İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə104/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   100   101   102   103   104   105   106   107   ...   121

 354 

Əliyeva  həm  də  Moskvada  Heydər  Əliyev  Fonduna  başçılıq 

edir. – 38. 

 

44. Oqtay  Şirəliyev, O q t a y   K a z ı m   o ğ l u (d.1950) – 

tibb  elmləri  doktoru,  professor.  2005-ci  ildən  Azərbaycan  Res-

publikasının Səhiyyə naziridir. – 38,91. 



45.  Əli  Bayramlı  –  Azərbaycanda  şəhər.  Şəhərin  adı  1938-ci 

ilədək  Zubovka,  2010-cu  ildən  isə  şəhər  vilayətin  tarixi  adı  ilə 

Şirvan  adlandırıldı.  Şəhərin  sahəsi  30  km

2

,  əhalisi  81,8  min  nə-



fərdir. – 38–52,93. 

 

46.  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti (ARDNŞ) 

–  respublikada  neft  və  qazın  kəşfiyyatına,  çıxarılmasına  və 

emal  edilməsinə  rəhbərlik  edən  qurum.  1991-ci  ildə  təşkil 

edilmişdir.  Şirkət  neft  və  qaz  quyularının  qazılması  və  istifa-

dəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra 

ölkələrinin  iri  neft  şirkətləri  ilə  sazişlər,  müqavilələr  bağ-

lamışdır. – 38,39,122,138,139,142,143,238. 

 

47. Naxçıvan – Azərbaycan Respublikasında şəhər. Naxçıvan 

Muxtar Respublikasının paytaxtı. Sahəsi  0,013 min km

2

, əhalisi 



89,5  min  nəfərdən  çoxdur.  Naxçıvan  Azərbaycanın  ən  qədim 

şəhərlərindəndir.  Müasir  Naxçıvan  qədim,  antik  və  orta  əsr 

şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. 

Naxçıvan  e.ə. IX–VI əsrlərdə qədim Manna və Midiyanın, 

eramızın əvvəllərində Albaniyanın, IV əsrdən  Sasanilərin tər-

kibində olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal edir-

lər.  Naxçıvan  Azərbaycan  Atabəylər  dövlətinin  (1136–1225) 

paytaxtlarından  biri    olmuşdur.  1828-ci  il  Türkmənçay 

müqaviləsinə qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz dairə-

sində  olub.  Məhz  bu  ildən  Naxçıvan  Rusiya  imperiyasına 

birləşdirildi  və  qəza  mərkəzinə  çevrildi.  Naxçıvan  şəhəri 

1924-cü  il  fevralın  9-da  Naxçıvan  MSSR  təşkil  ediləndən 

muxtar respublikanın paytaxtı oldu. –  39,138,139,305. 

 



 

355 


48.  Azərbaycan  Tibb  Universiteti  –  respublikada  tibb 

mütəxəssisləri  hazırlayan  ali  məktəb.  1919-cu  ildə  Bakı 

universitetinin  nəzdində tibb  fakültəsi, 1930-ci  ildə isə  həmin 

fakültənin  əsasında  müstəqil  tibb  institutu  yaradılmışdır. 

Universitetin 7 fakültəsi, 75 kafedrası var, 8 minə yaxın tələbə 

təhsil alır. – 49,102. 



49.  Lənkəran  –  Azərbaycan  Respublikasında  inzibati  ra-

yon.  1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  1539  km

2

,  əhalisi 



218 min nəfərdir. – 39,93,299–306. 

 

50. Etibar Pirverdiyev (d.1964) – 2001-ci ildən «Azərenerji» 

ASC-nin prezidenti vəzifəsində çalışır. – 50,98. 

 

51. Sumqayıt – Azərbaycanda şəhər. Bakıdan 35 km şimal-

qərbdə, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 83 km

2



əhalisi  329,3  min  nəfərdir.  Əvvəllər  kiçik  yaşayış  məntəqəsi 

olan Sumqayıt 1938-ci ildə Bakı neft sənayesini elektrik enerjisi 

ilə təmin edəcək İstilik Elektrik Stansiyasının tikintisi ilə şəhər 

tipli  qəsəbəyə  çevrildi  və  get-gedə  Bakıdan  sonra    ölkəmizin 

ikinci  sənaye  şəhərinə  çevrildi.  Sənayesində    kimya  və 

metallurgiya sahələri əsas yet tutur. – 52. 

 

52.  Heydər  Əliyev  Fondu  –  qeyri-hökumət,  qeyri-kom-

mersiya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. 

Heydər  Əliyev  Fondunun  prezidenti  YUNESKO-nun  və 

İSESKO-nun  Xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı, 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. 

Fondun  yaradılmasında  məqsəd  ümummilli  lider  Heydər 

Əliyevin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi 

məfkurəsinin  həmişəyaşar  səciyyəsini  əks  etdirmək,  Heydər 

Əliyevin  yaratdığı  milli  dövlətçilik  ideyalarını  yeni  nəsillərə 

daima aşılamaq olmuşdur. 

Fondun  prezidenti  onun  səlahiyyətli  qanuni  numayəndə-

sidir. Fondun  işinə  bilavasitə rəhbərlik icraçı  direktora aiddir. 

Fondun nəzdində Ekspert Şurası, fondun strukturunda bir sıra 

qurumlar fəaliyyət göstərir. – 49,222. 




 356 

 

53. YUNESKO – BMT-nin maarif, elm və mədəniyyət iş-

lərinə baxan hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında 

yaradılmış, 1946-cı ildən fəaliyyətə başlamışdır. Ali orqanı iki 

ildən  bir  çağırılan  konfransdır.  Katibliyi  Parisdədir.  Azər-

baycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. – 49,220,340. 



54.  İSESKO  –  elm,  təhsil  və  mədəniyyət    məsələləri  üzrə 

islam  təşkilatı.  1979-cu  ildə  təşkil  edilmişdir.  İSESKO-nun 

Baş  direktoru  Əbdüləziz  bin  Osman  əl-Tüveyjridir.  Azər-

baycan dövləti İSESKO ilə yaxından əməkdaşlıq edir və islam 

aləmində  mədəniyyət  abidələrinin  qorunması  prinsipini 

dəstəkləyir. – 49,220. 

 

55.  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  –  Qərbi  və 

Şərqi  Avropa,  MDB  ölkələrini  uzunmüddətli  kreditlə  təchiz 

edən  regional  dövlətlərarası  bank.  1990-cı  ildə  yaradılmışdır. 

Londonda yerləşir. Bankın 57 üzvü var. – 35,208. 

  

56. Koreya, K o r e y a   R e s p u b l i k a s ı  – Şərqi  Asi-

yada  dövlət.  Sahəsi  98,5  min  km

2

,  əhalisi  45,2  milyon  nəfər-



dir. İnzibati ərazisi 9 əyalətə və mərkəzə tabeli 6 şəhərə bölü-

nür. Dövlət başçısı prezident, qanunverici orqanı – birpalatalı 

Milli Məclisdir. Paytaxtı Seuldur. – 36,61. 

 

57.  Kürdəmir  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1632 km

2

 , əhalisi 110,1 min 



nəfərdir. – 35–37,93. 

 

58.  Şamaxı  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 

1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  1610  km

2

,  əhalisi  98,3  min 



nəfərdir.  

Paytaxtı  Şamaxı  şəhəridir.  Şamaxı  Azərbaycanın  qədim  şə-

hərlərindəndir. Şamaxı haqqında  antik dövr, ərəb, fars, türk, həm-

çinin  rus  və  orta  əsr  Avropa  müəllifləri  məlumat  vermişlər. 

Şamaxının  adı  ilk  dəfə  yunan  coğrafiyaşünası  Ptolemeyin  (II  əsr) 

«Coğrafi  təlimnamə»  əsərində  «Şamaxeya»  və  ya  «Kemaxeya» 

kimi çəkilir. Şamaxının salındığı tarix dəqiq məlum deyil. – 36,93. 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə