364
investisiya qoymaq vasitəsilə Azərbaycan ərazisində iqtisadiy-
yatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir. – 184.
172. Dünya Bankı – BMT-nin hökumətlərarası ixtisaslaş-
dırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton–Vuds çərçivəsi
sistemində yaradılmışdır. İdarə heyəti Vaşinqtondadır. Məqsədi
inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial dirçəlişinə
kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və
iştirakçıları yalnız Beynəlxalq Valyuta Fondunun üzvləridir.
Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan
Respublikası Dünya Bankının üzvüdür. – 185.
173. Beynəlxalq Valyuta Fondu – BMT-nin hökumətlər-
arası ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı.
1945-ci ildə yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır.
İdarə heyəti Vaşinqtondadır. Dünyanın 130-a yaxın ölkəsi
fondun üzvüdür. Nizamnaməsinə görə, məqsədi beynəlxalq
valyuta əməkdaşlığına yardım etmək, ölkələr arasında valyuta-
hesablaşma münasibətlərini nizama salmaq, fonda daxil olan
ölkələrin ödəmə balanslarını tarazlaşdırmaq və valyuta
məzənnəsini tənzimləməkdən ibarətdir. 1992-ci ildə Azərbay-
can Respublikası Beynəlxalq Valyuta Fonduna qəbul olun-
muşdur. – 186.
174. Ümumdünya Ticarət Təşkilatı – 1947-ci ildə qəbul
edilmiş müqavilə. 23 ölkənin beynəlxalq ticarətdə gömrük rü-
sumlarının aşağı salınmasına və başqa çətinliklərin aradan gö-
türülməsində hökumətlərarası qəbul etdiyi çoxtərəfli müqa-
vilədir. Bu müqavilə 1995-ci ildə beynəlxalq ticarətdə rüsumlar
haqqında qəbul edilmiş müqavilənin hüquqi varisidir.
Təşkilatın əsas prinsipi bütün iştirakçılar üçün münasib
mühit yaratmaqdır. Təşkilata 130 ölkə daxildir. – 187.
175. «Əl-Qaidə» – Vəhhabilərin ən böyük və tanınmış
beynəlxalq terrorçu təşkilatı. 1980-ci ilin ortalarında Əfqanıs-
tanda yerləşdirilmiş sovet ordusuna qarşı vuruşmaq üçün
365
Pakistanda yaradılmışdı. Sovet ordusu Əfqanıstandan çıxdıqdan
sonra «əl-Qaidə» «Böyük islam xilafəti» yaratmaq üçün ABŞ-a,
«Qərb dünyası»na və onların tərəfdaşları islam ölkələrinə qarşı
mübarizəyə başladı.
Beynəlxalq aləmdə təsdiqlənmişdir ki, «əl-Qaidə»nin agent-
ləri Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) hərbi təlimlər keçmiş
və MKİ-nin keçmiş işçiləri isə «əl-Qaidə»nin mağarlarında
«konsultant ekspert» işləmişlər. «Əl-Qaidə»nin rəhbəri Usama
bin Laden olmuşdur. –187.
176. «Qaz de Franse» (GDF) – fransız qaz kompaniyası. Bu
kompaniya Avropada ikincidir. Əsası 1946-cı ildə qoyulan
kompaniya 2007-ci ildə «Gaz de Franse» və «Suez»lə birləşərək
GDF Cvez kimi fəaliyyət göstərir. 12,3 milyon (onlardan 10,9
milyonu Fransada) sifarişçiyə xidmət edir. 2005-ci ilin
yarımilliyində mədaxil 11,08 milyard avro, təmiz mənfəət isə
1,2 milyard avro olmuşdur. – 189.
177. «Vinci» – fransız tikinti şirkəti. Əsası 1899-cu ildə
qoyulmışdur. Şirkət avadanlıq tədavülünə görə tikinti şirkətləri
arasında birinci yeri tutur. Şirkətin gəliri 2009-cu ildə 31,93
milyard avro olmuşdur. – 189.
178. « BHP Paribas» – Dünyanın 6 ən güclü bankından biri.
Dünya bank bazarında və pulla təmin edilməsi xidmətlərinə
görə Avropada liderdir. Əsası 1848-ci ildə qoyulmuşdur. Bank
85 ölkədə fəaliyyət göstərir. Əməkdaşlarının ümumi sayı 173
min nəfərdir. Təmiz gəliri – 3,021 milyard avrodur. 2006-cı ildə
Paribas BHP İtaliyanın ən böyük bankı BNL-i iflasa uğratdı.
Paribas dünya bank sektorunda 5-ci, bank xidməti sahəsində
Avro zonada 1-ci yeri tutur. Paribas Fransada 1 nömrəli
bankdır. – 189.
179. «Societe Generale» – Avropada ən böyük fransız ma-
liyyə holdinqi. Mənzil-qərargahı Parisdədir. Əsası 1864-cü ildə
qoyulmuşdur. Bankın kapitalı 49,07 milyard avrodur. Bank
366
həmçinin aktivlər, investisiya bankinqləri, maliyyə xidməti ilə
məşğul olur. Bankın aktivləri 2007-ci ildə 1,26 trilyon, kapitalı
isə 29,41 milyard təşkil edirdi. – 189.
180. Macarıstan, M a c a r ı s t a n R e s p u b l i k a s ı –
Mərkəzi Avropada dövlət. Sahəsi 93 min km
2
, əhalisi 10,2 milyon
nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı
Dövlət Şurasıdır. Paytaxtı Budapeştdir. – 191.
181. Mirməmməd Cavadzadə, M i r m ə m m ə d C a v a d o
ğ l u (1927–2008) – cərrah-uroloq, tibb elmləri doktoru, professor;
SSRİ TA-nın müxbir üzvü, AMEA-nın akademiki. SSRİ və
Azərbaycan Respublikası Dövlət mükafatı laureatı. Cavadzadə böyrək
polikistozunun orijinal operasiya üsulunu təklif etmiş, böyrək və sidik
axarında daş olması hallarında az travma ilə cərrahi əməliyyat
aparmışdır. Azərbaycan Ali Sovetinin (9-11-ci çağırış) deputatı
olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif
olunmuşdur. – 192–193.
182. Sergey Lavrov (d.1950) – 1994–2004-cü illərdə Rusiya
Federasiyasının BMT-də daimi nümayəndəsi, 2004-cü ildən isə
Xarici İşlər naziri və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının
üzvüdür. – 194–193.
183. Putin Vladimir (d.1952) – 2000–2008-ci illərdə Rusiya
Federasiyasının prezidenti. 1975–97-ci illərdə bir sıra məsul
vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası Prezidenti
Administrasiyasının
rəhbəri, 1998–99-cu illərdə FTX-nın
direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin başçısı,
2008-ci ilin mayında Rusiya Federasiyasının Baş naziri təyin
edilmişdir. 2012-ci ilin mart ayında yenidən Rusiya Federa-
siyasının prezidenti seçilmişdir. – 194,195,222,247.
184. Düpo Ambruaz (d.1937) – Fransa siyasi xadimi və
Senatın üzvü. – 196–197.
Dostları ilə paylaş: |