357
59. Cavid Qurbanov, C a v i d Q ə n b ə r o ğ l u
(d.1958) – mühəndis. 2007-ci ildən «Azəryolservis» Açıq
Səhmdar Cəmiyyətinin, 2015-ci ildən «Azərbaycan Dəmir
Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri, Texnika elmləri
üzrə fəlsəfə doktoru. 2005-ci ildən Azərbaycan Respublikası
Milli Məclisinin deputatıdır. Yeni Azərbaycan Partiyasının üz-
vüdür.
Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya
məsələləri daimi Komitəsinin üzvüdür. – 37,130.
60. Rövnəq Abdullayev, R ö v n ə q İ b r a h i m o ğ l u
(1965) – mühəndis. 2003-cü ildən Heydər Əliyev adına Bakı
Neft Emalı zavodunun direktoru, 2005-ci ildən Azərbaycan
Dövlət Neft Şirkətinin prezidentidir.
Rövnəq Abdullayev Azərbaycan Respublikası Milli Məcli-
sinin deputatıdır. – 38,142,143.
61. Şuşa – Azərbaycan Respublikasında şəhər. Elmi ədəbiy-
yatda Şuşanın əsasının 1750-ci illərin əvvəllərində Qarabağ
xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulması göstərilsə də,
tədqiqatlar Şuşanın qədim yaşayış məntəqəsi olduğunu qeyd
edirlər. Qarabağ xanlığının mərkəzi olan Şuşa bir müddət
Pənahəli xanın adı ilə Pənahabad adlanmışdır.
Şuşa 1813-cü il Gülüstan müqaviləsinə əsasən Qarabağ xan-
lığı tərkibində Rusiyaya birləşdirildi. 1920-ci ilin martında er-
məni daşnaklarının Qarabağda törətdikləri qırğın nəticəsində
Şuşanın bir hissəsi tamamilə yandırıldı və minlərlə günahsız
insan qətlə yetirildi. Lakin iyun ayının əvvəlində müsavatçılar
və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas
etdi. 1923-cü il Azərbaycan MİK-nin dekretinə əsasən Dağlıq
Qarabağ Muxtar Vilayəti təşkil olunduqda Şuşa muxtar
vilayətin tərkibinə daxil edildi.
1992-ci ildə erməni işğalçıları Şuşanı işğal etdilər. Hazırda
Şuşa yadellilərin tapdağı altındadır. – 55–56,125,164,183.
358
62. Şuşa Mədəni-Maarif Texnikumu – hazırda (2010-cu
ildən) Şuşa Humanitar Kollejidir. – 55–56.
63. Misir Ərəb Respublikası – Afrikanın şimal-şərqində
və Asiyanın Sinay yarımadasında dövlət. Sahəsi 1001,4 min
km
2
, əhalisi 61 milyon nəfərdir. Dövlət başçısı prezident, qa-
nunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı Qahirə
şəhəridir. – 57.
64. İsgəndəriyyə kitabxanası – qədim dövrün ən məşhur
kitabxanası. E.ə. III əsrin əvvəllərində İsgəndəriyyə museyonu
nəzdində yaradılmışdı. İsgəndəriyyə kitabxanasına görkəmli
alimlər – Eratosfen, Zenodot, Kallimax və başqaları başçılıq et-
mişlər. Fondunda 100 mindən 700 minədək cild kitab olmuşdur.
İsgəndəriyyə müharibəsi dövründə (e.ə.47-ci il) İsgəndəriyyə
kitabxanası yanmış, sonradan yenə bərpa edilmişdir. Eramızın
391-ci ilində İsgəndəriyyə kitabxanasının bir hissəsini fanatik
xristianlar dağıtmış, ərəblərin hakimiyyəti dövründə (VII–VIII
əsr) kitabxana tamamilə məhv edilmişdir. – 57.
65. İordaniya, İ o r d a n i y a H a ş i m i l ə r K r a l -l
ı ğ ı – Qərbi Asiyada dövlət. Sahəsi 89,4 min km
2
, əhalisi 6,5
milyon nəfərdir. İnzibati ərazisi 8 əyalətə bölünür. Dövlət
başçısı kral, qanunverici orqanı ikipalatalı parlamentdir. Pay-
taxtı Ammandır. – 58.
66. II Abdullah, A b d u l l a h b i n H ü s e y n (d.1962) –
1999-cu ildən İordaniyanın kralıdır. – 58.
67. Sudan, S u d a n R e s p u b l i k a s ı – Şimal–Şərqi
Afrikada dövlət. Sahəsi 2,5 milyon km
2
, əhalisi 31 milyon nəfərdir.
İnzibati ərazisi 9 ştata bölünür. Dövlət başçısı prezident,
qanunverici orqanı (parlament) Ali Milli Şuradır. Paytaxtı
Xartumdur. – 59.
359
68. Ömər Həsən əl-Bəşir (d.1944) – Sudan hərbi və dövlət
xadimi, prezident. 1989-cu ildə hərbi çevrilişdən sonra hakimiy-
yətə gəlmişdir. – 59.
69. Kuba, K u b a R e s p u b l i k a s ı – Amerikada, Vest-
Hinddə dövlət. Sahəsi 110,9 min km
2
, əhalisi 11,1 milyon nəfərdir.
Paytaxtı Havana şəhəridir. Dövlətin ali orqanı birpalatalı Milli
Assambleyadır. Dövlətin və hökumətin başçısı – Dövlət Şurasının
sədridir. – 60.
70. Fidel Kastro, K a s t r o R u s (d.1926) – 1960–2008-ci
illərdə Kuba Respublikası Dövlət Şurası və Nazirlər Sovetinin
sədri, 1965–2011-ci illərdə Kuba KP MK-nın Birinci katibi və
Kuba Silahlı Qüvvələrinin Baş komandanı. 1953-cü ildə Batista
diktaturasına qarşı silahlı üsyana başçılıq etmişdir. – 60.
71. Li Men Bak (d.1941) – 2008–2013-cü illərdə Koreya
Respublikasının prezidenti olmuşdur. – 61.
72. Sloveniya, S l o v e n i y a R e s p u b l i k a s ı –
Avropada dövlət. Sahəsi 20,3 min km
2
, əhalisi 1,96 milyon
nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı
(Dövlət Şurası və Dövlət Məclisi) parlamentdir. Paytaxtı
Lyublyanadır. – 62.
73. Danilo Tyurk (d.1952) – Sloveniya hüquqşünası, Bey-
nəlxalq hüquq üzrə mütəxəssis, diplomat. 2007–2012-ci illərdə
Sloveniyanın prezidenti olmuşdur. – 62.
74. Özbəkistan, Ö z b ə k i s t a n R e s p u b l i k a s ı – Orta
Asiyanın mərkəzində dövlət. Sahəsi 447,4 min km
2
, əhalisi 23,3
milyon nəfərdir. Özbəkistanın tərkibinə Qarakalpak Muxtar
Respublikası və 12 vilayət daxildir. Dövlətin başçısı prezident,
qanunverici orqanı Məclisdir. Paytaxtı Daşkənd səhəridir. – 63.
75. İslam Kərimov, İ s l a m Ə b d u q ə n i o ğ l u
(d.1938) – Özbəkistanın siyasi və dövlət xadimi. 1989–90-cı
Dostları ilə paylaş: |