Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 50,91 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü50,91 Kb.
#42459


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

 

UOT-94 “19/...” 

 

KİPR MÜNAQİŞƏSİNDƏ 1974-CÜ İL  

HADİSƏLƏRİ VƏ TÜRKİYƏNİN MÜDAXİLƏSİ 

 

F.M.HACIYEV 

АМЕА Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 

farid.h@meclis.gov.az

 

XX əsrin 70-ci illərində Kiprdə yaranmış daxili siyasi vəziyyət artıq təminat ölkələrini 

ciddi tədbirlər görməyə sövq etdi. O dövrdə Yunanıstan hökumətinin Kiprə dair siyasətində 

yol verdiyi səhvlər və eyni zamanda Türkiyə hökumətinin bu səhvlərdən istifadə edərək atdığı 

qətiyyətli addımlar Kiprin bugünkü mənzərəsini yaratmış oldu. Dövrün şərtlərinə görə 

Türkiyənin 1974-cü ildə Kiprə  hərbi müdaxiləsi qaçılmaz idi və Türkiyə bu tarixi şansdan 

layiqincə istifadə etməyi bacarmışdı.  

 

Açar sözlər: Türkiyə, Kipr, münaqişə, enosis, müdaxilə 

 

1967-ci il böhranından sonra Makariosun enosisin praktiki cəhətdən 



mümkünsüz olduğunu qəbul etməsi daxildə Qrivasın və enosisin tərəfdarlarını 

ona qarşı qaldırdı. Bu, həmçinin Makariosun Yunan xuntası ilə münasibətləri-

nin pisləşməsinə, daha sonra isə tamamilə pozulmasına gətirib çıxartdı.  

Afinada Arxiyepiskopla xunta arasında münasibətlərin pisləşməsi, 

Kiprdə isə Makariosa qarşı terrorçu müxalifətin baş qaldırması hadisələrin 

gedişini müəyyən edirdi. Artıq Afinada bəzi mühüm fiqurlar Kipr münaqişəsi-

nin həlli üçün Makariosun getməsinin vacibliyini bəyan edirdilər. Onlar 

istədikləri həll variantı Türkiyəni  ələ almaq yolu ilə enosisə nail olmaq idi. 

Lakin bu, Kipr məsələsində Türkiyəyə Axeson planında öz əksini tapmış 

güzəştlərin edilməsini nəzərdə tutacaqdı ki, bu güzəştlərlə Makarios heç vaxt 

razılaşmazdı. Hər bir halda Makarios xuntanı yox, sürgün edilmiş kralı dəstək-

ləyirdi. Makariosu kənarlaşdırmaq üçün xunta Arxiyepiskopu Ellinizmə xəya-

nət etməkdə günahlandıran və özünü Milli Cəbhə adlandıran bir qrupa dəstək 

verirdi. Makariosa qarşı sabotaj və terrorçuluq kompaniyası başladılmışdı  və 

1970-ci ilin mart ayında Makariosun vertolyotu vuruldu, lakin o, güclə canını 

qurtara bildi. Makarios bu işdə Kiprin sabiq daxili işlər naziri Polikarpos 

Yorqadyisin əli olduğunu bildirdikdən bir həftə sonra Yorqadyis sirli şəraitdə 

qətlə yetirildi. General Qrivas isə 1971-ci ilin payızında gizli yolla Kiprə 

186 



qayıtdı. O, burada Makarios enosisə  xəyanət edəcəyi müddətdə ona qarşı 

istifadə edə biləcəyi “EOKA B” adlanan hərəkat yaratdı.  

1972-ci ilin fevralında Yunanıstan hökuməti Makariosa nota göndərərək 

uzun müddətdən bəri Kiprin xarici işlər naziri vəzifəsində çalışan Spiros 

Kiprianunu və xuntanın  əleyhinə olan digərlərini vəzifədən kənarlaşdırmağa 

və “Millətçi Kipr Ellinizminin” bütün seqmentlərindən (yəni AKEL və enosisə 

can yandırmayanları  çıxmaq  şərtilə) təşkil olunmuş “milli birlik hökuməti” 

formalaşdırmağa çağırdı. Makariosa həmçinin Milli Mərkəzin həmişə Afina 

olduğunu unutmamağı da tövsiyə etdilər. 2 həftə sonra Kipr Kilsəsinin yepis-

kopları toplanaraq dini hakimiyyətlə dövlət hakimiyyətinin bir araya sığma-

ması iddiası ilə Makariosa prezidentlikdən istefa verməyi  əmr etdilər. Ma-

karios Kiprianunu əvəz etdi, lakin eyni zamanda öz populyarlığını sübut etmək 

üçün kütləvi mitinqlər təşkil etdi, xuntanın tələb etdiyi hökuməti formalaş-

dırmaqdan imtina etdi və Kralı  dəstəkləyən yeni qəzeti maliyyələşdirməyə 

başladı.  

Aprelin 13-də 3 yepiskop Arxiyepiskopu hakimiyyətdən salınmış elan 

etdilər və onun rütbəsini keşiş rütbəsinə qədər azaltdılar. Tezliklə Arxiyepis-

kop Şərqi Pravoslav Kilsələri Sinodunu bir araya gətirməklə daha böyük dini 

silahlara əl atmış oldu, belə ki, Sinod öz qərarı ilə Makariosun əvvəlki mövqe-

yini bərpa etdi, eləcə  də qiyamçı yepiskopları kilsə daxilində parçalanma və 

səmavi qanunlara itaətsizlikdə ittiham edərək onları kilsədən uzaqlaşdırdı. Si-

yasi cəhətdən də Arxiyepiskop seçkilərdə özünə rəqib tanımırdı. Lakin Maka-

rios nədənsə hələ də Qrivasa və “EOKA B”yə qarşı sərt tədbirlər görməkdən 

çəkinirdi. Bu isə ya Makariosun azadlıq mübarizəsi dövründə Britaniyanın 

istifadə etdiyi metodlardan istifadə etməmək arzusundan, ya da Qrivasın həm 

özü kimi kralçı, həm də Kiprin bölünməsinin əleyhdarı kimi hələ faydalı ola 

biləcəyi fikrindən irəli gəlirdi. Bununla belə, 1974-cü ilin yanvarında Qrivas 

ürək çatışmazlığından vəfat etdi və “EOKA B” dərhal xuntanın agentlərinin 

nəzarətinə keçdi. Kipr polisinin çox hissəsi keçmiş EOKA üzvlərindən təşkil 

edilmiş, 10000 nəfərdən ibarət Milli Qvardiya isə Yunanıstan Ordusu tərəfin-

dən idarə edilir və ondan daha çox “EOKA B”nin əsgər ehtiyacını ödəmək 

məqsədilə istifadə edilirdi (5, 4-7).  

1973-cü ilin payızında Afinada baş vermiş növbəti hərbi çevriliş 

nəticəsində bir xunta faktiki olaraq Hərbi Polisin Rəisi Briqadir İoannidesin 

başçılıq etdiyi digər bir xunta ilə əvəz edildi, baxmayaraq ki, dövlətin həqiqi 

başçısı General Faedon Gizikis hesab edilirdi. 1974-cü il iyulun 2-də Prezident 

Gizikisə yazdığı məktubda “Mənim hərbi rejimlərə, xüsusilə də demokratiya-

nın beşiyi sayılan Yunanıstandakı  hərbi rejimə xüsusi rəğbətimin olduğunu 

deyə bilmərəm”, - deyən Makarios, bununla belə, Yunanıstanda kimin haki-

miyyətdə olmasından asılı olmayaraq, onu ana vətənin hökuməti kimi dəyər-

ləndirirdi. Bundan sonra Arxiyepiskop Milli Qvardiyanın tərkibində olan 650 

yunan zabitinin geri çağırılmasını istəmiş  və  məğrurluqla bildirmişdi: “Mən 

Yunanıstan hökumətinin Kiprə təyin etdiyi prefekt və ya nümayəndə deyiləm, 

187 



mən Ellinizmin böyük bir hissəsinin seçilmiş lideriyəm və məhz elə buna görə 

də Milli Mərkəzdən özümə qarşı müvafiq rəftar tələb edirəm” (5, 7-14).  

Yunanıstan hökumətinin cavabı isə Arxiyepiskop Makariosa qarşı uzun 

müddətdən bəri hazırlanan sui-qəsd planına start vermək oldu. 1974-cü il 

iyulun 15-də yunan zabitlərinin rəhbərlik etdiyi Milli Qvardiya Kiprdə ha-

kimiyyəti devirdi, prezident sarayının bir hissəsini dağıtdı  və Makariosun 

öldüyünü elan etdi. Lakin həmin vaxt Makarios Pafosa qaça bilmiş, oradan isə 

vertolyotla Akrotiridəki suveren bazaya aparılmışdı. Xunta Makariosun yerinə 

keçmiş EOKA terrorçusu Nikos Sampsonu gətirdi. Kiprə daxil olmaq üçün 

Türkiyənin  əlinə belə  əlverişli imkan bir daha düşməyəcəkdi. Belə ki, bir 

yandan Zəmanət Müqaviləsinin hüquqi əsasları buna imkan verirdi, digər 

yandan isə sonradan Makariosun da BMT-də  çıxışı zamanı  təsdiq edəcəyi 

Yunanıstanın aşkar müdaxiləsi göz qabağında idi. Həmin dövrdə qərb liderləri 

arasında müəyyən nüfuza malik olan Bülənt Ecevitin Londona səfər etməklə 

zamin dövlətlərdən biri kimi Britaniyanı əməkdaşlığa dəvət etməsi çox düzgün 

addım idi. Britaniya hökuməti çətin seçim qarşısında qalmışdı.  Əgər o, 

Zəmanət Müqaviləsinin IV maddəsinə uyğun hərəkət etməsə, onda bu, türklə-

rin qarşısında yaşıl işıq yandırmaq kimi qiymətləndirilərdi. Lakin Britaniyanın 

Suveren Bazalarında cəmi 3000-ə qədər qoşunu var idi və bu kiçik qüvvə ilə 

Sampsonu devirib Makariosu yerinə qaytarmaq şübhəli görünürdü. Siyasi 

iradə baxımından da çatışmazlıqlar var idi. Bir tərəfdən Britaniya məsələyə tək 

müdaxilə etməklə Kipr siyasətində və partizan müharibəsində üzləşə biləcəyi 

böyük çətinliklərdən qorxur, digər tərəfdən isə Britaniyanın türklərlə birlikdə 

müdaxiləsi halında onun motivlərinin yunanlar və Kipr yunanları  tərəfindən 

səhv başa düşülməsi  şansları böyük idi. Çətinlik onda idi ki, bu müqavilə 

yalnız 1960-cı il konstitusiyasını  bərpa etmək məqsədilə müdaxiləni nəzərdə 

tuturdu və hətta 1964-cü ildə Britaniya buna getməmişdi.  

Türkiyənin Baş naziri Bülənt Ecevit iyulun 16-da yaranmış  vəziyyətlə 

bağlı çıxış edərək bildirmişdir: “Qoy heç kim Kiprdə yaranmış xaos vəziyyə-

tindən istifadə edərək orada yaşayan türklərin hüquqlarına qəsd eləməsin. Biz 

bu baş verənlərə göz yummayacağıq. Biz heç kəsə türklərin hüquqlarını tapda-

lamağa icazə verməyəcəyik” (4, 49). İyulun 18-də Ecevit Afinaya ultimatum 

göndərərək Sampsonun istefaya göndərilməsini, Kipr Milli Qvardiyasının 

yunan zabitlərinin Kiprdən çıxarılmasını  və Kiprin müstəqilliyinə  təminat 

verilməsini tələb etdi. Xunta ağılsızcasına yenə  də inanırdı ki, ABŞ  əvvəllər 

olduğu kimi türklərin güc tətbiqinin qarşısını bu dəfə də alacaq.  

Ultimatuma cavabın verilmədiyini görən Ecevitin “sülh əməliyyatı” 

adlandırdığı əməliyyat başladı. Əməliyyatın başladılmasını Ecevit bu cür əsas-

landırdı: “Faktiki olaraq baş vermiş bu hadisə çevrilişdən daha artıq idi. Bu, 

Kipr Respublikasının müstəqilliyinin və onun əsaslandığı beynəlxalq razılaş-

maların kobud və zorakılıq yolu ilə pozulması idi. Türkiyə Kiprin müstə-

qilliyinin və konstitusion qayda-qanunun zaminlərindən biridir. Bu əməliyyatı 

həyata keçirməklə Türkiyə öz hüquqi öhdəliyini yerinə yetirmiş olur. Türkiyə 

188 



digər mümkün vasitələr tükənməyənə qədər silahlı əməliyyata əl atmırdı. Bu, 

işğal deyil, işğala qarşı yönəlmiş əməliyyatdır. Bu, təcavüz deyil, təcavüzə son 

qoymaq üçün atılan addımdır. Bu səhər başladılmış sülh əməliyyatı Kipr 

tarixinin  ən qaranlıq dövrünə son qoyacaqdır” (4, 46). Hava hücumunun 

köməyi ilə türklər iyul ayının 20-də sübh tezdən hücum edərək Kireniya 

yaxınlığında yerləşdilər və sərt müqavimətlə üzləşdilər. Lakin türklər ard-arda 

Kipr yunanlarının yaşadığı bir neçə  kəndi tutdular. İyulun 22-də BMT 

Təhlükəsizlik Şurası atəşkəsin əldə edilməsinə nail oldu.  

Bu arada xunta hökuməti dağıldı və hakimiyyəti Konstantin Karamanli-

sin hakimiyyəti ilə mülkilərə təhvil verdi. Nikosiyada isə Sampson Prezident-

liyi Makariosun Konstitusional müavini Qlafkos Kleridesə təslim etmişdi.  

Britaniyanın xarici işlər naziri Ceyms Qallaqanın çağırdığı Cenevrə 

Konfransı baş tutana kimi, türklərin 1-ci hücumu zamanı onlarla birlikdə olan 

beynəlxalq ictimaiyyət artıq demokratiyanın bərpa olunduğu Yunanıstana 

doğru meyllənmişdi. Konfransda artıq rollar dəyişmişdi: Türkiyənin Zəmanət 

Müqaviləsinin şərtləri altında hərəkət etməsini qəbul edən Klerides 1960-cı il 

konstitusiyasının tam bərpasını istədi. Lakin türklər və Kipr türkləri artıq 

başqa dildə danışırdılar. Rauf Denktaş və Türkiyənin Xarici İşlər naziri Turan 

Günəş bəyan etdilər ki, yeni böhran 1967-ci ildən sonra guya öldüyü bildirilən 

enosis ideyasının hələ  də yaşadığını sübut etdi. Onların dediyinə görə, Kipr 

türklərində onların adada istənmədikləri barədə fikir oyadılmışdı və buna görə 

də artıq Kiprdə 2 muxtar zonadan ibarət Federasiyanın yaradılması qaçılmaz 

hala gəlmişdi (7, 3-5). Yaradılacaq federasiyada türklərin zonası isə adanın 

34%  şimal  ərazilərini tutacaqdı. Yalnız bundan sonra türklərin adekvat təh-

lükəsizlik hissi və enosisə qarşı etibarlı  zəmanəti olacaqdı, belə ki, yenidən 

Yunanıstanla birləşmək meylləri baş qaldırardısa, onda türklərin tam şəkildə 

federasiyadan ayrılmasına artıq heç nə mane ola bilməzdi. Dəhşətli təzyiq 

altında federasiya prinsipinə güzəştə getməklə Kipri sonrakı  işğaldan xilas 

etmək üçün Klerides Afina ilə, Kiprin yunan icmasının liderləri ilə, eləcə  də 

Londonda olan Arxiyepiskop Makariosla məsləhətləşmək üçün Türkiyədən 36 

saatdan 48 saata qədər möhlət istədi. Türkiyənin xarici işlər naziri Makarios və 

digərlərinin daha çox vaxt udmaq üçün bundan istifadə edə biləcəyini  əsas 

gətirərək Kleridesin bu xahişini rədd etdi. Həqiqət isə ondan ibarət idi ki, 

Ecevit hökumətinin siyasi mövqeyi riskli idi və mövcud olduğu dəhlizdə 

özünü narahat hiss edən Türk ordusu gözləmək istəmirdi. Konfransın başa çat-

masından 1,5 saat sonra türklərin yeni hücumu başladı. Onlar tez bir zamanda 

Cenevrədə istədiklərindən daha çox ərazini tuta bildilər. Nəticədə Kiprin 

ərazisinin 36,5%-i türklərin nəzarətinə keçdi. Türkiyənin bu müdaxiləsi Kiprin 

bu günkü siyasi mənzərəsini yaratmış oldu. Belə ki, əvvəllər bu iki müxtəlif 

icmanı necə bir araya gətirməyin yolları axtarılırdısa, bu müdaxilədən sonra 

dünya ictimaiyyətini artıq bir-birindən qopmuş bu iki bölgə arasında əlaqənin 

necə yaradılması məsələsi düşündürməyə başladı.  

189 



Zəmanət Müqaviləsinin məqsədi ikiicmalı respublikanın müstəqilliyinin 

qorunub saxlanılması  idi.  Bu  müqavilə  və ondan doğan müdaxilə hüququ 

olmasa idi, Kipr Yunanıstanın tərkib hissəsinə çevriləcəkdi. Türkiyənin bu 

müdaxiləsinin nəticəsində Kipr adasında bu günə  qədər müstəqil respublika 

hökm sürür, Yunanıstanda demokratiya bərqərar oldu və 1974-cü ildən bəri 

adanın hər iki icması zorakılıq, toqquşma və  qətllər olmadan sülh şəraitində 

yaşayırlar. Yalnız bütün bunları  nəzərə aldıqda, 1974-cü il müdaxiləsinin nə 

dərəcədə zəruri olduğunu söyləmək olar. 



 

ƏDƏBİYYAT  

1.

 



Guner Goktug. Kuzey Kıbrıs Türk Cumhuriyyetini hazırlayan siyasi nedenler. Nisan 

1990, s. 161-164, Cerrahoglu Zehra. Birleşmiş Milletler Gözetiminde Kıbrıs sorunu ile 

ilgili olarak yapılan toplumlararsı görüşmeler (1968-1990). TC Kültür bakanlıgı yayınları. 

Yayınlar dairesi Başkanlığı. Kültür eserleri Dizisi. Ankara, 1998, s. 69-71 

2.

 

Manisalı Erol. Dünden Bugüne Kıbrıs. Gündoğan Yayınları / Siyaset ve Sosyoloji Dizisi 



172 sayfa, ISBN: 975-520-193-9; Boyut: 14cm x 21cm; Baskı Tarihi: 2002 

3.

 



Olgun Aydın. Dünden Bugüne Kıbrıs Sorunu Kastaş. Yayınları / Tarihsel Araştırmalar 

Belgeseli Dizisi 100 sayfa, ISBN: 975-7639-66-X; Baskı Tarihi: 1999 

4.

 

Qazioğlu Ahmet. Two equal and sovereign peoples. Nikosiya: Cyrep, 1997 



5.

 

BolukbasiS. The Turco-Greek Dispute. in C.H. Dodd, Turkish Foreign Policy: New 



Prospects, Cambridgeshire: Eothen Press, 1992. 

6.

 



S. Bolukbasi. The Cyprus Dispute and the U.N.: Peaceful Non-Settlement Between 1954-

1996. IJMES, August 1998. 

7.

 

P. Kitromilides. Greek Irredentism in Asia Minor and Cyprus. Middle Eastern Studies, 



Vol. 26, No. 1, 1990, pp. 3-17. 

8.

 



Christoff Marcia Kurop. Greece and Turkey. Foreign Affairs, Vol 77, No. 1, 1998, pp. 7-12. 

9.

 



Tozun Bahcheli. Searching for a Cyprus Settlement: Considering Options for Creating a 

Federation, a Confederation, or two Independent States. Publius, Vol. 30, Nos.1/2 (2000), 

pp. 203-216. 

10.


 

Reddaway John. Burdened with Cyprus, the British Connection. London, 1986, p. 12 

11.

 

www.cyprus-conflict.net



 

 

СОБЫТИЯ 1974 ГОДА В КИПРСКОМ  



КОНФЛИКТЕ И ИНТЕРВЕНЦИЯ ТУРЦИИ 

 

Ф.М.ГАДЖИЕВ 

 

РЕЗЮМЕ 

 

Статья  рассказывает  о  событиях  приведших  к  разделению  Кипра  и  формирова-

нию двух территориальных зон управляемыми двумя разными правительствами по сей 

день. Разногласия между военной хунтой Греции и правительством Кипра, возглавляе-

мым Архиепископом Макариосым, привели к эскалации ситуации на острове. Военный 

режим  в  Греции  намеревался  отстранить  Макариоса  от  власти  и  установить  схожий 

режим на Кипре с целью воплощение идеи Энозиса в жизнь. После кризиса 1967 года 

Макариос  знал,  что  любая  попытка,  связанная  с  осуществлением  Энозиса  может 

подтолкнуть  Турцию  к  интервенции  и,  таким  образом  привести  к  необратимым  и 

катастрофическим  последствиям.  Предсказание  Макариоса  сбылось,  после  того  как  в 

1974 году Греческая хунта успешно осуществила военный переворот на Кипре. Турция 

190 



незамедлительно ввела войска на территорию Кипра с целью восстановления конститу-

ционного  порядка.  Действуя,  таким  образом,  Турция  руководствовалась  правом 

интервенции данной ей Договором Гарантии 1959 года. Данная интервенция породила 

сегодняшний  Кипр – остров  с  двумя  администрациями  десятилетиями  ведущие  безус-

пешные переговоры по разрешению Кипрского конфликта.  

 

Ключевые слова: Турция, Кипр, конфликт, энозис, интервенция 

 

EVENTS OF 1974 IN CYPRUS CONFLICT AND TURKISH INTERVENTION 



 

F.M.HAJIYEV 

 

SUMMARY 

 

The article is related to the events leading to the partition of Cyprus and the formation 



of two independent territorial entities governed by two separate administrations up to this day. 

Frictions between the military regime ruling in Greece and the “leadership” of Cyprus 

represented by Archbishop Makarios resulted in the aggravation of situation in the island. The 

aim of the Greek military authority was to oust Makarios and to establish a military regime in 

Cyprus, thus paving way to Enosis. After the crisis of 1967 Makarios understood that the 

revival of the sentiments on Enosis could lead to catastrophic consequences with the 

intervention of Turkey. Greece’s successful military coup in Cyprus overthrowing Makarios in 

1974 justified the prediction of Archbishop. Turkey intervened immediately, enjoying its right 

of intervention vested with it by the Treaty of Guarantee, with a sole aim to restore 

constitutional order in Cyprus. This intervention produced today’s Cyprus – the island with 



two separate administrations involved in the decades of unsuccessful negotiations.  

 

Key words: Turkey, Cyprus, conflict, enosis, intervention 

 

 

191 

Yüklə 50,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə