İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə108/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   104   105   106   107   108   109   110   111   ...   121

 366 

Cənub-qərbdə  İranla  həmsərhəddir.  Sahəsi  1821  km

2

,  əhalisi 



121,9 min nəfərdir. – 93. 

 

106.  Yevlax  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1935-ci  ildə  təşkil  edilmişdir.  1963-cü  ildə    ləğv  edilərək  ərazisi 

Ağdaş,  Bərdə,  Goranboy  rayonlarına  verilmiş,  1965-ci  ildə  ye-

nidən  müstəqil  rayon  olmuşdur.  Sahəsi  1555  km

2

,  əhalisi  123,5 



min nəfərdir. – 93. 

107. Şəki – (1968-ci ilədək Nuxa rayonu) – Azərbaycan Res-

publikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü 

ildə  ləğv  edilərək  ərazisi  Oğuz  rayonuna  verilmiş,  1965-ci  ildə 

yenidən  mustəqil  rayon  olmuşdur.  Sahəsi  2,43  min  km

2

,  əhalisi 



179,1  min nəfərdir. – 93. 

 

108.  Şəmkir rayonu (1930–91-ci illərdə Şamxor rayonu) – 

Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil 

edilmişdir.  Kiçik  Qafqazın  şimal-şərq  yamacında,  Gəncə–Qazax 

düzənliyində  və  Acınohur  öndağlığında  yerləşir.  Sahəsi  1656,8 

km

2



, əhalisi 203,9 min nəfərdir. – 93. 

 

109.  Qazax  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  2202  km

2

,  əhalisi  92,7 



min nəfərdir. – 93. 

 

110. Ağdam – Azərbaycan Respublikasında inzibati rayon.  

1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1094 km

2

, əhalisi 188, 4 



min nəfər. 1993-cü ildə Ağdam şəhəri və əksər kəndləri ermə-

ni qəsbkarları tərəfindən işğal edilmişdir. – 93, 155–169,172–

176. 

 

111.  Ağcabədi  –  Azərbaycan  Respublikasında  inzibati 



rayon.  1930-cu  ildə  təşkil  edilmişdir.  1963-cü  ildə  ləğv  edilib, 

ərazisi Ağdam rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil 

rayon olmuşdur. Sahəsi 1756 km

2

, əhalisi 110,4 min nəfərdir. –



93,138,159,170–187. 

 



 

367 


112. Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)–BMT-yə məx-

sus  beynəlxalq  dövlətlərarası  təşkilat.  1946-cı  ildə  yaradılmışdır. 

Cenevrədə  fəaliyyət  göstərir.  Nizamnaməsinə  görə  vəzifəsi  ən 

təhlükəli xəstəliklərlə mübarizə, beynəlxalq sanitariya qaydalarının 

hazırlanması və s. – 93,216. 

 

113. Səfər Əbiyev, S ə f ə r  A x u n d b a l a o ğ l u (d.1950) – 

general-polkovnik.  1995–2013-cü  illərdə  Azərbaycan  Respub-

likasının Müdafiə naziri olmuşdir. – 95,168. 



114. «Azenko» – Azərbaycanda tikinti şirkəti. 2006-cı ildən 

fəaliyyətə başlamışdır. «Azenko Holdinq»in tərkibinə beş tikinti 

şirkəti daxildir. Yarandığı vaxtdan «Azenko» hotel binalarının, 

hündür  mərtəbəli  evlərin,  biznes  mərkəzlərinin  tikinti  işləri  ilə 

məşğul olur. – 95. 

 

115.  Fars  körfəzi  –  Cənub-qərbi  Asiyada  Hind  okeanı 

sahillərində  (BƏƏ,  Qətər,  Səudiyyə  Ərəbistanı,  Küveyt,  İraq, 

İran)  körfəz.  Sahəsi  240  km

2

,  uzunluğu  926  km,  eni  320  metrə 



yaxın, dərinliyi 115 metrə yaxındır.  – 96. 

 

116.  Əbu-Dabi  –  Birləşmiş  Ərəb  Əmirliyində,  ölkənin 

mərkəzində  Fars  körfəzi  sahilində  əmirlik.  Sahəsi  67  min  km

2



əhalisi 1,5 milyon nəfərdir. – 96.  

 

117.  Əmman  –  İordaniyanın  paytaxtı  (1946).  Tarixi 

memarlıq  və  arxeoloji  abidələrlə  zəngin  bir  şəhərdir.  Ölkənin 

turizm mərkəzidir. Əhalisi 2,8 milyon nəfərdir. – 96. 

 

118.  Akaba  –  Cənubi  İordaniyada,  Akaba  körfəzi  (Qırmızı 

dənizdə) sahilində port-şəhər. Əhalisi 40 min nəfərdir. – 96.  

 

119.  Naxçıvan  Muxtar  Respublikası  (1920–23-cü  illərdə 

Naxçıvan  Sovet  Sosialist  Respublikası,  1923–24-cü  illərdə  Nax-

çıvan Muxtar Diyarı, 1924–90-cı illərdə Naxçıvan  Muxtar Sovet 

Sosialist  Respublikası,  1990-cı  ildən  Naxçıvan  Muxtar  Respub-

likası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. 



 368 

Muxtar  respublikanın  sahəsi  5,5  min  km

2

,  əhalisi    435,3  min 



nəfərdir.  Hazırda  7  inzibati    rayonu  (  Babək,  Culfa,  Ordubad, 

Sədərək, Şahbuz,  Şərur, Kəngərli),  4 şəhəri (Naxçıvan, Ordubad, 

Culfa, Şərur), 9 qəsəbəsi, 160 kəndi var. – 99. 

 

120. Zərifə xanım,  Z ə r i f ə   Ə z i z  q ı z ı (1923–1985) – 

görkəmli  Azərbaycan  oftalmoloqu.  Tibb  elmləri  doktoru, 

professor,  Azərbaycan  Milli  EA-nın  akademiki,  Rusiya  Tibb 

EA-nın  akademiki,  Azərbaycan  Respublikasının  Əməkdar  elm 

xadimi.  Görkəmli siyasi  və  dövlət  xadimi  Əziz  Əliyevin  qızı, 

ulu  öndər  Heydər  Əliyevin  həyat  yoldaşı,  prezident  İlham 

Əliyevin anasıdır. Zərifə xanımın Azərbaycanda oftalmologiya 

elminin inkişafında  müstəsna  xidmətləri  var.  O,  vaxtilə  Azər-

baycanda  geniş  yayılmış  traxomanın,  dünya  təcrübəsində 

birincilər  sırasında  peşə,  xüsusilə  kimya  və  elektron  sənaye-

lərində  peşə  fəaliyyəti  ilə  bağlı  göz  xəstəliklərinin  öyrənil-

məsi,  profilaktikası  və  müalicəsinə,  habelə  oftalmologiyanın 

müasir  problemlərinə  dair  bir  çox  sanballı  tədqiqatların 

müəllifidir.  Həmçinin  yüksək  ixtisaslı  səhiyyə  kadrları  hazır-

lanmasına  böyük  əmək  sərf  etmişdir.  O,  Ümumittifaq  Oftal-

moloqlar  Cəmiyyəti  Rəyasət  Heyətinin,  Sovet  Sülhü  Müdafiə 

Komitəsinin,  Azərbaycan  Oftalmologiya  Cəmiyyəti  İdarə  He-

yətinin, «Vestnik oftalmologii» (Moskva) jurnalı redaksiya he-

yətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə SSRİ 

Tibb  EA-nın  M.İ.Averbax  adına  mükafatına  layiq  görül-

müşdür. –  111–112. 

 

121.  Aktau  (1964–91-ci  illərdə  Şevçenko)  –  Qazaxıstanın 

qərbində  şəhər.  Manqışlaq  vilayətindədir.  Əhalisi  153,1  min 

nəfərdir.      Xəzər  dənizində  port,  neft-qaz  hasilatı  rayonunun 

mərkəzi. – 111. 

 

122. Türkmənbaşı – Türkmənistanda Xəzər dənizi sahilində 

port-şəhər.  Əsası  1869-cu  ildə  qoyulmuşdur.  1933-cü  ildə  adı 

Qızılsu, 1993-cü ilə qədər isə Krasnovodsk olmuşdur. – 111. 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə