351
fakültələri var. Universitetdə bakalavr səviyyəsində Dinşünaslıq
ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və
İslamşünaslıq ixtisasları üzrə kadrlar hazırlanır. –29.
36. Yavər Camalov (d.1949) – mühəndis. Azneft İstehsalat
Birliyinin Baş direktoru olmuşdur. Hazırda Müdafiə Sənayesi
naziridir. – 31–33.
37. Almaniya, A l m a n i y a F e d e r a t i v R e s p ub-l i
k a s ı – Mərkəzi Avropada dövlət. Sahəsi 357 min km
2
,
əhalisi 81,9 milyon nəfərdir. AFR tərkibində 16 ərazisi olan
federasiyadır. Dövlət başçısı prezident, hökumət başçısı isə
federal kanslerdir. Ali qanunverici hakimiyyət orqanı parla-
mentdən – Bundestaq və Bundesratdan ibarətdir. Paytaxtı
Berlin şəhəridir. – 32,36,38,47,82,91,261,266.
38. İtaliya, İ t a l i y a R e s p u b l i k a s ı – Avropanın
cənubunda dövlət. Ərazisinə Alp dağlarının qərb yamacları,
Radan düzənliyi, Apennin yarımadası, Siciliya və Sardiniya
adaları daxildir. Sahəsi 301 min km
2
, əhalisi 57, 5 milyon
nəfərdir. İnzibati cəhətdən 20 vilayətə bölünür. Paytaxtı Roma
şəhəridir. – 32,36.
39. İsrail – Yaxın Şərqdə dövlət. Sahəsi 20,8 min km
2
,
əhalisi 5,5 milyon nəfərdir (1948–49-cu illərdə işğal edilmiş
ərazi daxil olmaqla). İsrail dövləti BMT-nin Baş Məclisinin
1947-ci il 29 noyabr tarixli qərarına əsasən yaradılmışdır. İsrail
inzibati cəhətdən 6 mahala bölünür. Dövlət başçısı prezidentdir,
onu birpalatalı parlament (Knesset) seçir. Hökumətə geniş
səlahiyyəti olan Baş nazir başçılıq edir. – 32,206.
40. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1991-ci il de-
kabrın 8-də Belorusiya, Rusiya və Ukrayna dövlət başçılarının
imzaladıqları saziş əsasında SSRİ dağıldıqdan sonra yeni
dövlətlərarası birlik kimi yaradılmışdır. Azərbaycan 1993-cü
ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə keçmiş
SSRİ-nin 12 müttəfiq respublikası – Azərbaycan, Belarus, Er-
mənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbə-
352
kistan, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna daxildir.
MDB-nin 1993-cü ildə qəbul edilmiş nizamnaməsində aşağı-
dakı birgə fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və
azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin əlaqə-
ləndirilməsi; ümumi iqtisadi məkanın formalaşdırılmasında,
nəqliyyat sisteminin və rabitənin inkişafında əməkdaşlıq;
əhalinin sağlamlığının və ətraf mühitin mühafizəsi; sosial və
mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə;
müdafiə siyasətində və sərhədlərin qorunmasında əməkdaşlıq.
MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası;
Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlət-
lərarası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan
Parlamentlərarası Assambleya və s. MDB-nin daimi fəaliyyət
göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məs-
ləhət
Komitəsidir.
–
33,76,138,173,
174,229,230,231,244,246,256,257,266,289,303.
41. «İqlim» Elmi İstehsalat Müəssisəsi – Azərbaycan
Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində müəs-
sisə. Müəssisənin (İSO) 9001–2001 standartının tələblərinə
uyğun sertifikatı vardır. – 34.
42. Mehriban Əliyeva, M e h r i b a n A r i f q ı z ı
(d.1964) – ictimai və siyasi xadim, fəlsəfə doktoru, prezident
İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-
ci Moskva Dövlət Tibb İnstitutunu bitirmişdir. 1988–93-cü
illərdə Krassnov adına Moskva Elmi-Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda işləmişdir. 1995-ci ildə Mehriban
Əliyeva «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə
fondu yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond milli
mədəniyyətimizin inkişafı, təbliği, tanınması üçün xeyli işlər
görmüşdür. 1996-cı ildə fond Azərbaycan mədəniyyətini
xarici ölkələrdə geniş təbliğ etmək üçün üç dildə – Azərbay-
can, rus və ingilis dillərində çıxan «Azərbaycan–İrs» jurnalını
təsis etmişdir. 2004-cü ildən Mehriban Əliyeva Azərbaycan
353
xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və
həmçinin Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni
nəsillərə aşılamaq məqsədilə yaranmış Heydər Əliyev Fon-
duna başçılıq edir.
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu
respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb
binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xey-
riyyə aksiyaları şəkər, talassemiya və anemiya xəstəliklərin-
dən əziyyət çəkən Azərbaycan uşaqlarına yardım məqsədilə
təşkil olunur.
Azərbaycanın şifahi xalq yaradıcılığı və musiqi irsinin
qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorul-
maz işlərinə görə Mehriban Əliyeva YUNESKO və İSESKO-
nun Xoşməramlı səfiri seçilmişdir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005-ci
ildən Milli Məclisin deputatıdır. Mehriban Əliyeva ölkəmizdə
təhsil sisteminin inkişafına, milli-mədəni irsimizin qorunub
saxlanılmasına və dünyada təbliginə, xarici ölkələrdə xal-
qımızın müsbət imicinin möhkəmlənməsinə, genişmiqyaslı
xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. 2015-ci ildə Bakıda
keçirilən ilk Avropa oyunlarının təşkilat Komitəsinin sədri
olmuş, oyunların yüksək səviyyədə keçirilməsində müstəsna
xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir.
–
35,38,46,47,48,49,64,68,80–83,85,
86,155,156,180,181,182,184,185,189,217,220,320,338,340.
43. Leyla Əliyeva, L e y l a İ l h a m q ı z ı (d.1986) –
«Baku» jurnalının Baş redaktoru, Heydər Əliyev Fondunun
vitse-prezidenti, Azərbaycan Respublikasının prezidenti İlham
Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
böyük qızı, Heydər Əliyevin nəvəsi. 2006–2008-ci illərdə Leyla
Əliyeva Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun
magistraturasında oxumuş və bu institutda oxuyan azərbaycanlı
tələbələrin nümayəndəsi kimi fəaliyyət göstərmişdir. Leyla
Dostları ilə paylaş: |