İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə100/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   96   97   98   99   100   101   102   103   ...   117

 352 

olaraq  qalmışdır.  XIX  əsrin  1-ci  yarısından  Fivada  arxeoloji 

qazıntı və bərpa işləri aparılır. 

Fiva  ərazisində  məbəd  ansamblları,  nekropollar  və  fironların 

dəfn  məbədlərinin  xarabalığı  qalmışdır.    Fiva  yaxınlığındakı 

Deyr  əl-Bəhridə  yerləşən  Qədim  Misir  memarlıq  kompleksləri 

aşkar edilmişdir. – 98. 

 

117. Tutanxamon, Y e n i   p a d ş  a h l ı q (XVIII sülalə) 

dövründə  Misir  fironu  (e.ə.təqr.  1400–1392)  12  yaşında 

Tutanxaton adı ilə hakimiyyətə gəlmiş, ölkəni əslində vəzir Eye 

və  b.  idarə  etmişdir.  Tutanxamon  dövründə  Exnatonun  (IV 

Amenhoten) dini islahatları ləğv edilmiş, Amon Allahına sitayiş 

bərpa  edilmiş,  fironun  iqamətgahı  Exnaton  şəhərindən  Fivaya 

köçürülmüşdü.  1922-ci  ildə  Tutanxamonun  sərdabası  aşkar 

edilmişdir.  Bu,  incəsənət  nümunələri  ilə  zəngin  olan  yeganə 

talan edilməmiş sərdabadır. – 98. 

 

118. Belçika, B e l ç i k a   K r a l l ı ğ ı – Qərbi Avropada 

dövlət. Sahəsi 30,5 min km

2

, əhalisi 10,8 milyon nəfərdir. Bel-



çika  konstitusiyalı  monarxiyadır.  Dövlət  başçısı  kral,  qanun-

verici orqanı ikipalatalı parlamentdir. Paytaxtı Brüsseldir. – 98. 

 

119. Azad  Rəhimov,  A z a d  A r i f   o ğ l u  (d.1964) – 

2006-cı  ildən  Azərbaycan  Respublikası  Gənclər  və  İdman  na-

ziridir. – 102. 

 

120. Fikrət  Məmmədov, F  i  k  r  ə  t      F  ə  r  r  u  x      o  ğ  l  u 

(d.1955)  –  Azərbaycan  Respublikasının  Ədliyyə  naziri,  III 

dərəcə  Dövlət  ədliyyə  müşaviridir.  Məhkəmə–Hüquq  Şurası-

nın sədridir. – 102. 

 

121. Heydər Babayev, H e y d ə r   A y d ı n   o ğ l u (d.1957) – 

iqtisadçı. 1999–2005-ci illərdə Azərbaycan Respublikası Prezidenti 

Yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, 2005-ci 

ilin  oktyabrından  2008-ci  ilə  qədər  Azərbaycan  Respublikasının 

İqtisadi İnkişaf naziri olmuşdur. – 102. 



 

353 


 

122.  AzərTAc  (Azərbaycan  Dövlət  İnformasiya  Agentliyi)  – 

Azərbaycanda  informasiya  orqanı.  1920-ci  ildə  yaradılmışdır. 

Əvvəllər  Azərinform  adlanırdı.  1992-ci  ildən  AzərTAc  Dövlət 

İnformasiya,  2015-ci  ildən  Azərbaycan  Dövlət  İnformasiya 

Agentliyidir.  Azərbaycan  Respublikası  mətbuatı,  televiziya  və 

radiosu  üçün  xarici  və  daxili  informasiyanı  yayır,  respublikanın 

həyatı haqqında ölkədə və xaricdə yayımlanmaq üçün informasiya 

verir. – 102. 

 

123. Aslan Aslanov, A s l a n   Ə h m ə d   o ğ l u (d.1951) – 

jurnalist. 2002-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyinin 

–  2015-ci  ildən    Baş  direktordur.  Azərbaycan  Respublikasının 

«Şöhrət» ordeni ilə təltif olunmuşdur. – 102. 

 

124. Elmar Məmmədyarov, E l m a r  M ə h ə r r ə m   o ğ- 

l  u  (d.1960)  –  tarix  elmləri  namizədi,  diplomat.  1995–98-ci 

illərdə Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşki-

latlar  İdarəsinin  başçısı,  1998–2003-cü  illərdə  ABŞ-da  Azər-

baycan  səfirliyində  müşavir,  2003–2004-cü  illərdə  İtaliyada 

Azərbaycan Respublikasının səfiri, 2004-cü ildən isə Azərbaycan 

Respublikasının Xarici İşlər naziridir. – 103,104. 

 

125. Azərbaycan Milli Kitabxanası, (M.F.Axundov adına) – 

Azərbaycan  Respublikasında  ən  böyük  kitabxana;  respublikada 

çap olunan əsərlərin böyük kitabsaxlayıcısı, kitabxanaşünaslıq və 

biblioqrafiya  üzrə  elmi-metodik  mərkəz.  1923-cü  ildə  Bakıda 

yaradılmışdır.  Kitabxana  fondunda  4528752  nüsxə  ədəbiyyat 

saxlanılır.  26  şöbə,  47  bölmə  fəaliyyət  göstərir.  Kitabxananın 

nadir kitablar bölməsində tarixi və elmi əhəmiyyətə malik 3500-

dən  çox  qiymətli  əsər,  o  cümlədər  Sankt–Peterburqda  nəşr 

olunmuş  ilk  Azərbaycan  çap  kitabı  (1720),  Azərbaycan  

ədəbiyyatının  Nizami,  Xaqani,  Nəsimi,  Füzuli,  Saib  Təbrizi, 

A.Bakıxanov,  görkəmli  şərqşünas  Mirzə  Kazım  bəy  və  başqa 

klassiklərinin  əsərlərinin  nadir  nüsxələri  saxlanılır.  Milli 

Kitabxana Azərbaycan haqqında yazılmış əsərləri və Azərbaycan 




 354 

müəlliflərinin  xarici  ölkələrdə  nəşr  olunmuş  əsərlərini,  dünya 

əhəmiyyətli  digər  nəşrləri  toplayıb  mühafizə  edən  milli 

mədəniyyət mərkəzidir. – 103. 

 

126.  İsgəndəriyyə  kitabxanası  –  qədim  dövrün  ən  məşhur 

kitabxanası.  E.ə.  3-cü  əsrin  əvvəllərində  İsgəndəriyyə  mu-

seyonu  nəzdində  yaradılmışdı.  İsgəndəriyyə  kitabxanasına 

görkəmli  alimlər  –  Eratosfen,  Zenodot,  Kallimax  və  başqaları 

başçılıq etmişlər. Fondunda 100 mindən 700 minədək cild kitab 

olmuşdur.  İsgəndəriyyə  müharibəsi  dövründə  (e.ə.47-ci  il) 

İsgəndəriyyə  kitabxanası  yanmış,  sonradan  yenə  bərpa 

edilmişdir.  Eramızın  391-ci  ilində  İsgəndəriyyə  kitabxanasının 

bir  hissəsini  fanatik  xristianlar  dağıtmış,  ərəblərin  hakimiyyəti 

dövründə (VII–VIII əsr) kitabxana tamamilə məhv edilmişdir. – 

103. 

 

127.  Cahangir Əsgərov, C a h a n g i r   C ə l a l   o ğ l u 

(d.1950)  –  təyyarəçi.  1991–93-cü  illərdə  Aviasiya  İşçiləri  Həm-

karlar  İttifaqı  Respublika  Komitəsinin  sədri,  1996-cı  ildən 

«Azərbaycan  Hava  Yolları»  Qapalı  Səhmdar  Cəmiyyətinin 

sədridir. – 103.   

 

128.  Ərəb  Dövlətləri  Cəmiyyəti  (ƏDC)  –  müstəqil  ərəb 

dövlətlərinin  məhəlli  təşkilatı,  əsası  1945-ci  ildə  qoyulmuş-

dur.  Fələstin  Azadlıq  Təşkilatı  1964-cü  ildən  cəmiyyətin 

işində  iştirak  edir.  Cəmiyyətin  nizamnaməsi  iştirakçı  döv-

lətlər arasında münasibətlərin möhkəmləndirilməsini, onların 

siyasi  fəaliyyətinin  əlaqələndirilməsini,  istiqlaliyyət  və 

suverenliyinin  müdafiə  olunmasını  və  s.  nəzərdə  tutur. 

Cəmiyyətin  rəhbər  orqanı  Cəmiyyət  Şurasıdır.  Şuraya  ərəb 

ölkələrinin  dövlət  və  hökumət  başçıları,  yaxud  onların 

müvəkkilləri daxildir. – 104,105–109,110,111,115. 



 

129. İran, İ r a n   İ s l a m   R e s p u b l i k a s ı – Cənub-

Qərbi  Asiyada  dövlət.  Sahəsi  1,65  milyon  km

2

,  əhalisi  62,2 



milyon nəfərdir. Paytaxtı Tehran şəhəridir. İnzibati cəhətdən 24 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə