İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə100/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   96   97   98   99   100   101   102   103   ...   121

 342 

birləşdirən  Avropa  Birliyi  bazasında  1993-cü  ildə  Maastrixt 

müqaviləsinə əsasən yaradılmışdır. 

Sonralar Avropa İttifaqına bir çox Avropa dövlətləri də daxil 

olmuşdur. Müqavilə vahid siyasi, iqtisadi mühitin və valyutanın 

yaradılmasını,  malın,  kapitalın  və  adamların    azad  hərəkətinə 

bütün  maneələrin  aradan  qaldırılmasını  irəli  sürmüşdür.  Vahid 

Avropa  vətəndaşlığı  qəbul  edilmişdir.  Avropa  Mərkəzi  Ban-

kında Avropa valyuta interneti fəaliyyət göstərir, 1999-cu ildən 

vahid  valyuta–avro  işlənir,  vahid  pul-kredit  siyasəti  aparılır.  – 

11,12,13,16,195,224–225,243,293, 

310,313,314,317,318,321,322,323,325,326,327,333. 



 

8.  «Yeni  qonşuluq  siyasəti»  (YQS)  –  Avropa  İttifaqının 

qonşu ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsinə, Avropa 

İttifaqı və qonşu ölkələr arasında  təhlükəsiz və firavan zonalar, 

Avropa  İttifaqı  sərhədlərində  «dost  ölkələr  dairəsi»  yaratmaga, 

həmçinin    Aİ  ilə  qonşu  ölkələr  arasında    siyasi,  təhlükəsiz, 

iqtisadi və mədəni sahələrdə daha sıx əməkdaşlıq etməyə şərait 

yaradır.  YQS-nin  əsas  məqsədi  Avropa  İttifaqının  qonşu 

ölkələrində  stabilliyin,  təhlükəsizliyin  qorunması,  maraqlı 

ölkələrdə 

rifah 


halının 

yaxşılaşdırılmasıdır. 

– 

11,12,313,318,321,323,327. 



 

9.  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  –  Azərbaycan  Respub-

likası  ərazisində  muxtar  vilayət.  1923-cü  il  iyulun  7-də  təşkil 

edilmişdir.  Dağlıq  Qarabağda  1988-ci  ilə  qədər  170  min  əhali 

yaşayırdı. Sahəsi 4 min  km

2

-dir. Mərkəzi Xankəndidir.  



1988–92-ci  illərdə  muxtar  vilayətin  erməni  separatçıları  və 

millətçiləri Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ərazidə ya-

şayan  azərbaycanlıları  doğma  torpaqlarından  çıxararaq  Dağlıq 

Qarabağı  işğal  etdilər.  BMT-nin  822,  853,  874,  884  saylı  qət-

namələrinə görə, erməni işğalçıları Azərbaycan torpaqlarını qeyd-

şərtsiz tərk etməlidirlər. Ancaq Azərbaycan torpaqları hələ də er-

məni 

tapdağı 


altındadır. 

– 

12,13,55,107, 




 

343 


108,124,125,126,151,162,163,164,177,178,180,181,182,184,188,1

95,196,311,319,326,327,328. 



10.  ATƏT-in  Minsk  qrupu  –  1992-ci  il  martın  24-də  yara-

dılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlət-

lər  daxil  olmuşdur:  Azərbaycan,  Ermənistan,  Belarus,  Almaniya, 

İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsveç. 1994-

cü  ilin  dekabrından  Minsk  qrupuna  iki  sədr  –  Rusiya  və  İtaliya 

rəhbərlik edirdi. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ 

və  fransalı  həmsədrləri  var.  Qrupun  əsas  vəzifəsi  Ermənistan–

Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və 

Dağlıq  Qarabağ  probleminin  dinc  vasitələrlə  həll  edilməsinə 

bilavasitə kömək etməkdir. – 12,126, 151,162,188. 



 

11. Rusiya, R u s i y a   F e d e r a s i y a s ı – Avropanın 

şərqində, Asiyanın şimalında dövlət. Sahəsi 17,1 milyon km

2



əhalisi  146, 3  milyon  nəfərdir.  Rusiya  Federasiyasına  21 res-



publika,  6  diyar,  49  vilayət,  federal  əhəmiyyətli  Moskva  və 

Sankt-Peterburq  şəhərləri,  10  muxtar  vilayət  və  mahal  da-

xildir. 

Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  ikipalatalı 

Dövlət  Duması  və  Federasiya  Şurasıdır.  Paytaxtı  Moskva  şə-

həridir.  –  12,13,  38,94,126,151,188,198,229,  231,242,  260, 

266,340. 

 

12. Birləşmiş  Millətlər  Təşkilatı (BMT) – müasir dünyanın 

ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir. 

Əsas  vəzifəsi  beynəlxalq  sülhü  və  təhlükəsizliyi  qorumaq  və 

möhkəmlətmək, 

dövlətlər 

arasında 

əməkdaşlığı 

inkişaf 


etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-

Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imza-

landı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-

yə 198 dövlət daxildir. 

 BMT-nin  əsas  orqanları  Baş  Məclis,  Təhlükəsizlik  Şurası, 

İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə 

və Katiblikdir. 

Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.  




 344 

Dövlətimizin  apardığı  uğurlu  xarici  siyasət  nəticəsində  Azər-

baycan  2011-ci  ilin  oktyabr  ayında  BMT-nin  Təhlükəsizlik  Su-

rasına qeyri-daimi üzv qəbul olunmuşdur. – 12,17,126,177,295. 

 

13.  Amerika  Birləşmiş  Ştatları  (ABŞ)  –  Şimali  Amerikada 

dövlət.  Şimaldan  Kanada,  cənubdan  Meksika,  şərqdən  Atlantik 

okeanı və qərbdən Sakit okeanla əhatə olunur.  Sahəsi  9 518,9 

milyon  km

2

, əhalisi 287,7 milyon nəfərə yaxındır.  İnzibati cəhət-



dən 50 ştat və Kolumbiya federal paytaxt dairəsinə bölünür.  Ali 

qanunvericilik orqanı ikipalatalı (Nümayəndələr Palatası və Senat) 

ABŞ  Konqresidir.  Dövlət  başçısı  prezidentdir.  Paytaxtı  Vaşinqton 

şəhəridir.  –  12,32,51,91,95,114,  115,  126,150,151,188,194, 

198,243,252,259. 

 

14.  Fransa,  F  r  a  n  s  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Qərbi 

Avropada  dövlət.  Sahəsi  551  min  km

2

,  əhalisi  58,  4  milyon 



nəfərdir.  İnzibati  cəhətdən  95  departamentə  bölünür.  Qanun-

verici    orqanı  iki  palatadan  (Milli  Məclis  və  Senat)  ibarət 

parlament  həyata  keçirir.  İcra  hakimiyyəti  prezident  və  Na-

zirlər  Şurasına  məxsusdur.  Paytaxtı  Paris  şəhəridir.  –12, 

32,51,80,126,151,188,198. 

 

15.  Bakı–Tbilisi–Ceyhan  –  1998-ci  il  oktyabrın  29-da  Azər-

baycan,  Türkiyə,  Gürcüstan,  Qazaxıstan,  Özbəkistan  prezidentləri 

və  ABŞ-ın  Energetika  naziri  Bakı–Tbilisi–Ceyhan    marşrutunu 

müdafiə edən  «Ankara bəyannaməsini»  imzalamışlar. Uzunluğu 

1695  km  olan  Bakı–Tbilisi–Ceyhan  neft  kəməri  2006-cı  ildə 

istifadəyə 

verilmişdir. 

– 

16,54,92,105,122,144, 



236, 

237,238,276,284. 



 

16.  Bakı–Tbilisi  –Ərzurum    –  Cənubi  Qafqaz  qaz  kəməri. 

Rəsmən  2007-ci  ildə  açılmışdır.  Kəmərin  uzunluğu  970  km-dir 

(442 km Azərbaycandan, 248 km Gürcüstandan keçir, 280 km isə 

Gürcüstan–Türkiyə  sərhədindən  Ərzuruma  qədərdir).  –  16, 

44,54,105,122,237,239, 276. 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə