İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə48/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   44   45   46   47   48   49   50   51   ...   86

103 
 
buna imkan vermir. Buna baxmayaraq–biz daim əlaqə saxlayırıq–bərpa prosesi uğurla davam edir və yaxın 
gələcəkdə o, Vətənə dönəcəkdir, sizinlə bir yerdə olacaqdır. Amma onun siyasəti davam etdiriləcəkdir. Bu gün 
seçkilərdə mən iştirak edirəm və ümidvaram ki, xalqın dəstəyinə arxalanaraq, Azərbaycanı parlaq gələcəyə bir 
yerdə aparacağıq. 
Əziz dostlar! 
Əziz bacılar, qardaşlar! 
Əziz ismayıllılar! 
Mən sizi bu gözəl binanın açılışı münasibətilə bir daha ürəkdən təbrik edirəm, hamınıza uğurlar, cansağlığı, 
xoşbəxtlik arzulayıram. Çox sağ olun.   
 
 


104 
 
 
QƏBƏLƏ RAYONUNDAKI QARAÇAY ÜZƏRİNDƏ İNŞA EDİLMİŞ KÖRPÜNÜN 
TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ 
 
3 oktyabr 2003-cü il 
 
Əziz dostlar! 
Əziz bacılar və qardaşlar! 
Mən sizin hamınızı bu körpünün tikilib istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Qısa 
müddət ərzində tikilib istifadəyə verilən bu körpü xalq üçün, millət üçün yaradılıbdır. Bu vaxta qədər əziyyət 
çəkən insanlar üçün yaradılıbdır. İndi 10 kəndin sakinləri rahat, sərbəst şəkildə bu körpüdən istifadə edib, başqa 
kəndlərlə, rayonun mərkəzi ilə, Azərbaycanın digər rayonları ilə əlaqə saxlamaq imkanı əldə ediblər.  
Bu bir daha onu göstərir ki, siyasi iradə, peşəkarlıq, istək və  ən önəmlisi, xalqa diqqət, qayğı olan yerdə 
bütün məsələlər öz həllini tapır və bu siyasət gələcəkdə  də davam etdiriləcəkdir. Bu siyasət Heydər  Əliyevin 
quruculuq, abadlıq siyasətidir. Təkcə Qəbələ rayonunda qısa müddət ərzində 20-dən çox  məktəb əsaslı təmir 
olunmuş, körpülər salınmış, digər infrastruktur obyektləri yaradılmışdır. Böyük stadion bərpa olunmuşdur və bu 
gün biz orada yığışacaq, bir yerdə olacağıq.  
Azərbaycanın digər bölgələrində də buna oxşar proseslər gedir. Bu gün Şamaxı rayonunda olarkən orada inşa 
edilən yeni Olimpiya kompleksinin qarşısında seçicilərlə görüşüm olubdur. Ondan sonra İsmayıllıda Qarabağ 
əlilləri,  şəhid ailələri üçün istifadəyə verilən binanın qarşısında seçicilərlə görüşüm olubdur. Bundan əvvəl 
Biləsuvar rayonunda cənab Prezidentin fərmanı  əsasında məcburi köçkünlər üçün yeni salınmış  qəsəbənin 
açılışında iştirak etmişdim. 
Neftçalada balıqartırma zavodunun, Şirvan Milli Parkının, Xaçmaz konserv zavodunun açılışında iştirak 
etmişəm. Baxın, qısa müddət ərzində Azərbaycanda nə qədər işlər görülübdür.  
Yeni müəssisələr, iş yerləri açılıb, binalar tikilir, infrastruktur yaradılır. Körpü müəssisə deyil, körpü fabrik 
deyil ki, burda hansısa məhsul istehsal olunsun və satışa çıxarılsın. Bu, yalnız və yalnız insanlara diqqət əlaməti 
olaraq, onların rahatlığı üçün yaradılıbdır və  mən sizi əmin etmək istəyirəm ki, möhtərəm cənab Prezidentin 
qoyduğu yol gələcəkdə də davam etdiriləcəkdir. Biz hamımız bu yolla birlikdə gedəcək və Azərbaycanı parlaq 
gələcəyə aparacağıq.  
Bizim iqtisadiyyatımız güclənir, möhkəmlənir, Azərbaycan qüdrətli ölkəyə çevrilir. Gələcəkdə planlarımızda 
böyük işlər var. Azərbaycanda yeni iş yerləri açılacaq, yeni zavodlar və fabriklər tikiləcəkdir. Bütün bunları biz 
edəcəyik. Bütün bunları etmək üçün də gözəl imkanlarımız var. Heydər  Əliyevin həyata keçirdiyi neft 
strategiyası sayəsində Azərbaycana külli miqdarda  sərmayə gəlir və bundan sonra da gələcəkdir. İlk növbədə, 
çətin vəziyyətdə yaşayanlar üçün bu vəsaitdən istifadə olunacaq, qaçqınların, məcburi  köçkünlərin vəziyyəti 
yaxşılaşdırılacaqdır. Azərbaycanın bütün sərvətləri sosial problemlərin həllinə yönəldiləcəkdir.  Əmək haqları, 
pensiyalar, müavinətlər artırılacaq və digər məsələlər öz həllini tapacaqdır. Mən əminəm ki, Azərbaycan xalqı 
Heydər  Əliyevin siyasətinə, görülən işlərə sadiq qalacaqdır. Müxalifətdən fərqli olaraq, biz nə yalan  vəd 
veririk, nə boş söz danışırıq, nə  də başqa xoşagəlməz işlər görürük. Biz real iş görürük və  gələcəkdə  də 
Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsi üçün yaradılacaq yeni-yeni müəssisələrin açılışında iştirak 
edəcəyik. Doğma Vətənimizi hərtərəfli inkişaf etdirəcəyik.  
Bir daha sizin hamınızı bu körpünün açılışı münasibətilə ürəkdən təbrik edirəm. Xeyirli, uğurlu olsun. Sağ 
olun. 
 
 
 
 


105 
 
 
AZƏRBAYCAN ŞAİRİ NİZAMİ GƏNCƏVİNİN  
MƏQBƏRƏSİNİ ZİYARƏTDƏN SONRA 
JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ 
 
5 oktyabr 2003-cü il 
 
S u a l: Cənab Baş nazir, Gəncədə Sizi hansı görüşlər gözləyir? 
C a v a b: Gəncədə çox mühüm və böyük işlər görülür. Müəssisələr bərpa olunub işə salınır, abadlıq işləri 
aparılır. Məqsədimiz budur ki, burada yeni iş yerləri açılması prosesi daha sürətlə getsin. Biz yenicə işə salınmış 
gil-torpaq zavodunda olacağıq. Orada 2 mindən artıq gəncəli işlə təmin edilmişdir. Məqsəd bundan ibarətdir ki, 
Azərbaycanın hər bir bölgəsi inkişaf etməli, insanlar işlə  təmin olunmalıdırlar. Hökumət bu sahədə öz 
fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. Görülən işlər deməyə əsas verir ki, biz buna nail olacağıq.  
S u a l: Bölgələrdə vəziyyət barədə nə deyə bilərsiniz? 
C a v a b: Bölgələrdə xalqın  əhval-ruhiyyəsi çox yüksəkdir.  İnsanlar məni çox səmimi və  hərarətlə 
qarşılayırlar.  Əlbəttə, Azərbaycanın hər bir bölgəsində problemlər mövcuddur. Buna baxmayaraq, insanlarda 
nikbinlik hissi var. Buna əsas Heydər  Əliyevin Azərbaycanda apardığı siyasətdir və bu siyasət davam 
etdirilməlidir. Azərbaycan xalqı bundan da yaxşı yaşamalıdır.  


106 
 
 
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ  
QARŞISINDA ÇIXIŞ 
 
5 oktyabr 2003-cü il 
 
Əziz gəncəlilər!  
Əziz bacılar və qardaşlar!  
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gün görüşə  gəldiyinizə görə sizə öz minnətdarlığımı 
bildirmək istəyirəm.  
Azərbaycanın qədim torpağı olan Gəncə – dahi Nizaminin Vətəni olan Gəncə daim cənab Prezidentin diqqət 
mərkəzindədir və bundan sonra da diqqət mərkəzində olacaqdır.  
Siz bilirsiniz ki, mən dəfələrlə  Gəncədə olmuşam, sizin yanınıza gəlmişəm, sizinlə bir yerdə olmuşam. 
Müxtəlif məsələləri bir yerdə müzakirə edib həll etmişik. Sizə səmimi deyə bilərəm ki, bu dəfəki gəlişim məni 
çox sevindirir. Mən görəndə ki, Gəncə yeniləşir, abadlaşır, yeni müəssisələr yaradılır, yeni iş yerləri açılır, 
insanların  əhval-ruhiyyəsi yuksəlir, bu məni çox sevindirir. Mən çox şadam ki, bu gözəl gündə sizinlə bir 
yerdəyəm və sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz daim bir yerdə olacağıq.  
Burada deyildi ki, qısa müddət  ərzində möhtərəm cənab Prezidentin göstərişləri  əsasında Gəncədə böyük 
işlər görülübdür. Fəaliyyətini dayandırmış müəssisələr öz işlərini bərpa ediblər. Bu gün gil-torpaq zavodunda 
2700 adam işləyir,  əməkhaqqı alır. Bu çox böyük göstəricidir,  çox sevindirici haldır. Bu onu göstərir ki, 
Azərbaycanda iş yerlərinin açılması istiqamətində çox böyük işlər görülür. Çox böyük sevindirici haldır ki, bu 
işlər təkcə Bakıda yox, Azərbaycanın müxtəlif bölgələrində də görülür.  
İqtisadi  İnkişaf naziri məlumat verdi ki, Gəncədə  nə  qədər müəssisə  fəaliyyətini bərpa edib, gil-torpaq 
zavodunda nə  qədər məhsul istehsal olunur və ixrac edilir. Bu proses gələcəkdə  də davam edəcəkdir. Məndə 
olan məlumata görə, artıq bu müəssisəyə 6 milyon dollar sərmayə qoyulubdur, gələcəkdə  fəaliyyətini 
genişləndirəcək və yeni iş yerlərinin açılması üçün gözəl şərait yaranacaqdır.  
Eyni zamanda, Gəncədə sosial problemlər öz həllini tapır. Azərbaycan Respublikasının prezidenti möhtərəm 
Heydər Əliyevin siyasəti ondan ibarətdir ki, biz həm iqtisadi inkişafa nail olmalıyıq, həm də sosial məsələlərə 
böyük əhəmiyyət verməliyik. Bu məqsədlə bu yaxınlarda cənab Prezidentin sərəncamları ilə insanların böyük 
bir qrupunun əməkhaqları, təqaüdləri qaldırılıbdır. Bu proses bundan sonra da davam edəcəkdir. Azərbaycanın 
iqtisadiyyatı gücləndikcə maaşların, təqaüdlərin həcmi daha da artırılacaqdır. Gəncədə  də sosial məsələlərin 
həllinə böyük əhəmiyyət verilir. 
Burada yeni yollar, parklar salınır, şəhər abadlaşır, gözəlləşir. Əlbəttə, biz çalışacağıq ki, yerli orqanlara bu 
istiqamətdə daim kömək göstərək. Qeyd olundu ki, Gəncədə işıq və qaz sarıdan heç bir problem yoxdur. Amma 
mən yaxşı xatırlayıram və siz də məndən yaxşı bilirsiniz ki, iki il bundan əvvəl şəhərdə bu problem çox ciddi 
xarakter almışdı.  
Mən xatırlayıram, 2001-ci ildə  Gəncəyə  gələndə buradakı  vəziyyətlə maraqlandım. Məni  əmin etdilər ki
vəziyyət yaxşıdır. Amma Bakıya qayıtdıqdan sonra mənə məlumat verildi ki, mən orada olan müddət ərzində 
işıq verilirdi, ancaq gedəndən sonra işıq kəsilmişdir. Əlbəttə, bu məni çox narahat elədi və müvafiq orqanlardan 
xahiş etdim ki, tezliklə bu məsələ öz həllini tapsın.  İndi mən çox şadam ki, Gəncəyə  işıq fasiləsiz verilir və 
demək olar, bütün şəhər qazla təmin olunubdur. 
Su təchizatı ilə bağlı  işlər görüləcəkdir. Bu barədə  məlumat verildi. Böyük məbləğdə alınan kreditlər 
hesabına Gəncəyə verilən suyun həcmi də artırılacaq, keyfiyyəti də yaxşılaşdırılacaqdır. Bu onu göstərir ki, 
bizim hökumətimiz məhz sosial problemlərin həllinə böyük əhəmiyyət verir və bu siyasət bundan sonra da 
davam etdiriləcəkdir. Əlbəttə, bütün bu problemlərin həllinə nail olmaq üçün, ilk növbədə, gərək Azərbaycanın 
iqtisadiyyatı güclü olsun. Azərbaycanda iqtisadi inkişaf getsin. Çox sevindirici haldır ki, biz bunu görürük. 
Azərbaycan qısa müddət  ərzində, ölkədə aparılan iqtisadi islahatların nəticəsində, Heydər  Əliyevin yeni neft 
strategiyası nəticəsində öz iqtisadi potensialını gücləndiribdir.  
Azərbaycanda çox böyük həcmdə valyuta ehtiyatları yaradılıbdır. Bu  ehtiyatlar yenə  də, ilk növbədə, 
əhalinin sosial problemlərinin həllinə yönəldilibdir.  İlk növbədə Azərbaycanda  ən ağır vəziyyətdə yaşayan 
qaçqınların və  məcburi köçkünlərin həyatının yaxşılaşdırılması üçün sərf olunur. Bu günlərdə Biləsuvar 
rayonunda məcburi köçkünlər üçün yeni salınmış  qəsəbənin açılışında iştirak edirdim. Bu proses davam 
edəcəkdir. Məqsədimiz bundan ibarətdir ki, Azərbaycanda heç bir çadır düşərgəsi olmasın, bütün qaçqınlar, 
məcburi köçkünlər yeni müasir evlərə köçürülsünlər.  
Məqsədimiz budur ki, Azərbaycanda insanlar yaxşı yaşasınlar. Əgər Bakıda işıq varsa, qaz varsa, Gəncədə 
də işıq, qaz olmalıdır. Biləsuvarda da, Yardımlıda da olmalıdır, Azərbaycanın bütün bölgələrində olmalıdır.  
Planlarımız böyükdür, artıq açıq-aydın görürük ki, bizi nələr gözləyir. Azərbaycanda Heydər  Əliyevin 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə