İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə102/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   98   99   100   101   102   103   104   105   ...   117

 358 

ayrılaraq müstəqil opera və balet teatrına çevrilmişdir. 1928-ci ildə 

teatra  M.F.Axundovun  adı  verilmişdir.  1959-cu  ildən  Akademik 

Opera və Balet Teatrı adlanır. – 132. 

 

142. Azərbaycan Tarixi Muzeyi – 1920-ci ildə yaradılmışdır. 

Muzeyin müxtəlif fondlarında Vətən tarixini yaşadan 300 minədək 

maddi-mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 

mindən  artıq  XIX–XX  əsrlərin  əvvəllərində  nəşr  olunmuş  nadir 

kitab,  jurnal  və  qəzet  toplanmışdır.  Muzeyin  10  otağında 

Azərbaycan  xalqının  görkəmli  oğlu  Hacı  Zeynalabdin  Tağıyevin 

həyat və fəaliyyətinə həsr olunmuş materiallar qorunub saxlanılır. 

– 132. 


 

143. Azərbaycan Ədəbiyyatı  Muzeyi, A z ə r b a y c a n  R e s-

p u b l i k a s ı    M E A   N i z a m i    a d ı n a    M i l l i    A z ə r-b a 

y c a n     Ə d ə b i y y a t ı    M u z e y i – 1945-ci ildə Nizaminin 

həyat  və  yaradıcılığını  əks  etdirən  muzey  kimi,  Bakıda 

yaradılmışdır.  Muzeydə  ən  qədim  zamanlardan  müasir 

dövrədək  Azərbaycan  əbədiyyatının  inkişaf  yolu  əks  etdirilir. 

Muzeyin ekspozisiyasında 4 mindən çox əlyazması, nadir kitab, 

yazıçıların xatirə əşyaları, portret, heykəl, illüstrasiya, miniatür, 

bədii  işləmə  və  s.  eksponatlar  nümayiş  etdirilir.  Nizaminin 

«İsgəndərnamə»  poemasının  1413-cü  ildə,  Füzulinin  «Bəngü-

Badə» əsərinin 1569-cu ildə köçürülmüş əlyazması nüsxələri ən 

qiymətli  eksponatlardır.  Muzeyin  qədim  və  orta  əsrlər 

Azərbaycan ədəbiyyatı, 1919–20-ci illər Azərbaycan ədəbiyyatı 

ekspozisiyaları  və  elmi  fondlar,  bədii  tərtibat,  elmi-kütləvi 

şöbələri  var.  Elmi  fondlar  şöbəsində  70  minə  yaxın  qiymətli 

əşya qorunub saxlanılır. – 132. 

 

144.  Respublika  Muzey  Mərkəzi  –  1960-cı  ildə  məşhur 

Azərbaycan  memarı  Həsən  Məcidovun  layihəsi  əsasında 

V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilmiş və 

1961-ci ildə Moskvadakı Lenin muzeyinin filialı kimi fəaliyyətə 

başlamışdır. 



 

359 


1991-ci  ildə  SSRİ-nin  süqutundan  sonra  Azərbaycan  Res-

publikasının  Mədəniyyət  Nazirliyinə  verilmiş  və  Muzey  Mər-

kəzi adını almışdır. – 132. 

 

145.  Muğam  mərkəzi  –  Bakıda,  dənizkənarı  Milli  parkda 

açılmış mədəniyyət mərkəzi. Muğam mərkəzi ümumi sahəsi 7,5 

min  kvadratmetr  olan  üçmərtəbəli  binadan  ibarətdir.  Binanın 

forması  Azərbaycanın  qədim  musiqi  alətlərindən  olan  tarın 

hissələrini  xatırladır.  Ən  müasir  texnologiyadan  istifadə 

edilməklə,  tikilən  bina  üçün  lazımi  avadanlıq  İtaliya,  Avstriya, 

Fransa  və  Türkiyədən  gətirilmişdir.  İnşaat  işləri  zamanı  2 

mindən çox müxtəlif ölçülü şüşədən istifadə edilmişdir. – 133. 

 

146. Krakov – Polşanın cənubunda, Visla çayının yuxarı axı-

nında  şəhər  və  liman.  Krakov  şəhər  voyevodalığının  inzibati 

mərkəzi. Əhalisi 713 min nəfər.  

Şəhər  VIII–X  əsrlərdə  salınmış,  XI–XVI  əsrlərdə  Polşa  döv-

lətinin paytaxtı olmuşdur. – 135–144. 

 

147. Viktor Yuşşenko (d.1954) – Ukrayna dövlət və siyasi xa-

dimi.  2005–2010-cu  illərdə  Ukraynanın  prezidenti  olmuşdur.  – 

136,137,139–140. 

148. Mixeil  Nikolozoviç Saakaşvili (d.1967) – hüquqşünas. 

2003–2013-cü  illər  Gürcüstan  Respublikasının  prezidenti. 

2000–2001-ci  illərdə  Gürcüstanda  Ədliyyə  naziri  olmuşdur.  – 

136,137,139–140,145–152,27. 

 

149. Qazaxıstan, Q a z a x ı s t a n   R e s p u b l i k a s ı – 

Avrasiyanın  mərkəzi  hissəsində  dövlət.  Sahəsi  2724,9  min  km

2



əhalisi  16 679  min  nəfərdir.  Paytaxtı  Astana  şəhəridir.    Dövlət 



başçısı    prezident,  qanunverici  orqanı  birpalatalı  Ali  Sovetdir.  – 

137,138,139,140,143,181. 

 

150.  Vavel  –  Krakovda  qəsr.  Köhnə  şəhərin  cənubunda  XVI 

əsr  Polşa  knyaz  və  krallarının  yaşadığı  iqamətgah.  Burada  orta 

əsrlər abidələri və heykəlləri qorunub saxlanmışdır. – 137–138. 

 



 360 

151. Litva, L i t v a  R e s p u b l i k a s ı – Şərqi Avropada – 

Pribaltikada  dövlət.  Sahəsi  65,2  min  km

2

,  əhalisi  3,8  milyon 



nəfərdir.  İnzibati  ərazisi  44  rayona  bölünür  və  respublika 

tabeçiliyinə  11  şəhər    daxildir.  Dövlət  başçısı  prezident,  qanun-

verici orqanı birpalatalı Seymdir. Paytaxtı Vilnüsdür. – 137, 139. 

 

152.  Renessans,  İ  n  t  i  b  a  h  –  Qərbi  və  Mərkəzi  Avropa 

ölkələrinin  mədəniyyət  tarixində  orta  əsr  mədəniyyətindən  yeni 

dövr mədəniyyətinə keçid dövrü (İtaliyada XIV–XVI əsrlər, digər 

ölkələrdə  XV  əsrin  sonu  – XVI  əsr).    Renessans  mədəniyyətinin 

mühüm  xüsusiyyətləri  onun  dünyəvi  xarakter  daşımasında, 

humanist  dünyagörüşü,  antik  mədəni  irsə  müraciəti  və  onu  sanki 

«dirçəltməsindədir».  Renessans  mədəniyyəti  köhnə  feodal 

münasibətlərinin  dağıldığı,  Avropanın  iqtisadi  cəhətdən  ən  çox 

inkişaf etmiş  ölkə  və regionlarında erkən  kapitalist rüşeymlərinin 

yarandığı və burjuaziyanın ilk nümunələrinin formalaşdığı dövrdə 

meydana gəlmişdir. Bu, bəşəriyyətin o vaxta qədər gördüyü bütün 

çevrilişlər içərisində ən böyük mütərəqqi çevriliş idi. – 137. 

153. Valdas Adamkus (d.1955)  – 1998–2003  və 2004–2009-

cu illərdə Litva Respublikasının prezidenti olmuşdur. – 139. 

 

154.  Tbilisi  (1936-cı  ilə  qədər  Tiflis)    –    Gürcüstan    Res-

publikasının paytaxtı– Arxeoloji məlumatlara görə şəhərin əra-

zisi  e.ə.  4–3-cü  minilliklərdə  məskunlaşmışdır.  İlk  dəfə  səlna-

mədə şəhər-qala kimi, eramızın IV  əsrində xatırlanır. VI əsrdə 

Kartli çarlığının paytaxtı idi. Şəhər XIV əsrdə Teymurun, XV–

XVII  əsrlərdə  Osmanlı  və  Səfəvi,  I  Şah  Abbasın  hakimiyyəti 

altında olmuşdur. 1801-ci ildən isə Rusiyanın tərkibində olmuş-

dur. – 144,145–152. 

 

155. İordaniya,  İ o r d a n i y a   H a ş i m i l ə r  K r a l -l 

ı ğ ı – Qərbi Asiyada dövlət. Sahəsi 89,4 min km

2

, əhalisi 6,5 



milyon  nəfərdir.  İnzibati  ərazisi  8  əyalətə  bölünür.  Dövlət 

başçısı  kral,  qanunverici  orqanı  ikipalatalı  parlamentdir.  Pay-

taxtı Ammandır. – 153. 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə