İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə105/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   101   102   103   104   105   106   107   108   ...   121

 

357 


 

59.  Cavid  Qurbanov,  C  a  v  i  d      Q  ə  n  b  ə  r      o  ğ  l  u  

(d.1958)  –  mühəndis.  2007-ci  ildən  «Azəryolservis»  Açıq 

Səhmdar  Cəmiyyətinin,  2015-ci  ildən  «Azərbaycan  Dəmir 

Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri, Texnika elmləri 

üzrə  fəlsəfə  doktoru.  2005-ci  ildən  Azərbaycan  Respublikası 

Milli Məclisinin deputatıdır. Yeni Azərbaycan Partiyasının üz-

vüdür.  

Milli  Məclisin  Təbii  Ehtiyatlar,  Energetika  və  Ekologiya 

məsələləri daimi Komitəsinin üzvüdür. – 37,130. 

 

60. Rövnəq Abdullayev, R ö v n ə q   İ b r a h i m   o ğ l u 

(1965)  –  mühəndis.  2003-cü  ildən  Heydər  Əliyev  adına  Bakı 

Neft  Emalı  zavodunun  direktoru,  2005-ci  ildən  Azərbaycan 

Dövlət Neft Şirkətinin prezidentidir. 

Rövnəq  Abdullayev  Azərbaycan  Respublikası  Milli  Məcli-

sinin deputatıdır. – 38,142,143. 

 

61. Şuşa – Azərbaycan Respublikasında şəhər. Elmi ədəbiy-

yatda  Şuşanın  əsasının  1750-ci  illərin  əvvəllərində  Qarabağ 

xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulması göstərilsə də, 

tədqiqatlar  Şuşanın  qədim  yaşayış  məntəqəsi  olduğunu  qeyd 

edirlər.  Qarabağ  xanlığının  mərkəzi  olan  Şuşa  bir  müddət 

Pənahəli xanın adı ilə Pənahabad adlanmışdır.  

Şuşa 1813-cü il Gülüstan müqaviləsinə əsasən Qarabağ xan-

lığı  tərkibində  Rusiyaya  birləşdirildi.  1920-ci  ilin  martında  er-

məni  daşnaklarının  Qarabağda  törətdikləri  qırğın  nəticəsində 

Şuşanın  bir  hissəsi  tamamilə  yandırıldı  və  minlərlə  günahsız 

insan qətlə  yetirildi. Lakin iyun ayının əvvəlində müsavatçılar 

və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas 

etdi.  1923-cü  il    Azərbaycan  MİK-nin  dekretinə  əsasən  Dağlıq 

Qarabağ  Muxtar  Vilayəti  təşkil  olunduqda  Şuşa  muxtar 

vilayətin tərkibinə daxil edildi. 

1992-ci  ildə  erməni  işğalçıları  Şuşanı  işğal  etdilər.  Hazırda 

Şuşa yadellilərin tapdağı altındadır. – 55–56,125,164,183.   

 



 358 

62.  Şuşa  Mədəni-Maarif  Texnikumu  –  hazırda  (2010-cu 

ildən) Şuşa Humanitar Kollejidir. – 55–56. 

 

63.  Misir  Ərəb  Respublikası  –  Afrikanın  şimal-şərqində 

və  Asiyanın  Sinay  yarımadasında  dövlət.  Sahəsi  1001,4  min 

km

2

,  əhalisi  61  milyon  nəfərdir.  Dövlət  başçısı  prezident,  qa-



nunverici  orqanı  birpalatalı  Xalq  Məclisidir.  Paytaxtı  Qahirə 

şəhəridir. – 57. 

 

64.  İsgəndəriyyə  kitabxanası  –  qədim  dövrün  ən  məşhur 

kitabxanası.  E.ə.  III  əsrin əvvəllərində  İsgəndəriyyə  museyonu 

nəzdində  yaradılmışdı.  İsgəndəriyyə  kitabxanasına  görkəmli 

alimlər – Eratosfen, Zenodot, Kallimax və başqaları başçılıq et-

mişlər. Fondunda 100 mindən 700 minədək cild kitab olmuşdur. 

İsgəndəriyyə  müharibəsi  dövründə  (e.ə.47-ci  il)  İsgəndəriyyə 

kitabxanası  yanmış,  sonradan  yenə  bərpa  edilmişdir.  Eramızın 

391-ci  ilində  İsgəndəriyyə  kitabxanasının  bir  hissəsini  fanatik 

xristianlar  dağıtmış,  ərəblərin  hakimiyyəti  dövründə  (VII–VIII 

əsr) kitabxana tamamilə məhv edilmişdir. – 57. 

 

65.  İordaniya,  İ o r d a n i y a   H a ş i m i l ə r   K r a l -l 

ı ğ ı – Qərbi Asiyada dövlət. Sahəsi 89,4 min km

2

, əhalisi 6,5 



milyon  nəfərdir.  İnzibati  ərazisi  8  əyalətə  bölünür.  Dövlət 

başçısı  kral,  qanunverici  orqanı  ikipalatalı  parlamentdir.  Pay-

taxtı Ammandır. – 58. 

 

66. II Abdullah, A b d u l l a h   b i n   H ü s e y n (d.1962) – 

1999-cu ildən İordaniyanın kralıdır. – 58. 

 

67.  Sudan,  S  u  d  a  n      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Şimal–Şərqi 

Afrikada dövlət. Sahəsi 2,5 milyon km

2

, əhalisi 31 milyon nəfərdir. 



İnzibati  ərazisi  9  ştata  bölünür.  Dövlət  başçısı  prezident, 

qanunverici  orqanı  (parlament)  Ali  Milli  Şuradır.  Paytaxtı 

Xartumdur. – 59. 

 



 

359 


68.  Ömər  Həsən  əl-Bəşir  (d.1944)  –  Sudan  hərbi  və  dövlət 

xadimi,  prezident.  1989-cu  ildə  hərbi  çevrilişdən  sonra  hakimiy-

yətə gəlmişdir. – 59. 

 

69Kuba, K u b a   R e s p u b l i k a s ı – Amerikada, Vest-

Hinddə dövlət. Sahəsi 110,9 min km

2

, əhalisi 11,1 milyon nəfərdir. 



Paytaxtı  Havana  şəhəridir.  Dövlətin  ali  orqanı  birpalatalı    Milli 

Assambleyadır. Dövlətin və hökumətin başçısı – Dövlət Şurasının 

sədridir. – 60. 

 

70. Fidel Kastro, K a s t r o   R u s (d.1926) – 1960–2008-ci 

illərdə  Kuba  Respublikası  Dövlət  Şurası  və  Nazirlər  Sovetinin 

sədri,  1965–2011-ci  illərdə  Kuba  KP  MK-nın  Birinci  katibi  və 

Kuba  Silahlı  Qüvvələrinin  Baş  komandanı.  1953-cü  ildə  Batista 

diktaturasına qarşı silahlı üsyana başçılıq etmişdir. – 60. 

 

71.  Li  Men  Bak  (d.1941)  –  2008–2013-cü  illərdə  Koreya 

Respublikasının prezidenti olmuşdur. – 61. 

 

72.  Sloveniya,  S  l  o  v  e  n  i  y  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı  – 

Avropada  dövlət.  Sahəsi  20,3  min  km

2

,  əhalisi  1,96  milyon 



nəfərdir.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  ikipalatalı 

(Dövlət  Şurası  və  Dövlət  Məclisi)  parlamentdir.  Paytaxtı 

Lyublyanadır. – 62. 

 

73.  Danilo  Tyurk  (d.1952)  –  Sloveniya  hüquqşünası,  Bey-

nəlxalq  hüquq  üzrə  mütəxəssis,  diplomat.  2007–2012-ci  illərdə 

Sloveniyanın prezidenti olmuşdur. – 62. 

 

74. Özbəkistan,  Ö z b ə k i s t a n   R e s p u b l i k a s ı – Orta 

Asiyanın mərkəzində dövlət. Sahəsi 447,4 min km

2

, əhalisi 23,3 



milyon  nəfərdir.  Özbəkistanın  tərkibinə  Qarakalpak  Muxtar 

Respublikası və 12 vilayət daxildir. Dövlətin başçısı prezident, 

qanunverici orqanı  Məclisdir. Paytaxtı Daşkənd səhəridir. – 63. 

 

75.  İslam  Kərimov,  İ  s  l  a  m      Ə  b  d  u  q  ə  n  i    o  ğ  l  u 

(d.1938)  –  Özbəkistanın  siyasi  və  dövlət  xadimi.  1989–90-cı 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə