İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə110/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   106   107   108   109   110   111   112   113   ...   121

 372 

milyon  km

2

,  əhalisi  23,7  milyon  nəfərdir.  Avstraliya  İttifaqı 



inzibati  cəhətdən    6  ştata  və  iki  əraziyə  bölünür.  Dövlət  başçısı 

Böyük Britaniya kraliçasıdır. Ölkədə kraliçanı general-qubernator 

təmsil edir. Qanunverici orqanı ikipalatalı (Senat və Nümayəndələr 

Palatası) parlamentdir. Paytaxtı Kanberra şəhəridir. – 154. 

 

143. Kevin Rud (d.1957) – Avstraliya siyasi xadimi. 2007–

2010-cu  və  2013-cü  ildən  Avstraliyanın  Baş  naziridir.  2010–

2012-ci  illərdə  Avstraliyanın  Xarici  İşlər  naziri  olmuşdur. 

Avstraliya Leyborist Partiyasının lideridir. – 154. 

 

144.  Azərbaycan  Xalq  Cümhuriyyəti  –  Müsəlman 

Şərqində  ilk  dəfə  dünyəvi,  demokratik  respublikanın  əsasını 

qoymuş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il 

mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də bolşeviklərin 

və  daşnakların  səyi  ilə  devrilmişdir)  yaşamışdır.  Paytaxtı  əv-

vəlcə Gəncə (1918, 16 iyun – 17 sentyabr), sonra Bakı şəhəri 

(1918, 17  sentyabr–1920, 28  aprel) idi. Azərbaycan hökuməti 

yeni suveren milli dövlətin müxtəlif problemlərinin həlli yolla-

rında böyük əzmlə çalışırdı. Nazirlər Şurasının 27 iyun 1918-

ci  il  tarixli  fərmanı  ilə  respublikada  dövlət  dili  türk  (Azər-

baycan)  dili  elan  edildi.    Azərbaycan    Respublikasının    par-

lamenti    1919-cu  il  avqustun  11-də  Azərbaycan  vətəndaşlığı 

haqqında qanun qəbul etdi. Xalq maarifi sahəsində qısa müd-

dətdə  böyük  tədbirlər  həyata  keçirildi.  Qori  müəllimlər 

seminariyasının  Azərbaycan  şöbəsi  Qazaxa  köçürüldü,  Bakı 

Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı 

məqsədi  ilə  1919–20-ci  tədris  ilində  100    gənc  Avropanın 

müxtəlif  təhsil  müəssisələrinə  göndərildi.  Məktəblərin  xeyli 

hissəsi  milliləşdirildi,  kitabxanalar  açıldı,  savadsızlığın  ləğvi 

üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq Cümhuriy-

yətinin  dövlət  rəmzləri  (üçrəngli  bayraq,  gerb,  himn)  milli 

Azərbaycan  rəmzləri  kimi  tanındı.  Azərbaycan  Dövlət  Bankı 

yaradıldı,  1918-ci  ilin  martında  dağıdılmış  neft  sənayesi  və 

Bakı–Batumi neft kəməri bərpa edildi. – 99,165,281. 

 



 

373 


145.  Kəlbəcər  –  Azərbaycan  Respublikasında  inzibati  ra-

yon.  1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  1936  km

2

,  əhalisi 



86,7 min nəfərdir. 1993-cü ildə erməni silahlı qüvvələri tərəfin-

dən işğal edilmişdir. – 125,164. 

 

146. ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təş-

kilatı. Əsası 1975-ci il iyulun 3–9-da Helsinkidə qoyulmuşdur. 

Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və 

hökumət rəhbərləri iştirak edirdi. ATƏT «soyuq müharibə»nin 

qurtarmasından  sonra  Ümumavropa  təhlükəsizlik  sistemini 

formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil 

birgəyaşayış  qaydalarını  müəyyən  edən,  dövlətlərarası  mü-

nasibətləri  rəqiblik  və  münaqişə  yolundan  əməkdaşlıq  və 

qarşılıqlı  mənafe  istiqamətlərinə  yönəldən  bir  təşkilat 

funksiyasını icra edir. 

Azərbaycan  1992-ci  ildən  ATƏT-in  üzvüdür  və  1993-cü 

ilin ikinci yarısından ATƏT-in zirvə görüşlərində  Azərbaycan 

nümayəndə heyəti fəal iştirak edir. – 158,177. 

 

147.  Qubadlı  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1933-cü ildə təşkil edilmişdir. Sahəsi 802 km

2

, əhalisi 38,3 min nəfər. 



1993-cü  ildə  erməni  işğalçıları  tərəfindən  işğal  edilmişdir.  – 

125,183. 

 

148.  Zəngilan  –    Azərbaycan  Respublikasında  inzibati  ra-

yon. 1930-cu ildə təşkil olunmuşdur. Sahəsi 707 km

2

, əhalisi 42 



min  nəfər.  1993-cü  ildə  erməni  işğalçıları  tərəfindən  işğal 

edilmişdir. – 125,183. 

  

149. Dövlət Neft Fondu – 1999-cu ildə yaradılmışdır. Əsas 

fəaliyyəti    neft  və  qaz  ehtiyatlarına  dair  sazişlərin  həyata 

keçirilməsi  ilə  bağlı  Azərbaycan  Respublikasının  əldə  etdiyi 

gəlirlərin  toplanmasını,  səmərəli  idarəetməsini,  gələcək  nəsil-

lər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət quru-

mudur.  – 156,217,277,284. 

 



 374 

150.  Avropa  Şurası  (AŞ)  –  Avropada  hökumətlərarası 

təşkilat.  1949-cu  ildə  yaradılmışdır.  Qərargahı  Fransanın 

Strasburq  şəhərində  yerləşir.  AŞ-nın əsas  məqsədi Avropada 

sülhü  və  təhlükəsizliyi  qorumaq,  seçki  sistemində  çoxpar-

tiyalılığa  riayət  etmək,  demokratiyanı  və  insan  hüquqlarını 

müdafiə  etmək,  möhkəmləndirmək,  Avropa  ölkələrinin 

mədəniyyətlərinin  yaxınlaşmasına  çalışmaq  və  s.  ibarətdir. 

AŞ-nın  ali orqanları  Nazirlər Komitəsi, Məsləhət Assamble-

yası,  Sahə  Nazirliklərinin  Müşavirəsi  və  Katiblikdir.  Azər-

baycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. – 177,323. 

 

151. Əfqanıstan, Ə f q a n ı s t a n   İ s l a m   D ö v l ə t i – 

Cənub-Qərbi  Asiyada dövlət. Sahəsi 652,2  min  km

2

,  əhalisi  22,7 



milyon  nəfərdir.  İnzibati  ərazisi  29  vilayətə  və  mərkəzə  tabeli  2 

mahala  bölünür.  Dövlət  başçısı  prezidentdir.  Paytaxtı  Kabil 

şəhəridir. – 183. 

 

152.  Şəhidlər  xiyabanı  –  Azərbaycanın  azadlığı,  müstəqil-

liyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş mərd oğul və qızların 

uyuduğu  müqəddəs  ziyarətgah.  1990-cı  il  yanvarın  20-də  sovet 

ordusunun hücumu zamanı həlak olmuş onlarla adam «Dağüstü 

park»ın qərb hissəsində dəfn edilmişdir. Bura o vaxtdan «Şəhidlər 

xiyabanı»  adlanır.  Xiyabanda  eyni  zamanda,  Ermənistan 

işğalçılarına qarşı Azərbaycan torpaqlarının müdafiəsi uğrunda 

qəhrəmancasına  həlak  olanlar  da  dəfn  edilmişdir.  1998-ci  ildə 

burada  hündürlüyü 22 metr olan əbədi məşəl – abidə qoyulmuş-

dur. – 189. 

 

153.  1990-cı  ilin  20  yanvarı  –  1990-cı  ilin    yanvarında 

Azərbaycanda  faciə  baş  verdi.  Yanvarın  19-dan  20-nə  keçən 

gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun xüsusi tə-

yinatlı cəza dəstələri, dəniz donanmasının və daxili qoşunların böl-

mələri  Bakı  şəhərinə  yeridildi.  Sovet  ordusunun  bu  kütləvi 

zorakılıq  aktı  nəticəsində  131  nəfər  öldürülmüş,  744  nəfər  yara-

lanmış,  yüzlərlə  adam  qanunsuz  həbs  edilmiş  və  itkin  düşmüş, 

dövlət  əmlakına,  ictimai  və  şəxsi  əmlaka,  şəhər  təsərrüfatına  və 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə