354
Əliyeva həm də Moskvada Heydər Əliyev Fonduna başçılıq
edir. – 38.
44. Oqtay Şirəliyev, O q t a y K a z ı m o ğ l u (d.1950) –
tibb elmləri doktoru, professor. 2005-ci ildən Azərbaycan Res-
publikasının Səhiyyə naziridir. – 38,91.
45. Əli Bayramlı – Azərbaycanda şəhər. Şəhərin adı 1938-ci
ilədək Zubovka, 2010-cu ildən isə şəhər vilayətin tarixi adı ilə
Şirvan adlandırıldı. Şəhərin sahəsi 30 km
2
, əhalisi 81,8 min nə-
fərdir. – 38–52,93.
46. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)
– respublikada neft və qazın kəşfiyyatına, çıxarılmasına və
emal edilməsinə rəhbərlik edən qurum. 1991-ci ildə təşkil
edilmişdir. Şirkət neft və qaz quyularının qazılması və istifa-
dəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra
ölkələrinin iri neft şirkətləri ilə sazişlər, müqavilələr bağ-
lamışdır. – 38,39,122,138,139,142,143,238.
47. Naxçıvan – Azərbaycan Respublikasında şəhər. Naxçıvan
Muxtar Respublikasının paytaxtı. Sahəsi 0,013 min km
2
, əhalisi
89,5 min nəfərdən çoxdur. Naxçıvan Azərbaycanın ən qədim
şəhərlərindəndir. Müasir Naxçıvan qədim, antik və orta əsr
şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir.
Naxçıvan e.ə. IX–VI əsrlərdə qədim Manna və Midiyanın,
eramızın əvvəllərində Albaniyanın, IV əsrdən Sasanilərin tər-
kibində olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal edir-
lər. Naxçıvan Azərbaycan Atabəylər dövlətinin (1136–1225)
paytaxtlarından biri olmuşdur. 1828-ci il Türkmənçay
müqaviləsinə qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz dairə-
sində olub. Məhz bu ildən Naxçıvan Rusiya imperiyasına
birləşdirildi və qəza mərkəzinə çevrildi. Naxçıvan şəhəri
1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil ediləndən
muxtar respublikanın paytaxtı oldu. – 39,138,139,305.
355
48. Azərbaycan Tibb Universiteti – respublikada tibb
mütəxəssisləri hazırlayan ali məktəb. 1919-cu ildə Bakı
universitetinin nəzdində tibb fakültəsi, 1930-ci ildə isə həmin
fakültənin əsasında müstəqil tibb institutu yaradılmışdır.
Universitetin 7 fakültəsi, 75 kafedrası var, 8 minə yaxın tələbə
təhsil alır. – 49,102.
49. Lənkəran – Azərbaycan Respublikasında inzibati ra-
yon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1539 km
2
, əhalisi
218 min nəfərdir. – 39,93,299–306.
50. Etibar Pirverdiyev (d.1964) – 2001-ci ildən «Azərenerji»
ASC-nin prezidenti vəzifəsində çalışır. – 50,98.
51. Sumqayıt – Azərbaycanda şəhər. Bakıdan 35 km şimal-
qərbdə, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 83 km
2
,
əhalisi 329,3 min nəfərdir. Əvvəllər kiçik yaşayış məntəqəsi
olan Sumqayıt 1938-ci ildə Bakı neft sənayesini elektrik enerjisi
ilə təmin edəcək İstilik Elektrik Stansiyasının tikintisi ilə şəhər
tipli qəsəbəyə çevrildi və get-gedə Bakıdan sonra ölkəmizin
ikinci sənaye şəhərinə çevrildi. Sənayesində kimya və
metallurgiya sahələri əsas yet tutur. – 52.
52. Heydər Əliyev Fondu – qeyri-hökumət, qeyri-kom-
mersiya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun və
İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.
Fondun yaradılmasında məqsəd ümummilli lider Heydər
Əliyevin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi
məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, Heydər
Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə
daima aşılamaq olmuşdur.
Fondun prezidenti onun səlahiyyətli qanuni numayəndə-
sidir. Fondun işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir.
Fondun nəzdində Ekspert Şurası, fondun strukturunda bir sıra
qurumlar fəaliyyət göstərir. – 49,222.
356
53. YUNESKO – BMT-nin maarif, elm və mədəniyyət iş-
lərinə baxan hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında
yaradılmış, 1946-cı ildən fəaliyyətə başlamışdır. Ali orqanı iki
ildən bir çağırılan konfransdır. Katibliyi Parisdədir. Azər-
baycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. – 49,220,340.
54. İSESKO – elm, təhsil və mədəniyyət məsələləri üzrə
islam təşkilatı. 1979-cu ildə təşkil edilmişdir. İSESKO-nun
Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyjridir. Azər-
baycan dövləti İSESKO ilə yaxından əməkdaşlıq edir və islam
aləmində mədəniyyət abidələrinin qorunması prinsipini
dəstəkləyir. – 49,220.
55. Avropa Yenidənqurma və İnkişaf Bankı – Qərbi və
Şərqi Avropa, MDB ölkələrini uzunmüddətli kreditlə təchiz
edən regional dövlətlərarası bank. 1990-cı ildə yaradılmışdır.
Londonda yerləşir. Bankın 57 üzvü var. – 35,208.
56. Koreya, K o r e y a R e s p u b l i k a s ı – Şərqi Asi-
yada dövlət. Sahəsi 98,5 min km
2
, əhalisi 45,2 milyon nəfər-
dir. İnzibati ərazisi 9 əyalətə və mərkəzə tabeli 6 şəhərə bölü-
nür. Dövlət başçısı prezident, qanunverici orqanı – birpalatalı
Milli Məclisdir. Paytaxtı Seuldur. – 36,61.
57. Kürdəmir – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1632 km
2
, əhalisi 110,1 min
nəfərdir. – 35–37,93.
58. Şamaxı – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1610 km
2
, əhalisi 98,3 min
nəfərdir.
Paytaxtı Şamaxı şəhəridir. Şamaxı Azərbaycanın qədim şə-
hərlərindəndir. Şamaxı haqqında antik dövr, ərəb, fars, türk, həm-
çinin rus və orta əsr Avropa müəllifləri məlumat vermişlər.
Şamaxının adı ilk dəfə yunan coğrafiyaşünası Ptolemeyin (II əsr)
«Coğrafi təlimnamə» əsərində «Şamaxeya» və ya «Kemaxeya»
kimi çəkilir. Şamaxının salındığı tarix dəqiq məlum deyil. – 36,93.
Dostları ilə paylaş: |