İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə99/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   95   96   97   98   99   100   101   102   ...   121

 

337 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

MACARISTAN PARLAMENTİNİN SƏDRİ  

XANIM KATALİN  SİLİ İLƏ GÖRÜŞÜ 

 

Budapeşt, Macarıstan parlamenti 

 

19 fevral 2008-ci il 

 

Fevralın  19-da  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham  Əliyev  Macarıstan  Respublikası  parlamentinin  –  Milli 

Assambleyanın sədri xanım Katalin Sili ilə görüşmüşdür. 

Görüşdə  parlamentlərarası  əlaqələrdən  danışan  xanım 

Katalin Sili dedi ki, biz Azərbaycanı strateji tərəfdaş hesab edir, 

müxtəlif  sahələrdə  və  beynəlxalq  təşkilatlarda  əməkdaşlığa 

böyük əhəmiyyət veririk.  

O, Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın 

önəminin  çox  böyük  olduğunu  vurğuladı  və  humanitar  sahədə 

əməkdaşlığın faydasından da danışdı. 

Prezident  İlham  Əliyev  qarşılıqlı  əlaqələrin  uğurla  inkişaf 

etdiyini,  ikitərəfli  münasibətlərdə  parlamentlərarası  əməkdaş-

lığın  rolunu  xüsusi  vurğuladı.  Azərbaycanın  Avroatlantik 

strukturlara  inteqrasiya  etdiyini  bildirən  dövlətimizin  başçısı 

dedi  ki,  bu işdə  iki  ölkənin  parlamentləri  arasında  əməkdaşlıq 

əhəmiyyətlidir. Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda 

parlamentarilərin  uğurlu  əməkdaşlığını  xatırlatdı  və  bunun 

daha da genişlənəcəyinə əminliyini bildirdi. 

 

 

 

 

 



 


 338 

 



 

339 


 

 

 

BUDAPEŞTDƏ AZƏRBAYCAN SƏFİRLİYİNİN  

YENİ BİNASI İLƏ TANIŞLIQ 

 

Budapeşt 



 

19 fevral 2008-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fev-



ralın  19-da  Macarıstana  dövlət  səfərinin  ikinci  gününün 

sonunda ölkəmizin Budapeştdəki səfirliyinin yeni binası ilə tanış 

olmuşdur. 

Prezident  İlham  Əliyevi  və  xanımı  Mehriban  Əliyevanı 

binanın önündə ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov 

və  səfirliyin  əməkdaşları  böyük  ehtiramla,  gül-çiçəklə 

qarşıladılar. 

Prezident  İlham  Əliyev  səfirliyin  binasının  xarici  görünüşünü 

seyr etdi. Məlumat verildi ki, yeni bina Budapeştin mərkəzi və ən 

gözəl məhəllələrindən birində – Ötvöş küçəsində yerləşir. Bu küçə 

YUNESKO-nun  mədəni  irs  siyahısına  daxil  edilmişdir.  İspaniya, 

Türkiyə,  Avstriya,  Çexiya  və  Rusiya  səfirlikləri  də  bu  küçədə 

yerləşir.  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  tikilmiş  bina  üç 

korpusdan ibarətdir və memarlıq abidəsi sayılır. Bina Azərbaycan 

səfirliyinin  mülkiyyətinə  keçdikdən  sonra  tamamilə  yenidən  təmir 

olunmuşdur. 

Ümumi  sahəsi  1000  kvadratmetrdən  çoxdur.  Burada  danı-

şıqlar  və  konfrans  salonları,  diplomatlar  üçün  hər  cür  şəraiti 

olan iş otaqları var. Konsulluq da bu binada yerləşəcəkdir. 

Prezident  İlham  Əliyev  səfirliyin  sərgi  salonuna  baxdı,  ulu 

öndər Heydər Əliyevin büstünü ziyarət etdi. 

Səfirliyin binası ilə yaxından tanış olan dövlətimizin başçısı 

diplomatları  təbrik  etdi,  onlara  uğurlar  arzuladı,  tövsiyə  və 

tapşırıqlarını verdi. 


 340 

                Səfər  başa çatdı 

 

Fevralın  19-da  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham Əliyevin Macarıstana dövlət səfəri başa çatmışdır. 

Azərbaycanın və Macarıstanın dövlət bayraqlarının asıldığı 

Budapeştin  «Farihegi-2»  Beynəlxalq  Hava  Limanında  döv-

lətimizin başçısının şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Prezident İlham Əliyevi Macarıstanın yüksək vəzifəli dövlət 

və hökumət nümayəndələri, digər rəsmi şəxslər böyük hörmət və 

ehtiramla yola saldılar. 

 

* * * 

 

Dövlətimizin  başçısı  həmin  gün  gecə  Bakıya  qayıtdı.  Azər-

baycan  prezidentini  Heydər  Əliyev  Beynəlxalq  Aeroportunda 

Baş  nazir  Artur  Rasizadə,  Prezidentin  İcra  Aparatının  rəhbəri 

Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacı-

bala Abutalıbov qarşıladılar. 

 

 



 

341 


 

 

 

QEYDLƏR 

 

1.  Yaponiya  –  Sakit  okeanın  Şərqi  Asiya  sahilləri  yaxınlı-

ğındakı adalarda dövlət. Sahəsi 372 min km

2

,  əhalisi 126 milyon 



nəfərdir.  İnzibati  cəhətdən  47  prefekturaya  bölünür.  Yaponiya 

konstitusiyalı  monarxiyadır.  Paytaxtı  Tokio  şəhəridir.  – 

5,6,38,86,198. 

 

2.  Akihito  (d.1933)  –  1989-cu  ildən  Yaponiya  imperatoru. 

İmperator Hirohitonun oğlu. – 5. 



 

3. bp «B r i t i ş   P e t r o l e u m»  – dünyanın ən iri neft şir-

kətlərindən biri. 1909-cu ildən bir çox ölkələrdə neftin kəşfiyyatı, 

çıxarılması,  emalı  və  satışı  ilə  məşğuldur.  bp  1994-cü  ildən 

Azərbaycanda  fəaliyyət  göstərir.  Hazırda  ABƏŞ-in  əsas  ope-

ratorudur. – 7,207. 

 

4.  «Şahdəniz»  –  Xəzər  dənizinin  Azərbaycan  sektorunda 

ən  böyük  və  ən  zəngin  qaz  yataqlarından  biri.  –  7,122,138, 

237,276. 



 

5. Endryu İnqlis (d.1960) – britaniyalı mühəndis. 2004–2007-ci 

illərdə  bp-nin  əvəzedici  direktoru  və  bp-nin  kəşfiyyat  və  istehsalat 

biznesi üzrə Baş direktoru olmuşdur. – 7. 

 

6. Belarus, B e l a r u s   R e s p u b l i k a s ı – Avropada 

dövlət.  Sahəsi  207,6  min  km

2

,  əhalisi  10  milyon  nəfərdir.  İn-



zibati ərazisi 6 vilayətə, 117 rayona bölünür. Dövlət başçısı pre-

zident, qanunverici orqanı parlamentdir. Paytaxtı Minskdir. – 8. 

 

7. Avropa İttifaqı – 1992-ci ildə 12 ölkəni  (Belçika, Böyük 

Britaniya,  Almaniya,  Yunanıstan,  Danimarka,  İrlandiya,  İspa-

niya,  İtaliya,  Lüksemburq,  Niderland,  Portuqaliya,  Fransa) 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə