İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


AZƏRBAYCANDA RƏSMİ SƏFƏRDƏ OLAN



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə53/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   49   50   51   52   53   54   55   56   ...   86

115 
 
 
AZƏRBAYCANDA RƏSMİ SƏFƏRDƏ OLAN  
RUSİYA TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ  
VLADİMİR RUŞAYLO VƏ ONU MÜŞAYİƏT  
EDƏN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ  SÖHBƏT 
 
8 oktyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli Vladimir Borisoviç! 
Hörmətli qonaqlar, sizi Azərbaycanda salamlamağıma çox şadam. Mən həmçinin  şadam ki, Rusiya ilə 
Azərbaycan arasında  əsası möhtərəm prezidentlərimiz Vladimir Vladimiroviç Putin və Heydər  Əlirza oğlu 
Əliyev tərəfindən qoyulmuş intensiv siyasi dialoq ənənələri davam etdirilir. Ötən dövr ərzində bir çox görüşlər 
keçirilmiş, ikitərəfli danışıqlar aparılmış, Rusiya Prezidentinin Azərbaycana, Azərbaycan Prezidentinin 
Rusiyaya səfərləri olmuşdur.  Əlaqələrimiz bütün səviyyələrdə – siyasi müstəvidə  də, iqtisadi əməkdaşlıq 
çərçivəsində də, mədəni əlaqələr sahəsində də möhkəmlənir. Rusiya ilə Azərbaycan arasında əlaqələr, ənənəvi 
olaraq, dərin rəğbətə, qarşılıqlı dostluğa və əməkdaşlığa əsaslanmışdır. Biz çox şadıq ki, bütün bunları nəinki 
qoruyub saxlamağa, həm də artırmağa müvəffəq oluruq. 
Rusiya Prezidenti ilə bu yaxınlarda Yaltada, MDB dövlət başçılarının sammitində olan görüşümüzü çox 
səmimiyyətlə xatırlayıram. Bizim aramızda çox mehriban, açıq söhbət, qarşılıqlı maraq doğuran məsələlər
ikitərəfli münasibətlər, habelə regional problemlər barəsində fikir mübadiləsi oldu. 
Sevinc hissi ilə qeyd edə bilərəm ki, hər ikimiz belə bir yekdil rəydə olduq ki, ölkələrimiz arasında əvvəllər 
olmuş problemlər daha mövcud deyildir. Bütün bunlar yenə də prezidentlərimiz arasında xoş məram və yüksək 
səviyyədə qarşılıqlı anlaşma sayəsində mümkün olmuşdur. Bu bir daha göstərmişdir ki, belə xoş  məramın 
olması bütün problemləri, hətta ilk baxışdan həlledilməz görünən problemləri də həll edə bilər. Odur ki, bizim 
vəzifəmiz bütün bunları davam etdirmək, möhkəmlətmək və genişləndirməkdir. Rusiya ilə Azərbaycan 
arasındakı  ənənəvi  əlaqələri daim təkmilləşdirmək və möhkəmlətmək lazımdır. Biz öz tərəfimizdən bunun 
davam etməsi üçün mümkün olan bütün tədbirləri görəcəyik. 
Bu yaxınlarda Azərbaycanda Rus Mətbuatının Ümumdünya Konqresi keçirildi. Zənnimcə, bu da təsadüfi 
deyildi. Çünki bu, cəmi beşinci konqres idi və onun Azərbaycanda keçirilməsi faktı ölkələrimiz arasında 
ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Mən bütün dünyadan gəlmiş rus mətbuatının 
nümayəndələri ilə görüşdə qeyd etdim ki, Rusiya da, Azərbaycan da müstəqil dövlətlər olduqdan sonra 
ölkəmizdə rusdilli mətbuatın sayı azalmadı,  əksinə, artdı. Yəqin ki, bu da Azərbaycanda rus dilinə, rus 
mədəniyyətinə və münasibətlərimizə necə qayğı ilə yanaşıldığının göstəricilərindən biridir. Əminəm ki, biz bu 
istiqamətdə birgə səylərlə, Vladimir Borisoviç, sizin də yaxından iştirakınızla bundan sonra da fəal işləyəcəyik. 
Bilirsiniz ki, Azərbaycanda sizi sevirlər, sizə çox hörmət bəsləyirlər, ölkəmizin dostu bilirlər. Burada dəfələrlə 
olmusunuz və  şəxsən sizə, ümumən, Rusiyaya münasibətimizi bilirsiniz. Ona görə  də biz münasibətlərimizi 
birgə səylərlə inkişaf etdirəcək və möhkəmləndirəcəyik. Mən sizi bir daha salamlamaq istəyirəm. Ümidvaram 
ki, səfəriniz çox faydalı və yaddaqalan olacaqdır. 
V l a d i m i r   R u ş a y l o: Hörmətli İlham Heydəroviç, Azərbaycana rəsmi səfərə gəlmək imkanına görə 
şəxsən Sizə və Ramiz Ənvəroviçə ürəkdən təşəkkür etmək istərdim. Bu, daimi məsləhətləşmələrin, görüşlərin 
gözəl bir ənənəsidir. Mən bu ilin fevralında olmuş  səfərimi məmnunluqla xatırlayıram. Biz Heydər  Əliyeviç 
Əliyev ilə iki saatdan artıq çəkən görüş zamanı bir çox məsələləri müzakirə etdik və indi dövlətlərimiz arasında 
yaranmış bu gözəl  ənənələri davam etdiririk. Mən Sizin fikrinizlə tam razıyam ki, bütün bunlar dövlət 
başçılarının müəyyənləşdirdiyi xətt sayəsində baş verir. Bu xətt Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya 
prezidenti Vladimir Putin tərəfindən müəyyən edilmişdir. 
Biz artıq tam bir sıra məsləhətləşmələr aparmışıq. Ramiz Ənvəroviç onların məzmunu barədə Sizə  qısaca 
məlumat vermişdir. Bunlar beynəlxalq və regional təhlükəsizlik problemidir, habelə ikitərəfli qarşılıqlı 
fəaliyyətimizlə bağlı  məsələdir. Həqiqətən, son illər Rusiya–Azərbaycan münasibətlərində mühüm keyfiyyət 
dəyişiklikləri, müsbət dəyişikliklər baş vermiş, bu münasibətlər sabit dinamika almışdır. Biz siyasi dialoqun 
intensivləşməsindən razıyıq və Sizin dediyiniz kimi, əminik ki, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə 
2003-cü ilin sentyabrında Yaltada apardığınız danışıqlar dövlətlərimizin əməkdaşlığına yeni təkan verəcəkdir. 
Həqiqətən, Sizinlə görüşdən sonra Rusiya Prezidenti bir sıra tapşırıqlar vermişdir və indi onlar müxtəlif 
nazirliklərdə və baş idarələrdə həyata keçirilir. 
Mehriban qonşu olaraq Rusiya Azərbaycanın dinamik sosial-iqtisadi və siyasi inkişafında, ölkəmizə 
münasibətdə səmimi xarici siyasət xəttinin varisliyində maraqlıdır. Rusiyada Heydər Əliyeviçin səhhəti sarıdan 
narahatlıq və həyəcan keçirilir. Görkəmli dövlət xadimi kimi onu yaxşı tanıyırıq. Azərbaycanda siyasi sabitliyin 


116 
 
və  tərəqqinin bərqərar olmasını onun adı ilə bağlayırlar. Biz Heydər  Əliyeviçin Azərbaycanda qarşıdakı 
prezident seçkilərində öz namizədliyini geri götürmək barədə  qərarına hörmətlə yanaşırıq, bu addımı, ilk 
növbədə, öz ölkəsinin taleyi və  gələcəyi barədə düşünən insanın, siyasi xadimin müdrik və  mərdanə  hərəkəti 
kimi qiymətləndiririk. 
Biz onun Azərbaycan xalqının rifahı naminə, ölkələrimizin dostluğunun möhkəmlənməsi, habelə Rusiya–
Azərbaycan strateji tərəfdaşlığının dərinləşməsi naminə fəaliyyətinə dərin hörmət hissi ilə yanaşırıq. Sirr deyil 
ki, dövlətlərimizin başçıları arasında yaranmış  şəxsi münasibətlər sayəsində indi, ilk növbədə, etimad və 
tərəfdaşlıq sahəsində münasibətlərimiz yüksək səviyyədədir. 
Biz güc strukturlarında danışıqlarımız zamanı bunu yəqin edirik. Bu gün biz Daxili İşlər, Milli Təhlükəsizlik 
nazirliklərində və bir az əvvəl Müdafiə Nazirliyində danışıqlar apardıq. Ekspertlərimiz Təhlükəsizlik Şurasında 
işi davam etdirirlər. 
Biz güman edirik ki, dövlət başçılarının yüksək səviyyədə keçirdikləri görüşlər bünövrə  və qarşılıqlı 
fəaliyyətimiz üçün müəyyənləşdirici amil olaraq qalacaqdır. Biz Təhlükəsizlik Şurasının xətti ilə bütün lazımi 
işləri görməyə çalışırıq ki, bu əlaqələr müntəzəm olsun və münasibətlərimizdə  tərəqqiyə kömək etsin. 
Azərbaycan Prezidentinin dediyi bu sözləri Rusiyada xatırlayırlar ki, keçmişdə bizim fəxr etməli nailiy-
yətlərimiz olub və uzun illər ərzində bizi birləşdirmiş tarixi talelərin ümumiliyinin üstündən bir andaca xətt çək-
mək mümkün deyildir. Ona görə  də biz prezidentlərimizin apardıqları o xətti davam etdirməyə  və dövlət 
başçılarımızın göstərişlərinin bütün səviyyələrdə yerinə yetirilməsinə nail olmağa borcluyuq. Sağ olun. 
İ l h a m   Ə l i y e v: Vladimir Borisoviç, sağ olun. Mən sizin dediklərinizlə tam razıyam. Biz Azərbaycanda 
bu xətti davam etdirəcəyik. Prezident Heydər Əliyevin siyasətinin ölkəmizdə alternativi yoxdur. Biz hamımız 
çox istəyirdik ki, səhhəti ona seçkilərdə iştirak etməyə imkan versin. Bütün planlarımız məhz buna əsaslanırdı. 
Təəssüf ki, belə olmadı.  İndi o müalicədədir. Müalicə  uğurla keçir. Lakin o, seçkilərədək Vətənə dönə 
bilməyəcəkdir. Ümidvarıq ki, o, seçkilərdən sonra mümkün qədər tez bir vaxtda qayıdacaqdır, çünki 
Azərbaycan xalqı onu gözləyir. İstəyirik və əminik ki, o hələ uzun müddət bizimlə birlikdə olacaqdır. 
Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşların münasibətləridir. Prezidentimiz bunu dəfələrlə  bəyan 
etmişdir və Yaltada Vladimir Vladimiroviç Putinlə görüşdə  mən də bunu dedim. Bu bizim üçün öncül 
münasibətlərdir. Bu münasibətlər çox vacibdir və biz onları qiymətləndiririk.  Əlbəttə, son bir neçə ildə bu 
münasibətləri belə yüksək səviyyəyə  çıxarmağa müvəffəq olmağımız bizi çox sevindirir. Biz öz tərəfimizdən 
bütün işləri görəcəyik ki, bu münasibətlər bütün sahələrdə – iqtisadiyyatda da, siyasi baxımdan da, iki ölkənin 
təhlükəsizlik şuraları arasında qarşılıqlı fəaliyyət çərçivəsində də inkişaf etsin. Bilirəm ki, Ramiz Ənvəroviçlə 
aranızda çox yaxşı, konstruktiv əməkdaşlıq var. Bu çox qiymətlidir. Ona görə  də bizdən nə asılı olacaqsa – 
zənnimcə, çox şey asılı olacaq – hər şeyi edəcəyik, çünki təcrübə göstərir ki, xoş siyasi məram olduqda, bütün 
məsələlər öz həllini tapır. Biz var qüvvə ilə çalışacağıq ki, münasibətlərimiz inkişaf etsin. İstər ikitərəfli, istər 
regional  əlaqələr, istərsə  də beynəlxalq xarakterli məsələlərin həlli üzrə  əməkdaşlıq baxımından səylər 
göstərilməsi üçün sahələr olduqca çoxdur. Bir çox beynəlxalq təşkilatlarda Rusiya və Azərbaycan 
nümayəndələri bir-birlərini dəstəkləyirlər. Mən özüm bunu Avropa Şurasının fəaliyyətində  iştirak etdiyim 
illərdə yəqin etmişəm. Bu əməkdaşlıq həmişə yaxşı bəhrələr verir. 
Azərbaycanda biz münasibətlərimizi qayğı ilə qoruyuruq və çox şadıq ki, Rusiya iqtisadi cəhətdən 
möhkəmlənir, inkişaf edir, ölkənizin rifahı naminə olduqca ciddi siyasi proseslər baş verir. Hesab edirik ki, 
Rusiyada  əmin-amanlıq və firavanlıq olarsa, əlbəttə, həm orada yaşayan azərbaycanlılar, həm də biz, 
Azərbaycan vətəndaşları bundan ancaq fayda görəcəyik. Biz bu fikirdəyik ki, qarşılıqlı  əlaqələr bütün 
səviyyələrdə davam etdirilməlidir. Biz öz tərəfimizdən bütün işləri görəcəyik ki, belə olsun və bu, gələcəkdə də 
həyata keçirilsin. Azərbaycanın xarici siyasət xətti dəyişməz qalacaqdır, dediyim kimi, Rusiya ilə 
münasibətlərimiz bizim üçün öncül xarakter daşıyır. Ona görə də düşünürəm ki, biz ümumi rifahımız naminə 
qarşılıqlı  səylərlə ölkələrimizi, xalqlarımızı daha çox yaxınlaşdıracağıq.  Əlbəttə, sizi burada tez-tez görməyə 
ümid bəsləyirik, hər bir gəlişinizə çox şadıq. 
Xahiş edirəm, mənim səmimi salamımı  və  ən xoş arzularımı hörmətli prezident Vladimir Vladimiroviç 
Putinə yetirəsiniz. Mən Rusiya dövlətinin başçısı ilə Yaltada görüşümüz barədə təəssüratlarımı məhdud dairədə 
qeyd etmişəm, danışmışam. Bu mənim üçün ilk bu cür təcrübə idi. Təbii ki, hər hansı tədbirdə ilk dəfə iştirak 
etdikdə müəyyən hisslər keçirirsən. Lakin Vladimir Vladimiroviçin səmimi münasibəti, dəstəyi, dövlət 
başçılarına xitabən dediyi sözlər çox xoş idi. Orada Vladimir Vladimiroviç dedi ki, o da bir vaxtlar Baş nazir 
kimi, ilk dəfə belə bir görüşdə olmuşdur və belə tədbirlərdə ilk dəfə iştirak etməyin nə demək olduğunu bilir. O 
bütün həmkarlarından mənə dəstək və qayğı göstərməyi xahiş etdi. Mən bunu çox yüksək qiymətləndirirəm. Bir 
daha xahiş edirəm, mənim ən xoş arzularımı Rusiya Prezidentinə yetirəsiniz. Mən ona doğum günü münasibətilə 
təbrik məktubu göndərmişəm. Sizdən xahiş edirəm,  şəxsən onun əlini sıxasınız və xoş diləklərimi ona və 
ailəsinə yetirəsiniz. 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə