İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə52/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   48   49   50   51   52   53   54   55   ...   86

113 
 
Azərbaycanda gedən və bundan sonra da gedəcək iqtisadi inkişaf bizə imkan verəcək ki, həm iqtisadi 
cəhətdən möhkəmlənək, həm də ordu quruculuğuna  daha böyük diqqət göstərək.  
Bu diqqət göstərilir. Azərbaycanda qüdrətli ordu  yaradılıbdır. Bizim məqsədimiz ondan ibarətdir ki, 
Azərbaycanın iqtisadi potensialından istifadə edərək ordunu daha da gücləndirək. Bu istiqamətdə  işlər 
aparılacaq. Eyni zamanda, bütün bu görülən işlər, Heydər  Əliyev tərəfindən on il ərzində aparılan iqtisadi 
siyasət, ilk növbədə, neft strategiyasının həyata keçirilməsi  bizə imkan verəcək ki, Azərbaycanın sosial 
problemlərini də uğurla həll edək. İnsanların həyat səviyyəsini qaldıraq. Bu proses də davam edir və cənab Pre-
zidentin son sərəncamları ilə  məhz Neft Fondunun hesabına səhiyyə, təhsil, mədəniyyət işçilərinin maaşları, 
pensiyalar artırılıb və bu proses bundan sonra da davam edəcəkdir. 
Azərbaycanın bütün bölgələrində, o cümlədən Bərdədə  də elektrik enerjisi və qaz təminatı yaxşılaşır. 
Düzdür, bütün rayon əhalisinə qazın verilməsi hələlik mümkün deyil, buna imkanımıız çatmır. Amma böyük 
sayda abunəçiyə qazın verilməsi bərpa olunubdur. Mən istəyirəm siz biləsiniz ki, bu məqsədlər üçün 
Azərbaycan dövləti Rusiyadan alınan qazın haqqının ödənilməsinə  hər il 200 milyon dollardan çox vəsait 
xərcləyir. Bu bir daha onu göstərir ki, Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət yetirilir və bundan 
sonra da yetiriləcəkdir. Mən böyük məmnuniyyətlə onu da deyə bilərəm ki, alınan məlumatlara görə, son vaxtlar 
Bərdə  şəhərində böyük abadlıq, quruculuq işləri aparılıbdır, yeni yollar salınıbdır, yeni məktəblər tikilibdir. 
İnsanlara qayğı çox artıbdır. Bu, sevindirici haldır və  mən çox istərdim ki, bu qayğı, diqqət bundan sonra da 
artsın. Azərbaycan xalqı buna layiqdir. Azərbaycan xalqı  qəhrəman xalqdır. Azərbaycan xalqı, o cümlədən 
Bərdə camaatı daim Heydər  Əliyevin siyasətini dəstəkləyib və  mən  əminəm ki, bundan sonra da 
dəstəkləyəcəkdir. 
Bu gün qədim Bərdədə, hər bir azərbaycanlı üçün doğma olan Qarabağ torpağında gözəl Olimpiya 
Kompleksi açılır. Milli Olimpiya Komitəsinin prezidenti kimi mən bu gün çox xoşbəxt günümü keçirirəm. Mən 
inanıram və  əminəm ki, burada məşğul olan uşaqlar, gənclər öz sağlamlıqlarını möhkəmləndirəcəklər. Amma 
bütün bu görülən işlərlə yanaşı, istəyirəm sizə bildirəm, qərara gəldim ki, bu komplekslə yanaşı, burada gözəl 
bir üzgüçülük hovuzu da tikək. Milli Olimpiya Komitəsi bunu edəcəkdir. Çünki bilirsiniz, biz bu kompleksləri 
tikməyə başlayanda üzgüçülük hovuzları nəzərdə tutulmamışdır. Amma əlbəttə, həyat bir yerdə durmur, daim 
inkişaf edir və başqa rayonlarda tikilən bəzi komplekslərlə yanaşı, hovuzlar da tikilmişdir. Ona görə mən buraya 
gələrkən dedim ki, bir halda o biri rayonlarda bu hovuzlar tikilir, Bərdədə də mütləq tikilməlidir və tikiləcəkdir.     
Mənə verilən məlumata görə, son vaxtlar rayonlarda, kəndlərdə yeni məktəblər tikilibdir. Çox sevindirici 
haldır ki, buna diqqət göstərilir. Mən də öz tərəfimdən sizə demək istəyirəm ki, ən müasir standartlara cavab 
verən, ən müasir avadanlıqla təchiz edilən, 800 şagird yeri olan bir yeni məktəb də burada tikiləcəkdir. Bu da 
bizim sizə hədiyyəmizdir.  
Mən qeyd etdim ki, bərdəlilər Heydər Əliyevə daim böyük hörmətlə, məhəbbətlə yanaşmışlar. Ona çox gözəl 
münasibət göstərmişlər və indi də göstərirlər. Onun siyasətini daim, 1970–1980-ci illərdə də dəstəkləyiblər, son 
on ildə də dəstəkləyirlər. Təəssüflər olsun ki, Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı seçkilərdə 
iştirak edə bilməyəcəkdir. Bu seçkilərdə mən iştirak edəcəyəm. Mən əminəm ki, bərdəlilər həmişə olduğu kimi, 
Heydər Əliyev siyasətinə səs verəcəkdir. 
Əziz bərdəlilər! 
Əziz bacılar və qardaşlar! 
Mənə göstərdiyiniz çox  hərarətli, xoş, səmimi münasibətinizə görə sizin hamınıza bir daha öz təşəkkürümü 
bildirmək istəyirəm. Sizə söz verirəm ki, həmişə sizinlə birlikdə olacaq, problemlərinizlə daim məşğul 
olacağam. Biz sizinlə birlikdə Azərbaycanı iqtisadi, siyasi cəhətdən inkişaf etdirəcək, dövlət müstəqilliyimizi 
möhkəmləndirəcəyik.  
Azərbaycan xalqı Heydər Əliyevin siyasətinə sadiqdir. Bu siyasət yaşayacaqdır. Azərbaycan yaşayacaqdır. 
Heydər Əliyev yaşayacaqdır və daim yaşayacaqdır. Sağ olun.  
 
*  *  * 
 
Bərdədə müvəqqəti məskunlaşmış  gənclərin – Ağdamdan və  Kəlbəcərdən olan məcburi köçkünlər Emin və 
Mirvarinin toy məclisində yeni ailə quranlara, toy şənliyinə toplaşanlara müraciət: 
 
Hörmətli xanımlar və cənablar! 
Mənim bu gün buraya gəlişim bu gözəl toyla bir vaxta təsadüf edir. Bu gün burada iştirak etməyim məni 
sevindirir. Arzu edirəm ki, Azərbaycan xalqı daim sevinsin, daim toy-bayram olsun, gənclərimiz, uşaqlarımız 
böyüsün, gözəl tərbiyə alsınlar. Azərbaycanın gəncləri hamısı gözəl, qüdrətli, həm fiziki, həm də mənəvi cəhətdən 
sağlam böyüsünlər, yetişsinlər.  
Mən buraya Bərdədə yeni açılmış Olimpiya İdman Kompleksindən gəlirəm. O kompleks mənim 


114 
 
təşəbbüsümlə tikilib istifadəyə verilibdir. Məqsəd də budur ki, orada uşaqlar, yeniyetmələr, gənclər məşğul 
olsunlar. 
İndi Azərbaycan abadlaşır, yeniləşir. Azərbaycanda böyük işlər görülür. İqtisadiyyatımız inkişaf edir, sosial 
məsələlər öz həllini tapır.  
Mən bu gün buraya gəlməmişdən  əvvəl Ağdamdan olan köçkünlərlə görüşdüm. Ondan sonra Bərdədə öz 
çıxışımda dedim ki, burada mövcud olan üç çadır  şəhərciyi dağılacaqdır. Biz onları ləğv edəcəyik ki, onların 
əvəzinə  Ağdam rayonu ərazisindəki yerlərdə gözəl, müasir evlər tikiləcəkdir və bütün məcburi köçkünlər bu 
evlərə köçürüləcəkdir. 
Mən sizi bu gözəl toy, mərasim münasibətilə bir daha ürəkdən təbrik edirəm. Xoşbəxt olun. Azərbaycanın 
müstəqilliyi, iqtisadi inkişafı uğrunda möhtərəm cənab prezident Heydər Əliyevin siyasətini bundan sonra da bir 
yerdə aparacağıq. Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.  
Mən də bu məclisə  əliboş  gəlməmişəm. Mənim hədiyyələrim var. Bu hədiyyələr sizə  təqdim olunacaqdır. 
"Panasonik" markalı rəngli televizor, soyuducu və bir də avtomobil. Sağ olun, xoşbəxt olun! 
 
 
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə