İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə106/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   102   103   104   105   106   107   108   109   ...   121

 360 

illərdə Özbəkistan KP MK-nın Birinci katibi olmuşdur. 1990-cı 

ildən Özbəkistan Respublikasının prezidentidir. – 63. 

 

76.  Əbülfəs  Qarayev,  Ə  b  ü  l  f  ə  s      M  ü  r  s  ə  l      o  ğ  l  u  

(d.1956)  –  fəlsəfə  doktoru.  1994-cü  ildən  2006-cı  ilədək 

Azərbaycan  Respublikası    Gənclər,  İdman  və  Turizm  naziri, 

2006-cı  ildən  Mədəniyyət və  Turizm  naziridir.  Gənclər,  İdman 

və Turizm naziri işlədiyi vaxtda respublikada idmanın və bədən 

tərbiyəsinin  inkişafına  ciddi  fikir  verilmiş,  çoxlu  idman 

meydançaları və olimpiya kompleksləri tikilmiş, mədəniyyət və 

turizm sahəsində xeyli təqdirəlayiq işlər görülmüşdür. – 64,65. 

 

77. Toğrul Nərimanbəyov, T o ğ r u l   F ə r m a n   o ğ l u 

(d.1930–2013)  –  rəssam.  Azərbaycan  və  SSRİ  Xalq  rəssamı. 

Məişət, portret, mənzərə və natürmort janrlarında, monemental 

boyakarlıq,  illüstrasiya  və  teatr  rəssamlığı  sahəsində  fəaliyyət 

göstərmişdir.  Yaradıcılığında  monumental  boyakarlıq  mühüm 

yer  tutur.  «Qobustan  kölgələri»  (F.Qarayev),  «Yeddi  gözəl» 

(Q.Qarayev),  «Min  bir  gecə»  (F.Əmirov)  baletlərinə  verdiyi 

bədii  tərtibat  Azərbaycan  teatr  rəsamlığının  qiymətli 

nümunələrindəndir.  Azərbaycan  və  SSRİ  Dövlət  mükafatları 

laureatıdır. – 65. 

 

78.  Ploşko  Uosif  Kasperoviç  (1866–1930)  –  memar.  Mil-

liyyətcə  polyakdır.  1897-ci  ildə  Bakıya  gəlmiş,  burada  bir  sıra 

yaşayış  binalarının    layihəsini  vermişdir.  Ploşkonun  ən  məşhur 

işləri  Bakıda  fransız  qotikası  ruhunda  tikilmiş  M.Muxtarovun 

sarayı  (indiki  Səadət  sarayı,  1911–12)  və  Venesiya  qotikası 

uslubunda  inşa  edilən  «İsmailiyyə»  (indiki  Azərbaycan  Milli 

Elmlər  Akademiyası  Rəyasət  Heyətinin  binası,  1908–13) 

binasıdır. – 65. 

 

79. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – XX əsrin 

20-ci  illərində  yaranmış  Azərbaycan  teatrı.  1936-cı  ildən  Azər-

baycan  Dövlət  Gənc  Tamaşaçılar  Teatrı  adlanır.  Ötən  müddət 




 

361 


ərzində  teatrda  513  yeni  tamaşa  hazırlanmış,  33505  tamaşa 

göstərilmişdir. – 65. 

 

80.  Azərbaycan  Dövlət  Filarmoniyası  –  respublikanın  ən 

böyük musiqi təşkilatı. Azərbaycanda Filarmoniya 1936-cı ildə 

təşkil  olunmuşdur  (həmin  ildən  də  M.Maqomayevin  adını 

daşıyır).  Filarmoniyanın  nəzdində  Simfonik  orkestr,  Mahnı  və 

rəqs  ansamblı,  Rəqs  ansamblı,  Xor  kapellası,  Simli  kvartet 

fəaliyyət göstərir. – 65. 



81. Polşa, P o l ş a   R e s p u b l i k a s ı – Mərkəzi Avro-

pada  dövlət.  Sahəsi  312,  7  min  km

2

,  əhalisi  38,  7  milyon  nə-



fərdir.  İnzibati cəhətdən  49  voyevodalığa  bölünür. Ali  və  ye-

ganə qanunverici orqanı ikipalatalı Seymdir. Paytaxtı Varşava 

şəhəridir. – 65,67,209. 

 

82. Çingiz Hüseynzadə, Ç i n g i z   M u x t a r   o ğ l u  

(d.1951)  –  şərqşünas.  Azərbaycan  Atletika  Federasiyasının 

prezidenti. 1997-ci  ildən Azərbaycan  Milli  Olimpiya  Komitə-

sinin  vitse-prezidenti.  Azərbaycan  Respublikasının  «Şöhrət» 

ordeni ilə təltif edilmişdir. – 69,78. 

 

83. Beynəlxalq Olimpiya Komitəsi (BOK) – muasir olim-

piya  hərəkatının  daim  fəaliyyət  göstərən  ali  orqanı.  Pyer  de 

Kubertenin təşəbbüsü ilə yaradılmışdır. 1997-ci ildə BOK-un tərki-

bində 200 üzv (70-dən artıq ölkədən) var idi. BOK-u 200-ə yaxın 

Milli  olimpiya  komitəsi  tanıyır.  Mənzil-qərargahı  Lozannadadır 

(İsveçrə). – 69,75,147,249–250. 

 

84. Pekin – Çinin paytaxtı (1949-cu ildən). Ölkənin siyasi, 

iqtisadi,  elm  və  mədəniyyət  mərkəzi.  Əhalisinin  sayına  görə 

ölkənin  ikinci  (Şanxaydan  sonra)  şəhəri,  Böyük  Çin  düzən-

liyində,  Yundinxe  çayı  hövzəsindədir.  Sahəsi  17,8  min  km

2



əhalisi 19, 7 milyon nəfərdir. 

Pekin haqqında ilk məlumat e.ə. ikinci minilliyə aid edilir. 

Pekin Çinin ən iri sənaye mərkəzlərindəndir. –  69,76. 

 



 362 

85.  Olimpiya  oyunları  –  Qədim  Yunanıstanda  Olimpiya 

şəhərində e.ə.776-cı ildən Zevsin şərəfinə (ənənəyə görə 4 ildən 

bir)  keçirilən  ümumyunan  bayramı  və  yarışları.  Olimpiya 

oyunlarının  keçirildiyi  müddətdə  bütün  yunanlar  üçün  «Mü-

qəddəs sülh»  məcburi idi. 

Müasir  dövrdə  ən  böyük  beynəlxalq  kompleks  idman 

yarışları.  P.de  Kubertenin təşəbbüsü ilə  1896-cı  ildən  keçirilir. 

Olimpiya  oyunları  proqramına  Beynəlxalq  Olimpiya  Ko-

mitəsinin təsdiq etdiyi idman növləri daxil edilə bilər. – 69. 

86. Sidney – Avstraliyada şəhər. Yeni  Cənubi Uels ştatının 

inzibati mərkəzi. Əsası 1788-ci ildə  qoyulmuşdur. –76. 

 

87. Vüqar Həşimov, V ü q a r   Q a s ı m  o ğ l u (1986–2014) – 

Azərbaycan  şahmatçısı,  qrossmeyster  (2002),  şahmat  üzrə  üçqat 

Azərbaycan 

çempionu 

(1995,1996,1998). 

2009-cu 


ildə 

Azərbaycan  yığmasının  heyətində  Avropa  çempionu,  İtaliyada 

müntəzəm olaraq keçirilən Recco–Emiliya şahmat turnirinin qalibi 

olmuşdur. – 78. 

 

88. Elnur Məmmədli (d.1986) – 2006-cı ildə cüdo üzrə Av-

ropa  çempionu,  2007-ci  ildə  dünya  çempionatının  gümüş  mü-

kafatçısı,  2008-ci  il  Pekin  olimpiya  oyunlarında  isə  73  kq  çəki 

dərəcəsində olimpiya çempionu olmuşdur. – 78. 

 

89. Zərifə Salahova, Z ə r i f ə   T e y m u r   q ı z ı (d.1932) – 

ictimai  xadim.  Miniatür  kitab  muzeyinin  təsisçisi  və  rəhbəri. 

Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 

78. 


 

90.  Azad    Rəhimov,    A  z  a  d    A  r  i  f      o  ğ  l  u    (d.1964)  – 

2006-cı  ildən  Azərbaycan  Respublikası  Gənclər  və  İdman  na-

ziridir. – 79. 

 

91. Böyük  Britaniya, B ö y ü k  B r i t a n i y a  v ə  Ş i- m 

a l i   İ r l a n d i y a   B i r l ə ş m i ş   K r a l l ı ğ ı   – Qərbi 

Avropada  dövlət.  B.Britaniya  adası,  İrlandiya  adasının  şimal-

şərq hissəsi, Anqlsi, Uayt, Normand, Orkney, Hebrid, Şetlend 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə