İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə98/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   94   95   96   97   98   99   100   101   ...   121

 

333 


Azərbaycan  bu  yaxınlarda  Dövlət  İnvestisiya  Şirkətini 

yaratmışdır və əminəm ki, o şirkətin imkanları barəsində bu gün 

burada danışılacaqdır. Şirkətin əsas məqsədi ondan ibarətdir ki, 

dövlət  xarici  investisiyaları  cəlb  etmək  üçün  özü  müəyyən 

layihələrdə  səhmdar  kimi  iştirak  edə  bilər,  edir  və  edəcəkdir. 

Beləliklə,  xarici  investorlarda  daha  da  böyük  inam  yaranır. 

Əminəm ki, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin çox gözəl 

və  uğurlu  gələcəyi  olacaqdır.  Ümid  edirəm  ki,  Macarıstan 

şirkətləri  də  Dövlət  İnvestisiya  Şirkəti  ilə  bərabər, 

Azərbaycanda müxtəlif layihələri icra edəcəklər. 

Eyni  zamanda,  dövlət  xətti  ilə  investisiyaların  həcmi  ildən-

ilə artır. Bu il 3,5 milyard dollar həcmində təkcə dövlət xətti ilə 

və  ilk  növbədə,  infrastruktur  layihələrinə  və  ölkənin  inkişafı 

üçün zəruri olan bütün istiqamətlərə investisiyalar qoyulacaqdır. 

Mən  fürsətdən  istifadə  edərək,  Macarıstan  şirkətlərini 

Azərbaycanda  dövlət  xətti  ilə  həyata  keçiriləcək  investisiya 

layihələrində iştirak etməyə dəvət edirəm. 

Onu  da  demək  istəyirəm  ki,  artıq  Azərbaycan  şirkətləri  də 

xaricə  investisiyalar  qoyur.  Bu  investisiyalar  artıq  milyard 

dollarla ölçülür. Əlbəttə ki, bizim üçün maraq doğuran sahələr 

müxtəlifdir. İlk növbədə, bizə dost, yaxın olan ölkələrə sərmayə 

qoymağı  nəzərdə  tutmuşuq  və  öz  şirkətlərimizi  bu  istiqamətə 

yönəldirik.  Əminəm  ki,  biznes-forum  qarşılıqlı  investisiyaların 

qoyuluşu işinə güclü təkan verəcəkdir. 

Bu  fürsətdən  istifadə  edib,  mənə  və  nümayəndə  heyətinə 

göstərdiyi  qonaqpərvərliyə  görə  cənab  prezidentə  bir  daha  öz 

minnətdarlığımı  bildirmək  istəyirəm.  Əminəm  ki,  bu  səfər  və 

onun  nəticələri  iki  ölkə  arasında  olan  dostluq  əlaqələrini 

əhəmiyyətli dərəcədə möhkəmləndirəcəkdir. 

Təşəkkür edirəm. 

 

 

 



 

 



 334 

* * * 


 

Sonra  forum  öz  işini  davam  etdirdi.  Azərbaycanın  İqtisadi 

İnkişaf  naziri  Heydər  Babayev  iki  ölkə  arasında  olan  iqtisadi 

əlaqələrdən,  AZPROMO-nun  prezidenti  Emil  Məcidov  isə 

Azərbaycanda  Macarıstan  sərmayələri  üçün  perspektivlərdən 

danışdılar.  Anar  Axundov  rəhbərlik  etdiyi  Azərbaycan  İnvesti-

siya Şirkətinin təqdimatını etdi. 

Forum  çərçivəsində  iş  adamları  arasında  bir  sıra  ikitərəfli 

görüşlər  keçirildi,  Azərbaycanın  «NJT-2000»  və  Macarıstanın 

«Borsod Chem» şirkətləri arasında 14 milyon dollarlıq xammal 

alınması barədə memorandum imzalandı. 

 

 



 

 

 



 


 

335 


 

 

 

«MACARISTAN QƏHRƏMANLARI» 

MEMORİALINDA ƏKLİLQOYMA MƏRASİMİ 

 

Budapeşt 



 

19 fevral 2008-ci il 

 

Fevralın  19-da  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham  Əliyev  Budapeştin  mərkəzində  yerləşən  «Macarıstan 

qəhrəmanları» memorialına əklil qoymuşdur. 

Memorialın  yerləşdiyi  meydan  XIX  əsrin  sonlarında,  indiki 

parlament  binasının  tikildiyi  vaxt  salınmışdır.  Macarıstanın 

azadlığı,  ərazi  bütövlüyü,  suverenliyi  uğrunda  mübarizə  apar-

mış bütün milli qəhrəmanların burada heykəlləri qoyulmuşdur. 

Bu meydan həm də ölkənin azadlıq rəmzi kimi qəbul olunur. 

Azərbaycanın və Macarıstanın dövlət bayraqlarının asıldığı 

meydanda dövlətimizin başçısının şərəfinə Fəxri qarovul dəstəsi 

düzülmüşdü. 

Fəxri  qarovul  dəstəsinin  rəisi  Azərbaycan  prezidenti  İlham 

Əliyevə raport verdi. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  meydanda  ucaldılmış 

abidə kompleksinin önünə əklil qoydu. 

 

 

 

 

 

 

 

 

 


 336 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 

MACARISTANIN BAŞ NAZİRİ  

FERENTS DYURÇAN İLƏ GÖRÜŞÜ 

 

Budapeşt, parlament binası 

 

19 fevral 2008-ci il 

 

Fevralın  19-da  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham Əliyev Macarıstan parlamentinə gəlmişdir. 

Azərbaycan prezidenti İlham Əliyevi və xanımı Mehriban 

Əliyevanı Macarıstanın Baş naziri Ferents Dyurçan və xanımı 

Klara  Dobrev  binanın  önündə  böyük  hörmət  və  ehtiramla 

qarşıladılar. 

Parlamentin binasında prezident İlham Əliyev ilə Baş nazir 

Ferents Dyurçan arasında görüş oldu. 

Baş  nazir  iqtisadi  əlaqələrin  müxtəlif  sahələrinin  müəy-

yənləşdirilməsi  və  inkişafı  baxımından  görüşün  əhəmiyyətini 

vurğuladı. O, prezident İlham Əliyev ilə ötən ay Davosda Dünya 

İqtisadi  Forumu  çərçivəsində  görüşünü  xatırlatdı  və  dedi  ki,  biz 

energetika,  qeyri-neft  sektoru  və  humanitar,  yəni  elm,  təhsil, 

mədəniyyət  sahələrində  Azərbaycanla  əməkdaşlığa  maraqlıyıq. 

Macarıstan Azərbaycana regionda etibarlı tərəfdaş kimi baxır. 

Görüşdə  həm  ikitərəfli  baxımdan,  həm  də  Avropa  struk-

turları  çərçivəsində  elm,  təhsil  və  mədəniyyət  sahələrində 

əməkdaşlığın vacibliyi vurğulandı və gələcəkdə əlaqələrin daha 

da genişləndiriləcəyi bildirildi. 

Prezident  İlham  Əliyev  Macarıstanla  iqtisadi  əlaqələrin  yaxşı 

perspektivləri  olduğunu  vurğuladı,  Azərbaycan–Macarıstan  biz-

nes-forumunun  əhəmiyyətindən  danışdı.  Qarşılıqlı  investisiya  qo-

yuluşu  imkanlarına  toxunan  dövlətimizin  başçısı  Azərbaycanda 

gedən iqtisadi inkişaf proseslərindən bəhs etdi, ölkəmizin Asiya ilə 

Avropa arasında körpü rolunu oynadığını, bunun həm də regional 

baxımdan çox əhəmiyyətli olduğunu bildirdi. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə