İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə111/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   107   108   109   110   111   112   113   114   ...   121

 

375 


vətəndaşlara böyük maddi ziyan dəymişdi. 1990-cı ilin qanlı yan-

varı  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  aparılan  mübarizə 

tariximizdə Vətənin şəhid övladlarının qanı ilə  yazılmış şərəfli 

səhifə oldu. – 189. 

 

154.  Yeni  Zelandiya  –  Sakit  okeanın  cənub-qərbində  dövlət. 

Sahəsi  270,5  min  km

2

,  əhalisi  3,62  milyon  nəfərdir.  Millətlər 



Birliyinə daxildir. Dövlət başçısı Böyük Britaniya kraliçasıdır. Onu  

ölkədə  general-qubernator  təmsil  edir.  Qanunverici  orqan  parla-

mentdir. Paytaxtı Vellinqtondur. – 190. 

155. Helen Klark (d.1950) – Yeni Zelandiyanın Baş naziri  

(1999–2008).  Yeni Zelandiya Liberal Partiyasının lideri. 2003-

cü  ildə  Helen  Klark  Amerika  ordusunun  İraqa  girməsini  bərk 

tənqid  etmiş  və  həmin  ildə  Yeni  Zelandiyanın  respublikaya 

çevrilməsini «qaçılmaz» hesab etmişdir. –  190.  

 

156. Şri-Lanka, Ş r i -L a n k a   S o s i a l i s t  D e m o k r a-t i 

k      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Cənubi  Asiyada  dövlət.  Millətlər 

Birliyinə  daxildir.  Sahəsi    65,6  min  km

2

,  əhalisi  20  milyon 



nəfərdir. İnzibati ərazisi 25 əyalətə bölünür.  Dövlət və hökumət 

başçısı  prezident,  qanunverici  orqan  parlamentdir.  Paytaxtı  

Cayavardenapura Kotte. –  191. 

 

157.  Mahinda  Pacapakse  (1945)  –  2005-ci  ildən  Şri-Lanka 

Respublikasının  prezidenti.  2004–2005-ci  illərdə  Şri-Lankada 

Baş nazir olmuşdur. Milli Alyansa daxil olan Şri-Lanka Azadlıq 

Partiyasının liderlərindən biridir.  – 191. 

 

158. Ramiz Mehdiyev,  R a m i z  Ə n v ə r  o ğ l u (d.1938) – 

Azərbaycanın  görkəmli    siyasi  və  dövlət  xadimi,  fəlsəfə  elmləri 

doktoru,  professor.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 

həqiqi  üzvü.  1978–80-ci  illərdə    Rayon  Partiya  Komitəsinin  1-ci 

katibi,  1980–81-ci  illərdə  Azərbaycan  KP  MK-da  elm  və  təhsil 

şöbəsinin  müdiri,  1981–83-cü  illərdə  Azərbaycan  KP  MK-da 

partiya-təşkilat    işi  şöbəsinin    müdiri,  1983–88-ci  illərdə  Azər-

baycan KP MK-da katib, 1988–94-cü illərdə Azərbaycan  EA-nın  



 376 

İctimai-Siyasi  Tədqiqatlar  və  İnformasiya  İnstitutunda  şöbə 

müdiri,  1994-cü  ildə  Azərbaycan  Respublikası  Prezidentinin  İcra 

Aparatının  şöbə  müdiri,  1995-ci  ildən  Azərbaycan  Respublikası 

Prezidentinin Administrasiyasının  rəhbəridir. 1995–2000-ci illərdə 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  olmuşdur. 

Müasir siyasi problemlərə, dövlət quruculuğuna aid bir çox kitab 

və  monoqrafiyaların  müəllifidir.  Azərbaycan  Respublikasının 

«İstiqlal»,  Rusiya  Federasiyasının  «Dostluq»    ordenləri  ilə  təltif 

edilmişdir.  Beynəlxalq  Nyu-York  Akademiyasının  və  Türk 

Dünyası  Araşdırmalar  Uluslararası  Elmlər  Akademiyasının  

üzvüdür.  – 193,307,341. 



159.  Artur Rasizadə, A r t u r   T a h i r   o ğ l u (d.1935) – 

Azərbaycanın  dövlət  xadimi.  SSRİ  Dövlət  mükafatı  laureatı. 

1986–92-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci 

müavini vəzifəsində işləyib. 1996-cı ildən Azərbaycan Respubli-

kasının  Baş  naziridir.  Azərbaycan  Respublikasının  «İstiqlal» 

ordeni ilə təltif edilmişdir. – 193,307,341. 

 

160. İsveçrə, İ s v e ç r ə   K o n f e d e r a s i y a s ı – Mərkəzi 

Avropada  dövlət.  Sahəsi  41,3  min  km

2

,    əhalisi  7,1  milyon 



nəfərdir.  İsveçrə  federativ,  23  kantona  bölünmüş  respublikadır. 

Dövlət  başçısı  prezidentdir,  prezidenti  parlament  Federal  Şura 

üzvlərindən 1 il müddətinə seçir, yenidən seçilmək hüququ yoxdur. 

Prezident  həmçinin  hökumət  başçısıdır.  Qanunverici  hakimiyyət 

iki  palatadan  ibarət    Federal  Məclisə  məxsusdur.  Paytaxtı  Bern 

şəhəridir. –  193–215. 

 

161. Davos iqtisadi forumu, D ü n y a  i q t i s a d i  f o r u-

m  u  –    İsveçrənin  kurort  şəhəri  Davosda  hər  il  Ümumdünya 

iqtisadi forumu keçirilir. 1995-ci il yanvarın 26–30-da Azərbaycan 

prezidenti Heydər Əliyev başda olmaqla, Azərbaycan nümayəndə 

heyəti bu forumda iştirak etmişdir. – 193–215,246, 279,338. 

 

162. Macarıstan,  M a c a r ı s t a n   R e s p u b l i k a s ı –  

Mərkəzi  Avropada  dövlət.  Sahəsi  93  min  km

2

,  əhalisi  10,2  milyon 




 

377 


nəfərdir.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  birpalatalı  

Dövlət Şurasıdır. Paytaxtı Budapeştdir. –  195,307–341. 

 

163.  Paskal  Kuşpen  (d.1942)  –  İsveçrə  dövlət  xadimi. 

2003–2008-ci illərdə İsveçrə prezidenti olmuşdur. – 196. 

 

164.  Mənuçehr  Muttəki  (d.1953)  –  2005–2010-cu  illərdə 

İran İslam Respublikasının Xarici İşlər naziri olmuşdur. – 200. 

 

165. Mahmud  Əhmədinejad (d.1956)  –  2005–2013-cü  il-

lərdə  İran  İslam  Respublikasının  prezidenti  olmuşdur.  – 

200,219. 

166. Albaniya, A l b a n i y a   R e s p u b l i k a s ı – Cənubi 

Avropada,  Balkan  yarımadasında  dövlət.  Sahəsi  28,7  min  km

2



əhalisi 3,5 milyon nəfərdir. İnzibati cəhətdən 26 reti və 12 dairəyə 



bölünür.  Dövlətin  başçısı  prezident,  ali  qanunverici  orqanı 

birpalatalı Xalq Məclisidir. Paytaxtı Tirana şəhəridir. – 201. 

 

167. Sali Berişa (d.1944) – Albaniya dövlət  və siyasi xadimi. 

1992–97-ci illərdə Albaniya prezidenti, 2005-ci ildən Albaniyanın 

Baş naziridir. – 201. 

 

168. İslam Konfransı Təşkilatı (İKT) – 1969-cu ildə yara-

dılmışdır.  Müsəlman  ölkələrinin  çoxunu  birləşdirir.  Nizamna-

məsinə  görə  İslam  Konfransı  Təşkilatının  fəaliyyəti  müsəl-

manların  həmrəyliyinin  möhkəmlənməsinə,  üzv-dövlətlər  ara-

sında  əməkdaşlığa  yönəldilmişdir.  İqamətgahı  Ciddədədir 

(Səudiyyə  Ərəbistanı).  Azərbaycan  1991-ci  ildən  İKT-nın 

üzvüdür. Hazırda İslam Əməkdaşlıq Təşkilatıdır.  – 201. 

 

169.  Cənubi  Afrika  Respublikası  (CAR)  –  Cənubi  Afri-

kada  dövlət.  Sahəsi  1,2  milyon  km

2

,  əhalisi  48,7  milyon  nə-



fərdir. 9 əyalətə bölünür. Dövlət başçısı prezident, qanunverici 

orqanı parlamentdir (Senat və Milli Məclis). – 202. 

 

170. Jakov Zuma (d.1942) – Cənubi  Afrika siyasi xadimi, 

1999–2005-ci  illərdə  CAR-da  vitse-prezident,  2005-ci  ildən 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə