İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə102/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   98   99   100   101   102   103   104   105   ...   121

 348 

yevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, 

sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüş oldu, beynəl-

xalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu 

prosesi  başlandı.  Dövlətimizin  xarici  siyasəti,  eləcə  də 

dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əla-

qələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. 

Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi, cəbhə 

xəttində  atəşkəs  elan  edilməsinə  nail  olundu.  H.  Əliyevin  fəal 

diplomatiyası  nəticəsində  ATƏT-in  Lissabon  sammitində  (1996) 

bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) 

Dağlıq  Qarabağ  probleminin  həllində  Azərbaycanın  mənafeyinə 

uyğun  prinsipləri açıq şəkildə müdafiə etdi. 

1994-cü  ilin  sentyabrında  Bakıda  dünyanın  aparıcı  neft    şir-

kətləri  ilə  «Əsrin  müqaviləsi»  adı  almış  mühüm    müqavilələr  

bağlandı. 

 1999-cu  ilin  aprelində  GUÖAM  birliyinin  geniş  bir  məkanda 

yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur. 

H.Əliyevin  «İnsan  hüquq  və  azadlıqlarının  təmin  edilməsi 

haqqında»  fərmanları  Azərbaycanın  dünyaya  və  Avropaya 

inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. 

Məhz  bunun  nəticəsində  Azərbaycan  1996-cı  ilin  iyunundan 

Avropa  Şurasına    «Xüsusi  qonaq»  statusu  almış,  2001-ci  il  yan-

varın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur. 

H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın  yüksək siyasi fəal-

lığı  şəraitində  keçirilən  seçkilərdə  yekdilliklə  yenidən  prezident 

seçildi. 

H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəl-

xalq  Atatürk    Sülh  Mükafatına,  müxtəlif  ölkə  universitetlərinin 

Fəxri  doktoru  adına  və  digər  yüksək  nüfuzlu  Fəxri  adlara  layiq 

görülmüşdür. 

– 

19,26,31,34,46,47,49,145,155,165,170,171, 



172,180,184,186,259,260. 

 

24.  Ziya  Məmmədov,  Z  i  y  a      A  r  z  u  m  a  n      o  ğ  l  u  

(d.1952)  –  dəmiryolçu  mühəndis.  1996–2005-ci  illərdə  Azər-

baycan  Dövlət  Dəmir  Yolunun  rəisi,  2005-ci  ildən  isə  Azər-




 

349 


baycan  Respublikasının  Nəqliyyat  naziridir.  –  22,35–37, 

102,129–131. 

 

25.  Pakistan, P a k i s t a n   İ s l a m   R e s p u b l i k a s ı –     

Cənubi Asiyada dövlət. Sahəsi 796 min km

2

, əhalisi 133,5 mil-



yon  nəfərdir.  Paytaxtı  İslamabad  şəhəridir.  İnzibati  cəhətdən  4 

əyalətə və federal paytaxt ərazisinə bölünür. Dövlət başçısı pre-

zident, qanunverici orqanı ikipalatalı parlamentdir. –24,84. 

 

26. Pərviz Müşərrəf (d.1943) – 2001–2007-ci illərdə Pakis-

tan  Respublikasının  prezidenti,  ordu  generalı.  1988–90  və 

1993–96-cı  illərdə  Pakistanın  Baş naziri,  1998-ci  ildə  Baş    qə-

rargah  rəisi  olmuş,  1999-cu  ildə  hərbi  çevriliş  nəticəsində  

hakimiyyətə gəlmişdir. – 24,84. 

 

27.  Şeyxülislam  Hacı  Allahşükür  Paşazadə, A l l a h - 

ş ü k ü r  H ü m m ə t  o ğ l u (d.1949) – 1980-ci ildən Qafqaz 

Müsəlmanları  Ruhani  İdarəsinin,  1990-cı  ildən  Qafqaz  Xalq-

ları  Ali  Dini  Şurasının  sədridir.  Azərbaycan  Respublikasının 

«Şöhrət»  və  «İstiqlal»  ordenləri  ilə  təltif  edilmişdir.    – 

25,28,29. 

 

28. Qurani-Şərif,  ə l - Q u r a n – müsəlmanların müqəd-

dəs  kitabı.  Quranı  Allah  Cəbrayıl  vasitəsilə  Məhəmməd  əley-

hüssəlama göndərib. Quran qafiyəli nəsrlə yazılmış 114 surə  və 

6200-dən çox ayədən ibarətdir. «Məkkə surələrinə» (610–622, 

Məkkə,  90  surə)  və  «Mədinə  surələrinə»  (622–632,  Mədinə, 

24 surə) bölünür. – 25,28,30. 

 

29. Qurban bayramı – müsəlman dünyasında ən əziz  bay-

ramlardan  biri.  Qurban  bayramı  zil-hiccə    ayının  10-cu  günü 

başlayır. Müsəlmanlar bu bayramı islamın əsas şərtlərindən biri 

–  həcc  mərasimlərinin  yerinə  yetirilməsi  və  böyük  Allahın 

bəndələrinin günahlarının bağışlanması günü kimi qeyd edirlər. 

– 26,28. 

 



 350 

30.  Bibiheybət  ziyarətgahı  –  Bakının  Şıx  ərazisində  türbə. 

Rəvayətə  görə,  türbədə  şiələrin  yeddinci  imamı  Museyi-Kazı-

mın qızı Hökumə və onun Heybət adlı nökəri dəfn olunmuşdur. 

«Bibiheybət» adının da buradan yarandığı güman edilir. Başqa 

rəvayətə  görə,  səkkizinci  imam  Rzanın  qızı  və  bacısı  Bakı 

yaxınlığında  məskən  salmış,  burada  da  vəfat  etmişlər.  Onların 

dəfn olunduğu yerdə türbə, onun yanında isə 20 metrlik minarəsi 

olan  məscid  tikilmişdi.  Respublikamız  müstəqillik  qazandıqdan 

sonra  prezident  Heydər  Əliyevin  təşəbbüsü  ilə  məscid  yenidən 

tikilmişdir. – 26–28. 

 

31. İmam Museyi-Kazım – şiə məzhəbinə etiqad edənlərin 

yeddinci (744–799) imamı.– 26,28. 

 

32.  Həzrəti  Hökümə,  H  ə  k  i  m  ə    –  imam  Rzanın  bacısı. 

VII  əsrdə  yaşamışdır. Təxminən  1257-ci  ildə  Şirvanşah  Fərrux  

Zal    tərəfindən      Bibiheybətdə  onun  şərəfinə  birinci  türbə 

tikilmişdir. – 26,28. 

 

33.  Hacı  Hikmət  Əlizadə  (d.1954)  –  din  xadimi.  1994-cü 

ildən Bibiheybət məscidinin axundudur. – 27. 

 

34. Təzəpir məscidi – Azərbaycan memarlıq abidəsi.  1905–

14-cü  illərdə  tikilmişdir  (memarı  Zivərbəy  Əhmədbəyov). 

Kvadratplanlı  Təzəpir  məscidinin  Baş  fasadındakı  üçtağlı 

eyvanı, cinahlarındakı minarələr və günbəz aydın və dəbdəbəli 

memarlıq  kompozisiyası  əmələ  gətirir.  Məscidin  böyük  ibadət 

zalı  gunbəzlə  örtülmüşdür.  İbadət  zalının  quruluşu  yerli 

memarluq  konstruksiyaları  ilə  işlənmiş,  günbəzi  saxlayan 

çatmatağ  formalarından  istifadə  olunmuşdur.  Təzəpir  Bakı–

Abşeron dini tikililəri arasında xüsusi yer tutur. – 29–30. 

 

35.  İslam  Universiteti  –  Qafqaz  Müsəlmanları  İdarəsinin 

nəzdində 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında 

yaradılmışdır.  Hazırda  universitetdə  İslamşünaslıq  və  Şəriət 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə