İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə103/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   99   100   101   102   103   104   105   106   ...   121

 

351 


fakültələri var. Universitetdə bakalavr səviyyəsində Dinşünaslıq 

ixtisası,  magistratura  səviyyəsində  isə  Dinlərin  tarixi  və 

İslamşünaslıq ixtisasları üzrə kadrlar hazırlanır. –29. 

36.  Yavər  Camalov  (d.1949)  –  mühəndis.  Azneft  İstehsalat 

Birliyinin  Baş  direktoru  olmuşdur.  Hazırda  Müdafiə  Sənayesi 

naziridir.  – 31–33. 

 

37. Almaniya, A l m a n i y a  F e d e r a t i v  R e s p ub-l i 

k  a  s  ı  –  Mərkəzi  Avropada  dövlət.  Sahəsi  357  min  km

2



əhalisi  81,9  milyon  nəfərdir.  AFR  tərkibində  16  ərazisi  olan 

federasiyadır.  Dövlət  başçısı  prezident,  hökumət  başçısı  isə 

federal  kanslerdir.  Ali  qanunverici  hakimiyyət  orqanı  parla-

mentdən  –  Bundestaq  və  Bundesratdan  ibarətdir.  Paytaxtı 

Berlin şəhəridir.  – 32,36,38,47,82,91,261,266. 

 

38. İtaliya, İ t a l i y a   R e s p u b l i k a s ı – Avropanın 

cənubunda  dövlət.  Ərazisinə  Alp  dağlarının  qərb  yamacları, 

Radan  düzənliyi,  Apennin  yarımadası,  Siciliya  və  Sardiniya 

adaları  daxildir.  Sahəsi  301  min  km

2

,  əhalisi  57,  5  milyon 



nəfərdir. İnzibati cəhətdən 20 vilayətə bölünür. Paytaxtı Roma 

şəhəridir. – 32,36. 

 

39.  İsrail  –  Yaxın  Şərqdə  dövlət.  Sahəsi  20,8  min  km

2



əhalisi  5,5  milyon  nəfərdir  (1948–49-cu  illərdə  işğal  edilmiş 

ərazi  daxil  olmaqla).  İsrail  dövləti  BMT-nin  Baş  Məclisinin 

1947-ci il 29 noyabr tarixli  qərarına əsasən yaradılmışdır. İsrail 

inzibati  cəhətdən  6  mahala  bölünür.  Dövlət  başçısı  prezidentdir, 

onu  birpalatalı  parlament  (Knesset)  seçir.  Hökumətə    geniş 

səlahiyyəti olan Baş nazir başçılıq edir. – 32,206. 

 

40.  Müstəqil  Dövlətlər  Birliyi  (MDB)  –  1991-ci  il  de-

kabrın 8-də Belorusiya, Rusiya və Ukrayna dövlət başçılarının 

imzaladıqları  saziş  əsasında  SSRİ  dağıldıqdan  sonra  yeni 

dövlətlərarası  birlik  kimi  yaradılmışdır.  Azərbaycan  1993-cü 

ilin  sentyabrında  MDB-yə  daxil  olmuşdur.  Tərkibinə  keçmiş 

SSRİ-nin 12 müttəfiq respublikası – Azərbaycan, Belarus, Er-

mənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbə-



 352 

kistan,  Rusiya,  Tacikistan,  Türkmənistan,  Ukrayna  daxildir. 

MDB-nin  1993-cü  ildə  qəbul  edilmiş  nizamnaməsində  aşağı-

dakı  birgə  fəaliyyət  sahələri  nəzərdə  tutulur:  insan  hüquq  və 

azadlıqlarının  təmin  edilməsi;  xarici  siyasi  fəaliyyətin  əlaqə-

ləndirilməsi;  ümumi  iqtisadi  məkanın  formalaşdırılmasında, 

nəqliyyat  sisteminin  və  rabitənin  inkişafında  əməkdaşlıq; 

əhalinin  sağlamlığının  və  ətraf  mühitin  mühafizəsi;  sosial  və 

mühacirət  məsələləri,  mütəşəkkil  cinayətkarlıqla  mübarizə; 

müdafiə siyasətində və  sərhədlərin qorunmasında əməkdaşlıq. 

MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; 

Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlət-

lərarası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan 

Parlamentlərarası  Assambleya  və  s.  MDB-nin  daimi  fəaliyyət 

göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məs-

ləhət 


Komitəsidir. 

– 

33,76,138,173, 



174,229,230,231,244,246,256,257,266,289,303. 

 

41.  «İqlim»  Elmi  İstehsalat  Müəssisəsi  –  Azərbaycan 

Respublikası  Müdafiə  Sənayesi  Nazirliyinin  tərkibində  müəs-

sisə.  Müəssisənin    (İSO)  9001–2001  standartının  tələblərinə 

uyğun sertifikatı vardır. – 34. 

 

42.  Mehriban  Əliyeva,  M  e  h  r  i  b  a  n    A  r  i  f    q  ı  z  ı 

(d.1964)  –  ictimai  və  siyasi  xadim,  fəlsəfə  doktoru,  prezident 

İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-

ci  Moskva  Dövlət  Tibb  İnstitutunu  bitirmişdir.  1988–93-cü 

illərdə  Krassnov  adına  Moskva  Elmi-Tədqiqat  Göz 

Xəstəlikləri  İnstitutunda  işləmişdir.  1995-ci  ildə  Mehriban 

Əliyeva  «Azərbaycan  Mədəniyyətinin  Dostları»  xeyriyyə 

fondu  yaratmışdır.  Fəaliyyətə  başladığı  ilk  gündən  fond  milli 

mədəniyyətimizin  inkişafı,  təbliği,  tanınması  üçün  xeyli  işlər 

görmüşdür.  1996-cı  ildə  fond  Azərbaycan  mədəniyyətini 

xarici  ölkələrdə  geniş  təbliğ  etmək  üçün  üç  dildə  –  Azərbay-

can, rus və ingilis dillərində çıxan «Azərbaycan–İrs» jurnalını 

təsis  etmişdir.  2004-cü  ildən  Mehriban  Əliyeva  Azərbaycan 




 

353 


xalqının  ümummilli  liderinin  zəngin  irsinin  öyrənilməsi  və 

həmçinin  Heydər  Əliyevin  milli  dövlətçilik  ideyalarını  yeni 

nəsillərə  aşılamaq  məqsədilə  yaranmış  Heydər  Əliyev  Fon-

duna başçılıq  edir. 

Mehriban  Əliyevanın  təşəbbüsü  ilə  Heydər  Əliyev  Fondu 

respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb 

binaları  tikdirmiş  və  təmir  etdirmişdir.  Onun  keçirdiyi  xey-

riyyə aksiyaları  şəkər, talassemiya  və anemiya xəstəliklərin-

dən  əziyyət  çəkən  Azərbaycan  uşaqlarına    yardım  məqsədilə 

təşkil olunur.  

Azərbaycanın  şifahi  xalq  yaradıcılığı  və  musiqi  irsinin 

qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorul-

maz işlərinə görə Mehriban Əliyeva YUNESKO və İSESKO-

nun Xoşməramlı səfiri seçilmişdir. 

Yeni  Azərbaycan  Partiyası  Siyasi  Şurasının  üzvü,  2005-ci 

ildən Milli Məclisin deputatıdır. Mehriban Əliyeva ölkəmizdə 

təhsil  sisteminin  inkişafına,  milli-mədəni  irsimizin  qorunub 

saxlanılmasına  və  dünyada  təbliginə,  xarici  ölkələrdə  xal-

qımızın  müsbət  imicinin  möhkəmlənməsinə,  genişmiqyaslı 

xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. 2015-ci ildə Bakıda 

keçirilən  ilk  Avropa  oyunlarının  təşkilat  Komitəsinin  sədri 

olmuş,  oyunların    yüksək  səviyyədə  keçirilməsində  müstəsna 

xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. 

– 

35,38,46,47,48,49,64,68,80–83,85, 



86,155,156,180,181,182,184,185,189,217,220,320,338,340. 

 

43.  Leyla Əliyeva, L e y l a   İ l h a m   q ı z ı (d.1986) – 

«Baku»  jurnalının  Baş  redaktoru,  Heydər  Əliyev  Fondunun  

vitse-prezidenti, Azərbaycan Respublikasının prezidenti İlham 

Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 

böyük qızı, Heydər Əliyevin nəvəsi. 2006–2008-ci illərdə Leyla 

Əliyeva  Moskva  Dövlət  Beynəlxalq  Əlaqələr  İnstitutunun 

magistraturasında oxumuş və bu institutda oxuyan azərbaycanlı 

tələbələrin  nümayəndəsi  kimi  fəaliyyət  göstərmişdir.  Leyla 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə