136
qoyulmalıdır. Biz ümidlərimizi hələ kəsməmişik. Ümid edirik ki, danışıqlar
prosesi nəticə verəcək və
Azərbaycanın torpaqları azad olunacaqdır. Mən bunu dəfələrlə demişəm və indi də demək istəyirəm ki, bu
münaqişənin həlli yalnız beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa
olunmalıdır, işğal altındakı bütün torpaqlar azad edilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var.
Beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi dəstəklənir, danışıqlar prosesində Azərbaycanın mövqeyi güc-
lənir. Əlbəttə ki, Azərbaycanın iqtisadiyyatı da güclü olmalıdır ki, bu məsələdə də biz istədiyimiz nailiyyətləri
əldə edə bilək.
Bu gün burada yenidən açdığımız bu gözəl müəssisə də onu göstərir ki, Azərbaycan iqtisadiyyatı güclənir,
güclü iqtisadi potensial yaranır.
Təkcə bu zavod ildə 100 min tondan çox yüksək keyfiyyətli alüminium istehsal edəcək və bu məhsul ixrac
olunacaqdır. Mən bu gün sexlərə baxış keçirərkən maraqlandım ki, sovet vaxtındakı istehsal gücü nə qədər idi?
Mənə dedilər ki, ildə 50 min ton istehsal edilirdi. İndi isə, hələlik 30 min ton təşkil edir və yaxın gələcəkdə 100
min ton və ondan sonra 175 min ton olacaqdır. Bəziləri daim müqayisə edirlər. O
vaxt həyat səviyyəsi necə idi,
indi necədir. Əlbəttə ki, o vaxt işsizlik də yox idi, başqa problemlər də yox idi, Azərbaycanın ərazi problemi də
yox idi. Amma bununla yanaşı, biz müstəqil dövlət də deyildik. Bütün çətinliklərə baxmayaraq, bütün
böhranlara baxmayaraq, ən böyük nailiyyət Azərbaycanın müstəqil bir ölkə olmasıdır. Biz bu müstəqilliyi
bundan sonra da qorumalıyıq, Azərbaycanın dövlətçiliyini qorumalıyıq.
Mən əminəm ki, müstəqilliyimiz
gücləndikcə, iqtisadiyyatımız da güclənəcək və belə zavod və fabriklərin sayı çoxalacaqdır.
Sumqayıtda, Gəncədə, Bakıda və Azərbaycanın bütün bölgələrində yeni iş yerlərinin açılması istiqamətində
bundan sonra da tədbirlər görəcəyik və Heydər Əliyevin siyasətinə daim sadiq qalacağıq. Bu siyasət Azərbaycana
lazımdır, Azərbaycan xalqı bu siyasəti dəstəkləyir və mən əminəm ki, qarşıdan gələn prezident seçkilərində də öz
sözünü deyəcəkdir.
Əziz dostlar, bu müəssisənin fəaliyyətinin bərpa edilməsi münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm,
sizə uğurlar arzulayıram. Sağ olun.
∗
∗
Görüşdən xatirə olaraq, Baş nazirə üzərində "İlhamla irəli" və "Azəralüminium" sözləri yazılmış alüminium külçəsi
hədiyyə edildi.
137
AZƏRBAYCAN ZİYALILARI İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ
NAZİRİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
12 oktyabr 2003-cü il
Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Mən,
ilk növbədə, sizin hamınızı salamlamaq və bu görüşə gəldiyinizə görə sizə öz minnətdarlığımı
bildirmək istəyirəm. Bu gün mənim ünvanıma çox dəyərli, xoş sözlər deyildi. Bu mənim üçün çox xoşdur, sizin
verdiyiniz qiymət mənim üçün çox dəyərlidir. Gələcək fəaliyyətimdə çalışacağam ki, bu qiymətə görə,
bəslənilən ümidlərə görə peşmançılıq çəkməyəsiniz.
Bu gün burada qeyd olundu, mən bir daha demək istəyirəm, biz hamımız, bütün Azərbaycan xalqı istəyirdik
ki, möhtərəm cənab Prezident Heydər Əliyev bu seçkilərdə iştirak etsin. Bəlkə də bunu ən çox istəyən mən idim.
Çünki bu belə də olmalı idi. Müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Heydər Əliyev o şəxsiyyətdir ki, 30
ildən artıq Azərbaycana rəhbərlik edib və bütün dövrlərdə – sovet dövründə,
müstəqillik dövründə, sözün əsl
mənasında, xalqın, millətin lideri olubdur. Əlbəttə ki, o, gərək iştirak edəydi və mən əminəm ki, xalqın böyük
əksəriyyəti ona səs verərdi. Ancaq onun səhhətində yaranmış problemlər buna imkan vermədi. Aprelin 21-də
baş verən hadisə onun səhhətinə çox böyük zərbə vurdu. Əfsuslar olsun ki, mən həmin günü Respublika
sarayında yox idim. Ondan sonra fikirləşdim ki, mən orada olsaydım, onu ikinci dəfə,
üçüncü dəfə səhnəyə
buraxmazdım. Amma sonra düşündüm ki, yox, bunu etmək mənə nəsib olmazdı, çünki Heydər Əliyev haqlı idi.
O, kursantların, zabitlərin qarşısında çıxış edirdi. O, Ali Baş Komandan kimi çıxış edirdi və bütün hallarda
səhnəyə çıxacaqdı. Çünki o Heydər Əliyevdir, çünki o Ali Baş Komandandır.
İndi, belə olan halda, seçkilərdə mən iştirak edəsi oldum və bütün keçirdiyim görüşlərdə, bölgələrdə olarkən
birmənalı şəkildə bəyan etmişəm ki, Heydər Əliyevin siyasi xəttinə sadiq olacağam. Əgər xalq mənə etimad
göstərərsə, onun siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycan xalqı üçün lazımdır, Azərbaycanın
müstəqilliyi üçün lazımdır. Heydər Əliyevin siyasətinə Azərbaycanda alternativ yoxdur.
Bu siyasət
Azərbaycanı anarxiyadan, xaosdan sabitliyə, inkişafa gətirdi.
Bu gün burada 1990-cı illərin əvvəli xatırlandı və biz hamımız o çətin günləri yaşamışıq. Heç kim istəməz ki,
o günlər qayıtsın, Azərbaycanın rəhbərliyinə savadı, biliyi olmayan, səriştəsiz şəxslər gəlsin. Azərbaycan inkişaf
edir. Azərbaycan böyük uğurlar əldə edir və əlbəttə ki, Azərbaycan xalqı son on il ərzində yaxşını pisdən ayıra
bilib. Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda böyük dəyişikliklər baş veribdir. Bu dəyişikliklər
özünü bütün sahələrdə açıq-aydın göstərir. İqtisadi sahədə inkişaf göz qabağındadır. Bu barədə mən dəfələrlə
demişəm. Həmin iqtisadi göstəricilərlə sizi yormaq istəmirəm.
Bütün beynəlxalq maliyyə qurumları etiraf edir ki, MDB ölkələri arasında Azərbaycan iqtisadi inkişaf
sürətinə görə birinci yeri tutur. Azərbaycan dünyada özünə layiq yerini tuta bilibdir.
Bu gün Azərbaycanla
hesablaşırlar, Azərbaycana hörmət edirlər. Mən şəxsən son iki ay ərzində etdiyim səfərlər zamanı bunu
görürdüm. Görüşdüyüm dövlət başçıları ilə danışıqlarda bir daha əmin oldum ki, Azərbaycan Dünya Birliyində
çox dəyərli bir ölkəyə çevrilibdir. Regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilmir.
Azərbaycan bütün qonşuları ilə çox mehriban, işgüzar münasibətlər qura bilibdir. Baxmayaraq ki, regionumuz o
qədər də sabit deyildir.
Sosial sahədə də nailiyyətlər göz qabağındadır. Əlbəttə ki, bütün bu tədbirləri həyata keçirmək üçün, ilk
növbədə, Azərbaycanda gərək iqtisadiyyat güclü olaydı. Bu məqsədlə 1994-cü ildə çox çətin və ağır vəziyyətdə
Heydər Əliyevin şəxsi təşəbbüsü ilə «Əsrin müqaviləsi» imzalandı. Bu müqavilə haqqında
çoxlu mübahisələr
olubdur. Mən bunları çox yaxşı xatırlayıram. Ölkədə bəzi qüvvələr tərəfindən əks-təbliğat aparılırdı ki,
Azərbaycanın milli sərvətləri xarici şirkətlərə verilir, dağıdılır və sair. Amma kimin haqlı olduğunu həyat
göstərdi. Məhz bu müqavilənin həyata keçirilməsi nəticəsində Azərbaycanın iqtisadiyyatı dirçəldi. Azərbaycan
iqtisadi cəhətdən çox güclü addımlar ata bilibdir.
Azərbaycanda Neft Fondu yaradılıbdır və bu fondda artıq 1 milyard 400 milyon dollar vəsait toplanıbdır.
Əgər bütün bunlar olmasaydı, əlbəttə ki, sosial problemlərin həllinə də diqqət göstərmək çətin olardı.
Bizim problemlərimizin ən çətini, ən ağrılısı Dağlıq Qarabağ problemidir, Ermənistan–Azərbaycan
münaqişəsidir. Bu münaqişə nəticəsində yaranmış bir milyona yaxın qaçqın-köçkünlərin çətin vəziyyətdə
yaşamasıdır. Onların vəziyyətini yaxşılaşdırmaq istiqamətində işlər görülür. Onların həyat səviyyəsi yaxşılaşır.
Prezidentin fərmanları ilə ayrılan vəsaitin hesabına yeni qəsəbələr, şəhərciklər salınır. Mən bu yaxınlarda
Biləsuvarda yeni salınmış qəsəbənin açılışında iştirak etmişdim.
Mən
orada söz verdim ki, çalışacağam. Azərbaycanda heç bir çadır düşərgəsi olmasın. Çətin vəziyyətdə
yaşayan bütün qaçqınlar, məcburi köçkünlər müasir evlərə köçürülsünlər. Amma, əlbəttə ki, bu, problemin bir