İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə33/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   29   30   31   32   33   34   35   36   ...   121

 

107 


ölkə daxilində proseslər çox uğurla gedir, ölkədə ictimai-siyasi 

sabitlik tam bərqərar olunmuşdur. Xalqla iqtidar arasında birlik 

tam  şəkildə  təmin  olunmuşdur  və  bizim  bütün  işlərimizin 

məqsədi,  bütün  amalımız  xalqa  xidmət  etməkdir.  Mən  bu 

vəzifəni  icra  edirəm  və  bundan  sonra  da  öz  səylərimi 

əsirgəməyəcəyəm.  

Azərbaycanın  beynəlxalq,  xarici  müstəvidə  olan  mövqeləri 

də  möhkəmlənmişdir.  2007-ci  ildə  xarici  ölkələrin  dövlət  və 

hökumət  başçılarının  Azərbaycana  səfərləri  və  mənim  xarici 

ölkələrə  səfərlərim,  eyni  zamanda,  beynəlxalq  təşkilatlarla 

uğurlu  əməkdaşlığımız  Azərbaycanın  inkişafı  üçün  çox  gözəl 

şərait  yaratmışdır.  Biz  daha  da çox  müttəfiqlər  qazandıq,  daha 

da  çox  dost  ölkələr  qazandıq.  Azərbaycanın  ərazi  bütövlüyü 

bütün  dünya  ictimaiyyəti  tərəfindən  dəstəklənir  və  ikitərəfli 

müstəvidə  keçirdiyim  bütün  görüşlərdə  və  imzaladığım 

sənədlərdə  Azərbaycanın  ərazi  bütövlüyü  prinsipi  öz  əksini 

tapmışdır.  

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar 

olsun ki, 2007-ci ildə öz həllini tapmadı. Amma günah bizdə deyil, 

günah  Ermənistanın  qeyri-konstruktiv  mövqeyindədir.  Biz 

danışıqlara  hazırıq  və  bu  danışıqları  aparırıq.  Baxmayaraq  ki, 

danışıqların  hələ  heç  bir  nəticəsi  yoxdur.  Sadəcə  olaraq,  biz 

çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək, beynəlxalq hüquq 

əsasında  həll  edək.  Əfsuslar  olsun,  Ermənistan  tərəfinin  qeyri-

konstruktiv mövqeyi, işğalçı siyasəti imkan vermədi ki, biz 2007-

ci ildə bu məsələni həll edək.  

Biz öz ərazi bütövlüyümüzü heç vaxt güzəştə getməyəcəyik. 

Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, Dağlıq Qarabağa 

heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan rəhbərliyi və 

Azərbaycan  xalqı  heç  vaxt  bununla  razı  olmayacaqdır. 

Beynəlxalq ictimaiyyət isə Dağlıq Qarabağın müstəqilliyini heç 

vaxt  tanımayacaqdır.  Biz  danışıqları  bu  istiqamətdə  aparırıq. 

Sizə  deyə  bilərəm  ki,  danışıqların  əsas  mahiyyəti  ondan 

ibarətdir  ki,  Azərbaycanın  zəbt  olunmuş  bütün  torpaqları 

işğalçılardan  azad  edilsin,  Azərbaycan  vətəndaşları  –  məcburi 



 108 

köçkünlər  həmin  torpaqlara  qayıtsınlar,  o  cümlədən  də  Dağlıq 

Qarabağa qayıtsınlar. Bu bizim prinsipial mövqeyimizdir və bu 

mövqedən bir addım da geri çəkilməyəcəyik. Ermənistan bunu 

nə qədər tez başa düşsə, onlar üçün bir o qədər yaxşıdır. Biz heç 

vaxt  imkan  verə  bilmərik  ki,  Azərbaycan  torpağında  ikinci 

erməni  dövləti  yaradılsın.  Əgər  Dağlıq  Qarabağda  yaşayan 

ermənilər  öz  müqəddəratını  həll  etmək  istəyirlərsə,  onu 

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etsinlər, yaxud 

da əgər bunu istəmirlərsə, onda Dağlıq Qarabağdan çıxıb başqa 

yerdə  özləri  üçün  ikinci  dövlət  yaratsınlar.  Hər  halda,  Azər-

baycan  torpağında  ikinci  erməni  dövlətinin  yaradılması  qeyri-

mümkündür.  Bizim  prinsipial  mövqeyimiz  günü-gündən  daha 

da  çox  beynəlxalq  dəstək  qazanır.  Eyni  zamanda,  bir  daha 

demək  istəyirəm  ki,  biz  danışıqlar  prosesini  bu  istiqamətdə 

davam etdirəcəyik.  

Bununla  yanaşı,  ordu  potensialımızı  da  gücləndiririk.  Biz 

danışıqlara sadiqik, danışıqlar prosesi gedir və hələ bir müddət 

gedəcəkdir.  Hələ  ki,  bizim  ümidlərimiz  tam  tükənməyibdir. 

Ancaq  biz  hər  şeyə  hazır  olmalıyıq.  Siz  mənim  bu  barədə 

mövqeyimi  yaxşı  bilirsiniz.  Mən  hər  şeyi  xalqa  olduğu  kimi 

deyirəm.  

Artıq bir neçə ildir ki, Azərbaycanın ordu potensialı daha da 

çox  artırılır.  Artıq  bir  neçə  ildir  ki,  hərbi  xərclərə  yüz 

milyonlarla  dollar  yönəldilir.  Bu  il  bizim  hərbi  xərclərimiz 

təxminən 1 milyard dollar səviyyəsində idi. Gələn il bu, ən azı 1 

milyard  200  milyon  dollar  səviyyəsində  olacaqdır.  Hər  halda, 

Azərbaycanın  dövlət  büdcəsində  bu  məbləğ  nəzərdə 

tutulmuşdur.  Biz  yeni  silahlar  alırıq,  yeni  avadanlıq  alırıq, 

ordumuzun  peşəkarlığını  yüksəldirik.  Müdafiə  sənayesi  ya-

ratmışıq  və  artıq  müdafiə  sənayesi  ordumuz  üçün  lazım  olan 

silah-sursatı  istehsal  edir.  Deyə  bilərəm  ki,  bu  sənaye  məxfi 

xarakter daşıyır, ona görə ictimaiyyət bu barədə böyük bilgilərə 

malik deyildir. Ancaq bilin ki, bu sahədə lazımi səviyyədə işlər 

görülür və Azərbaycanın ordu potensialı möhkəmləndirilir. Biz 



 

109 


ordumuzu  ona  görə  gücləndiririk  ki,  öz  doğma  torpaqlarımızı 

işğalçılardan istənilən yolla azad etməyə hər an hazır olaq.  

Əziz dostlar!  

Əziz bacılar və qardaşlar!  

Bildiyiniz  kimi,  bu  gün  Dünya  azərbaycanlılarının  həm-

rəyliyi  günüdür.  Bu  bayram  bizim  üçün  çox  əzizdir.  Mən 

əminəm ki, dünyada yaşayan bütün azərbaycanlılar 2008-ci ildə 

daha da sıx birləşəcəklər. Azərbaycan dövləti buna nail olmaq 

üçün  əlindən  gələni  edir.  Azərbaycanda  keçirilən  dünya 

azərbaycanlılarının  qurultayları,  müxtəlif  tədbirlər  azərbay-

canlıların  birləşməsinə  xidmət  göstərir.  Azərbaycanlılar 

müxtəlif  ölkələrdə  yaşayırlar,  ancaq  bizim  hamımızın,  bütün 

azərbaycanlıların  bir  dövləti  var  –  müstəqil  Azərbaycan  Res-

publikası.  Bir  Vətəni  var  –  Azərbaycan.  Biz  öz  doğma  xal-

qımıza  daha  da  böyük  xidmət  göstərməliyik,  öz  doğma  döv-

lətimizi  gücləndirməliyik.  Mən  əminəm  ki,  2008-ci  ildə  bu 

istiqamətdə  işlər  uğurla  gedəcəkdir  və  biz  güclü  Azərbaycan 

dövlətini yaradacağıq.  

Əziz dostlar!  

Əziz həmvətənlər, bacılar və qardaşlar!  

Sizi  qarşıdan  gələn  bayramlar  münasibətilə  bir  daha  təbrik 

edirəm,  sizə  cansağlığı,  xoşbəxtlik,  yeni-yeni  uğurlar 

arzulayıram. Sağ olun. 

 

İLHAM ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 31 dekabr 2007-ci il 



  

 

 



 

 

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN 

İCMASINA 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə