İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə107/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   103   104   105   106   107   108   109   110   ...   121

 

363 


adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min 

km

2



,  əhalisi  61,8  milyon  nəfərdir.    İnzibati  cəhətdən  qraflıq-

lara  və  qraflıq  hüququnda    olan  şəhərlərə  bölünür.  Böyük 

London  xüsusi  inzibati  vahiddir.  B.Britaniya  parlamentli  mo-

narxiyadır. Paytaxtı London şəhəridir. –80,198,203,210,211. 

 

92.  Azərbaycan  Milli  Elmlər  Akademiyası  (AMEA)– 

Azərbaycan  Respublikasında  elmin  inkişafını  təşkil  və  təmin 

edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən ali 

dövlət elmi təşkilatı. 1945-ci ildə Bakıda təsis edilmişdir. 2001-

ci  ilin  may  ayından  Azərbaycan  Milli  Elmlər  Akademiyası 

adlanır.  Azərbaycan  Milli  EA-nın  aşağıdakı  bölmələri  var: 

fizika; texnika və riyaziyyat elmləri; kimya elmləri; yer elmləri; 

biologiya  elmləri;  aqrar  elmləri;  humanitar  və  ictimai  elmlər. 

Burada  elmin  müxtəlif  sahələrinə  dair  aktual  problemlər 

üzərində  tədqiqat  işləri  aparılır.  Hər  il  onlarla  elmi  işin  nəticəsi 

istehsalatda tətbiq olunur. – 80,83. 

 

93.  Nailə  Vəlixanlı,  N  a  i  l  ə      M  ə  m  m  ə  d  ə  l  i      q  ı  z  ı  

(d.1940)  –  tarixçi-şərqşünas  alim.  Tarix  elmləri  doktoru.  MEA-nın 

həqiqi  üzvü.  Azərbaycan  Tarixi  Muzeyinin  direktoru.  Elmi 

əsərlərində  Azərbaycanın  orta  əsrlər  tarixinin  mənbəşünaslıq 

problemləri,  regionun  Ərəb  Xilafəti  tərkibində  mövqeyi,  sosial-

iqtisadi münasibətlər, siyasi-mədəni tarix və tarixi coğrafiya məsə-

lələrinə  aydınlıq  gətirmişdir.  Azərbaycan  Respublikasının  «Şöh-

rət» ordeni ilə təltif edilmişdir. – 80–83. 

 

94. Hacı Zeynalabdin Tağıyev (1838–1924)  – məşhur mes-

senat,  maarifpərvər  Bakı  milyonçusu.  Əvvəllər  bənna  işləmiş  

Hacı 1872-ci ildən neftçıxarma işinə kapital qoymuş və sahib-

karlıq  fəaliyyətinə  başlamışdır.  Bakıda  «Tağıyev  H.Z.  lifli 

maddələrin  emalı  üzrə  Qafqaz  Səhmdar  Cəmiyyəti»ni, 

toxuculuq  fabrikini,  «Xəzər  manufaktura  cəmiyyəti»ni,  «Ta-

ğıyev  balıq  sənayesi  səhmdar  cəmiyyəti»ni,  yerli  sahibkarlarla 

birlikdə  Bakı  ticarət  bankını  yaratmış  və  Bank  Şurasının  sədri 

seçilmişdi. 




 364 

Savadı olmayan Hacı savadsızlığın acısını duymuş  və buna 

görə  də  Vətən  övladlarının,  xüsusilə  kasıb  oğlan  və  qızların 

təhsil almasına böyük qayğı göstərmişdi. O öz vəsaiti ilə Yaxın 

Şərqdə – Bakıda ilk qız gimnaziyası, qadınları işlə təmin etmək 

üçün toxuculuq fabriki, Mərdəkanda  sənət məktəbi, teatr binası 

tikdirir.  Qiraətxanalar  üçün  qəzet  və  jurnalların  pulunu  ödəyir, 

öz  xərcinə  Azərbaycan  şair  və  alimlərinin  əsərlərini,  həmçinin 

Azərbaycan  dilinə  tərcümələri  çap  etdirir.  1905–11-ci  illər  İran 

məşrutə  hərəkatına  silah  və  pulla  yardım  edir.  İranda  onlarla 

məktəbin  açılmasına,  məktəb  ləvazimatı  və  zəruri  kitablarla 

təmin edilməsinə, daxildə və xaricdə oxuyan və maddi təminata 

ehtiyacı  olanlara  daim  yardım  edirdi.  «Kaspi»,  «Həyat», 

«Füyuzat» kimi  qəzet və jurnalların nəşri üçün vəsait ayırmışdı. 

Hacı Bakıya «Şollar suyu» kəmərini çəkdirmiş, Mərdəkanda 

dən üyüdən elektrik dəyirmanı tikdirmiş və qəsəbənin əhalisini 

ilk dəfə elektrik işığı ilə təmin etmişdir. – 80–83. 

 

95. Bənazir Bhutto (1953–2007) – Pakistanın dövlət və si-

yasi xadimi, keçmiş Baş nazir. – 84. 

 

96. Hacıbala Abutalıbov, H a c ı b a l a  İ b r a h i m  o ğ- l 

u  (d.1944)  –  Bakı  Şəhər  İcra  Hakimiyyətinin  başçısı.  Fizika-

riyaziyyat elmləri doktorudur. – 86,128–129,193,307. 

 

97. Çaykovski, P y o t r   (1840–1893) – böyük rus bəstəka-

rı.  Çaykovski  musiqili  dramaturgiyada  zərif    psixoloq,  ustad 

simfoniyaçıdır.  O,  musiqidə  insanın  daxili  aləmini  açmış, 

operada,  baletdə,  simfoniyada  məşhur  obrazlar  yaratmışdır. 

Çaykovskinin    «Füsunkar  qadın»,  «Yevgeni  Onegin»,  «Ma-

zepa»  «İolanta»  operaları,  «Yatmış  gözəl»,  «Qu  gölü»,  «Şel-

kunçik» baletləri və bir sıra simfoniyaları onu dünyada məşhur-

laşdırmışdır. – 86. 

 

98.  Ştraus  İohann  (ata),  (1804–1849)  –  görkəmli  Avstriya 

bəstəkarı, skripkaçı və dirijor. J.Lanner ilə birgə Ştraus yeni vals 

növünün  –  Vyana  valsının  yaradıcısı  sayılır.  Ritmik  çeviklik, 

melodiyanın  ifadəliliyi  Vyana  valsına  geniş  şöhrət  qazan-




 

365 


dırmışdır. Ştrausu «valsın atası» adlandırmışlar. Ştraus 152 valsın 

müəllifidir. – 86. 

 

99.  Sviridov  Georgi  (1915–1998)  –  rus  bəstəkarı,  pianoçu, 

ictimai-musiqi  xadimi,  klassik  rus  musiqisinin  davamçılarından 

biri.  SSRİ  Xalq  artisti,  Dövlət  və  Lenin  mükafatları  laureatı. 

Sviridovun  yaradıcılıq  fəaliyyəti  vokal  musiqi  sahəsində  daha 

çox tanınmışdır. – 86. 

100. Alim Qasımov, A l i m   H ə m z ə   o ğ l u (d.1957) – 

xanəndə.  Azərbaycan  Respublikasının  Xalq  artisti.  Muğam 

sənətinin,  xüsusilə  də  «tarab»  janrının  bilicilərindəndir.  Alim 

Qasımov  1999-cu  ildə  Beynəlxalq  İMC  YUNESKO  musiqi 

mükafatını  almışdır.  Azərbaycan  Respublikasının  «Şöhrət»  

ordeni  ilə  təltif  edilmişdir.  Respublika  Dövlət  mükafatı 

laureatıdır. – 86,220. 

 

101. Gəncə – Azərbaycan Respublikasında şəhər. Sahəsi 107 

km

2

,  əhalisi  324,7  min  nəfərdir.  Gəncə  Azərbaycanın  qədim 



şəhərlərindəndir,  salındığı  tarix  dəqiq  məlum  deyil.  Bəzi 

müəlliflər  Gəncənin  Makedoniyalı  İsgəndərin  dövründə 

(e.ə.336–323) salındığını qeyd etmişlər. –93,305. 

 

102.  Siyəzən  –  Azərbaycan  Respublikasında inzibati rayon. 

1940-cı ildə təşkil edilmişdir. 1959-cu ildə ləğv olunaraq ərazisi 

Dəvəçi  rayonunun  tərkibinə  qatılmış,  1992-ci  ildə  yenidən  bərpa 

edilmişdir. Sahəsi 703,4 km

2

, əhalisi 39,9 min nəfərdir. – 93. 



 

103.  Salyan    –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  1632  km

2

,  əhalisi  95,6  min 



nəfərdir. – 93,144. 

 

104.  Masallı    –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1930-cu ildə təşkil edilmişdir. Sahəsi 721 km

2

, əhalisi  211,9 min 



nəfərdir. –93. 

 

105. İmişli (1938-ci ilədək Qaradonlu rayonu) – Azərbaycan 

Respublikasında  inzibati  rayon.  1930-cu  ildə  təşkil  edilmişdir. 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə