İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


"QARADAĞ–DİGAH–ŞİMAL DRES"



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə50/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   46   47   48   49   50   51   52   53   ...   86

109 
 
 
"QARADAĞ–DİGAH–ŞİMAL DRES"  
YÜKSƏK TƏZYİQLİ QAZ KƏMƏRİNİN  
VƏ MÜVAFİQ KOMPRESSOR STANSİYASININ 
AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ 
 
6 oktyabr 2003-cü il 
 
Hörmətli xanımlar və cənablar! 
Hörmətli səfirlər! 
Əziz qonaqlar! 
Bu gün Azərbaycanın həyatında çox əlamətdar bir gündür. Azərbaycanda yeni infrastruktur obyekti – 
Qaradağ qaz kompressor stansiyası tikilib və istifadəyə verilir. Bu münasibətlə  mən sizin hamınızı  təbrik 
edirəm. 
1998-ci ildə möhtərəm cənab prezident Heydər  Əliyev Yaponiyada rəsmi səfərdə olarkən bu stansiyanın 
tikilməsi haqqında razılaşma əldə edilmişdi. Yaponiya hökumətinin krediti hesabına bu stansiya tikilib və eyni 
zamanda uzunluğu 87 kilometr olan qaz kəməri çəkilibdir. Bu bir də onu göstərir ki, Yaponiya ilə Azərbaycan 
arasında münasibətlər çox yüksək səviyyədədir. Aramızda qarşılıqlı hörmət və anlaşma vardır. Bu bizim üçün 
çox vacibdir. Çünki Yaponiya ilə bizim aramızda olan münasibətlər, iqtisadi sahələrdə əməkdaşlığımız bizə bir 
çox məsələni həll etməyə imkan verəcəkdir. Bu indi baş verir. Yaponiya hökumətinin krediti vasitəsilə 
Azərbaycanda "Şimal" elektrik stansiyası tikilib istifadəyə verilibdir. Bu gün bu stansiya istifadəyə verilir. 
Bilirəm ki, biz gələcəkdə digər layihələr üzrə  işləyəcəyik. Əminəm ki, bizim əməkdaşlığımız digər sektorlarda 
da özünü göstərəcəkdir.  
Eyni zamanda bu kreditlərlə yanaşı, - qeyd etməliyəm ki, bunlar çox məqbul  şərtlərlə, aşağı faizlə 40 il 
müddətinə verilir – Yaponiya hökuməti Azərbaycana təmənnasız olaraq yardım şəklində böyük həcmdə kömək 
göstəribdir. Bu gün bu fürsətdən istifadə edərək Yaponiya hökumətinə Azərbaycan hökuməti adından öz 
təşəkkürümü bildirmək istəyirəm. 
Bu stansiyanın tikilib istifadəyə verilməsi bizə qarşımızda duran bir neçə mühüm məsələni həll etməyə 
imkan verəcəkdir. Bu stansiya vasitəsilə Bakıya və onun ətrafında yerləşən qəsəbələrə qazın verilməsi daha da 
yüksək səviyyəyə qalxacaq, onun həcmi artacaqdır. Bu bizim üçün çox vacib məsələdir. Biz indi ciddi məşğuluq 
ki, Azərbaycanın hər bölgəsinə qazın verilməsi bərpa olunsun. Çünki bilirsiniz ki, Heydər Əliyev 1970–1980-ci 
illərdə Azərbaycanın rəhbəri olarkən respublikamızın bütün bölgələri, bütün kəndləri qazlaşdırılmışdı, hər yerə 
qaz xətləri çəkilmişdi. Ondan sonra, düzdür, o xətlərin bəziləri köhnəlib, sıradan çıxıb və qazın da verilməsi 
dayandırılmışdı. Biz indi bunu bərpa edirik. Son iki il ərzində bu istiqamətdə xeyli iş görülmüşdür. 
32 rayona yenidən qazın verilməsi bərpa olunmuşdur.  İndi o rayonların mərkəzlərinə qaz verilir. Bu 
məqsədlə hər il Rusiyadan 4 milyard kubmetr qaz alınır. Bu tədbir ilk növbədə sosial xarakter daşıyır. Sizə açıq 
deyim ki, bunun iqtisadi cəhətdən o qədər də  səmərəsini görmürük. Çünki Azərbaycanda qazın qiyməti çox 
aşağıdır. Deyə bilərəm ki, hər il qaz alınmasına 200 milyon dollardan çox vəsait ödənilir. Əvəzində isə bunun 
haradasa 5 faizi qayıdır, bəlkə  də qayıtmır. Amma bütün bunlara baxmayaraq, biz bu məsələnin vacibliyini 
nəzərə alır, buna məhz sosial nöqteyi-nəzərdən yanaşırıq və qiymətlər də  aşağıdır. Elektrik enerjisinin də 
həmçinin. İstəyirəm biləsiniz, hökumətin planlarında belə məqsəd yoxdur ki, bunların qiymətləri artsın. Çünki 
biz bilirik ki, əhalinin imkanları  hələ  məhduddur. Ona görə  də qiymətlər elə bu səviyyədə qalacaqdır. Mən 
istəyirəm hamı bilsin ki, həyata keçirilən bu layihə məhz sosial xarakter daşıyır. Biz bu istiqamətdə işlərimizi 
gələcəkdə  də davam etdirəcəyik. Azərbaycana  əlavə  həcmlərdə qazın alınmasını  təmin edəcəyik. Amma bir 
neçə ildən sonra Azərbaycan özü-özünü qazla təmin edəcəkdir. Azərbaycanda "Şahdəniz" kimi nəhəng qaz 
yatağı kəşf olunubdur. Orada bu yaxınlarda əməli işlər görüləcək, quyular qazılacaqdır. Beləliklə, bir neçə ildən 
sonra Azərbaycan özü-özünü qazla təmin etmək iqtidarında olacaqdır. O vaxta qədər isə qazın alınması davam 
edəcəkdir. 
Eyni zamanda bu stansiya Azərbaycanda elektrik enerjisinin həcmini artıracaqdır. Biz hamımız bilirik ki, son 
illər bu istiqamətdə də çox gözəl işlər görülüb, elektrik enerjisinin verilməsi daha yüksək səviyyədədir. Xüsusilə 
Azərbaycanın bölgələrində. Mən bu yaxınlarda Azərbaycanın  bir neçə rayonunda olmuşam və çox məmnunluq 
hissi ilə sizə deyə bilərəm ki, keçmişdə elektrik enerjisinin verilməsində olan fasilələr artıq yoxdur, əhali təmin 
olunur. Bu sahədə  işlər davam edəcək, gələcəkdə Azərbaycanda hər birinin gücü 400  meqavat olan iki yeni 
elektrik stansiyası tikiləcəkdir. Əminik ki, onların biri, "Şimal-2" stansiyası yenə Yaponiya hökumətinin krediti 
hesabına tikiləcəkdir. Bu stansiyalar tikilib istifadəyə verildikdən sonra Azərbaycanda, ümumiyyətlə, elektrik 
enerjisi problemi olmayacaq, özümüzü elektrik enerjisi ilə tam təmin edə biləcəyik. Bəlkə  gələcəkdə elektrik 
enerjisini ixrac da edə biləcəyik. Bütün bunlar, görülən işlər Azərbaycanda son illər Heydər Əliyev tərəfindən 


110 
 
aparılan ümumi iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.  
Azərbaycanda iqtisadiyyat gücləndikcə, təbiidir ki, ilk növbədə sosial məsələlərin həllinə fikir verilir. Bu 
istiqamətdə böyük işlər görülübdür. 
Azərbaycanda Heydər Əliyevin neft strategiyası uğurla həyata keçirilir. Bunun nəticəsində minlərlə yeni iş 
yerləri açılıbdır. Azərbaycana böyük həcmdə  sərmayə qoyulubdur. Çox sevindirici haldır ki, bu sərmayələri 
qoyanlar arasında Yaponiya şirkətləri də vardır. Onlar Azərbaycanın neft-qaz sektorunda çox fəal iştirak edirlər. 
Eyni zamanda sərmayəçi kimi çox böyük həcmdə vəsait qoyurlar.  
Azərbaycanda neft kəmərləri tikilib istifadəyə verilmişdir. İndi Bakı–Tbilisi–Ceyhan neft kəməri inşa edilir. 
Yaxın zamanlarda o da istifadəyə veriləcəkdir. Bu da öz növbəsində qarşımızda duran digər sosial məsələlərin 
həllində bizə yaxından kömək edəcəkdir. Bu istiqamətdə  işlər aparılacaqdır. Azərbaycanın perspektivləri çox 
gözəldir. Bizim gözəl potensialımız, təbii sərvətlərimiz,  ən önəmlisi isə çox güclü insan potensialımız vardır. 
Bütün bu amillərdən gərək çox səmərəli istifadə edək.  
Əziz dostlar, bu gün bu stansiya istifadəyə verilir. Bu bizim hamımızı çox sevindirir. Çünki biz bilirik ki, 
yaxın gələcəkdə Azərbaycan bunun faydasını görəcəkdir. Gələcəkdə buna bənzər infrastruktur obyektləri 
tikiləcək, istismara veriləcəkdir.  
Son 20 gün ərzində Azərbaycanın müxtəlif sektorlarında yeni, müasir, bütün dünya standartlarına cavab 
verən obyektlər istifadəyə verilir. Bu təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də baş verir. Çünki 
biz çox istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etsin. Əlbəttə ki, paytaxtımız öz yerində, amma bölgələr də 
inkişaf etməlidir. Əgər Bakıda işıq, qaz varsa, deməli, Azərbaycanın hər bir rayonunda işıq və qaz olmalıdır. Biz 
də bunu təmin edəcəyik.  
Bu gün bu stansiyanın istifadəyə verilməsi mənim üçün başqa bir  cəhətdən də çox sevindiricidir. Çünki bu, 
Qaradağ rayonunun ərazisində baş verir. Qaradağ rayonu mənim üçün çox əzizdir. 1995-ci ildə Qaradağ 
rayonunun sakinləri mənə etimad göstərərək, Milli Məclisin deputatı seçdilər. Mən 5 il ərzində Milli Məclisdə 
Qaradağ rayonunu təmsil edirdim. Zənnimcə, pis də təmsil etmirdim.  
2000-ci ildə  mən artıq Milli Məclisə Yeni Azərbaycan Partiyasının siyahısı ilə seçilmişdim. Amma buna 
baxmayaraq rayonla əlaqəmi heç vaxt kəsməmişəm, rayon rəhbərliyi ilə daim əlaqə saxlamışam. Mənim 
təşəbbüsümlə yaradılmış Qaradağ sosial-iqtisadi fondunun fəaliyyəti də  davam etmişdir və bu gün də davam 
edir, sabah da davam edəcəkdir.  
2000-ci ildə Qaradağ rayonunda olarkən mən öz çıxışımda demişdim ki, biz artıq bir yerdəyik. Baxmayaraq 
ki, mən Qaradağ rayonunu artıq rəsmi olaraq təmsil etmirəm, amma mən daim sizi ürəyimdə təmsil edəcəyəm. Biz 
daim bir yerdə olacağıq. Çalışacağam ki, Qaradağ rayonunda birlikdə topladığımız o gözəl təcrübəni başqa 
bölgələrdə də tətbiq edəm. Biz burada çox işlər gördük. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün hərəsi 50 
mənzildən ibarət iki müasir yaşayış evi tikilib istifadəyə verilmişdir. Möhtərəm cənab Prezident o evlərin açılışında 
iştirak etmişdir. Burada qaçqınlar, məcburi köçkünlər üçün “Ümid” qəsəbəsi salınmışdır. 300 ailə öz yaşayış şəraitini 
yaxşılaşdırmışdır. Cənab Prezident onun da açılışını etmişdi, bizimlə bir yerdə idi.  
Digər məsələlər də  həll olunmuşdur. Yollar çəkilmişdir. Burada məskunlaşmış qaçqın, məcburi köçkün 
ailələrinə yardımlar göstərilmişdir və bundan sonra da göstəriləcəkdir. Cənab Prezidentin Qaradağ rayonuna 
qayğısı daim olubdur və siz də bunu hiss etmisiniz. İndi cənab Prezident Azərbaycanda deyil, müalicə olunur, 
müalicə də uğurla davam edir. Mən əminəm ki, yaxın gələcəkdə o, Vətənə dönəcək və yenə Azərbaycan xalqı 
ilə birlikdə olacaqdır.  
Əziz dostlar, bu gözəl stansiyanın açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, 
xoşbəxtlik arzulayıram. Sağ olun.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə