İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə112/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   108   109   110   111   112   113   114   115   ...   121

 378 

CAR  Milli  Konqresinin  sədri,  2009-cu  ildən  CAR-ın 

prezidentidir. – 202. 

 

171. İraq, İ r a q   R e s p u b l i k a s ı – Cənub-Qərbi Asiyada 

–  Dəclə  və  Fərat  çayları  hövzəsində  neft  ixrac  edən  ölkə.  Sahəsi 

438,3  min  km

2

,  əhalisi  36  milyon  nəfərdir.  İnzibati  ərazisi  18 



mühafazaya bölünür. Dövlət başçısı prezident, hökumət başçısı isə 

Baş  nazirdir.  Ölkə  ABŞ  və  NATO  ölkələri  ilə  müharibə 

vəziyyətində olduğu üçün ali qanunverici orqanı yoxdur. Paytaxtı 

Bağdaddır. – 198. 

 

172. Sisko – əsasən, böyük təşkilatlar və telekommunikasiya 

müəssisələri  üçün  rabitə  şəbəkə  avadanlığını  hazırlayıb  satan 

transmilli 

amerikan 

kompaniyası. 

Dünyada 


yüksək 

texnologiyalar  sahəsində  ixtisaslaşan  ən  iri  kompaniyadır. 

Əvvəllər  kompaniya  korporativ  istiqamətdə  fəaliyyət    gös-

tərmişdir.  Kompaniyanın  xüsusiyyətlərindən  biri  biznes  mo-

delində  mühəndislərin  kompyuter  şəbəkəsində  çoxəhatəli  ser-

tifikasiya  sisteminə  yiyələnmələridir.  Kompaniyanın  əsası 

1984-cü ildə qoyulmuşdur. – 204.  

 

173. Ukrayna, U k r a y n a  R e s p u b l i k a s ı – Cənub-

Şərqi  Avropada  dövlət.  Sahəsi  603,7  min  km

2

,  əhalisi  46,5 



milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı – 

Rada – 205. 

 

174. Viktor Yuşşenko (d.1954) – Ukrayna dövlət və siyasi 

xadimi.  2005–2010-cu  illərdə  Ukraynanın  prezidenti  ol-

muşdur. – 205. 

 

175.  Lex  Kaçinski  (1949–2010)  –  2002–2005-ci  illərdə 

Varşavanın meri, 2005–2010-cu illərdə Polşa  Respublikasının 

prezidenti.    2010-cu  il    aprelin  10-da  Smolensk  yaxınlığında 

təyyarə  qəzasında  həlak  olmuşdur.  Haqq  və  Ədalət Partiyası-

nın liderlərindən biri idi. – 209. 

 



 

379 


176.  Endryu,  York  hersoqu,  şahzadə  (d.1960)  –Britaniya 

şahzadəsi,  kontr-admiral.  Britaniya  kraliçası  II  Elizabetin 

ikinci oğlu.  Kral  ailəsinin üzvü  olduğu  üçün  Böyük  Britaniya 

gerbinə əsasən, öz  xüsusi gerbi var. –210. 

 

177. «Citiqroup» – maliyyə xidməti sahəsində dünyada ən 

böyük Beynəlxalq maliyyə konqlomeratı. Kompaniya 1998-ci 

ildə «Citicorp» və «Travelers Group»un birləşməsi nəticəsində 

yaradılmışdır.  Bankın  ümumi  gəliri  1,9  trilyon  dollardan  çox 

aktivləri  idarə  edir.  «Citiqroup»  ABŞ-da  qiymətli  kağızların 

ilk diler xəzinədarıdır. 

Bank  2010-cu  ilin  hesabatına  görə  dünyanın  139  ölkəsinin 

200  milyon  müştərisinə  xidmət  etmişdir.  Dünyanın  5  qitəsində 

bankın  2  mindən  çox  şöbəsi  olmuşdur.  Bank  özünün  şəxsi 

qərargahları olmayan ölkələrə belə, kredit kartları verir. – 212. 

 

178.  «Mikrosoft»  –  dünyada  ən  böyük  transmilli  şirkət-

lərdən  biri.  Müxtəlif  hesablama  sistemləri  üçün  proqram 

təminatlarının  istehsalı  ilə  məşğul  olur.  Hazırda  «Mikrosoft» 

şirkəti    Windows  əməliyyat  sistemlərini  istehsal  edir.  Əsası 

1975-ci ildə Vaşinqtonda (ABŞ) qoyulmuşdur. – 214. 

 

179.  Morits  Loyenberger  (d.1946)  –  hüquqşünas.  İsveçrə 

dövlət  və  siyasi  xadimi.  2001–2006-cı  illərdə  İsveçrənin  prezi-

denti,  2000, 2009-cu illərdə İsveçrənin vitse-prezidenti olmuşdur. 

– 215. 

 

180. Marqaret Çan (d.1947) – həkim, 2006-cı ildən Dün-



ya Səhiyyə Təşkilatının Baş direktorudur. – 216–217. 

 

181.  Xamenei,    S  e  y  i  d      Ə  l  i    (d.1939)  –  İranın  dini  və 

dövlət  xadimi.  1981–89-cu  illərdə  İranın  prezidenti,  1989-cu 

ildən isə İran İslam Respublikasının ali dini rəhbəridir. – 218. 

 

182. İran İslam İnqilabı  – İranın daxilində Milli Cəbhənin, 

xaricdən  isə  ruhanilərin  Fransada  mühacirətdə  olan  başçısı 

Ayətullah  Ruhulla  Xomeyninin  rəhbərlik  etdiyi  ümumxalq 



 380 

hərəkatı.  Bu  hərəkat  getdikcə  gücləndi  və  1979-cu  ildə  şah 

(Məhəmməd Rza Pəhləvi) ölkəni tərk etdi. Mühacirətdən vətənə 

qayıtmış imam Xomeyni İran İslam Respublikasını elan etdi. – 

218. 

 

183. Əlibaba  Məmmədov,   Ə l i b a b a   B a l ə h m ə d   o 



ğ l u (d.1929)  – Azərbaycan  xanəndəsi, bəstəkar, Azərbaycan 

Respublikasının  Xalq  artisti.  Əlibaba  Məmmədov  «Şöhrət»  və 

«İstiqlal» ordenləri ilə təltif edilmişdir. – 220. 

 

184.    Arif Babayev,  A r  i f      İ  m  r  a  n      o  ğ  l  u  (d.1938)  – 

xanəndə, Xalq artisti, professor. Milli konservatoriyanın müğam 

kafedrasının  müdiri.  O,  Seyid  Şuşinski,  Xan  Şuşinçki,  Zülfü 

Adıgözəlov  kimi  sənətkarların  ənənələrinə  əsaslanaraq,  özü-

nəməxsus  ifaçılıq  üslubu  yaratmışdır.  Azərbaycan  Respub-

likasının  «Şöhrət»  və  «İstiqlal»  ordenləri  ilə  təltif  edilmişdir.  – 

220. 

 

185. Ağaxan Abdullayev, A ğ a x a n   M i n a x a n   o ğ l u   



(d.1950)  –  xanəndə,  muğam  ustası.  Muğam  sənətinin  istedadlı 

nümayəndələrindən  biri.  Azərbaycan  Respublikasının  Xalq 

artisti. «Humay» Milli mükafatı laureatıdır. – 220. 

 

186. Səkinə İsmayılova, S ə k i n ə   Q u l u   q ı z ı (d.1956) – 

muğam  ifaçısı.  Azərbaycan  Respublikasının  Xalq  artisti.  Səkinə 

İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir. Opera 

və Balet Teatrının səhnəsində əksər muğam operalarında aparıcı 

partiyaları – Leyli («Leyli və Məcnun»), Əsli («Əsli və Kərəm»), 

Gülbahar  («Gəlin  qayası»)  və  s.  ifa  edir.  Azərbaycan 

Respublikasının  «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 220. 

 

187. Mənsum İbrahimov, M ə n s u m   İ s r a f i l   o ğ l u 

(d.1960) –  muğam xanəndəsi, professor. Azərbaycan Respublika-

sının  Xalq  artisti.  Azərbaycan  Dövlət  Opera  və  Balet  Teatrının 

solistidir.  Azərbaycan  Respublikasının  «Şöhrət»  ordeni  ilə  təltif 

edilmişdir. – 220. 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə