360
illərdə Özbəkistan KP MK-nın Birinci katibi olmuşdur. 1990-cı
ildən Özbəkistan Respublikasının prezidentidir. – 63.
76. Əbülfəs Qarayev, Ə b ü l f ə s M ü r s ə l o ğ l u
(d.1956) – fəlsəfə doktoru. 1994-cü ildən 2006-cı ilədək
Azərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri,
2006-cı ildən Mədəniyyət və Turizm naziridir. Gənclər, İdman
və Turizm naziri işlədiyi vaxtda respublikada idmanın və bədən
tərbiyəsinin inkişafına ciddi fikir verilmiş, çoxlu idman
meydançaları və olimpiya kompleksləri tikilmiş, mədəniyyət və
turizm sahəsində xeyli təqdirəlayiq işlər görülmüşdür. – 64,65.
77. Toğrul Nərimanbəyov, T o ğ r u l F ə r m a n o ğ l u
(d.1930–2013) – rəssam. Azərbaycan və SSRİ Xalq rəssamı.
Məişət, portret, mənzərə və natürmort janrlarında, monemental
boyakarlıq, illüstrasiya və teatr rəssamlığı sahəsində fəaliyyət
göstərmişdir. Yaradıcılığında monumental boyakarlıq mühüm
yer tutur. «Qobustan kölgələri» (F.Qarayev), «Yeddi gözəl»
(Q.Qarayev), «Min bir gecə» (F.Əmirov) baletlərinə verdiyi
bədii tərtibat Azərbaycan teatr rəsamlığının qiymətli
nümunələrindəndir. Azərbaycan və SSRİ Dövlət mükafatları
laureatıdır. – 65.
78. Ploşko Uosif Kasperoviç (1866–1930) – memar. Mil-
liyyətcə polyakdır. 1897-ci ildə Bakıya gəlmiş, burada bir sıra
yaşayış binalarının layihəsini vermişdir. Ploşkonun ən məşhur
işləri Bakıda fransız qotikası ruhunda tikilmiş M.Muxtarovun
sarayı (indiki Səadət sarayı, 1911–12) və Venesiya qotikası
uslubunda inşa edilən «İsmailiyyə» (indiki Azərbaycan Milli
Elmlər Akademiyası Rəyasət Heyətinin binası, 1908–13)
binasıdır. – 65.
79. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – XX əsrin
20-ci illərində yaranmış Azərbaycan teatrı. 1936-cı ildən Azər-
baycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlanır. Ötən müddət
361
ərzində teatrda 513 yeni tamaşa hazırlanmış, 33505 tamaşa
göstərilmişdir. – 65.
80. Azərbaycan Dövlət Filarmoniyası – respublikanın ən
böyük musiqi təşkilatı. Azərbaycanda Filarmoniya 1936-cı ildə
təşkil olunmuşdur (həmin ildən də M.Maqomayevin adını
daşıyır). Filarmoniyanın nəzdində Simfonik orkestr, Mahnı və
rəqs ansamblı, Rəqs ansamblı, Xor kapellası, Simli kvartet
fəaliyyət göstərir. – 65.
81. Polşa, P o l ş a R e s p u b l i k a s ı – Mərkəzi Avro-
pada dövlət. Sahəsi 312, 7 min km
2
, əhalisi 38, 7 milyon nə-
fərdir. İnzibati cəhətdən 49 voyevodalığa bölünür. Ali və ye-
ganə qanunverici orqanı ikipalatalı Seymdir. Paytaxtı Varşava
şəhəridir. – 65,67,209.
82. Çingiz Hüseynzadə, Ç i n g i z M u x t a r o ğ l u
(d.1951) – şərqşünas. Azərbaycan Atletika Federasiyasının
prezidenti. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitə-
sinin vitse-prezidenti. Azərbaycan Respublikasının «Şöhrət»
ordeni ilə təltif edilmişdir. – 69,78.
83. Beynəlxalq Olimpiya Komitəsi (BOK) – muasir olim-
piya hərəkatının daim fəaliyyət göstərən ali orqanı. Pyer de
Kubertenin təşəbbüsü ilə yaradılmışdır. 1997-ci ildə BOK-un tərki-
bində 200 üzv (70-dən artıq ölkədən) var idi. BOK-u 200-ə yaxın
Milli olimpiya komitəsi tanıyır. Mənzil-qərargahı Lozannadadır
(İsveçrə). – 69,75,147,249–250.
84. Pekin – Çinin paytaxtı (1949-cu ildən). Ölkənin siyasi,
iqtisadi, elm və mədəniyyət mərkəzi. Əhalisinin sayına görə
ölkənin ikinci (Şanxaydan sonra) şəhəri, Böyük Çin düzən-
liyində, Yundinxe çayı hövzəsindədir. Sahəsi 17,8 min km
2
,
əhalisi 19, 7 milyon nəfərdir.
Pekin haqqında ilk məlumat e.ə. ikinci minilliyə aid edilir.
Pekin Çinin ən iri sənaye mərkəzlərindəndir. – 69,76.
362
85. Olimpiya oyunları – Qədim Yunanıstanda Olimpiya
şəhərində e.ə.776-cı ildən Zevsin şərəfinə (ənənəyə görə 4 ildən
bir) keçirilən ümumyunan bayramı və yarışları. Olimpiya
oyunlarının keçirildiyi müddətdə bütün yunanlar üçün «Mü-
qəddəs sülh» məcburi idi.
Müasir dövrdə ən böyük beynəlxalq kompleks idman
yarışları. P.de Kubertenin təşəbbüsü ilə 1896-cı ildən keçirilir.
Olimpiya oyunları proqramına Beynəlxalq Olimpiya Ko-
mitəsinin təsdiq etdiyi idman növləri daxil edilə bilər. – 69.
86. Sidney – Avstraliyada şəhər. Yeni Cənubi Uels ştatının
inzibati mərkəzi. Əsası 1788-ci ildə qoyulmuşdur. –76.
87. Vüqar Həşimov, V ü q a r Q a s ı m o ğ l u (1986–2014) –
Azərbaycan şahmatçısı, qrossmeyster (2002), şahmat üzrə üçqat
Azərbaycan
çempionu
(1995,1996,1998).
2009-cu
ildə
Azərbaycan yığmasının heyətində Avropa çempionu, İtaliyada
müntəzəm olaraq keçirilən Recco–Emiliya şahmat turnirinin qalibi
olmuşdur. – 78.
88. Elnur Məmmədli (d.1986) – 2006-cı ildə cüdo üzrə Av-
ropa çempionu, 2007-ci ildə dünya çempionatının gümüş mü-
kafatçısı, 2008-ci il Pekin olimpiya oyunlarında isə 73 kq çəki
dərəcəsində olimpiya çempionu olmuşdur. – 78.
89. Zərifə Salahova, Z ə r i f ə T e y m u r q ı z ı (d.1932) –
ictimai xadim. Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri.
Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. –
78.
90. Azad Rəhimov, A z a d A r i f o ğ l u (d.1964) –
2006-cı ildən Azərbaycan Respublikası Gənclər və İdman na-
ziridir. – 79.
91. Böyük Britaniya, B ö y ü k B r i t a n i y a v ə Ş i- m
a l i İ r l a n d i y a B i r l ə ş m i ş K r a l l ı ğ ı – Qərbi
Avropada dövlət. B.Britaniya adası, İrlandiya adasının şimal-
şərq hissəsi, Anqlsi, Uayt, Normand, Orkney, Hebrid, Şetlend
Dostları ilə paylaş: |