İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə106/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   102   103   104   105   106   107   108   109   ...   117

 370 

əsasnaməsinə  uyğun  operativ  və  himayəçilik  etmədən  işləyir. 

Bu  o  deməkdir  ki,  fond  stipendiya  vermir  və  xarici  layihələri 

maliyyələşdirmir. 

Vəsaiti 

ancaq 


strateji 

məqsədi 


müəyyənləşdirilmiş şəxsi layihələrə verilir. –215. 

 

202.  Ankara Universiteti – 1946-cı ildə Ankarada yaradı-

lan  ali  dövlət  təhsil  müəssisəsi.  İlk  Türkiyə  universitetlərindən 

biridir. 1842-ci ildə yaradılan veterinar, 1859-cu ildən fəaliyyət 

göstərən  siyasi  bilgilər  fakültələri  əsasında  yaradılmışdır. 

Universitetdə  kənd  təsərrüfatı,  veterinar,  ilahiyyat,  siyasi 

bilgilər,  əczaçılıq,  stomotologiya  –  beynəlxalq  münasibətlər, 

mətbuat-yayım fakültələri var. – 216. 

 

203. Con Horkins Universiteti – ABŞ-ın Baltimor şəhərində 

(Merilend  ştatı)  əsası  Con  Horkins  tərəfindən  qoyulmuş  özəl 

tədqiqat  universiteti.  Nankində  (Çin),  Boloniyada  (İtaliya) 

filialları  var.  Universitetin  əsası  1876-cı  ildə  qoyulmuşdur  və 

yaradılmasından  130  il  keçməsinə  baxmayaraq,  dünyada  ən 

qabaqcıl  yerlərdən  birini  tutur.  Universitetin  elmi-tədqiqat  işlə-

rinə görə 34 Nobel mükafatçısı var. Universitetdə 150 dövlətdən 

–71  millətin  nümayəndəsi  olan  4400  tələbə  təhsil  alır.  Burada 

görkəmli  professor-müəllim  heyəti  tələbələrə  incəsənət  və 

musiqinin,  humanitar,  ictimai  və  təbiət  elmlərinin,  beynəlxalq 

tədqiqatların,  təhsilin,  biznesin  və  tibbin  öyrənilməsində  kömək 

edirlər. – 217. 

 

204. Varşava Universiteti – Polşada ən böyük universitetlər-

dən  biri.  Əsası  1816-cı  ildə  qoyulmuşdur.  Universitetdə  tətbiqi 

dilçilik,  Şərqi  Slavyan  filologiyası,  sosial  elmlər,  biologiya, 

kimya,  iqtisadiyyat,  pedaqogika,  geologiya,  politologiya,  hüquq 

və s. fakültələri var. – 218. 

 

205.  Moskva  Dövlət  Universiteti,  M.V.Lomonosov  adına 

Moskva  Dövlət  Universiteti  –  dünya  elminin  ən  böyük  mər-

kəzlərindən biri. 1755-ci ildə M.V.Lomonosovun təşəbbüsü ilə 

yaradılmışdır.  Universitetdə  200-dən  çox  kafedra,  430  elmi-




 

371 


tədqiqat laboratoriyası, 4 elmi-tədqiqat institutu, 4  rəsədxana, 

12  elmi-tədqiqat  stansiyası,  3  muzey,  Botanika  bağı,  elmi 

kitabxana,  nəşriyyat  var.  Universitetdə  28  mindən  çox  tələbə 

təhsil alır. 2009-cu ildə Bakıda filialı açılmışdır. – 221. 

 

206.  Sadovniçi  Viktor  Antonoviç  (d.1939)  –  informatika 

sahəsində alim. Rusiya Elmlər Akademiyasının akademiki. Dövlət 

mükafatı  laureatı.  1992-ci  ildən  Moskva  Dövlət  Universitetinin 

rektoru. – 221. 



 

207.  Merzlyakov  Yuri  (d.1949)  –  Rusiya  Federasiyasının 

Fövqəladə  və  Səlahiyyətli  səfiri.  2003–2010-cu  illərdə  ATƏT-in 

Minsk qrupunda Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə 

həmsədrlərindən biri olmuşdur. – 226. 

 

208.  28  may  –  Respublika  günü,  bax:  Azərbaycan  Xalq 

Cümhuriyyəti. 

 

209.  Azərbaycan Xalq Cümhuriyyəti – Müsəlman Şərqində 

ilk  dəfə  dünyəvi,  demokratik  respublikanın  əsasını  qoymuş 

müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də 

yaradılmış,  1920-ci  il  aprelin  28-də  bolşeviklərin  və  daşnakların 

səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəlcə Gəncə (1918, 16 

iyun – 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 sentyabr–1920, 28 

aprel)  idi.  Azərbaycan  hökuməti  yeni  suveren  milli  dövlətin 

müxtəlif  problemlərinin  həlli  yollarında  böyük  əzmlə  çalışırdı. 

Nazirlər  Şurasının  27  iyun  1918-ci  il  tarixli  fərmanı  ilə 

respublikada  dövlət  dili  türk  (Azərbaycan)  dili  elan  edildi. 

Azərbaycan Respublikasının parlamenti 1919-cu il avqustun 11-də 

Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Xalq maarifi 

sahəsində  qısa  müddətdə  böyük  tədbirlər  həyata  keçirildi.  Qori 

müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, 

Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı 

məqsədi  ilə  1919–20-ci  tədris  ilində  100  nəfər  gənc  Avropanın 

müxtəlif təhsil müəssisələrinə göndərildi. Məktəblərin xeyli hissəsi 

milliləşdirildi,  kitabxanalar  açıldı,  savadsızlığın  ləğvi  üçün  kənd-




 372 

lərdə kurslar  yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət 

rəmzləri (üçrəngli bayraq,  gerb, himn)  milli Azərbaycan rəmzləri 

kimi tanındı. Azərbaycan Dövlət Bankı yaradıldı, 1918-ci ilin mar-

tında  dağıdılmış  neft  sənayesi  və  Bakı–Batum  neft  kəməri  bərpa 

edildi. – 228–238,239–241. 

 

210.  «Azəri»,  «Çıraq»,  «Günəşli»  –  Xəzərin  Azərbaycan 

sektorunda ən iri neft yataqları. Bakıdan təxminən 120 km şərq-

də  yerləşən  bu  yataqlar  Azərbaycan  Beynəlxalq  Əməliyyat 

Şirkəti  (ABƏŞ)  adından  bp  şirkəti  tərəfindən  işlənir.  – 

234,298,299,300. 

 

211.  ABŞ  Dövlət  Departamenti  –  ABŞ-da  1789-cu  ildən 

Xarici İşlər Nazirliyi funksiyasını həyata keçirən əsas xarici si-

yasət  idarəsi.  Dövlət  katibi  başçılıq  edir,  prezidentin  və 

Konqresin hazırladığı xarici siyasi xətti həyata keçirir. – 236. 

 

212. Yaqub Mahmudov,  Y a q u b   M i k a y ı l   o ğ l u   

(d.1939)    –  tarix  elmləri  doktoru,  professor,  Əməkdar  elm 

xadimi.  Dövlət  mükafatı  laureatı.  Yeni  Azərbaycan  Partiyası 

Siyasi  Şurasının  üzvü.  Müxtəlif  illərdə  Azərbaycan  Sovet  En-

siklopediyasında, Bakı Dövlət Universitetində,   Ali Attestasiya 

Komissiyasında  və  s.  məsul  vəzifələrdə    çalışmışdır.  2004-cü 

ildən  Azərbaycan  MEA    Tarix  İnstitutunun  direktorudur. 

Tədqiqatları  Azərbaycanın  orta  əsrlər  tarixinə  (Ağqoyunlu  və 

Səfəvi  dövlətlərinə),  diplomatiya  tarixinə  və  ümumdünya 

tarixinə  aiddir.  2000-ci  ildən  Azərbaycan  Respublikası  Milli 

Məclisinin  üzvüdür.  Azərbaycan  Respublikasının  «Şöhrət»  və 

«Şərəf» ordenləri ilə təltif olunmuşdur. – 241. 

 

213.  Luvr  muzeyi  –  Parisdə  memarlıq  abidəsi.  Adı  vaxtilə 

burada  Fransa  krallarının  ovçu  qəsrinin  yerləşdiyi  «Canavar» 

meşəsinin  adından  götürülmüşdür.  Əvvəllər  kral  sarayı  olmuş, 

sonradan  dünyanın  ən  böyük  bədii  muzeylərindən  birinə 

çevrilmişdir.  1791-ci  ildə  inqilabi  Konventin  dekreti  ilə  Luvr 

milli bədii muzeyə çevrilmiş və 1793-cü ildə kütləvi baxış üçün 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə