366
Cənub-qərbdə İranla həmsərhəddir. Sahəsi 1821 km
2
, əhalisi
121,9 min nəfərdir. – 93.
106. Yevlax – Azərbaycan Respublikasında inzibati rayon.
1935-ci ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi
Ağdaş, Bərdə, Goranboy rayonlarına verilmiş, 1965-ci ildə ye-
nidən müstəqil rayon olmuşdur. Sahəsi 1555 km
2
, əhalisi 123,5
min nəfərdir. – 93.
107. Şəki – (1968-ci ilədək Nuxa rayonu) – Azərbaycan Res-
publikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü
ildə ləğv edilərək ərazisi Oğuz rayonuna verilmiş, 1965-ci ildə
yenidən mustəqil rayon olmuşdur. Sahəsi 2,43 min km
2
, əhalisi
179,1 min nəfərdir. – 93.
108. Şəmkir rayonu (1930–91-ci illərdə Şamxor rayonu) –
Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil
edilmişdir. Kiçik Qafqazın şimal-şərq yamacında, Gəncə–Qazax
düzənliyində və Acınohur öndağlığında yerləşir. Sahəsi 1656,8
km
2
, əhalisi 203,9 min nəfərdir. – 93.
109. Qazax – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 2202 km
2
, əhalisi 92,7
min nəfərdir. – 93.
110. Ağdam – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1094 km
2
, əhalisi 188, 4
min nəfər. 1993-cü ildə Ağdam şəhəri və əksər kəndləri ermə-
ni qəsbkarları tərəfindən işğal edilmişdir. – 93, 155–169,172–
176.
111. Ağcabədi – Azərbaycan Respublikasında inzibati
rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilib,
ərazisi Ağdam rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil
rayon olmuşdur. Sahəsi 1756 km
2
, əhalisi 110,4 min nəfərdir. –
93,138,159,170–187.
367
112. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)–BMT-yə məx-
sus beynəlxalq dövlətlərarası təşkilat. 1946-cı ildə yaradılmışdır.
Cenevrədə fəaliyyət göstərir. Nizamnaməsinə görə vəzifəsi ən
təhlükəli xəstəliklərlə mübarizə, beynəlxalq sanitariya qaydalarının
hazırlanması və s. – 93,216.
113. Səfər Əbiyev, S ə f ə r A x u n d b a l a o ğ l u (d.1950) –
general-polkovnik. 1995–2013-cü illərdə Azərbaycan Respub-
likasının Müdafiə naziri olmuşdir. – 95,168.
114. «Azenko» – Azərbaycanda tikinti şirkəti. 2006-cı ildən
fəaliyyətə başlamışdır. «Azenko Holdinq»in tərkibinə beş tikinti
şirkəti daxildir. Yarandığı vaxtdan «Azenko» hotel binalarının,
hündür mərtəbəli evlərin, biznes mərkəzlərinin tikinti işləri ilə
məşğul olur. – 95.
115. Fars körfəzi – Cənub-qərbi Asiyada Hind okeanı
sahillərində (BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, İraq,
İran) körfəz. Sahəsi 240 km
2
, uzunluğu 926 km, eni 320 metrə
yaxın, dərinliyi 115 metrə yaxındır. – 96.
116. Əbu-Dabi – Birləşmiş Ərəb Əmirliyində, ölkənin
mərkəzində Fars körfəzi sahilində əmirlik. Sahəsi 67 min km
2
,
əhalisi 1,5 milyon nəfərdir. – 96.
117. Əmman – İordaniyanın paytaxtı (1946). Tarixi
memarlıq və arxeoloji abidələrlə zəngin bir şəhərdir. Ölkənin
turizm mərkəzidir. Əhalisi 2,8 milyon nəfərdir. – 96.
118. Akaba – Cənubi İordaniyada, Akaba körfəzi (Qırmızı
dənizdə) sahilində port-şəhər. Əhalisi 40 min nəfərdir. – 96.
119. Naxçıvan Muxtar Respublikası (1920–23-cü illərdə
Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Nax-
çıvan Muxtar Diyarı, 1924–90-cı illərdə Naxçıvan Muxtar Sovet
Sosialist Respublikası, 1990-cı ildən Naxçıvan Muxtar Respub-
likası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət.
368
Muxtar respublikanın sahəsi 5,5 min km
2
, əhalisi 435,3 min
nəfərdir. Hazırda 7 inzibati rayonu ( Babək, Culfa, Ordubad,
Sədərək, Şahbuz, Şərur, Kəngərli), 4 şəhəri (Naxçıvan, Ordubad,
Culfa, Şərur), 9 qəsəbəsi, 160 kəndi var. – 99.
120. Zərifə xanım, Z ə r i f ə Ə z i z q ı z ı (1923–1985) –
görkəmli Azərbaycan oftalmoloqu. Tibb elmləri doktoru,
professor, Azərbaycan Milli EA-nın akademiki, Rusiya Tibb
EA-nın akademiki, Azərbaycan Respublikasının Əməkdar elm
xadimi. Görkəmli siyasi və dövlət xadimi Əziz Əliyevin qızı,
ulu öndər Heydər Əliyevin həyat yoldaşı, prezident İlham
Əliyevin anasıdır. Zərifə xanımın Azərbaycanda oftalmologiya
elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azər-
baycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində
birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənaye-
lərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənil-
məsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın
müasir problemlərinə dair bir çox sanballı tədqiqatların
müəllifidir. Həmçinin yüksək ixtisaslı səhiyyə kadrları hazır-
lanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftal-
moloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə
Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə He-
yətinin, «Vestnik oftalmologii» (Moskva) jurnalı redaksiya he-
yətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə SSRİ
Tibb EA-nın M.İ.Averbax adına mükafatına layiq görül-
müşdür. – 111–112.
121. Aktau (1964–91-ci illərdə Şevçenko) – Qazaxıstanın
qərbində şəhər. Manqışlaq vilayətindədir. Əhalisi 153,1 min
nəfərdir. Xəzər dənizində port, neft-qaz hasilatı rayonunun
mərkəzi. – 111.
122. Türkmənbaşı – Türkmənistanda Xəzər dənizi sahilində
port-şəhər. Əsası 1869-cu ildə qoyulmuşdur. 1933-cü ildə adı
Qızılsu, 1993-cü ilə qədər isə Krasnovodsk olmuşdur. – 111.
Dostları ilə paylaş: |