İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə101/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   97   98   99   100   101   102   103   104   ...   121

 

345 


17. Bakı–Tbilisi–Qars – Azərbaycan, Gürcüstan və Türkiyə-

ni  dəmir  yolu  ilə  birləşdirən  nəqliyyat  dəhlizi.  Yolun  tikintisinə 

2007-ci  ildə  başlanmışdır.  Yolun  uzunluğu  826  km-dir. 

Gürcüstanın  Axalkalaki  stansiyasından  Qars  şəhərinə  qədər 

olacaqdır.

 – 


16,44,54,106,111,239,277. 

 

18. Bakı–Novorossiysk neft kəməri – 1994-cü ilin sentyabrın-

da Azərbaycan Respublikası Hökumətinin xarici neft şirkətləri ilə 

imzaladığı «Əsrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm 

bir  hissəsi  Bakı–Novorossiysk  neft  kəməridir.  Bu  kəmər  1997-

ci ilin noyabrında istifadəyə verilmişdir. – 16. 

 

19. Gürcüstan, G ü r c ü s t a n   R e s p u b l i k a s ı – 

Cənubi  Qafqazın  mərkəzi  və  qərb  hissəsində  dövlət.  Sahəsi 

69,7  min  km

2

,  əhalisi  5,5  milyon  nəfərdir.  Dövlətin  başçısı 



prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Tbilisi şə-

həridir. – 16,17,113,242. 



 

20.  Türkiyə  Cümhuriyyəti  –  Qərbi  Asiyada  və  Avropanın 

cənub-şərq kənarında dövlət. Sahəsi 780,6 min km

2

, əhalisi   76,5 



milyon  nəfərdir.  İnzibati  cəhətdən  67  ilə  (vilayətə)  bölünür

Paytaxtı  Ankara  şəhəridir.  Dövlət  başçısı  prezident,  Ali  qanun-



vericilik  orqanı  Türkiyə  Böyük  Millət  Məclisidir.  –  16,17, 

32,36,38,44,47,106,142,198,220–231,340. 

 

21. İpək Yolu, B ö y ü k   İ p ə k   Y o l u – beynəlxalq tarixi 

tranzit-ticarət  yolu;  eramızdan  əvvəl  II  əsrin  sonlarından  era-

mızın XVI əsrinədək fəaliyyət göstərmiş, Çindən Şimali Afrika 

və  İspaniyaya  qədər  uzanaraq,  ayrı-ayrı  qolları  ilə  o  zaman 

dünyanın  məlum  olan,  demək  olar  ki,  bütün  ölkələrini 

birləşdirmişdir. 

Əlverişli  coğrafi  mövqedə  yerləşməsi  və  zəngin  maddi 

sərvətlərə  malik  olması  sayəsində  Azərbaycan  qədim  zaman-

lardan  dünya  ölkələri  arasında  iqtisadi  və  mədəni  əlaqələrdə 

mühüm yer tutmuşdur. 




 346 

XX  əsrin  sonunda  Azərbaycan  Respublikasının  Prezidenti 

Heydər  Əliyevin  Böyük  İpək  Yolunun  yenidən  dirçəldilməsi 

ideyasını irəli sürməsi bütün dünyada, xüsusilə də Böyük  İpək 

Yolu  üstündə  yerləşən  ölkələrdə  ciddi  maraqla  qarşılandı.  Bu 

məqsədlə  1998-ci  ilin  sentyabrında  Bakıda  33  dövlətin  və 

Avropa  Birliyinin  iştirakı  ilə  beynəlxalq  konfrans  keçirildi; 

TRASEKA  proqramı  çərçivəsində  nəzərdə  tutulan  Asiya–

Qafqaz–Avropa ticarət dəhlizinin – Böyük İpək Yolunun bərpa-

sının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi 

qeyd olundu. – 17,35,318,331. 

 

22.  GUAM  –  Avropada  adi  silahların  azaldılması  haqqında 

müqavilənin  cinah  sənədi  müzakirə  olunduqdan  sonra  həmin 

sənədi  bəyənən  ölkələrdən  –  Gürcüstan,  Ukrayna,  Azərbaycan 

və  Moldovadan  ibarət  qeyri-rəsmi  «dördlər  qrupu»  yaradıldı. 

Sonralar  bu  quruma  Özbəkistan  da  qatıldı  (10  oktyabr  1997). 

2005-ci ildə isə Özbəkistan qurumu tərk etdi.  – 17. 



 

23. Heydər Əliyev,  H e y d ə r   Ə l i r z a  o ğ l u (1923–

2003)  –    Müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu, 

xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan 

Respublikasının Prezidenti (1993–2003), iki dəfə Sosialist Əməyi 

Qəhrəmanı. 

1964-cü ildə Azərbaycan  SSR Nazirlər Soveti  yanında  Dövlət 

Təhlükəsizlik  Komitəsi  sədrinin  müavini,  1967-ci  ildə  isə  sədri 

vəzifəsinə irəli çəkilmişdir. 

Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  iyul 

(1969)  plenumunda  Heydər  Əliyev  MK-nın  Büro  üzvü,  Azər-

baycan KP MK-nın Birinci katibi seçilmişdir.  

H.Əliyevin  respublikaya  rəhbərlik  etdiyi  ilk    illərdən  əhatəli 

iqtisadi  konsepsiya  hazırlanmış,  yeni  istehsal  sahələri  yaradılmış, 

Azərbaycanın  iqtisadi  potensialı  güclənmişdir.  H.Əliyevin 

respublikaya  bilavasitə  rəhbərlik  etdiyi  dövrdə  (1969–82-ci  illər) 

idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək 

və  ictimai-siyasi  fəallığın  artırılması,  kənd  təsərrüfatının 

inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycançılıq məf-




 

347 


kurəsinin,  milli  ruhun,  milli  özünüdərkin  yüksəlişi,  müstəqil 

dövlətçilik  ideyalarının  güclənməsi  və  reallaşması  üçün  dəyərli 

işlər görülmüşdür. 

H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mər-

kəzi Komitəsinin  üzvü, 1976-cı ilin martında Sov.İKP MK Siyasi 

Bürosu  üzvlüyünə  namizəd,  1982-ci  ilin  noyabrında  isə  Siyasi 

Büro  üzvü  seçilmiş  və  eyni  zamanda,  SSRİ  Nazirlər  Soveti 

sədrinin Birinci  müavini təyin edilmişdir. 

H.Əliyev  Moskvada  işlədiyi  dövrdə  də  həmişə  Azərbaycanı 

düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada 

tanıdılması üçün əlindən gələni etmişdir. 

H.Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda 

törətdiyi  qanlı  faciəni  qətiyyətlə  pisləmiş  və  Azərbaycanın 

Moskvadakı  nümayəndəliyində  kəskin  bəyanatla  çıxış 

etmişdir. 

H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış,  əvvəlcə 

Bakıda,  sonra  isə  Naxçıvanda  yaşamışdır.  O,  1991–93-cü  illərdə 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri,  Azərbaycan 

Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessi-

yalarında  fəal  iştirak  etmiş,  Azərbaycanda  mövcud  ictimai-siyasi  

vəziyyəti  həmişə  obyektiv  təhlil  etmiş,  mühüm  prinsipial  fikirlər 

söyləmiş,  Dağlıq  Qarabağ  münaqişəsinin  səbəblərini  aşkara 

çıxarmış  və  təqsirkarların  dəqiq  ünvanını  göstərmişdir.  1993-cü 

ilin  may–iyununda  dövlət  böhranının,  hakimiyyətsizliyin, 

başıpozuqluğun  kulminasiya  nöqtəsinə  çatması  ilə  ölkədə 

vətəndaş  müharibəsi  və  müstəqilliyin  itirilməsi  təhlükəsi 

yarandıqda  Azərbaycan  xalqı  H.Əliyevin  hakimiyyətə  gə-

tirilməsi  tələbi  ilə  ayağa  qalxdı  və  Azərbaycanın  o  zamankı 

dövlət  rəhbərliyi  onu  rəsmən  Bakıya  dəvət  etməyə  məcbur 

oldu. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri 

seçildi,  iyulun  24-də  Milli  Məclisin  qərarı  ilə  Azərbaycan 

Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə 

başladı.  

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində 

H.Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. H.Əli-



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə