycana gətirilsin.  
Siz bilirsiniz ki, o vaxt Azərbaycan müstəqil dövlət deyildi və bütün belə böyük miqyaslı  işlər, layihələr 
gərək mərkəzdən həll olunaydı. Onun təkidi ilə bu məsələ öz müsbət həllini tapdı, fabrik Azərbaycana gətirildi. 
Məhz o vaxt Heydər Əliyevin göstərişləri əsasında bu fabrik Siyəzəndə quruldu.  
1990-cı illərin  əvvəlində Azərbaycan çox çətin dövrlərini yaşayırdı. Azərbaycanda hakimiyyətə  gəlmiş 
insanların, ümumiyyətlə, iqtisadiyyatdan xəbəri yox idi, bu məsələ onları maraqlandırmırdı. Onları 
maraqlandıran bu idi ki, Azərbaycanda mövcud olan, pis-yaxşı  işləyən obyektləri dağıtsınlar, özəlləşdirsinlər, 
avadanlığı xaricə satsınlar. Hamımız xatırlayırıq ki, zavodlarda qurulan, demək olar, bütün avadanlıq xaricə 
satılmışdı. Eyni zamanda trolleybus xətləri də kəsilib xaricə satılmışdı. Çünki onun tərkibində mis var idi.  
Biz o günləri xatırlayırıq. Məhz o hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanda zavodlar, fabriklər 
dayandı, iqtisadiyyat tənəzzülə  uğradı, inflyasiyanın səviyyəsi 1600 faizə qalxdı. Amma indi inflyasiyanın 
səviyyəsi 2 faizdir. Azərbaycanın iqtisadiyyatı məhvə doğru gedirdi. Əlbəttə, o illərdə bu fabrikin də fəaliyyəti 
dayanmışdı. Məhz Azərbaycana sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasətin nəticəsində, 
sərmayəçilərə  əlverişli  şəraitin yaradılması, özəlləşdirmənin həyata keçirilməsi nəticəsində bu fabrikə  vəsait 
qoyuldu, o, öz fəaliyyətini bərpa etdi.  
Bayaq dediyim kimi, həm 1300 nəfər işlə təmin olunub, yaxşı maaş alır, həm də bu fabrikin məhsulları Azər-
baycanda satılır. Nə üçün bizdə ola-ola, gündəlik tələbat məhsullarını xaricdən almalıyıq? Biz bunu 


130 
 
Azərbaycanda istehsal etməliyik. Siyəzəndəki broyler fabriki də, kərpic zavodu da məhz bu məqsədlərə xidmət 
edir. Yerli istehsal yaranmalıdır ki, camaat burada buraxılan məhsulları alsın və istifadə etsin. Xüsusilə nəzərə 
alsaq ki, bu məhsullar ən yüksək dünya standartlarına cavab verir. 
Azərbaycanda iqtisadi inkişafla yanaşı, sosial məsələlərə  də böyük önəm verilir. Hökumət bu istiqamətdə 
əlindən gələni edir. Bilirsiniz ki, imkan yaranan kimi, ilk növbədə, sosial məsələlər həll edilir. Azərbaycan 
əhalisinin, demək olar ki, böyük əksəriyyəti təbii qazla təmin olunur. Elektrik enerjisinin verilməsində fasilələr, 
demək olar, ləğv edilmişdir. Bu istiqamətdə işlər davam etdiriləcək, Azərbaycanda növbəti beş ildə yeni elektrik 
stansiyaları tikiləcəkdir. Beləliklə, elektrik enerjisinin verilməsində heç bir problem olmayacaqdır. Təbii qazın 
da verilməsi tam təmin olunacaq və iki il bundan əvvəl başlanan proses davam etdiriləcəkdir. 
Siyəzən rayonunda da sosial məsələlərin həlli istiqamətində işlər görülür. Qeyd olundu ki, uzun illər tikintisi 
dayandırılmış xəstəxanada Dövlət Neft Şirkətinin vəsaiti hesabına təmir-bərpa işləri, demək olar, başa çatıbdır. 
İndi yeni müasir avadanlıqla təmin ediləcəkdir. Üçmərtəbəli binadır və siyəzənlilərə yaxşı xidmət göstərəcəkdir. 
Biz bu sahəyə də böyük diqqət göstərməliyik.  
Azərbaycan iqtisadi cəhətdən güclənir və yaxın gələcəkdə öz iqtisadi potensialına görə nəinki regionda, eyni 
zamanda daha böyük miqyasda aparıcı ölkəyə çevriləcəkdir. Bizdə bütün imkanlar var. Amma bununla yanaşı, 
gərək insanlarımızın, vətəndaşlarımızın həyat səviyyəsi də yaxşılaşsın.  İlk növbədə, təhsil, səhiyyə 
sistemlərində, insanların gündəlik təmasda olduğu sahələrdə yaxşı nəticələr olsun. İndi bu nəticələri görürük və 
burada istifadəyə veriləcək xəstəxana da məhz bu məqsədlərə xidmət edəcəkdir. 
Siyəzən neft rayonudur. Siz məndən yaxşı bilirsiniz ki, Siyəzən rayonunun iqtisadiyyatının  əsasını  təşkil 
edən neft sənayesidir və onun inkişafına da diqqət göstərilir. Ümumiyyətlə, neft sənayemizin inkişafı hamımızın 
gözünün qabağındadır. 1994-cü ildə imzalanan ilk neft müqaviləsi bizə imkan verib ki, Azərbaycan öz 
strategiyasını  uğurla irəliyə aparsın. Bu strategiyanın nəticəsində Azərbaycana milyardlarla sərmayə 
qoyulubdur. Adambaşına düşən xarici sərmayəyə görə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir. Bir 
neçə Şərqi Avropa ölkəsini qabaqlayır.  
Neft sektoruna qoyulan böyük həcmdə sərmayələr Azərbaycanda bu sahədə fəaliyyət göstərən insanlarımızın 
həyat səviyyəsini qaldırıbdır. 10 minlərlə yeni iş yerləri açılıbdır. Azərbaycanda yeni neft infrastrukturu 
yaradılıbdır. Qazma qurğuları, platformalar, neft kəmərləri və s. Bakı–Tbilisi–Ceyhan neft ixrac kəməri inşa 
edilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, Heydər  Əliyevin cəsarəti, siyasəti bu neft kəmərinin 
tikilməsini də təmin edibdir. Yaxın gələcəkdə o, istifadəyə veriləcəkdir. Beləliklə, bu mərhələdə Azərbaycanın 
qarşısında duran bütün məsələlər öz həllini tapacaqdır. 
Bu siyasəti Azərbaycanda Heydər  Əliyev aparıbdır və aparır. Ona görə yaşasın Azərbaycanın  əbədi 
Prezidenti, milli lideri Heydər Əliyev! 
Biz, bu işlərlə məşğul olan şəxslər, sadəcə, bu siyasətin həyata keçirilməsində ona kömək göstərmişik, onun 
yanında olmuşuq, bizə tapşırılan bütün vəzifələrdə çalışmışıq ki, onun etimadını doğruldaq. Çox şadam ki, biz 
buna müvəffəq olduq. Bizə tapşırılan bütün vəzifələri ləyaqətlə yerinə yetirdik və görülən işlər də göz 
qabağındadır. 
Azərbaycanı çox gözəl gələcək gözləyir. Azərbaycanda yeni iş yerləri açılacaqdır. Bu gün mənə  məlumat 
verildi ki, bu məsələ Siyəzən rayonunda həllini tapıbdır. İş yerlərinin açılmasına daha ehtiyac varmı? Bir az var. 
Lakin mənə verilən məlumata görə, artıq burada bu problem o qədər də ciddi deyildir. Amma başqa regionlarda 
bu problem mövcuddur və insanlarımızı incidir. Biz bu istiqamətdə  işlərimizi aparacağıq və  əminəm ki, 
Azərbaycan xalqı yaxın gələcəkdə bunun nəticələrini görəcəkdir. 
Böyük planlarımız var, böyük perspektivlərimiz, gələcəyimiz var. Bunu həyata keçirmək üçün, qarşımızda 
duran planları reallaşdırmaq üçün Azərbaycanda Heydər Əliyevin siyasəti davam etməlidir. Azərbaycan xalqı 
öz seçimini edibdir. 1993-cü ildə bu siyasətə öz səsini veribdir. Əminəm ki, növbəti seçkilərdə də bu siyasətə 
səs verəcəkdir. İndi bu siyasətə alternativ yoxdur, ola da bilməz. Hər bir alternativ siyasət Azərbaycana böyük 
faciələr gətirə bilər. Azərbaycanda yenə  vətəndaş müharibəsi təhlükəsi yarada bilər, ölkəmiz yenə xaosa
anarxiyaya düçar ola bilər. Biz buna imkan verməməliyik. Azərbaycan xalqı buna imkan verməyəcəkdir. 
Azərbaycan xalqı yaxşını pisdən çox gözəl ayıra bilir.  
Bu gün bəzi tədbirlərdə Azərbaycan xalqına müraciət edib yalan vədlər verənlərə də, təbii ki, heç bir inam 
yoxdur. Ona görə inam yoxdur ki, onların sözləri də yalandır, əməlləri də yalandır. Hakimiyyətdə olan dövrdə 
məhz bu adamlar Azərbaycanı dağıdırdılar, talan edirdilər, qardaş qanı tökürdülər. Ona görə Azərbaycan xalqı 
onlara "Yox!" deyib. Onların bir daha hakimiyyətə gəlməsi mümkünsüzdür. Azərbaycan xalqı Heydər Əliyevi 
dəstəkləyir, onun siyasətini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. 
Biz Heydər Əliyevin siyasətini davam etdirəcəyik, Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Bizdə 
bütün imkanlar var. Bu gün burada istifadəyə verilən bu zavod bir daha göstərir ki, bizim əsas məqsədimiz 
Azərbaycanın hər bir rayonunu, hər bir bölgəsini inkişaf etdirməkdir. 
Keçid dövrünü yaşayan ölkələrin hansında inkişaf varsa –deyə bilərəm ki, bizimlə qonşu olan bir çox ölkədə 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə