İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə56/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   52   53   54   55   56   57   58   59   ...   86

122 
 
prioritet məsələdir. Bu məsələyə daim diqqət göstəriləcək və qısa müddətdə, növbəti beş il ərzində, – mən bunu 
artıq bir neçə dəfə bəyan etmişəm, bir də demək istəyirəm, – 600 min yeni iş yeri açılacaqdır. Bu çox böyük 
rəqəmdir. Bəzilərinə elə  gələ bilər ki, bu qeyri-realdır. Amma mən sizə deyə bilərəm ki, bütün iqtisadi 
hesablamalar aparılmışdır və bir daha mən bu rəqəmi sizin nəzərinizə çatdırıram. Belə olan halda, Azərbaycanda 
işsizlik problemi, demək olar ki, tamamilə aradan qaldırılacaqdır.  Bu  da  Azərbaycanın qarşısında duran ən 
mühüm problemlərdən biridir. İşsizliyin qarşısı alınmalıdır, eyni zamanda, yoxsulluqla mübarizə aparılmalıdır 
və aparılır.  
Bu məqsədlə Azərbaycan dünyanın aparıcı maliyyə qurumları ilə birlikdə xüsusi proqram həyata keçirir. 
Əminəm ki, bu proqramın həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə yoxsulluğun azaldılması mümkün 
olacaqdır.  
Azərbaycanda sahibkarlıq, özəl sektor inkişaf edir. Ümumi daxili məhsulda özəl sektorun payı 70 faizdən 
yuxarıdır. Bu onu göstərir ki, Azərbaycanda tam mənada bazar iqtisadiyyatı prinsipləri mövcuddur və işləyir.  
Bu gün başqa bir infrastruktur obyekti, yeni bir mehmanxana da açılıbdır. Mən onun açılışında da iştirak 
etmişəm. Çox sevindirici haldır ki, bu mehmanxana ən yüksək standartlara uyğun şəkildə tikilibdir. Lənkərana, 
lənkəranlılara layiq olan bir yerdir. Əminəm ki, buraya gələn hər bir qonaq orada rahat yaşaya bilər. Bu da çox 
sevindiricidir. Çünki indi belə səviyyəli mehmanxanalar, adətən, Bakıda tikilir. Mən Azərbaycanın bölgələrində 
hələ ki, belə mehmanxanaya rast gəlməmişəm. Çox şadam ki, bu ilk təcrübə  məhz burada, Lənkəranda baş 
veribdir. Bu da öz növbəsində, Azərbaycanın dilbər guşəsi olan Lənkəranda turizmin inkişafına böyük kömək 
göstərəcəkdir. Burada turizmin inkişafı üçün hər bir şərait – gözəl iqlim var, gözəl təbiət var. Ən önəmlisi isə, 
Lənkəranın ən böyük sərvəti olan  əməksevər, vətənpərvər insanları vardır. Mən sizi, əziz, doğma bacılarımızı, 
qardaşlarımızı bir daha salamlayıram və sizin dəstəyinizə arxalanıram. Biz bu dəstəklə, sizinlə birlikdə 
Azərbaycanı inkişaf etdirəcəyik.  
Azərbaycan yaxın vaxtlarda zəngin dövlətə çevriləcəkdir. Son on il ərzində Heydər Əliyevin Azərbaycanda 
apardığı siyasət artıq öz əyani nəticələrini verməkdədir. Azərbaycanda neft strategiyası həyata keçirilir. Bunun 
hesabına böyük həcmdə valyuta ehtiyatları yaranıbdır. Bu isə Azərbaycanın hər bir bölgəsini inkişaf etdirməyə 
imkan verəcəkdir.  
İndi İqtisadi İnkişaf Nazirliyi tərəfindən xüsusi proqram hazırlanıbdır. Bu proqramda Azərbaycanın bölgələri 
haq-qında ayrıca bir bölmə var. Orada Azərbaycanın bütün bölgələrinin inkişafı, iqtisadi perspektivləri öz əksini 
tapır. Mən əminəm ki, seçkilərdən sonra bu proqramın həyata keçirilməsinə başlayacağıq. Azərbaycanın hər bir 
vətəndaşı onun xeyrini görəcəkdir.  
2001-ci ildə burada olarkən mən başqa bir vəd də vermişdim. Mən vəd verməyi xoşlamıram. Bəzi müxalifət 
liderlərindən fərqli olaraq, mən daha çox əməli işlərə üstünlük verirəm. Yalnız o vaxt vəd verirəm ki, onun 
yerinə yetirilməsinə nail olacağımı bilirəm. Mənə müraciət olunmuşdu və söyləmişdilər ki, Lənkəranın  ən 
böyük problemlərindən biri buraya təbii qazın verilməsinin dayandırılmasıdır.  Şəhərə uzun illər təbii qaz 
verilməmişdir.  
Mən o vaxt Bakıya qayıdarkən bu məsələni ciddi araşdırdım. Biz xüsusi tədbirlər planı hazırlayıb həyata 
keçirdik və bunun nəticəsində Azərbaycanın bir neçə rayonuna, o cümlədən Lənkərana təbii qazın verilməsi 
bərpa olundu. İndi mənə verilən məlumata görə, şəhərin  85 faizi qazla təmin edilmişdir. Məqsədimiz isə budur 
ki, lənkəranlılar təbii qazla yüz faiz təmin olunsunlar. Mən söz verirəm ki, biz buna nail olacağıq.  
Azərbaycan vahid ölkədir. Azərbaycanın hər bir vətəndaşı eyni şəraitdə yaşamalıdır.  Əgər Bakıda elektrik 
enerjisi, təbii qaz varsa, deməli, hər yerdə, o cümlədən Lənkəranda da elektrik enerjisi də, qaz da olmalıdır. Biz 
bunu təmin edirik və bundan sonra da edəcəyik.  
Siz bilirsiniz ki, möhtərəm cənab Prezident Lənkərana, bu zonada yerləşən digər rayonlara daim diqqət və 
hörmətlə yanaşmışdır. Siz hamınız bu diqqəti hiss etmisiniz. Cənab Prezident dəfələrlə burada olmuşdur, 
insanlarla görüşmüşdür, problemlərin həlli istiqamətində öz köməyini göstərmişdir.  İndi cənab Prezident 
səhhətində yaranmış problemlərlə  əlaqədar seçkilərdə  iştirak etməyəcəkdir. Mən iştirak edəcəyəm. Sizi əmin 
etmək istəyirəm ki, onun siyasətini davam etdirəcəyəm. Biz daim birlikdə olacağıq və  mən sizə daim diqqət 
göstərəcəyəm.  
Azərbaycanda Heydər Əliyevin siyasətinə alternativ siyasət yoxdur. Alternativ siyasət Azərbaycanı uçuruma 
apara bilər. Azərbaycan xalqı 1992–1993-cü illərdə o çox ağır günləri yaşayıbdır. O vaxt Azərbaycan demək olar ki, 
dağılırdı, ölkəmiz böhran içində idi, anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Ölkədə qanunsuz silahlı  dəstələr, 
quldur dəstələri meydan  sulayırdılar. Belə olan halda Azərbaycanın gələcəyi, ümumiyyətlə, sual altında idi. 1993-cü 
ildə Azərbaycan xalqı öz müdrikliyini nümayiş etdirərək Heydər Əliyevi Bakıya dəvət etdi. Ondan sonra bütün bu 
xoşagəlməz halların qarşısı alındı. Azərbaycanı bu çətin vəziyyətə salan o vaxtkı iqtidar, indiki müxalifət qaçıb 
gizləndi və bir neçə il ərzində onlar gizlənmişdilər, xalqın qarşısına çıxmağa cəsarət etmirdilər. Özlərini biabır edən, 
Azərbaycan dövlətçiliyinə xəyanət edən şəxslər indi yalnız Heydər Əliyevin həyata keçirdiyi demokratik proseslərin 
nəticəsində yenidən siyasətə qayıdıblar.  İndi onlar sizə müxtəlif yalan vədlər verirlər, fantaziya danışırlar. Mən 


123 
 
bilirəm ki, Azərbaycan xalqı onların vədlərinə inanmır, çünki əgər onlarda belə bir niyyət olsaydı, elə hakimiyyətdə 
olduqları dövrdə bunu həyata keçirərdilər. 
İndi Azərbaycan bütün bəlalardan qurtarıbdır. Azərbaycanda müharibə dayanıbdır. Artıq Azərbaycanda 
iqtisadi tənəzzül yoxdur, əksinə, inkişaf var. Başqa qonşu ölkələrlə müqayisədə Azərbaycan birinci yerdədir. 
Adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan nəinki MDB ölkələrini, hətta bəzi Şərqi Avropa 
ölkələrini də qabaqlayır. Azərbaycan ümumi daxili məhsulun artım səviyyəsinə görə  dünyanın aparıcı 
ölkələrinin sırasındadır. İnflyasiyanın səviyyəsinə görə də dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin 
sırasındadır.  
Heydər  Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində iki neft kəməri tikilib istifadəyə 
verilibdir. Bakı–Tbilisi–Ceyhan kimi nəhəng,  bütün dünya üçün əhəmiyyətli, ilk növbədə, Azərbaycan xalqının 
milli maraqlarına cavab verən neft kəməri inşa edilir. İnşallah, 2005-ci ildə biz hamımız birlikdə onun istismara 
verilməsini qeyd edəcəyik.  
Azərbaycanda Heydər  Əliyevin sərəncamı  əsasında Neft Fondu yaradılıbdır.  İndi Azərbaycanın 1 milyard 
400 milyon dollar valyuta ehtiyatı var. Halbuki 1993-cü ildə bu rəqəm sıfıra bərabər idi. Nə var idisə, onu da 
indi sizdən səs istəyən İsa Qəmbərov, Etibar Məmmədov və onlar kimiləri dağıtmışdılar, aparıb xarici banklarda 
öz hesablarına yerləşdirmişdilər.  
Azərbaycan neft strategiyasının həyata keçirilməsini davam etdirəcəkdir. Bakı–Tbilisi–Ceyhan neft kəməri 
istismara veriləndən sonra Azərbaycan ildə 50 milyon ton neft ixrac etmək iqtidarında olacaq və bu da təkcə 
növbəti beş il ərzində ölkəyə 5 milyard dollar vəsait gətirəcəkdir. Əlbəttə ki, bu vəsaitlə Azərbaycanı hərtərəfli 
inkişaf etdirmək mümkün olacaq, yeni zavodlar, fabriklər, məktəblər, xəstəxanalar tikiləcək, yeni iş yerləri 
açılacaqdır. Yaxşı, müxalifətdən soruşmaq lazımdır ki, axı siz bu ölkəni dağıdırdınız, siz vətəndaş müharibəsini 
başlamışdınız, siz Bakıda hakimiyyət uğrunda mübarizə apararkən Dağlıq Qarabağda torpaqlarımız  əldən 
gedirdi. Heydər  Əliyev sizə indiki bütün bu şəraiti yaratdı. Nəyə görə yaratdı? Yaratdı ki, siz yenidən gəlib 
dağıdasınız?! Heç vaxt bu olmayacaq, Azərbaycan xalqı öz seçimini edib və bu seçimə də sadiq qalacaqdır. 
Biz imkan verməməliyik ki, səriştəsiz, bacarıqsız insanlar, Vətənə  xəyanət etmiş insanlar yenidən 
hakimiyyətə gəlsinlər və mən əminəm ki, Azərbaycan xalqı buna imkan verməyəcək, Heydər Əliyevin siyasətini 
dəstəkləyəcək və oktyabrın 15-də bu siyasətə səs verəcəkdir.  
Bizim planlarımız genişdir, çoxdur. Qarşıda duran məsələlər həll olunmalıdır. Mən qeyd elədim ki, 
Azərbaycan çox sürətlə inkişaf edir. Azərbaycanda sosial məsələlər öz həllini tapır, o cümlədən əhalinin təbii 
qazla, elektrik enerjisi ilə təminatı yaxşılaşmışdır. Bundan sonra daha da yaxşı olacaqdır. Növbəti beş il ərzində 
hər biri 400 meqavat gücündə iki elektrik stansiyası tikilib istifadəyə veriləcəkdir. Ondan sonra respublikada, 
ümumiyyətlə, elektrik enerjisi ilə bağlı heç bir problem olmayacaqdır.  Əksinə, Azərbaycan elektrik enerjisini 
ixrac edə biləcəkdir.  
Təbii qazın idxalı davam edəcəkdir. Biz bu məqsədlər üçün  böyük həcmdə vəsait xərcləyirik. Amma bunu 
etməliyik ki, bu sahədə də heç bir problem olmasın. Digər məsələlər də öz həllini tapmalıdır. Amma bütün bu 
görülən işlərlə, qazanılan uğurlarla yanaşı, əlbəttə ki, Azərbaycanda böyük problemlər də var. Biz bunu bilirik. 
Mən demək istəmirəm ki, Azərbaycanda hər şey  öz qaydasındadır. İlk növbədə, qeyd etdiyim kimi, biz sosial 
məsələlərə daha çox diqqət göstərməliyik.  İnsanlara daha böyük diqqət göstərməliyik. Bəzi hallarda müxtəlif 
məmurlar bu işdə lazımi səviyyədə  fəaliyyət göstərmirlər, müraciətlərə,  ərizələrə biganə yanaşırlar. Mən 
dəfələrlə bunu demişəm. Son on gün ərzində respublikanın müxtəlif bölgələrində olarkən çoxlu sayda ərizələr
məktublar almışam. Deyə bilərəm ki, keçmişdə  də belə olubdur. Keçmişdə  həm Azərbaycan Dövlət Neft 
Şirkətinə, Milli Məclisə, Milli Olimpiya Komitəsinə  mənim adıma yüzlərlə, bəlkə  də minlərlə  ərizə  və 
məktublar göndərilmişdir. Hər bir məktuba reaksiya verilmiş, hər bir məktuba cavab göndərilmiş, aidiyyəti 
orqanlara göstərişlər verilmişdir. Bu proses davam edir. 
Son 8-10 gün ərzində bölgələrdə mənə verilən bütün ərizələrə operativ qaydada baxılır və deyə bilərəm ki, 
onların 90 faizi öz müsbət həllini tapacaqdır. Bunu ona  görə deyirəm ki, burada da mənə ərizələr verilibdir. Mən 
sizi əmin edirəm ki, bunlara da baxılacaqdır. Əgər bu ərizə mənə verilirsə, o deməkdir ki, yerlərdə bu məsələ öz 
həllini tapmır. Düzdür, ola bilər ki, bu məsələ yerli orqanlar tərəfindən həll oluna bilməz. Bunu mərkəzi orqanlar 
həll edə bilərlər. Ərizələrin əksəriyyəti də bu məzmundadır. Amma bununla yanaşı, mən Azərbaycanda vəzifədə 
çalışan, işləyən insanlara müraciət edib demək istəyirəm ki, daha diqqətli olmaq lazımdır. Biz vəzifədə ona görə 
oturmuşuq ki, xalqa xidmət edək.  
Misal üçün, mən öz vəzifəmi belə başa düşürəm. Bunu mənə, nəinki mənə, bütün Azərbaycan xalqına 
Heydər  Əliyev öz nümunəsi ilə göstəribdir. Biz hamımız, vəzifədə olan şəxslər, dövlət orqanlarında çalışan 
şəxslər ilk növbədə, insanların problemləri ilə  məşğul olmalıyıq. Mən  şəxsən bu yoldayam və bütün dövlət 
orqanlarında, hakimiyyət orqanlarında işləyən insanları bu yola dəvət edirəm. Əgər hamımız belə hərəkət etsək, 
Azərbaycanda heç bir problem qalmayacaq, insanlarımız daha rahat, firavan yaşayacaqlar. 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə