106
planlaşdırırıq.
Əsrlər boyu müstəqillikdən məhrum olmuş ölkəmizin indi
öz milli köklərinə qayıtması, tam müstəqil ölkə kimi yaşaması
bizim üçün ən böyük sərvətdir. Ərəb Dövlətləri Cəmiyyətinin
üzvü olan ölkələrlə bizim mədəniyyətimizdə, ənənələrimizdə
çox
oxşarlığımız
var,
dinimiz
eynidir.
Bu
bizim
əməkdaşlığımız üçün çox möhkəm əsasdır. Biz ərəb ölkələri ilə
münasibətlərimizi genişləndirmək istəyirik. Çox qısa müddət
ərzində biz təşkilata üzv olan ölkələrdə 7 səfirliyimizi açmışıq
və gələcəkdə onların sayının artırılmasını planlaşdırırıq. Bu
bizim üzv ölkələrlə ikitərəfli münasibətlərə verdiyimiz
əhəmiyyəti nümayiş etdirir.
Eyni zamanda, beynəlxalq təşkilatlarda, BMT-də bizə aid
olan məsələlərin müzakirəsində bir-birimizi dəstəkləyirik.
Misal üçün, Dağlıq Qarabağ münaqişəsi məsələsində biz hər
zaman bu dəstəyi duymuşuq və digər məsələlərdə də qarşılıqlı
dəstək olubdur. Bu bizim əməkdaşlığımızın bariz nümunəsidir.
On ildən çoxdur ki, bizim üzləşdiyimiz əsas problem Azər-
baycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən
işğalının davam etməsidir. Ermənistan dövləti tərəfindən
azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti
nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında qaçqın
və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Azərbaycanın Dağlıq Qarabağın inzibati hüdudlarından
kənarda yerləşən yeddi rayonu da 10 ildən çoxdur ki, işğal
altındadır. Dağlıq Qarabağın özü işğal altındadır. Dağlıq
Qarabağda yaşamış 40 min azərbaycanlı oradan qovulmuşdur.
Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yaşamış 700
min azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür.
Ermənistanın özündən 250 min azərbaycanlı qovulmuşdur.
Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırımı,
işğalçılıq siyasəti nəinki mülki əhali arasında minlərlə insan
tələfatına səbəb olmuş, həm də infrastrukturun tam dağıdılması
ilə nəticələnmişdir. Azərbaycanın 8 şəhəri, demək olar ki,
tam məhv edilmişdir. Bütün məscidlər, qəbiristanlıqlar,
107
tarixi
abidələrimiz
Ermənistan
işğalçıları
tərəfindən
dağıdılmışdır.
Təbii ki, biz Ermənistan işğalçılarından torpaqlarımızdan
dinc yolla çıxmağı tələb edirik. Çünki biz bu məsələni
beynəlxalq hüquq norma və prinsipləri, BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi əsasında dinc yolla həll etmək istəyirik.
Həmin qətnamələr Ermənistan işğalçı qüvvələrinin torpaqla-
rımızdan dərhal çıxarılmasını tələb edir. Lakin eyni zamanda,
biz görürük ki, əfsuslar olsun, sülh danışıqları hər hansı bir
həll yolu ilə nəticələnmir.
Biz birmənalı olaraq problemin həllini həm də güclü ol-
mağımızda görürük. Bu gün bizim iqtisadiyyatımız Ermənistan
iqtisadiyyatından ən azı yeddi dəfə böyükdür. Bizim iqtisadi
inkişafımız sürətlidir. Nəhəng enerji layihələrini həyata keçiririk və
onların nəticəsində güclü iqtisadi potensial yaranacaqdır. Biz
müdafiə imkanlarımızın maliyyələşdirilməsini artırırıq. Bu gün
Azərbaycanda təkcə hərbi məqsədlərə xərclər Ermənistanın bütün
büdcəsinə bərabərdir. Ölkələrimiz arasında olan fərqlər get-gedə
artır və bu amil problemin həllində bizə yardım edəcəkdir. Bir daha
demək istəyirəm ki, bu bizim bir nömrəli problemimizdir. Biz yüz
minlərlə azərbaycanlının özlərinin qədim, doğma torpaqlarına
qayıtması üçün çox çalışırıq.
Mən bir daha qeyd etmək istəyirəm ki, müsəlman ölkə-
lərindəki qardaşlarımız bizi dəstəkləməkdə davam edirlər.
Bizim üçün bu dəstək çox vacibdir. Mən sizinlə görüşmək üçün
yaradılmış imkana görə sizə bir daha minnətdarlığımı bildirmək
istəyirəm. Cənab Baş katibə onun qonaqpərvərliyinə görə
minnətdarlığımı bildirirəm. Bizim elə indicə çox maraqlı müza-
kirəmiz oldu və bütün məsələlərdə mövqelərimiz üst-üstə düşür.
Diqqətinizə görə çox sağ olun.
108
* * *
Ə m r M u s a: Cənab Prezident, çox sağ olun. Azərbay-
can və Yaxın Şərqlə bağlı məzmunlu çıxışınıza, o cümlədən
regionda sülhün və əmin-amanlığın bərqərar olunmasında
Azərbaycanın mövqeyini bildirdiyinizə görə Sizə minnətdarıq.
Sizin bu çıxışınız bizim üçün və region ölkələri üçün həddən
artıq maraqlı idi.
Cənab Prezident, Siz öz çıxışınızda ölkənizdə və ətraf regionda
olan siyasi və təhlükəsizlik məsələləri ilə bağlı bizə müfəssəl
məlumat verdiniz və mən bundan şərəf duyuram. Hamı bilir
ki, Ərəb Dövlətləri Cəmiyyəti ilə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə sazişi imzalanmışdır
və bu bizim daha səmərəli əməkdaşlığımıza kömək edən mühüm
bir sənəddir.
Zati-aliləri cənab Prezident, bizimlə görüşməyə vaxt tap-
dığınıza və öz mülahizələrinizi bölüşdürdüyünüzə görə Sizə
dərin təşəkkürümüzü bildirməkdən şərəf hissi duyuruq.
109
YERLİ VƏ XARİCİ KİV-in NÜMAYƏNDƏLƏRİ
ÜÇÜN MƏTBUAT KONFRANSI
Qahirə
7 may 2007-ci il
Mayın 7-də Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələ-
rin səfirləri ilə görüşdən sonra yerli və xarici kütləvi informasiya
vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirildi.
Ərəb Dövlətləri Cəmiyyətinin Baş katibi Əmr Musa və
Azərbaycan prezidenti İlham Əliyev əvvəlcə jurnalistlər qar-
şısında çıxış etdilər.
Ə m r M u s a: İlk növbədə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevi Ərəb Dövlətləri Cəmiyyətində
bir daha salamlayıram. Cənab prezidentlə görüşümüzdə
Azərbaycanın yerləşdiyi regionda, Yaxın Şərqdə vəziyyət və ərəb
dünyasını maraqlandıran bütün məsələlər, Azərbaycan və ərəb
ölkələri arasında əməkdaşlıq ətrafında müzakirələr aparıldı. Cə-
nab prezident Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələrin
səfirləri qarşısında çıxış etdi və regionda, Azərbaycanın ətrafında
cərəyan edən hadisələrlə bağlı öz fikirlərini bölüşdü. Səfirlər bu
müfəssəl və əhəmiyyətli çıxışına görə cənab prezidentə təşək-
kürlərini bildirdilər.
İndi isə icazə verin sizin suallarınızdan öncə sözü cənab
prezidentə verim.
İ l h a m Ə l i y e v: Ən əvvəl mən ikitərəfli əlaqələrə dair
fikir mübadiləsi aparmaq üçün yaradılmış fürsətə görə cənab
Baş katibə öz minnətdarlığımı bildirirəm.
Ərəb Dövlətləri Cəmiyyəti ilə Azərbaycan arasında əlaqələr
çox uğurla inkişaf edir. Hazırda biz bu yaxınlarda imzalanmış
memorandum çərçivəsində çox fəal işləyirik və ümid edirəm
Dostları ilə paylaş: |