363
adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min
km
2
, əhalisi 61,8 milyon nəfərdir. İnzibati cəhətdən qraflıq-
lara və qraflıq hüququnda olan şəhərlərə bölünür. Böyük
London xüsusi inzibati vahiddir. B.Britaniya parlamentli mo-
narxiyadır. Paytaxtı London şəhəridir. –80,198,203,210,211.
92. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)–
Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin
edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən ali
dövlət elmi təşkilatı. 1945-ci ildə Bakıda təsis edilmişdir. 2001-
ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyası
adlanır. Azərbaycan Milli EA-nın aşağıdakı bölmələri var:
fizika; texnika və riyaziyyat elmləri; kimya elmləri; yer elmləri;
biologiya elmləri; aqrar elmləri; humanitar və ictimai elmlər.
Burada elmin müxtəlif sahələrinə dair aktual problemlər
üzərində tədqiqat işləri aparılır. Hər il onlarla elmi işin nəticəsi
istehsalatda tətbiq olunur. – 80,83.
93. Nailə Vəlixanlı, N a i l ə M ə m m ə d ə l i q ı z ı
(d.1940) – tarixçi-şərqşünas alim. Tarix elmləri doktoru. MEA-nın
həqiqi üzvü. Azərbaycan Tarixi Muzeyinin direktoru. Elmi
əsərlərində Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq
problemləri, regionun Ərəb Xilafəti tərkibində mövqeyi, sosial-
iqtisadi münasibətlər, siyasi-mədəni tarix və tarixi coğrafiya məsə-
lələrinə aydınlıq gətirmişdir. Azərbaycan Respublikasının «Şöh-
rət» ordeni ilə təltif edilmişdir. – 80–83.
94. Hacı Zeynalabdin Tağıyev (1838–1924) – məşhur mes-
senat, maarifpərvər Bakı milyonçusu. Əvvəllər bənna işləmiş
Hacı 1872-ci ildən neftçıxarma işinə kapital qoymuş və sahib-
karlıq fəaliyyətinə başlamışdır. Bakıda «Tağıyev H.Z. lifli
maddələrin emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti»ni,
toxuculuq fabrikini, «Xəzər manufaktura cəmiyyəti»ni, «Ta-
ğıyev balıq sənayesi səhmdar cəmiyyəti»ni, yerli sahibkarlarla
birlikdə Bakı ticarət bankını yaratmış və Bank Şurasının sədri
seçilmişdi.
364
Savadı olmayan Hacı savadsızlığın acısını duymuş və buna
görə də Vətən övladlarının, xüsusilə kasıb oğlan və qızların
təhsil almasına böyük qayğı göstərmişdi. O öz vəsaiti ilə Yaxın
Şərqdə – Bakıda ilk qız gimnaziyası, qadınları işlə təmin etmək
üçün toxuculuq fabriki, Mərdəkanda sənət məktəbi, teatr binası
tikdirir. Qiraətxanalar üçün qəzet və jurnalların pulunu ödəyir,
öz xərcinə Azərbaycan şair və alimlərinin əsərlərini, həmçinin
Azərbaycan dilinə tərcümələri çap etdirir. 1905–11-ci illər İran
məşrutə hərəkatına silah və pulla yardım edir. İranda onlarla
məktəbin açılmasına, məktəb ləvazimatı və zəruri kitablarla
təmin edilməsinə, daxildə və xaricdə oxuyan və maddi təminata
ehtiyacı olanlara daim yardım edirdi. «Kaspi», «Həyat»,
«Füyuzat» kimi qəzet və jurnalların nəşri üçün vəsait ayırmışdı.
Hacı Bakıya «Şollar suyu» kəmərini çəkdirmiş, Mərdəkanda
dən üyüdən elektrik dəyirmanı tikdirmiş və qəsəbənin əhalisini
ilk dəfə elektrik işığı ilə təmin etmişdir. – 80–83.
95. Bənazir Bhutto (1953–2007) – Pakistanın dövlət və si-
yasi xadimi, keçmiş Baş nazir. – 84.
96. Hacıbala Abutalıbov, H a c ı b a l a İ b r a h i m o ğ- l
u (d.1944) – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. Fizika-
riyaziyyat elmləri doktorudur. – 86,128–129,193,307.
97. Çaykovski, P y o t r (1840–1893) – böyük rus bəstəka-
rı. Çaykovski musiqili dramaturgiyada zərif psixoloq, ustad
simfoniyaçıdır. O, musiqidə insanın daxili aləmini açmış,
operada, baletdə, simfoniyada məşhur obrazlar yaratmışdır.
Çaykovskinin «Füsunkar qadın», «Yevgeni Onegin», «Ma-
zepa» «İolanta» operaları, «Yatmış gözəl», «Qu gölü», «Şel-
kunçik» baletləri və bir sıra simfoniyaları onu dünyada məşhur-
laşdırmışdır. – 86.
98. Ştraus İohann (ata), (1804–1849) – görkəmli Avstriya
bəstəkarı, skripkaçı və dirijor. J.Lanner ilə birgə Ştraus yeni vals
növünün – Vyana valsının yaradıcısı sayılır. Ritmik çeviklik,
melodiyanın ifadəliliyi Vyana valsına geniş şöhrət qazan-
365
dırmışdır. Ştrausu «valsın atası» adlandırmışlar. Ştraus 152 valsın
müəllifidir. – 86.
99. Sviridov Georgi (1915–1998) – rus bəstəkarı, pianoçu,
ictimai-musiqi xadimi, klassik rus musiqisinin davamçılarından
biri. SSRİ Xalq artisti, Dövlət və Lenin mükafatları laureatı.
Sviridovun yaradıcılıq fəaliyyəti vokal musiqi sahəsində daha
çox tanınmışdır. – 86.
100. Alim Qasımov, A l i m H ə m z ə o ğ l u (d.1957) –
xanəndə. Azərbaycan Respublikasının Xalq artisti. Muğam
sənətinin, xüsusilə də «tarab» janrının bilicilərindəndir. Alim
Qasımov 1999-cu ildə Beynəlxalq İMC YUNESKO musiqi
mükafatını almışdır. Azərbaycan Respublikasının «Şöhrət»
ordeni ilə təltif edilmişdir. Respublika Dövlət mükafatı
laureatıdır. – 86,220.
101. Gəncə – Azərbaycan Respublikasında şəhər. Sahəsi 107
km
2
, əhalisi 324,7 min nəfərdir. Gəncə Azərbaycanın qədim
şəhərlərindəndir, salındığı tarix dəqiq məlum deyil. Bəzi
müəlliflər Gəncənin Makedoniyalı İsgəndərin dövründə
(e.ə.336–323) salındığını qeyd etmişlər. –93,305.
102. Siyəzən – Azərbaycan Respublikasında inzibati rayon.
1940-cı ildə təşkil edilmişdir. 1959-cu ildə ləğv olunaraq ərazisi
Dəvəçi rayonunun tərkibinə qatılmış, 1992-ci ildə yenidən bərpa
edilmişdir. Sahəsi 703,4 km
2
, əhalisi 39,9 min nəfərdir. – 93.
103. Salyan – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1632 km
2
, əhalisi 95,6 min
nəfərdir. – 93,144.
104. Masallı – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 721 km
2
, əhalisi 211,9 min
nəfərdir. –93.
105. İmişli (1938-ci ilədək Qaradonlu rayonu) – Azərbaycan
Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir.
Dostları ilə paylaş: |