İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə55/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   51   52   53   54   55   56   57   58   ...   86

119 
 
 
RUSİYA FEDERASİYASININ AZƏRBAYCANDAKI SƏFİRLİYİNDƏ  
RUSİYA TƏHLÜKƏSİZLİK  
ŞURASININ KATİBİ VLADİMİR RUŞAYLONUN  
ŞƏRƏFİNƏ TƏŞKİL OLUNMUŞ 
RƏSMİ QƏBULDA ÇIXIŞ 
 
8 oktyabr 2003-cü il 
 
V l a d i m i r   R u ş a y l o: Hörmətli İlham Heydəroviç! Mən Rusiya Federasiyasının prezidenti Vladimir 
Vladimiroviç Putinin tapşırığını yerinə yetirmək və Sankt-Peterburqun 300 illiyi şərəfinə medalı Sizə təqdim et-
mək istəyirəm. 
İ l h a m   Ə l i y e v: Bu medalla təltif olunmaq mənim üçün böyük şərəfdir. Xüsusən ona görə ki, bu medal 
mənə hörmətli prezident Vladimir Vladimiroviç Putinin fərmanı ilə  təqdim edilir. Bu, ölkələrimiz arasında 
münasibətlərin necə dostluq, qardaşlıq xarakteri daşıdığını, talenin hökmü ilə ölkələrimizə  rəhbərlik edən 
şəxslərin bir ümumi arzusunun – əməkdaşlığımızı möhkəmlətmək, Rusiya ilə Azərbaycan arasında, rus və 
Azərbaycan xalqları arasında dostluğu, qardaşlığı inkişaf etdirmək arzusunun olduğunu bir daha nəzərə 
çarpdırır.  
Mən bu medalı çox yüksək qiymətləndirirəm və sizi əmin etmək istəyirəm ki, biz öz tərəfimizdən – bu gün 
sizinlə bu barədə danışdıq – var qüvvə ilə çalışacağıq ki, ölkələrimiz daha da yaxınlaşsın, aramızdakı 
münasibətlər daha yaxşı olsun. Hərçənd, zənnimcə, bundan da yaxşı ola bilməz, lakin buna baxmayaraq, biz 
çalışacağıq. 
Sizə bir daha təşəkkür edirəm. 
 


120 
 
 
"BUTA" KONSERV ZAVODUNUN  
AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ 
 
Lənkəran 
 
10 oktyabr 2003-cü il 
 
Əziz dostlar! 
Mən sizin hamınızı bu yeni müəssisənin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu bir daha 
onu göstərir ki, Azərbaycanda iqtisadi inkişaf var, yeni iş yerləri açılır. Azərbaycanın bütün bölgələrinə yeni, 
müasir standartlara cavab verən avadanlıq gətirilir, qurulur. Burada, bu zavodda yüzdən artıq adam işlə təmin 
olunubdur. 
Mənə verilən məlumata görə, gələcəkdə zavodun fəaliyyəti daha da genişlənəcək, daha çox çeşiddə 
məhsullar istehsal edilərək, həm daxili bazarda satılacaq, həm də ixrac olunacaqdır. Bu çox sevindirici haldır. 
Bu ümumiyyətlə, Azərbaycanda son illər ərzində müşahidə olunan ənənəni göstərir. Onun əyani sübutudur. Bu 
siyasəti Azərbaycanda 1993-cü ildən başlayaraq möhtərəm cənab prezident Heydər  Əliyev aparır. Onun 
rəhbərliyi altında Azərbaycanın hər sahəsi inkişaf edir. İqtisadiyyatımızın bütün sektorları inkişaf edir.  
Məhz aparılan iqtisadi islahatların nəticəsində, Azərbaycanda hökm sürən sabitliyin nəticəsində investorlar 
vəsait qoyurlar, yeni iş yerləri açırlar, yeni müəssisələr yaradırlar. Əgər investorlarda gələcəyə inam olmasaydı, 
onlar heç vaxt risk edib vəsait qoymazdılar. Bu bir daha onu göstərir ki, Azərbaycan düz yoldadır. 
Azərbaycanın çox gözəl gələcəyi vardır. Mən bu müəssisənin kollektivinə, buraya sərmayə qoyan şəxslərə öz 
minnətdarlığımı bildirirəm ki, onlar ümumi işimizə kömək göstərirlər. Eyni zamanda, bütün başqa sahibkarlara 
da müraciət etmək istəyirəm və bildirirəm ki, Azərbaycan hökuməti, dövləti sahibkarlara daim kömək 
göstərəcəkdir. Onların investisiyalarını qoruyacaqdır və onlardan xahiş edəcəkdir ki, belə gözəl müəssisələri 
daha da çox yaratsınlar. Azərbaycanın müxtəlif bölgələrində belə gözəl müəssisələr açılsın.  
Mən bu zavodun açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun. 
 
* * * 
 
Azərbaycan hökumətinin başçısı  İlham  Əliyev daha sonra şəhərin mərkəzində yerləşən «Qala» 
mehmanxanasının təntənəli açılışında iştirak etdi. 
Həmin gün Baş nazir İlham Əliyev açılış mərasimindən sonra Lənkəranda Şəhidlər kompleksini ziyarət etdi. 
Daha sonra «MostBank»ın Lənkəran  şöbəsinin yeni istifadəyə verilmiş binası  və Yeni Azərbaycan Partiyası 
Lənkəran rayon təşkilatının yeni tikilmiş binası ilə də yaxından tanış oldu. 


121 
 
 
LƏNKƏRAN RAYONUNUN SÜTƏMURDOV  
KƏNDİNDƏ TİKİNTİSİ YENİCƏ BAŞA ÇATMIŞ  
OLİMPİYA KOMPLEKSİNİN TƏNTƏNƏLİ  
AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ 
 
9 oktyabr 2003-cü il 
 
Əziz lənkəranlılar! 
Əziz bacılar və qardaşlar! 
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gözəl idman kompleksinin açılışı münasibətilə sizi təbrik 
edirəm. Eyni zamanda, bu gün zəhmət çəkib buraya gələn astaralılar, leriklilər, sizi də ürəkdən salamlayıram, bu 
görüşə gəldiyinizə görə sizə öz minnətdarlığımı bildirmək istəyirəm. 
2001-ci ilin oktyabrında mən Lənkəranda olarkən, camaatla görüşərkən, müəyyən məsələləri müzakirə 
edərkən, eyni zamanda, çıxışımda bəyan etmişdim ki, Milli Olimpiya Komitəsi qərar qəbul edib ki, Lənkəranda 
müasir Olimpiya İdman Kompleksi tikilsin. Mən çox şadam ki, biz buna nail ola bilmişik və bu gün sizinlə 
birlikdə bu gözəl kompleksin açılışında iştirak edirik, ona öz xeyir-duamızı veririk.  
Azərbaycanda idman kütləvi xarakter alır, yeni-yeni idman qurğuları yaradılır və istifadəyə verilir. Bu çox 
sevindirici haldır. Bu siyasəti Milli Olimpiya Komitəsi 2000-ci ildə başlamışdır və qısa müddətdə – 3 il ərzində 
Azərbaycanın, demək olar ki, bütün bölgələrində müasir komplekslər tikilib idmançılarımızın istifadəsinə 
verilibdir. Bu çox böyük hadisədir. Hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Azərbaycanın hər bir yerində, 
hər bir bölgəsində istedadlı idmançılar, gənclər vardır. Onlar idmanla məşğul olmalıdırlar. İdmanla məşğul olan 
insan həm fiziki, həm də mənəvi cəhətdən sağlam olur. Bizə isə sağlam xalq lazımdır, sağlam millət lazımdır, 
sağlam gənc nəsil lazımdır. 
Dünən biz Bakıda yeni idman qurğusunun açılışında iştirak etmişdik. Ondan əvvəl Bərdədə idman 
kompleksinin açılışında iştirak edirdik, bu gün isə  Lənkərandayıq. Bu, ümumiyyətlə, onu göstərir ki, 
Azərbaycanda idmana böyük qayğı var. Bu qayğı ən yüksək səviyyədə göstərilir. Əgər cənab prezident Heydər 
Əliyevin idmana qayğısı olmasaydı,  əlbəttə ki, biz bu uğurları  əldə edə bilməzdik.  İdmanın maddi-texniki 
bazasının yaradılması ilə yanaşı, idmançılarımız da Azərbaycanı beynəlxalq yarışlarda çox ləyaqətlə  təmsil 
edirlər. Azərbaycanın idman şərəfini qoruyurlar. Son 3-4 il ərzində, demək olar ki, bütün beynəlxalq yarışlarda 
idmançılarımız nəinki iştirak edir, eyni zamanda, medallar uğrunda mübarizə aparır və bu mübarizədə də qalib 
çıxırlar. Mən  əminəm ki, idmançılarımız bundan sonra da beynəlxalq yarışlarda, dünya, Avropa 
çempionatlarında, Olimpiya oyunlarında Azərbaycanın idman şərəfini daim yüksək tutacaq, doğma Vətənimizə 
yeni-yeni qələbələr  gətirəcəklər.  
İdman o ölkədə inkişaf edir ki, orada iqtisadi inkişaf var, sabitlik var. Azərbaycan da Heydər  Əliyevin 
rəhbərliyi altında son 10 il ərzində bütün bu məsələlərin həllinə nail olmuşdur. Burada qeyd olundu ki, 1993-cü 
ildə Azərbaycan nə  vəziyyətdə idi, ölkə demək olar ki, dağılırdı. Ölkəyə  rəhbərlik edən  şəxslər onu elə 
vəziyyətə salmışdılar ki, Azərbaycan, demək olar, dünya xəritəsindən silinirdi. Məhz Heydər Əliyevin siyasəti 
nəticəsində Azərbaycanda qısa müddət ərzində asayiş, ictimai-siyasi sabitlik yarandı və  ölkədə inkişaf başlandı. 
Bu inkişafın nəticəsində Azərbaycan qısa müddətdə ilk uğurlarını  əldə etmişdir. Bu uğurlar özünü bütün 
sahələrdə açıq-aydın göstərir. İqtisadiyyatımız inkişaf edir, Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tuta 
bilibdir.  
Azərbaycanda islahatlar aparılır, Heydər  Əliyevin neft strategiyası  həyata keçirilir. Görülən bütün bu 
tədbirlərin nəticəsində Azərbaycan xalqı daha yaxşı yaşamağa başlayıbdır. Bu siyasətin kökündə duran məsələ 
budur ki, Azərbaycan daha da inkişaf etsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Bunun üçün 
bizdə bütün imkanlar var. Təbii sərvətlər, möhkəm siyasi iradə, xalqın dəstəyi vardır. Bütün bu amillər bizə 
imkan verəcək ki, gələcəkdə Azərbaycanı  hərtərəfli inkişaf etdirək. Bütün Azərbaycan xalqı kimi, cənub 
zonasında yaşayan soydaşlarımız daima Heydər  Əliyevin siyasətini dəstəkləmişlər və  əminəm ki, bu dəfə  də 
Heydər Əliyevin siyasətinə səs verəcəklər.  
Mən çox şadam və  məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycandakı inkişaf Lənkəranda da özünü 
göstərir. Bu gün səhər mən bir neçə yeni obyektin açılışında iştirak etdim. Lənkəranda yeni konserv zavodu 
istifadəyə verildi. Bu çox sevindirici haldır. Ümumiyyətlə, bu proses Azərbaycanın müxtəlif bölgələrində gedir. 
Yeni iş yerləri açılır, müasir standartlara uyğun müəssisələr yaradılır. Bu, imkan verəcək ki, kənd təsərrüfatı ilə 
məşğul olan insanlar heç bir problemlə üzləşmədən öz məhsullarını  həmin müəssisələrə  təhvil verib ondan 
vəsait əldə etsinlər.  
Eyni zamanda, yerli istehsal da imkan verəcək ki, daxili bazar yerli məhsullarla təmin olunsun. Burada açılan 
konserv zavodu bir daha onu göstərir ki, bu proses gedir. Yeni iş yerlərinin açılması hökumətin siyasətində 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə