İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə57/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   53   54   55   56   57   58   59   60   ...   86

124 
 
Əziz lənkəranlılar! 
Mən gözəl bilirəm ki, lənkəranlılar Azərbaycanın müstəqilliyi uğrunda,  ərazi bütövlüyünün qorunması uğ-
runda böyük işlər görmüş, itkilər vermiş,  şəhidlər vermişlər. Lənkəranlılar mərd insanlardır.  İki dəfə Sovet 
İttifaqı  Qəhrəmanı  Həzi Aslanov kimi mərd oğulun davamçılarıdır. Mən buna görə sizə minnətdarlığımı 
bildirirəm.  Əminəm ki, gələcəkdə  də biz hamımız birlikdə Azərbaycanın dövlət müstəqilliyini 
möhkəmləndirəcəyik.  
Mən bu barədə dedim, bir daha demək istəyirəm. 2001-ci ildə Lənkəranda olarkən bəyan etmişdim ki, sizin 
üçün gözəl idman kompleksini tikəcəyik və onun açılışında iştirak edəcəyəm. Görürsünüz ki, həm tikdik, həm 
də açılışında iştirak edirəm. Deyə bilərəm ki, bu mənim təşəbbüsüm idi. Bəzi yerlərdə olarkən yerli camaat 
məndən xahiş edir, deyirlər ki, bizdə də tikin. İmkan daxilində biz bunu edəcəyik.  
Azərbaycanın bütün bölgələrində, ondan sonra hər bir rayonda idman kompleksləri tikiləcəkdir. Amma 
Lənkəranda kompleksin tikilməsi haqqında qərarı şəxsən öz təşəbbüsümlə qəbul etmişdim. Çıxışlarımın birində 
qeyd etdim ki, həyat yerində durmur. Biz bu proqrama 2000-ci ildə başlamışdıq. O vaxt şərait başqa idi, indi 
imkanlarımız daha da artıbdır. Ona görə bəzi yerlərdə, rayonlarda bu komplekslərlə yanaşı, üzgüçülük hovuzu 
da tikilir. Mən sizə bir vəd də verirəm ki, burada üzgüçülük hovuzu tikiləcək, onun açılışında birlikdə iştirak 
edəcəyik.  
Əziz lənkəranlılar! 
Əziz astaralılar! 
Əziz leriklilər! 
Bu görüşə  gəldiyinizə  və  mənə göstərdiyiniz səmimi münasibətinizə görə hamınıza öz təşəkkürümü 
bildirirəm. Sizi əmin etmək istəyirəm ki, mən Heydər  Əliyevin siyasi xəttinə sadiq olacağam. Biz hamımız 
birlikdə Heydər Əliyevin siyasətini davam etdirəcəyik.  
 
 
* * * 
 
Baş nazir İlham  Əliyev daha sonra idman kompleksinin yaxınlığında inşa edilmiş müasir «Olimpik» 
mehmanxanası ilə tanış oldu. Həmin gün Lənkəran rayonunun Sütəmurdov kəndindəki «Beta» çay fabrikində də 
oldu. 
Baş nazir İlham  Əliyev oktyabrın 9-da Masallı  və  Cəlilabad rayonlarında da oldu, seçicilərlə görüşlər 
keçirdi. 
 
 
 
 


125 
 
 
UŞAQ BƏRPA MƏRKƏZİNİN  
TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ   
ÇIXIŞ 
 
Bakı, Nərimanov rayonu 
 
11 oktyabr 2003-cü il   
 
Hörmətli mərasim iştirakçıları! 
Hörmətli xanımlar və cənablar! 
Hörmətli qonaqlar! 
Bu gün gözəl bir gündür. Bizim Azərbaycanda yeni bir tibb müəssisəsi, Uşaq Bərpa Mərkəzi açılır. Mən 
bu münasibətlə sizin hamınızı  təbrik edirəm. Bu işdə bizə kömək edən Yaponiya hökumətinə  və Avropa 
Birliyinə də öz minnətdarlığımı bildirirəm. 
Son günlər  ərzində ikinci dəfədir ki, mən  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilib 
istifadəyə verilən obyektlərin açılışında iştirak edirəm. Bundan əvvəl, İsmayıllı rayonunda Qarabağ müharibəsi 
əlilləri və  şəhid ailələri üçün tikilmiş evin istifadəyə verilməsində  iştirak etmişdik. Bu gün isə buradayıq. Bu 
onu göstərir ki, Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox böyük iş aparır,  əlillərə,  ehtiyac içində 
yaşayanlara kömək edir, böyük qayğı göstərir. Mən nazirliyin və cənab nazir Əli Nağıyevin xidmətlərini xüsusi 
qiymətləndirir və qeyd edirəm.  
Azərbaycanda son illər  ərzində görülən bütün işlər Heydər  Əliyevin siyasətinin nəticələridir. Məhz onun 
siyasətinin nəticəsində Azərbaycanda sosial məsələlərin böyük əksəriyyəti öz həllini tapıbdır. Heç kəs üçün sirr 
deyil ki, Azərbaycan hələ iqtisadi cəhətdən o qədər də güclü ölkə deyildir. Azərbaycanın çox böyük problemləri 
var. O problemlərin həlli ilə bağlı biz böyük işlər görürük.  
Bütün bu çətinliklərə baxmayaraq, Heydər Əliyevin siyasəti nəticəsində əldə edilən uğurlar bizə imkan verir 
ki, Azərbaycanda ən çətin vəziyyətdə olan xəstələrə, xüsusilə uşaqlara böyük diqqət və qayğı göstərək. Bu bir 
daha onu göstərir ki, Azərbaycan Respublikası Prezidentinin siyasəti məhz xalqa xidmətə yönəldilmişdir. Bu 
siyasət bizə imkan verib ki, belə gözəl, lazımlı, xəstələrə kömək edəcək müəssisələr tikilsin, istifadəyə verilsin. 
Azərbaycanda bu siyasət davam edəcəkdir. Buna alternativ siyasət ola bilməz. 
Mən öz çıxışlarımda dəfələrlə  bəyan etmişəm ki, gələcək fəaliyyətimdə bu siyasəti rəhbər tutaraq, ilk 
növbədə, Azərbaycanda sosial məsələlərin həllində xalqın dəstəyinə arxalanaraq, çalışacağam ki, bu istiqamətdə 
daha gözəl işlər görə bilək. Əminəm ki, bu belə də olacaqdır. Əminəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyi bu xeyirxah missiyanı bundan sonra da davam etdirəcək, Azərbaycanda çətin vəziyyətdə yaşayan 
insanlar üçün gözəl şərait yaradacaqdır.  
Mən bilirəm ki, Azərbaycanın digər şəhərlərində də gözəl evlər tikilib istifadəyə verilibdir. Təəssüflər olsun 
ki, mən onların hamısında iştirak edə bilməmişəm. Halbuki, Əli müəllim mənə  təklif etmişdi. Sadəcə, vaxt 
azlığından buna imkan olmadı. Amma hesab edirəm ki, gələcəkdə bütün belə gözəl tədbirlərdə iştirak edəcəyəm 
və insanlarımıza xidmət göstərəcək neçə-neçə belə müəssisə, obyekt, xəstəxana, bərpa mərkəzi açacağıq. 
Uşaq Bərpa Mərkəzinin açılışı münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm. Arzu etmək 
istəyirəm ki, burada çalışan həkimlər, mütəxəssislər uşaqlara yaxşı xidmət eləsinlər, qayğı göstərsinlər, kömək 
etsinlər. Əminəm ki, bu belə də olacaqdır. Xeyirli olsun, uğurlu olsun. Sağ olun. 
  


126 
 
 
DÜNYA TAEKVONDO FEDERASİYASININ  
PREZİDENTİ, BEYNƏLXALQ OLİMPİYA  
KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ  
UN YONQ KİM İLƏ GÖRÜŞDƏ ÇIXIŞ 
 
10 oktyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: Sizi səmimi-qəlbdən salamlayıram. Sizin səfərinizin ölkəmizdə taekvondo 
idman növünün inkişafına təkan verəcəyini bildirirəm. Sizin dünyada idmanın inkişafındakı xidmətlərinizi 
yüksək qiymətləndirirəm. 
U n  Y o n q   K i m: Səmimi qəbula görə təşəkkürümü bildirirəm. Azərbaycanda bir neçə il əvvəl olmuşam. 
Bu illər ərzində Azərbaycan idman sahəsində böyük tərəqqi əldə etmiş, taekvondo idman növünün inkişafını və 
daha çox populyarlıq qazandığını vurğulamaq istəyirəm. 
Cənab Baş nazir, taekvondonun inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.  
İ l h a m   Ə l i y e v: Xatırladım ki, ölkəmizdə taekvondo və boks idman növləri üzrə son illər böyük 
nailiyyətlər qazanılmışdır. Digər idman növləri də sürətlə inkişaf edir və artıq Azərbaycan idmançıları 
beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edirlər. 
İdmanın inkişafını, xüsusilə Olimpiya oyunlarında qazanılmış uğurları Azərbaycanda iqtisadi-sosial sahədə 
əldə olunmuş  tərəqqinin nəticəsi kimi dəyərləndirirəm.  İdmançılara böyük qayğı  və diqqət göstərilir. Məhz 
bunun nəticəsində gənclər və yeniyetmələr idmana daha çox həvəs göstərirlər. 
U n   Y o n q   K i m: Cənab Baş nazir, açılışında iştirak etdiyim bu idman sarayının  ən yüksək dünya 
standartlarına cavab verdiyini xüsusi vurğulamaq istəyirəm. Bu cür idman obyektinin istifadəyə verilməsi 
Azərbaycanda idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir.  
İcazə verin, Azərbaycan idmanının, o cümlədən taekvondonun inkişafında xidmətlərinizə görə Sizə 
taekvondo üzrə 6-cı dan Qara kəmər və sertifikat, idman geyimini təqdim edim. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə