İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə35/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   31   32   33   34   35   36   37   38   ...   121

 114 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

ABŞ KONQRESİNİN NÜMAYƏNDƏLƏR 

PALATASININ BEYNƏLXALQ ƏLAQƏLƏR 

KOMİTƏSİNİN AVROPA MƏSƏLƏLƏRİ  

ÜZRƏ ALT KOMİTƏSİNİN SƏDRİ  

ROBERT VEKSLERİN BAŞÇILIQ ETDİYİ  

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 



 

9 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın  9-da  Prezident  sarayında  ABŞ  Konqresinin  Nüma-

yəndələr  Palatasının  Beynəlxalq  əlaqələr  komitəsinin  Avropa 

məsələləri  üzrə  alt  komitəsinin sədri  Robert  Vekslerin  başçılıq 

etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Amerika  Birləşmiş  Ştatları  ilə  Azərbaycanın  yaxın  strateji 

tərəfdaş  olduğunu  qeyd  edən  Robert  Veksler  ölkələrimiz 

arasında  əlaqələrin  bütün  sahələrdə  dinamik  surətdə  inkişaf 

etdiyini bildirdi. 

Dövlətimizin  başçısı  Azərbaycan–ABŞ  ikitərəfli  münasibət-

lərinin  uğurla  inkişaf  etdiyini  vurğulayaraq  əmin  olduğunu 

bildirdi  ki,  qonağın  ölkəmizə  bu  səfəri  Azərbaycanda  gedən 

inkişaf  prosesləri  ilə  yaxından  tanış  olmaq  üçün  yaxşı  imkan 

yaradacaq və əlaqələrimizin daha da genişləndirilməsi işinə öz 

töhfəsini verəcəkdir. 

 

 

 



 

115 


 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  



ABŞ KONQRESİNİN NÜMAYƏNDƏLƏR 

PALATASINDAKI AZƏRBAYCAN ÜZRƏ  

İŞÇİ QRUPUNUN HƏMSƏDRİ  

BİLL ŞUSTERİN BAŞÇILIQ ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 

 

10 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  yan-



varın 10-da Prezident sarayında ABŞ Konqresinin Nümayəndələr 

Palatasındakı  Azərbaycan  üzrə  işçi  qrupunun  həmsədri  Bill 

Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin başçısı hazırda ölkələrimiz arasında əməkdaş-

lığın  müxtəlif  sahələrdə  fəal  və  uğurlu  inkişaf  mərhələsində 

olduğunu  bildirdi.  Prezident  İlham  Əliyev  ikitərəfli  əlaqələrin 

və müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin Azərbaycanla ABŞ 

arasında  güclü  tərəfdaşlıq  münasibətlərinin  daha  da  ge-

nişlənməsinə kömək etdiyini vurğuladı, bir çox sahələrdə ölkələ-

rimizin müttəfiq və tərəfdaş olduğunu bildirdi.  

Dövlətimizin  başçısı  ölkəmizdə  geniş  inkişaf  proseslərinin 

getdiyini  vurğulayaraq,  Azərbaycanın  regionda  mövqelərinin 

daha da möhkəmləndiyini dedi və ABŞ nümayəndə heyətinin bu 

səfərinin  tərəfdaşlıq  əlaqələrimizin  genişləndirilməsinə  xidmət 

edəcəyinə əminliyini ifadə etdi. 

Ölkəmizə səfərinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Bill 

Şuster Azərbaycanın ABŞ-la  bir sıra sahələrdəki  tərəfdaşlığını, o 

cümlədən  ölkəmizin  antiterror  koalisiyasında  fəal  iştirakını,  Azər-

baycan  hərbçilərinin  İraq  və  Əfqanıstanda  həyata  keçirdikləri 

sülhməramlı  missiyasını  yüksək  dəyərləndirdi.  O,  Azərbaycanın 

enerji  sahəsində  gördüyü  işlərin  də  böyük  əhəmiyyətə  malik 

olduğunu vurğuladı. 


 116 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 

«TELİA SONERA» ŞİRKƏTİNİN PREZİDENTİ  

LARS NİBERQİN BAŞÇILIQ ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 

 

10 yanvar 2008-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-



varın  10-da  Prezident  sarayında  «Telia  Sonera»  şirkətinin 

prezidenti  Lars  Niberqin  başçılıq  etdiyi  nümayəndə  heyətini 

qəbul etmişdir. 

Dövlətimizin başçısı «Telia Sonera» şirkəti ilə ölkəmizin mü-

vafiq strukturları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini 

bildirdi.  Prezident  İlham  Əliyev  Azərbaycanda  telekommuni-

kasiya sahəsində qazanılan uğurları ölkənin iqtisadi inkişafının 

yaxşı göstəricilərindən biri kimi dəyərləndirdi. 

Lars  Niberq  Azərbaycanda  fəaliyyət  göstərdikləri  10  ildən 

artıq  müddətdə  qarşılıqlı  əməkdaşlıq  nəticəsində  rabitə  və 

telekommunikasiya sahəsində ölkəmizdə müasir infrastrukturun 

yaradılması baxımından böyük nailiyyətlərin olduğunu bildirdi. 

 

 



 

 

 



 

 

 



 


 

117 


 

 

 

PREZİDENT İLHAM ƏLİYEVİN NAZİRLƏR 

KABİNETİNİN 2007-ci İLİN SOSİAL-İQTİSADİ 

İNKİŞAFININ YEKUNLARINA  

VƏ 2008-ci İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ 

HƏSR OLUNMUŞ  

İCLASINDA



 NİTQİ 

 

Prezident sarayı 

 

11 yanvar 2008-ci il 

 

Biz  Nazirlər  Kabinetinin  bugünkü  iclasında  ilin 



yekunlarını  müzakirə  edəcəyik  və  2008-ci  ildə  görüləcək  işlər 

haqqında fikir mübadiləsi aparacağıq. 

Deyə  bilərəm  ki,  bütövlükdə  2007-ci  il  Azərbaycan  iqtisa-

diyyatı  üçün  çox  uğurlu  il  olmuşdur.  Bu  ildə  Azərbaycanda 

iqtisadi sahədə bütün müsbət meyillər daha da inkişaf etmiş və 

beləliklə,  Azərbaycan  öz  iqtisadi  potensialını  əhəmiyyətli 

dərəcədə  artıra  bilmişdir.  Ümumi  daxili  məhsul  təxminən  25 

faiz  artmışdır.  Beləliklə,  son  dörd  il  ərzində  ölkədə  aparılan 

əsaslı iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın 

həcmi  96  faiz,  təxminən  iki  dəfə  artmışdır  ki,  bu,  dünyada 

analoqu olmayan bir göstəricidir. 

Çox  müsbət  hal  ondan  ibarətdir  ki,  bununla  yanaşı  sənaye 

istehsalı da təxminən eyni sürətlə artır. Bu il sənaye istehsalının 

artımı  24  faiz  olmuşdur.  Azərbaycanda  sənaye  potensialının 

möhkəmlənməsi sahəsində böyük işlər görülür, tədbirlər həyata 

                                            

        

  İclasda  Maliyyə  naziri  Samir  Şərifov,  Vergilər  naziri  Fazil  Məm-



mədov,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  naziri  Füzuli  Ələkbərov, 

Dövlət  Gömrük  Komitəsinin  sədri  Aydın  Əliyev  və  Milli  Bankın  İdarə 

Heyətinin sədri Elman Rüstəmov çıxış etmişlər.   

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə