İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə37/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   33   34   35   36   37   38   39   40   ...   121

 

121 


başa  çatır.  Beş  il  üçün  nəzərdə  tutulmuş  proqramın 

müddəalarının,  demək  olar  ki,  böyük  əksəriyyəti  artıq  dörd  il 

ərzində  öz  həllini  tapmışdır.  Nəinki  həllini  tapmışdır,  hətta 

2004-cü ildə proqramda öz əksini tapmayan məsələlər də əlavə 

olunubdur. Əlbəttə ki, 2004-cü ildə biz hər şeyi nəzərdə tuta bil-

məzdik.  Proqramda  əsas  istiqamətlər,  əsas  məsələlər  öz  əksini 

tapmışdı.  Ancaq  işlər  getdikcə,  vaxt  keçdikcə  və  iqtisadi 

imkanlarımız  artdığı  bir  zamanda,  əlbəttə,  biz  bu  proqrama 

böyük  əlavələr  etdik.  Beləliklə,  regionların  sosial-iqtisadi 

inkişafı  Dövlət  Proqramının  uğurla  başa  çatması  heç  kimdə 

şübhə doğurmur. 

Bir daha 2003-cü ilə qayıtmaq istəyirəm. Prezident seçkiləri 

ərəfəsində  verdiyim  bəyanatlardan  biri  də  ondan  ibarət  idi  ki, 

biz  Azərbaycanda  regionların  inkişafına  diqqət  göstərməliyik. 

Orada  ilk  növbədə,  iş  yerləri  açmalıyıq  ki,  işsizlik  aradan 

qaldırılsın  və  insanlar  yaşadıqları  rayonlarda,  kəndlərdə, 

qəsəbələrdə 

qalsınlar 

və 

orada 


gözəl 

infrastruktur 

yaradılmalıdır.  Demək  olar  ki,  beş  ilə  nəzərdə  tutulmuş 

proqramı  biz  dörd  il ərzində  yerinə  yetirmişik.  Bu  gün  verilən 

son məlumata görə, Azərbaycanda son dörd il ərzində 640 min 

iş  yeri  açılmışdır  ki,  onlardan  460  mini  daimi  iş  yerləridir. 

Təkcə 2007-ci ildə 145 min yeni iş yeri açılmışdır və onlardan 

105  mini  daimi  iş  yerləridir.  Biz  bu  nəticələri  təkcə  statistik 

rəqəmlərdə  görmürük.  Bunu  həyatda  görürük,  bölgələrin 

inkişafında  görürük,  rayonların  abadlaşmasında  görürük, 

bölgələrdə yaradılan müasir iqtisadi, sənaye, nəqliyyat, səhiyyə, 

təhsil  infrastrukturunda  görürük.  Biz  dörd  ildə  1200  məktəb 

tikmişik,  yüzlərlə  məktəb  əsaslı  təmir  olunub,  əlavə  korpuslar 

tikilib  və  çox  gözəl  görkəm  alıbdır.  Bu  yaxınlarda  Təhsil 

Nazirliyi məlumat  vermişdir ki, əgər 3-4 il bundan əvvəl 1000 

şagirdə bir kompyuter düşürdüsə, indi 29 şagirdə bir kompyuter 

düşür.  Yəni  kompyuterləşmə  proqramını  da  biz  uğurla  icra 

edirik. Bu proqram 2004-cü ildə qəbul olunmuşdu və biz bunu 

həll  etmişik.  Yəni  görülən  bütün  bu  işlər  Azərbaycanın 

hərtərəfli  inkişafına  yönəldilir.  Biz  buna  nail  ola  bilmişik.  Biz 




 122 

iqtisadiyyatımızı şaxələndiririk və bunu etmək üçün, əlbəttə ki, 

böyük  səylər  qoyulmalıdır.  Nəzərə  almalıyıq  ki,  bizim  əsas 

iqtisadi  gücümüz,  iqtisadiyyatın  əsas  mənbəyi  energetikadır, 

neft-qaz  sektorudur  və  o  da  sürətlə  inkişaf  edir.  Qeyri-neft 

sektorunun  inkişafı  bizi  çox  sevindirir.  Qeyri-neft  sektorunun 

inkişafı  yeni  iş  yerlərinin  yaradılması  deməkdir.  Bölgələrin 

inkişafı  deməkdir  və  ümumiyyətlə,  Azərbaycanın  hərtərəfli 

inkişafı  deməkdir.  Beləliklə,  bir  daha  demək  istəyirəm, 

regionlarda  gedən  proseslər  göstərir  ki,  bu  günə  qədər  qəbul 

edilmiş bütün proqramlar icra edilir və əminəm ki, bu baxımdan 

2008-ci il də istisna olmayacaqdır. 

2007-ci  ildə  Azərbaycan  neft-qaz  sahəsində  də  öz  maraq-

larını tam şəkildə qoruya bilmişdir. Bu il bölgədə yeni vəziyyət 

yaranmışdır.  Bizim  90-cı  illərin  ortalarında,  ulu  öndər  Heydər 

Əliyevin  təşəbbüsü  ilə  başladığımız  Azərbaycanın  neft 

strategiyasının nəticələrini 2007-ci ildə də əyani şəkildə gördük. 

2007-ci  ildə  Bakı–Tbilisi–Ceyhan  neft  kəməri  tam  gücü  ilə 

işləməyə başlamışdır. 2007-ci ildə Azərbaycanda 42 milyon ton 

neft  hasil  edilmişdir.  2007-ci  ildə  Bakı–Tbilisi–Ərzurum  qaz 

kəməri  istismara  verilmişdir.  Azərbaycanın  qaz  hasilatı 

əhəmiyyətli  dərəcədə artmışdır  və  bu  proses  davam  edir.  Həm 

«Şahdəniz»  yatağından,  həm  də  ki,  Dövlət  Neft  Şirkətinin 

köhnə yataqlarından çıxarılan qaz  böyük həcmdə artırılır, yeni 

bölgələrə, yeni qəsəbələrə qaz xətləri çəkilir. 

Bu  proses  2008-ci  ildə  də  davam  etdirilməlidir  və  biz  ilk 

növbədə öz tələbatımızı tam şəkildə ödəməliyik. Əlbəttə ki, qaz 

ixrac  edən  ölkə  kimi,  Azərbaycanın  beynəlxalq  nüfuzu, 

mövqeləri  və  çəkisi  artır.  Bütövlükdə,  bu  sahədə  neft-qaz 

sahəsində, energetika sahəsində böyük işlər görülübdür. Biz bu 

barədə  hələ  danışacağıq.  Sadəcə,  demək  istəyirəm  ki, 

Azərbaycan üçün, bizim iqtisadiyyatımız üçün əsas olan sahədə 

də  böyük  uğurlar  var.  Əlbəttə  ki,  neft-qaz  sektorunda  əldə 

edilmiş  nəticələr  bütün  başqa  sektorlara  da  öz  müsbət  təsirini 

göstərir. Həm xidmət, həm sənaye sektorlarına və həm də bütün 

başqa sektorlara. 




 

123 


2007-ci  ildə  biz  bütün  başqa  sahələrdə  də  böyük  işlər  gör-

müşük. Biz nəqliyyat sektoruna böyük vəsait ayırırıq və ayıra-

cağıq.  Çəkilən  yolları,  körpüləri,  magistral  yolları,  şəhər 

yollarını  –  bunların  hamısını  gündəlik  şəraitdə  görürük,  buna 

böyük vəsait qoyulur və gələcəkdə də qoyulacaqdır. 

Bir  sözlə,  iqtisadiyyatın  əsas  istiqamətlərində  müsbət  nəti-

cələr  var  və  biz  bunu  görürük.  Əlbəttə,  biz  çalışmalıyıq  ki, 

gələcək illərdə də bu yüksək dinamikanı saxlayaq, iqtisadi artım 

sürətinə görə dünya miqyasında lider dövlət kimi, Azərbaycanın 

bu mövqelərini saxlayaq. Elə edək ki, Azərbaycan vətəndaşları, 

Azərbaycan  xalqı  ildən-ilə,  aydan-aya  daha  da  yaxşı  yaşasın. 

Bunu  etməyə  bizim  imkanlarımız  var,  siyasi  iradə  var,  xalqla 

iqtidar  arasında  birlik  var.  Bizim  bütün  proqramlarımız  xalq 

tərəfindən  dəstəklənir.  Əks  təqdirdə,  onların  heç  biri  həyata 

keçirilə  bilməzdi.  Əgər  bu  dəstək  olmasaydı,  əgər  həmrəylik 

olmasaydı,  bizim  təşəbbüslərimiz  xalq  tərəfindən  dəstək-

lənməsəydi,  bunların  heç  birini  edə  bilməzdik.  Azərbaycanın 

müasir tarixi, digər ölkələrin tarixi, bizimlə eyni taleyi yaşayan 

ölkələrin müasir tarixi onu göstərir ki, harada iqtidar tərəfindən 

irəli  sürülmüş  təşəbbüslər  xalq  tərəfindən  dəstəklənirsə,  orada 

həm həmrəylik var, həm sabitlik, həm də inkişaf var. Harada bu 

yoxdursa,  orada  heç  bir  iş  görülə  bilməz  və  ölkələr  davamlı 

böhran  şəraitində  yaşayır  və  əlbəttə  ki,  bu  böhran  həm 

insanlara,  həm  də  ölkənin  imkanlarına  yalnız  və  yalnız  mənfi 

təsir  göstərir.  Azərbaycanda  da  biz  90-cı  illərin  əvvəllərində 

böhranlar  yaşamışdıq.  Biz  bunları  yaxşı  bilirik,  xatırlayırıq  və 

artıq  o  illərə  dönüş  yoxdur.  Azərbaycanın  yolu  açıqdır.  Biz 

yalnız  qabağa  gedəcəyik,  ölkəmizi  gücləndirəcəyik  və 

Azərbaycanı güclü dövlətə çevirəcəyik. 

Bir  neçə  söz  xarici  siyasət  haqqında  demək  istəyirəm.  Biz 

2007-ci  ildə  bu  sahədə  də  öz  səylərimizi  göstərmişik,  Azər-

baycan  özünün  beynəlxalq  mövqelərini  möhkəmləndirmişdir. 

Qonşu,  dost  ölkələrlə  ikitərəfli  formatda  münasibətlərimiz 

inkişaf  etmişdir.  Deyə  bilərəm  ki,  2007-ci  ildə  biz  daha  çox 

müttəfiq qazandıq. Azərbaycanın beynəlxalq mövqeləri daha da 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə