İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə61/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   57   58   59   60   61   62   63   64   ...   86

133 
 
burada istirahət etməyi arzulayan insanlar sifarişlərini göndərirlər. Görərsiniz, bu kompleks işə başlayandan 
sonra turistlər, xarici ölkələrin nümayəndələri buraya gəlməyə başlayandan sonra, əlbəttə ki, rayonun bütün 
infrastrukturu bundan xeyir götürəcəkdir. Amma biz istəyirik ki, bu kompleksdən ilk növbədə yerli idmançılar, 
uşaqlar, gənclər çox səmərəli istifadə etsinlər. Əminəm ki, belə də olacaqdır. Heç kəs üçün sirr deyil ki, idman 
Azərbaycanda sürətlə inkişaf edir və respublikamız artıq aparıcı idman ölkələrinin birinə çevrilibdir. İdmanın inki-
şafı üçün ən mühüm amil odur ki, ölkədə sabitlik, inkişaf olsun. Bu sabitliyi Azərbaycana  Heydər  Əliyev 
siyasəti veribdir.  
Müstəqillik  əldə edildikdən sonra Azərbaycan çox böyük çətinliklərlə üzləşmişdi. Azərbaycana rəhbərlik 
edənlərin səriştəsizliyi nəticəsində ölkəmiz dağılırdı. Xalqın tələbi ilə Heydər Əliyev rəhbərliyə gələndən sonra 
Azərbaycanda iqtisadi böhrana son qoyuldu və inkişaf başladı. Çox qısa müddətdə bu inkişaf bütün sahələrdə 
özünü açıq-aydın göstərdi.  
Bu bölgənin inkişafı üçün tədbirlər planı hazırlanır. Tədbirlər planının tərkib hissəsi olaraq, yerli istehsal 
sahələrinin yaradılması  nəzərdə tutulubdur. Bu yaxınlarda mən Xaçmaz rayonunda yeni, müasir standartlara 
uyğun şəkildə tikilmiş konserv zavodunun açılışında iştirak etmişdim. Bu gün buraya gələrkən Qubada bir neçə 
ildir ki, fəaliyyət göstərən konserv zavoduna baş çəkdim. Orada istehsal edilən məhsullarla tanış oldum və çox 
sevindim ki, Azərbaycanın mərkəzində yox, onun bölgələrində  ən müasir müəssisələr tikilmişdir. Bu onu 
göstərir ki, Heydər  Əliyev siyasəti Azərbaycana artıq böyük xeyirlər verir. Bizim hamımızın məqsədi ondan 
ibarət olmalıdır ki, bu siyasət Azərbaycanda davam etdirilsin. Azərbaycan xalqı imkan verməməlidir ki, 1992-
1993-cü illərdə iqtisadiyyatını dağıdan, təbii sərvətlərini talayan, ölkəmizdə  vətəndaş müharibəsini başlayan, 
qardaş qanı tökən insanlar yenidən hakimiyyətə gəlsinlər. Bu, Azərbaycan xalqı, dövlətçiliyi, müstəqilliyi üçün 
böyük faciə ilə  nəticələnə bilər. Azərbaycan xalqı bunu çox gözəl dərk edir. Çünki heç nə  və heç kim 
unudulmayıbdır. O qara günləri heç kəs bir də yaşamaq istəmir. 
Biz gələcək haqqında, gələcək nəsillər barədə düşünməliyik. Azərbaycanı daha da möhkəmləndirməliyik. 
Azərbaycan hər cəhətdən qüdrətli dövlətə çevrilməlidir və çevriləcəkdir. Bunu etmək üçün yeganə vasitə odur 
ki, Azərbaycanda Heydər  Əliyevin siyasəti davam etdirilsin. Mən  əminəm ki, həmişə olduğu kimi, yenə  də 
Azərbaycan xalqı bu siyasəti dəstəkləyəcək və Heydər Əliyev siyasətinə səs verəcəkdir. 
Mən son günlər  ərzində Azərbaycanın, demək olar ki, bütün bölgələrinə getmişəm, vəziyyətlə tanış 
olmuşam.  Əlbəttə, mənim arzum vardı ki, seçkilərə  qədər Azərbaycanın hər bir rayonuna gedim. Lakin vaxt 
azlığından buna imkan olmadı. Amma o yerlərə ki getməmişəm, söz verirəm, seçkilərdən sonra həmin rayonlara 
gedəcəyəm. Yəni, qoy o rayonların camaatı  məndən inciməsin, mən onlara da diqqət göstərəcəyəm. Sadəcə, 
vaxt azlığından gedə bilməmişəm. Azərbaycanın hər bir bölgəsi, yeri, rayonu mənim üçün əzizdir və doğmadır. 
Bu, Heydər Əliyevin siyasətidir, mən də bu siyasəti davam etdirəcəyəm. 
Azərbaycanda sosial məsələlər öz həllini tapır. Bu istiqamətdə böyük işlər görülmüşdür. Maaşlar, pensiyalar 
artırılır, yeni məktəblər tikilir, xəstəxanalar istifadəyə verilir. Bu proses davam edəcəkdir. 
Ölkəmizin iqtisadi potensialı güclənibdir. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində 
Azərbaycanda güclü potensial yaranıbdır. Bu potensial gələcəkdə daha da güclənəcəkdir. Bu, Bakı–Tbilisi–
Ceyhan neft kəməri istismara veriləndən sonra baş verəcək, Azərbaycana daha böyük həcmdə  vəsait daxil 
olacaqdır.  İnsanlarımız daha da yaxşı yaşayacaqlar. Yeni iş yerləri açılacaqdır.  İş yerlərinin açılması öncül 
məsələdir, buna böyük diqqət göstərilir. Son on gün ərzində bir neçə min iş yerinin açılması ilə əlaqədar mən 
müəyyən bölgələrdə  tədbirlərdə olmuşam, yeni zavodların, fabriklərin açılışında iştirak etmişəm. Vaxtilə 
işləyən, sonradan fəaliyyəti dayanmış müəssisələrin bərpa olunması prosesini müşahidə etmişəm. Görürəm ki, 
Azərbaycanda iş yerlərinin açılması istiqamətində böyük tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir. Bunu 
etmək üçün, əlbəttə, sərmayə qoyulmalıdır. Bax, bu kompleksin, konserv zavodunun, digər infrastruktur 
obyektlərinin tikintisinə  sərmayə qoyulubdur. Sərmayə o yerə qoyulur ki, sərmayədar orada özünü rahat hiss 
edir. O bilir ki, qoyduğu sərmayəyə gələcəkdə heç kəs göz dikməyəcəkdir. Əlbəttə ki, Azərbaycanda mövcud 
olan vəziyyət, sabitlik sərmayədarları daha da ruhlandırır.  Ən önəmlisi budur ki, əgər onlarda gələcəyə inam 
olmasaydı, şübhəsiz, öz vəsaitlərini risk altında qoymazdılar, Azərbaycana sərmayə sərf etməzdilər. 
Çox sevinirəm ki, sərmayələr qeyri-neft sektoruna qoyulur. Biz neft sektoruna sərmayə qoyuluşunu təmin 
etmişik. 1994-cü ildən bu işlə  məşğuluq, nəticələr də göz qabağındadır. Qeyri-neft sektorunun inkişafı üçün, 
əlbəttə ki, buraya da sərmayə qoyulmalıdır. Biz Azərbaycana sərmayə gətirilməsi istiqamətində fəaliyyətimizi 
bundan sonra da davam etdirəcəyik.  
Mən də  sərmayədarların fikrinə  şərikəm, mən də Azərbaycanın gələcəyinə inanıram. Mən də  əminəm ki, 
Azərbaycanda bu sabitlik, ictimai-siyasi asayiş qorunacaq, ölkəmiz inkişaf edəcəkdir. Çünki Azərbaycan 
xalqının tələbi bundan ibarətdir. Əminəm ki, xalqımızın böyük əksəriyyəti oktyabrın 15-də öz seçimini edəcəkdir, 
Heydər  Əliyev siyasətinə  səs verəcəkdir. Azərbaycan xalqı Heydər  Əliyev siyasətinə  səs verməklə sabitliyə, 
sülhə, əmin-amanlığa, iqtisadi inkişafa, ölkəmizin gələcəyinə səs vermiş olacaqdır. Bizim hamımız istəyirik ki, 
Azərbaycan qüdrətli, zəngin dövlətə çevrilsin. Bunu etmək üçün bizdə bütün imkanlar, zəngin təbii sərvətlər var 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə